27.11.2015 / 11:30 xeber –
Polisə müqavimət göstərərkən öldürülən şəxsin 28 yaşı var
Dünən Nardaranda həyata keçirilmiş əməliyyat zamanı ölən şəxslərdən daha birinin adı məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu, 28 yaşlı Sərvan Səfərovdur. O, polisə silahlı müqavimət göstərərkən öldürülüb.
Qeyd edək ki, dünən hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı silahlı qarşıdurma baş verib. Bu zaman 2 polis əməkdaşı və 4 mülki şəxs həyatını itirib. Bir neçə nəfər isə yaralanıb.
Baş Prokurorluq və DİN hadisə ilə balı birgə məlumat yaysa da, ölən və yaralananların adları açıqlanmayıb.
mənbə :
lent.az
Şərh yaz.