00:01 xeber – Keçmiş Sovet İttifaqının ilk müstəqil telekanalı ANS-in yaranmasından düz bir ay sonra Azərbaycan gerçək müstəqilliyinə qovuşdu.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycanın üç müstəqil jurnalisti Vahid və Seyfulla Mustafayev qardaşları, Mir Şahin Ağayev tərəfindən 1991-ci il noyabrın 26-da təsis edilən ANS TV bir növ Azərbaycanın müstəqilliyinin müjdəçisi oldu. Bir ay keçdi və 1991-ci il dekabrın 26-da SSRİ Ali Sovetinin Respublikalar Şurası SSRİ-nin ləğv edilməsi barədə deklarasiya qəbul etdi. Beləliklə, Azərbaycan xalqının bir neçə il ərzində apardığı istiqlal mücadiləsi qələbə çaldı.
Halbuki, sovet respublikaları arasında ən parlaq istiqlal hərəkatının olmasına, 15 yaşlı gəncindən tutmuş ahıl qocasına qədər hər bir fərdinin müstəqillik istəməsinə, 1990-cı ilin Qanlı Yanvar günlərində yüzdən çox şəhid verməsinə baxmayaraq, Azərbaycanın bu arzusu gerçəkləşə bilmirdi. Hətta o vaxtkı respublika rəhbərliyinin saxtakarlığı nəticəsində 1991-ci il martın 17-də keçirilmiş referendumda Azərbaycandan səsverənlərin 93,3%-nin SSRİ-ni saxlamaq tərəfdarı olduğu iddia edildi. Buna baxmayaraq, 1991-ci il oktyabrın 18-də xalq hərəkatının təzyiqi altında dayana bilməyən Azərbaycan Ali Soveti dövlət müstəqilliyinin bərpası barədə qərar verdi. Amma bununla belə, Azərbaycan real müstəqillikdən çox uzaq görünürdü.
Seyfulla və Vahid Mustafayevlər, Mir şahin Ağayev (Soldan sağa)
Azərbaycan müstəqilliyinin, demək olar ki, əkiz qardaşı kimi yaranmış ANS məhz ölkəsinin müstəqilliyinə inanan müstəqil vətəndaş yetirmək yoluna qədəm qoydu. Çünki təsisçiləri kimi özü də müstəqil idi. ANS-in qəzet jurnalistikasından gəlmiş yaradıcıları məqsədləri efirdə bir şeyi eşidib, tamam başqa bir həyat yaşayan tamaşaçıya onun əsl gününü, real güzəranını göstərmək istəyirdilər. Amma onlar bundan daha artığını etdilər – Azərbaycan xalqını müstəqil dövlətin müstəqil vətəndaşı olduğuna inandırmağı bacardı.
Müharibədən doğulmuş ANS azərbaycanlılara hər şeylə bağlı sualları, hətta sovet rəhbərliyinin miras qoyduğu müharibə ilə bağlı sualları məhz Azərbaycan rəhbərliyinə ünvanlamağı öyrətdi. Bu 24 il ərzində ANS Azərbaycanın nə zamansa müstəqil olmadığını ağlına belə gətirməyən yeni bir nəsil yaratdı. Və bu gənclərdən artıq ANS-də işləyənlər də var.
Bu məsələdə əksər keçmiş sovet republikalarının bəxti gətirməyib. Bu yaxınlarda Ermənistanda aparılmış sorğu əhalinin 94%-nin yenə də Moskvanı mərkəz saydığını ortaya çıxarıb. Sadə xalqın təmsilçilərinin yaratdığı, xalqın söünü deyən müstəqil telekanal yaratmaq məsələsində hətta rusiyalıların da bəxti gətirəmyib. Bu ölkədə ilk qeyri-dövlət kanalı olan NTV telekanalı ANS-dən düz iki il sonra yaranıb. Amma o da müstəqil olmayıb. Jürnalistlər telekanalı yaratmaq üçün oliqarx Vladimir Qusinskiyə müraciət edirlər. Nəticədə kanalın səhmlərinin 80%-i şübəli gəlirləri olan bu iş adamına məxsus oldu. Jurnalistikadan çox iş adamının iddialarını gerçəkləşdirən kanal ən sonda “Qazprom” dövlət şirkətinin balansına keçdi. Beləliklə. Rusi yanın ilk qeyri-dövlət kanalının sonu kədərli oldu.
ANS isə bu 24 ildə yalnız xalqın sözün eşidib və onu xalqa eşitdirib. ANS ancaq xalq üçün nəzərdə tutan reklamların gəliri ilə yaşayıb və bu gün də yaşamaqdadır. ANS öz arxivlərində bu xalqın ən yeni tarixini yaşadır. Xalq da öz müstəqil həyatını ANS-siz yaşamağı ağlına gətirə bilmir. Çünki ANS Azərbaycanın müstəqilliyinin əkizidir. Əkizləri isə bir-birlərindən ayrı təsəvvür etmək çox çətindir.
mənbə :
anspress
Şərh yaz.