09:10 xeber – Yol polisinin saxla əmrinə tabe olmayan xanımı sürücü daha sonra saxlanılıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, sərxoş vəziyyətdə saxlanılan sürücü tanınmış prodüser Təranə Səmədovadır. Bakı şəhər dövlət yol polisi əməkdaşları prodüserə Hüseyn Seyidzadə küçəsində saxla əmri veriblər.
Polislərdən yayınmağa çalışan xanım sürücü təxminən 3-4 km məsafə də qət edib. Amma sonda polis çalışan xanım sürücünü saxlaya bilib. Bu zaman sürücü qəza da törədib. Özünə hər vəchlə haqq qazandırmağa çalışan sərxoş xanım aqressiv hərəkətləri və nalayiq ifadlərlə polisləri təhqir etməkdən belə çəkinmədi.
Yolda meyxanaçı Pərviz Bülbüləni görən, Təranə Səmədova polislərdən yayınıb meyxanaçı ilə qaçmağa da cəhd edib.
Sonda proddüser post patrul xidməti avtomobili ilə həkim müayinəsinə aparılıb.
Qanuna edilən son dəyişiklikləri nəzərə alsaq, prodüseri sərt inzibati cəza gözləyir.
mənbə :
anspress
Şərh yaz.