12:56 xeber – İranda keçirilən Qaz İxracatçıları Ölkələri Forumunda (QİÖF) maraqlı hadisə baş verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, forumda çıxış etmək üçün söz verilən Rusiya prezidenti Vladimir Putin tərcüməçi problemi yaşayıb.
Bu barədə məlumatı rusiyalı jurnalist Dmitri Smirnov “Twitter”də paylaşıb. Təşkilatçılar Putini tərcüməçi ilə təmin etməyi unudublar.
Начался газовый форум. Знаете, почему так озирается наша делегация? Иранцы не обеспечили перевод на русский, забыли pic.twitter.com/mwCDbSz3z7— Дмитрий Смирнов (@dimsmirnov175) 23 ноября 2015
Rusiyanın nümayəndə heyəti tərcüməçi axtaran vaxt (Dmitri Smirnovun “Twitter”-də paylaşdığı məlumat)
Bu səbəbdən Putin çıxışı dayandırıb və gözləməyə məcbur olub. Forum təşkilatçıları tərcüməçi tapdıqdan sonra Rusiya lideri çıxışına davam edib. Vladimir Putin fars dilini bilməsə də, alman dili və müəyyən qədər ingilis dilini bilir.
Перевод с русского иранцы тоже не обеспечили. #Путин остановил выступление, подождал, пока найдут переводчика pic.twitter.com/mYKsjEaOmo— Дмитрий Смирнов (@dimsmirnov175) 23 ноября 2015
Dmitri Smirnovun “Twitter”-də paylaşdığı məlumat
Nəhayət Putinin nitqini tərcümə edəcək şəxs tapılır və o, qəzəbli halda öz çıxışına başlayır.
Bundan əvvəl də Putinin tərcümə ilə bağlı problemi olub. Maraqlı anlar Vladimir Putin və Çexiya prezidenti Miloş Zemanın görüşü zamanı baş verib. Həmin vaxt Miloş Zeman Rusiya lideri ilə müzakirələr zamanı tərcüməçidən imtina edib və prezidentlər rus dilində danışmağa başlayıblar.
Ümumiyyətlə dünya liderlərinin əksəriyyəti ana dillərindən başqa digər dilləri də öyrənməyə çox həvəslidirlər.
Fransa prezidenti Fransua Olland fransız dilində tam, ingilis dilini isə müəyyən qədər danışa bilir.
Fransua Olland-Fransa prezidenti
Almaniyanın kansleri Angela Merkel alman dilindən başqa, rus dilini də çox yaxşı öyrənib. Məlumata görə, Merkel Rusiya prezidenti Vladimir Putinlə rus dilində sərbəst danışır.
Angela Merkel- Almaniya kansleri
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan dilindən başqa, rus, ingilis, fransız və türk dillərində sərbəst danışır.
İlham Əliyev-Azərbaycan prezidenti
ABŞ prezidenti Barak Obama əvvələr yalnız ingilis dilini bilsə də o, indi alman və fransız dilində də danışır.
Barak Obama-ABŞ prezidenti
Ukraynanın dövlət başçısı Pyotr Poroşenko fikirlərini rus dilində tam ifadə edə bilir. Poroşenko tam olmasa da, ingilis dilində də ünsiyyət qurmağı bacarır.
Pyotr Poroşenko-Ukrayna prezidenti
İngiltərənin baş naziri Devid Kemeronun dünyada əsas ünsiyyət vasitəsi hesab olunan ingilis dilindən başqa dili bilməsi haqda rəsmi məlumat olmasa da, fransız dilini öyrəndiyi istisna edilmir.
Devid Kemeron
Ermənistan prezidenti Serj Sarkisyan erməni dilindən başqa, rus və ingilis, türk və hətta Azərbaycan dillərində də danışa bilir.
Serj Sarkisyan-Ermənistan prezidenti
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hər hansı əcnəbi dili bilməsi ilə bağlı dəqiq məlumatlar yoxdur. Amma o, həmişə sammitlərdə və digər beynəlxalq forumlarda Türk dilində danışmağa üstünlük verir.
Rəcəb Tayyib Ərdoğan-Türkiyə prezidenti
Gürcüstanın dövlət başçısı Qeorqi Marqvelaşvili gürcü dilindən başqa, rus və ingilis dillərini bilir.
Qeorqi Marqvelaşvili-Gürcüstan prezidenti
mənbə :
anspress
Şərh yaz.