14:24 xeber – Hava sərhəddini pozduğu üçün rus təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Rusiyanın göndərdiyi S-400 raket kompleksi Suriyaya çatıb. Suriya səmasını Türkiyə və NATO-ya qapatmağı planlaşdıran Rusiyanın S-400-lərindən ilk görüntülər yayılıb.
Kompleks Rusiyanın Suriyadakı hərbi bazası olan Hmeymim-ə yerləşdirilib.
Putinin ən təhlükəli silahını Suriyaya göndərməsi dünyaya göz dağı olaraq şərh edilir.
Xatırladaq ki, kompleks 400 km məsafədə aerodinamik hədəfləri, 60 km-dək məsafədə taktiki-ballistik hədəfləri (qanadlı raketlər, təyyarələr) vurmaq gücünə malikdir.
S-400 600 km məsafədə 100 hədəf aşkarlaya bilir. 400 km məsafədə isə, eyni anda 24 hədəfi məhv etməyə qadirdir. Kompleks, yerdən 10 metrdən 25-30 km hündürlükdə olan obyektləri məhv etmək qabiliyyətinə malikdir.
Bu kompleks hava-kosmik hücum zamanı hədəflərin məhvi üçün nəzərdə tutulub.
mənbə :
anspress
Şərh yaz.