13:12 xeber – “Vergilər Nazirliyində yeni təyinat olub. Məhəmməd Sadıkov nazirin yeni müşaviri təyin edilib”.
Bu barədə ANS PRESS-ə nazirliyin mətbuat xidmətindən məlumat veriblər. Verilən məlumata görə, nazir Fazil Məmmədovun əmri ilə M. Sadıkov bu vəzifəyə noyabr ayının 3-dən təyin edilib və hazırda vəzifə səlahiyyətlərini icra edir.
Məhəmməd Sadıkov daha əvvəl Bakı Vergi Departamentində rəis müavini vəzifəsində çalışıb və Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun oğludur.
Yeni təyin edilən Məhəmməd Sadıkovdan başqa nazirin daha 9 müşaviri var. Bunlar: Asəf Əli oğlu Əsədov, Akif Fərhad oğlu Musayev, Mahir Əhmədağa oğlu Rəfiyev, Asif Əbülfət oğlu Cahangirov, Ələkbər Comərd oğlu Məmmədov, Rahim Veyis oğlu Əfəndiyev, Riyad Zakir oğlu Hüseynov, Namiq Məhi oğlu Quliyev, Müsavər Nəbi oğlu Nəbiyevdir.
Nəcməddin Sadıkov- Məhəmməd Sadıkovun atası
mənbə :
anspress
Şərh yaz.