22:45 xeber – Rusiyada deputatlar Avropaya ezamiyyət xərclərini azaltmaq fikrindədirlər.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Dövlət duması aşağı palatasının beynəlxalq əlaqələr parlamenti deputatların 2016-cı ildə xaricdə ezamiyyətlərə xərclədiyi pulların azalması planını təsdiq edib.
Müstəqil Dövlətlər Birliyi (MDB) üzrə komitə sədri Leonid Slutskiy deyir ki, Dövlət duması qərb ölkələrinin bir sıra tədbirlərdən imtina edib, amma, bu o demək deyil ki, Rusiya MDB ölkələrindən olan kolleqaları ilə əməkdaşlığı kəsməyi planlaşdırır. Belə ki, hansı ölkələrlə Rusiyanın mehriban əlaqələri var, həmin ölkələr plana daxil edilmir.
Leonid Slutskiy – MDB üzrə komitə sədri
Hələ ki, plana uyğun olaraq, deputatlar Abxaziya, Azərbaycan, Ermənistan, Belorusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya, həmçinin, İraq, İordaniya, Koreya Xalq Demokratik Respublikası və Kubaya gedə bilərlər.
Yayda təsdiq edilmiş büdcənin planına əsasən, 2015-ci ildə Dövlət duması deputatların xarici səfərlərinə və xarici nümayəndə heyətlərinin qəbuluna 39,7 milyon rubl xərcləməyi planlaşdırıb.
Millət vəkili Vahid Əhmədov deyir ki, Azərbaycanda da deputatların xaricə ezam olunması ilə bağlı Milli Məclisdə artıq danışıqlıqlar gedib və bununla bağlı büdcə də ayrılıb.
“Rusiyanın bu günkü vəziyyəti ilə Azərbaycanı eyniləşdirmək olmaz. Bizdə Azərbaycanı dünyaya tanıtmaq üçün, eyni zamanda, Qarabağ problemimizi həll etmək üçün deputatların ezamiyyəti vacibdir. Həm də deputatlar yalnız lazım olan təqdirdə xaricə ezam olunur. Əks hallarda, biz xarici ölkələrə getmirik. Odur ki, büdcədə bununla bağlı problem ola bilməz”, – deyə millət vəkili bildirdi.
Vahid Əhmədov – millət vəkili
mənbə :
anspress
Şərh yaz.