28.11.2015 / 21:10 xeber –
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində “Opel Omega” markalı avtomobil yolu keçmək istəyən, Samux rayonunun Alıuşağı kənd sakini 1990-cı il təvəllüdlü Həsənov Həsən Qulu oğlunu vurub. Piyada Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
mənbə :
lent.az
Şərh yaz.