12:38 xeber – Britaniyalı müğənni Adel 3 yaşlı oğlu Ancelo haqqında və onun tərbiyəsindən danışıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ifaçı övladını özü tərbiyə etdiyini bildirib və qeyd edib ki, oğlu onun üçün hər şeydən əvvəldir.
O, vaxtının böyük hissəsini oğlunun tərbiyəsinə həsr etməsindən də narahat deyil. Hərçənd ki, bu, onun işinə də mənfi təsir göstərir.
Hətta bu səbəbdən onun yeni “25” adlı albomu da gecikib. Bununla belə, albom çıxan kimi məşhurluq qazanıb və ifaçıya kifayət qədər böyük məbləğdə gəlir gətirib.
Adel isə bildirib ki, heç bir milyonlar onun oğlunun təbəssümü qədər dəyərli deyil və onun üçün birinci yerdə həmişə oğlu olacaq. Bundan sonra onun işi və özüdür.
Dünyanın ən məşhur və ən çox mükafat qazanmış ifaçılarından olan Adel 2011-ci ildən etibarən iş adamı Saymon Konekki ilə birlikdədir. 2012-ci ildə isə cütlüyün Ancelo adlı övladları dünyaya gəlib.
Adel və Saymon Koneki
mənbə :
anspress
Şərh yaz.