16:29 xeber – Azərbaycan-Belarus arasında sənədlərinin imzalanması mərasimi olub. Ümumilikdə 4 sənəd imzalanıb. Prezidenti İlham Əliyev və Aleksandr LukaşenkoPrezidentlər birgə bəyannamə imzalayıblar.
Daha sonra “Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq” haqqında, “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq”, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” saziş imzalanıb.
Sənədlərin imzalanmasından sonra Belarus prezidenti Aleksandr Lukaşenkonun fərmanı ilə Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev Azərbaycan ilə Belarus arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və inkişafına verdikləri töhfəyə görə Belarus Respublikasının “Şərəf” ordeni ilə təltif edildilər.
Azərbaycan və belarus prezidentlərinin Birgə Bəyannaməsinin imzalanması
Saat 15:45
Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko görüş zamanı həmçinin dünyada baş verən iqtisadi böhranları müzəkirə ediblər.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə Lukaşenko böhran davam etdiyi bir vaxtda Azərbaycan və Belarus arasında qarşılıqlı əmtəə dövriyyəsində nəzərəçarpan azalmanın olmadığını bildirib.
“Ölkələlərimiz arasında energetika, kənd təsərrüfatı məhsullarının satışı və alışı sahələrində, həmçinin tütün və siqaretlərin qarşılıqlı ticarətində inkişaf var. Bununla belə biz iqtisadi inkişafımızın sürətini və effektivliyini daha da artırmalıyıq. Azərbaycan Belarusun etibarlı dostu və partnyoru olaraq qalır.”
Lukaşenko bildirib ki, əgər sizə faydalıdırsa Belarus Avrasiya İqtisadi İttifaqında (Aİİ) Azərbaycanın maraqlarının inkişafına kömək etməyə hazırdır.
Belarus həmçinin Azərbaycana avtobus və qatarların satılması və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı bəzi təkliflər edib.
***14-00***
Prezident İlham Əliyev Belarus səfəri çərçivəsində həmkarı Aleksandr Lukaşenko ilə görüşüb.
Azadlıq.az xəbər verir ki, anspress-in Belarus saytlarına istinadla verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri müzakirə mövzusu olub.
İlham Əliyev bildirib ki, Azərbaycanla Belarus arasında əməkdaşlıq bütün istiqamətlərdə yüksək səviyyədə inkişaf edir.
“Belarus pozitiv inkişaf dinamikasını saxlayır. Bizim Belarusla əməkdaşlığımızda heç bir məhdudiyyət yoxdur. Artıq əməkdaşlığımızın nəticələrini görürük İndi ölkələr iqtisadi böhrandan əziyyət çəkir. Belarus da həmçinin. ”
İlham Əliyev həmçinin Aleksandr Lukaşenkonu Azərbaycana rəsmi səfərə dəvət edib.
Aleksandr Lukaşenko görüş zamanı bildirib ki, Belarus və Azərbaycan arasında əməkdaşlıqda heç bir problem yoxdur.
“Biz sizinlə yüksək səviyyədə əməkdaşıq edirik. Əgər bu kiminsə xoşuna gəlmirsə, bu onların problemləridir. Azərbaycan həmişə Belarusa güvənə bilər”-deyə Lukaşenko bildirib.
Aleksandr Lukaşenko və İlham Əliyev
Prezidenti İlham Əliyev noyabrın 27-də Belarusa rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Milli geyimli qızlar dövlət başçısına duz-çörək və gül dəstəsi təqdim ediblər. Azərbaycan prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.
İlham Əliyevin qarşılanma mərasimi
Belarusa səfər edən Azərbaycan prezidenti İlham Əliyev rəsmi səfəri çərçivəsində noyabrın 28-də Minsk şəhərindəki “Qələbə” meydanında olub. Dövlət başçısı 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Prezidenti İlham Əliyev həmçini Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyi ilə tanış olub. Bu muzey 1944-cü il oktyabrın 22-dən Minskdəki Azadlıq meydanında müharibə illərində ziyan görməmiş Həmkarlar evində fəaliyyətə başlayıb.
Prezidenti İlham Əliyev Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyində
mənbə :
anspress
Şərh yaz.