Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Başımdan yere basıb dedi, torpaq isteyirdin, al, ye!” – ƏSİR DÜŞƏRGƏSİ

“Başımdan yerə basıb dedi, torpaq istəyirdin, al, ye!” - ƏSİR DÜŞƏRGƏSİ

30/11/2015

12:00


30.11.2015 / 12:00 xeber –

Sirac Əliməmmədov: “İlk dəfə idi, insan ölümü görürdüm, uşaq idim, meyitlər mənə çox qorxulu gəlirdi”

 

 

I hissə

 

II hissə

 

***

 

Ermənilərlə ilk dəfə rastlaşandakı atışmadan üzüaşağı yuvarlananda Sirac doğrudan da Faiqin qucağında idi. Faiq aşağı yuvarlananda Siracı qucağında bərk-bərk tutmuş, əlindən çıxmağa, yaralanmağa qoymamışdı. Səidənin atası Cəmil kişi də onlarla idi. Üçü birlikdə meşədən çıxmağa yol axtarırdılar…

 

***

 

Sirac Əliməmmədov: Əmim məni çox istəyirdi… Uşaq olsam da, unutmamışam. Ayaqyalın idim… Axı atışma başlayanda biz evdə idik. Atam evimizin arxa tərəfində yeri qazıb, sığınacaq düzəltmişdi. Hər dəfə atışma olanda orada gizlənirdik. Bu dəfə də evdən sığınacağa qaçdıq… Sonra atam gəlib ermənilərin Xocalıya girdiyini dedi… Tez çıxmalı olduq… Heç ayağıma ayaqqabı da geyinə bilməmişdim… Faiq əmim bir dəfə də olsun məni qucağından yerə qoymadı… Gözüm hər yerdə atamı axtarırdı… Ətraf üz-gözü qanlı insanlarla dolu idi… İlk dəfə idi ki, insan ölümü görürdüm. Uşaq idim, meyitlər mənə çox qorxulu gəlirdi… Gözlərim böyümüşdü… Faiq əmim məni qucaqlayıb tez-tez deyirdi, qorxma, əmi qurban…

 

– Babanızın vəziyyəti necə idi?

 

– Ana babam Cəmil Məmmədov. O da bizimlə idi, çətinliklə, amma özü gedirdi… İndi 10 barmağının heç biri yoxdur… Donmuşdu, hamısını kəsiblər…

 

– Ana nənəniz?

 

– Lalə nənəm keçib gələ bilmişdi, girov düşmədi… Biz isə xilas ola bilmədik… Neçə gün meşədə qaldıq, ac, susuz, soyuq… Bir o yadımdadır ki, göz-gözü görmürdü… Biz meşənin içi il gedirdik… Ətrafda meyitlər var idi… Qarın üstündə qan çox idi… Gündüz idi… İki snayperçi qız görüb, geri qayıtdıq… Onlar erməni dilində nə isə deyib, bizi mühasirəyə aldılar… Sonra tutdular… Çox qorxurdum, Faiq əmim məni bərk-bərk qucaqlayıb, ürək-dirək verirdi…

 

– Girov düşəndə yanınızda başqa kim var idi?

 

– Elə üçümüz idik. Cəmil babam, Faiq əmim və mən. Bizi tutub Naxçivanik kəndindəki tövləyə gətirdilər. Yadımdadır, kəndin içi ilə ayaqla gedirdik, kənd uşaqları bizə daş atır, söyürdülər… Faiq əmim məni daşdan qorumağa çalışır, başımı əlləri ilə gizlədib, sinəsinə basırdı…

 

***

 

Tövlənin qapısını açıb, onları içəri itələdilər. Faiq Sirac yıxılsa əzilməsin deyə onu qorumağa çalışırdı ki, uşaq özünü onun qucağından yerə atıb qışqırdı:

 

– Ata! Ata!

 

Günlərdir gözləri ətrafda atasını gəzən Sirac onlarla yaralı girovun arasında Yaşarı dərhal gördü. Üz-gözü qan içində olan Yaşarın dili söz tutmurdu, üstünə uzanan oğlunu qucaqlayıb, ağlayırdı…

 

***

 

Faiqlə Siracın gəlişi ilə ailənin, demək olar, bütün kişiləri bir araya toplandı. Bircə Şahmalı kişi yox idi. Ondan heç bir xəbər yox idi…

 

İndi erməni hərbçiləri içəri girib girovları döyməyə başlayanda Sirac Yaşarın üstünə uzanıb ağlayır, qışqırırdı:

 

– Atamı vurmayın, atama toxunmayın…

 

Buradakı bütün uşaqlar bu yolla valideynlərini döyülməkdən qorumaq istəyirdilər. Əvəzində özləri döyülürdülər. Erməni hərbçilər uşaqları atalarının qucağından çəkib, kənara atır, onların gözü qarşısında atalarını, babalarını, əmilərini, dayılarını huşlarını itirənə qədər döyürdülər… Girovlar özləri də müəyyən edə bilmirdilər ki, onları dəyənəklər belə ağrıdır, yoxsa övladlarının çığırtısı…

 

***

 

Növbəti işgəncədən sonra qapını çırpıb getdilər. Sirac bir az əvvəl Yaşarın üstünə sərilib, “atamı vurmayın” deyərkən yerindən qaldırılıb çırpıldığı küncdən durub, atasının yanına qaçdı. Yaşar indi ona meşədə gördüyü üz-gözü qan içində olan, tərpənməyən adamları xatırladırdı…

 

Ətrafa baxdı, Namiqlə Faiqin zarıltılarını zorla eşitmək mümkün idi. Yaşarın isə səsi gəlmirdi. Sirac atasının üstünə uzanıb, sığallamağa başladı. Bilirdi, Yaşar nə qədər ağır yaralı olsa da, belə edəndə zorla da olsa əllərini, heç olmasa bir əlini qaldırıb onu qucaqlayacaqdı. Amma Yaşar bu dəfə tərpənmirdi…

 

– Ata, ata… Niyə sənin də səsin çıxmır? Heç yerin ağrımır?

 

Sirac atasının da meşədəki adamlar kimi ölmüş olmasına inana bilmirdi. O qədər çarəsiz idi ki, atasının qanına bulaşmış balaca əllərini onun bütün bədəninə sürtür, ölümünə mane olmağa çalışırdı. Bu vaxt kimsə içində kiçik banka olan su ilə dolu vedrəni qapıdan içəri qoyub qayıtdı. Bu, girovlara su vermək idi…

 

Sirac vedrənin içindəki bankanı su ilə doldurub atasının yanına qayıtdı. Barmaqlarını bankada isladıb, onun dodaqlarına sürtdü:

 

– Ata, ata…

 

Sirac bir də onun dodaqlarını isladanda, Yaşar zəifcə dodaqlarını yaladı. Sirac sevincindən ağlaya-ağlaya hər iki əlini isladıb, onun dodaqlarına, üzünə vurdu. Yaşar tərpənib zarıdı. Sirac xoşbəxt idi. İndi onun da atası tövlədəki bütün uşaqların atası kimi zarıyırdı… O, balaca qolları ilə atasına qalxmağa kömək edib, su içirtdi…

 

Az əvvəl Siracın nələr hiss etdiyindən xəbərsiz olan Yaşar indi oğlunun niyə sevindiyini başa düşə bilmirdi…

 

***

 

Sirac Əliməmmədov: Adamları o qədər döymüşdülər ki, heç kimin qalxmağa taqəti yox idi. Atam, əmilərim, dayım Kamil Məmmədov… hamısı döyülməkdən yaralı idi, tərpənə bilmirdilər…

 

– İşgəncə zamanı gənc, yaşlı seçimi edirdilər?

 

– Bəli, əsəsən hərbçi geyimində olanları dəhşətli vəziyyətə salırdılar. Mən baxa bilmirdim… Qadınlara da əzab verir, incidirdilər. O qədər adama içməyə bir vedrə su verirdilər, yemək isə yox idi. Adamlar da çalışırdı suyu uşağına versin… Atam nə qədər ölümcül vəziyyətdə olsa da, yenə çıxarıb bayırda döyürdülər. Yadımdadır, hətta bir dəfə özümü saxlaya bilməyib, qaçıb atamı qucaqlayanda erməni hərbçi mənə necə şillə vurdusa, huşumu itirdim.

 

***

 

Növbəti işgəncə saatı bitər bitməz, hərbçilərdən biri balacaboy, göygöz Cəfər müəllimi çəkib tövlənin ortasına qoyduqları stulda oturtdu. Cəfər müəllim 32 il idi ki, Xocalıda Azərbaycan dili və ədəbiyyatından dərs deyirdi, məktəb direktoru idi. Tövlədəki girovların çoxu onun tələbəsi olmuşdu. İndi 52 yaşı var idi, sarışın saçlarının yarası ağarmış, yarısı isə qana, palçığa bulaşmışdı…

 

Hərbçi əlindəki süngü bıçağını ona dirəyib, saçlarından yapışıb geri dartdı:

 

– Hə, müəllim! Özün də ağsaqqal adamsan, siz türklərdə ağsaqqal yalan danışmaz axı! Amma sən utanmadan neçə il bu uşaqlara yalan danışmısan. İndi sənə imkan veririk ki, böyük erməni xalqı qarşısında günahlarını yuyasan. Təzədən dərs keç! De ki Qarabağ ta qədimdən erməni torpaqları olub! De! De ki Qarabağ ermənilərindir!

 

Cəfər müəllim tələbələrinin qarşısında sıxılır, onların üzünə baxmağa utanırdı. Zərbədən başından üzünə şoralanan qan gözlərini tutdu, onu tələbələrinin gözlərinə baxmaq əzabından xilas etdi…

 

***

 

Yaşar Əliməmmədov: Müsibət idi… Gözümün önündə insanlar öldürülür, başlarının dərisi soyulur, yandırılırdı. Əllərimiz bağlı, köməksiz halda bu səhnələri görmək dəhşət idi. Bir tərəfdən də meşədə ayaqlarımızı don vurmuşdu. Avtomatı tuşlayıb, dörd saat tək ayaq üstə saxlayırdılar. Büdrəyəni yerindəcə güllələyirdilər. Başımdan yerə basıb deyirdilər ki, torpaq istəyirdin, bu da torpaq, al, ye!

 

– Bir az qardaşlarınızdan danışmağınızı istəyirəm.

 

– Qardaşım Namiq rus dilini yaxşı bildiyi üçün Əsgəran rayonunun katibi Saşa Fomin onu özünə sürücü götürmüşdü. Ermənilər Namiqi yaxşı tanıyırdı. Elə buna görə də Namiqi aramızdan seçib apardılar… Qardaşlarımdan Faiq qaldı yanımda… Bu günə qədər də Namiqdən bir xəbər yoxdur… Deyim ki, öldürdülər, yox, gəlib tövlədən çıxardıb apardılar, qulaq asdıq, atəş səsi gəlmədi… Amma Namiq necə oldu? Heç kim bilmədi… Məsələn, orada ahıska türkləri var idi, əkiz qardaş idilər, gözümün önündə ikisini də öldürdülər… Namiqi isə neylədilər, bilmədik…

 

***

 

Tövlədəki bütün uşaqlar iki günün içində böyümüşdülər. Heç biri uşaqlıq etmir, oynamırdı. Böyük bir oyunun qurbanı olan körpələr yaralı valideynlərinə sığınıb, onların hıqqıltısına qulaq verib, yaşadıqları üçün sevinirdilər. Tövləyə yeni girən hərbçilərdən biri Yaşara qısılan Siracın çənəsindən yapışıb, başını yuxarı qaldırdı. Diqqətlə onu süzüb, qolundan tutub dartdı:

 

– Bu türk küçüyü çox yaxşı uşaqdı, özümüzlə götürək!

 

Bayaqdan tərpənməyə halı olmayan Yaşar yerindən dik atılıb, var gücü ilə Siracı qucaqladı:

 

– Balamı heç kimə vermərəm! Onu heç kimə vermərəm!

 

– Burax! Sən kimsən ki, verməyəsən? Səndən icazə istəmirik! – Hərbçi ermənicə yanındakılara dedi: – Bu uşaq sağlamdır. Öz orqanları ilə neçə-neçə ermənini xilas edə bilər. Götürün, Yerevana göndərək!

 

Onlar Yaşarın ermənicə bildiyindən xəbərsiz idilər. Yaşar bütün gücü ilə Siracın belindən yapışıb saxlayır, erməni hərbçi isə uşağın qolundan dartırdı. Sirac qışqırıb, ağlayırdı…

 

Hərbçilərdən biri zərblə Yaşarı vurdu. Yaşar  qışqırır, oğlunun əlində qalan ayaqlarını bərk-bərk bağrına basırdı. İkinci hərbçi də avtomatını qaldırıb, qundağı ilə Yaşarın boynunun arxasından vurmağa başladı. Sayını itirdiyi zərbələrin altında Yaşar taqətdən düşdü, qolları boşaldı və Siracı onun əlindən çəkib aldılar.

 

Atasının əlindən çıxan Sirac daha da bərkdən qışqırıb ağlayırdı. Hərbçi onu qoltuğuna vurub, tövlənin qapısından çıxdı. Ağrıdan yerdə qıvrılan Yaşar yerindən qalxıb, özünü tövlənin qapısına atanda, arxadan vurulan zərbədən yerə yıxıldı. Hərbçilər tövləni tərk etdi. Çarəsiz Yaşar hönkürürdü…

 

Tövləyə yeni girən erməni Yaşarın qarşısında dayandı:

 

– Yaşar?!

 

Samvel Əsgəranda yaşayırdı, maşın ustası idi. Yaşar həmişə maşınını ona təmir etdirirdi. İndi Yaşar onun qarşısında yerə çökmüş halda əlini qapıya uzadıb, “oğlumu alıb apardılar” deyərək, hönkürürdü…

 

Samvel tövlədən çıxdı. Bir az keçmiş, Sirac qucağında geri qayıtdı. Sirac bağırır, elə çabalayırdı ki, sanki ağlını itirmək üzrə idi. Özünü Yaşarın üstünə atdı. Ata-bala bir-birinə sarılıb, ağlayırdı. Samvel astadan:

 

– Səni belə görmək istəməzdim, Yaşar. Qorxma, səni buradan çıxardacağam, – deyib, tövlədən çıxdı.

 

Yaşadığı şokdan ayılmayan Yaşarla Sirac hələ də qucaqlaşıb, hönkürürdülər…

 

***

 

Bir neçə saatdan sonra Samvel yenə gəldi:

 

– Uşağı da götür, gəl, sizi dəyişməyə aparıram.

 

– Necə gedim? Qardaşlarım, qohumlarım hamısı buradadır…

 

– Bax da, Yaşar. Mənə çox yaxşılığın dəyib, bunun əvəzini çıxmaq istəyirəm. Danışmışam, mən ancaq səni apara bilərəm, vəssalam!

 

Faiq Yaşarla Siracı bağrına basdı:

 

– Heç nə düşünmə, Yaşar! Əsas odur ki, Sirac xilas olsun. Onu qoru! Özündən muğayat ol, Sirac atasız böyüməsin! Bizdən nigaran qalmayın, yəqin, yavaş-yavaş hamımızı dəyişərlər… Qismətsə, görüşəcəyik!

 

***

 

Girovları daşıyan köhnə “UAZ” Xocalının içindən keçəndə hamı istər-istəməz pəncərədən şəhərə boylandı. Bütün şəhər yanıb viran qalmış, küçələr insan cəsədi ilə dolu idi…

 

Üz-gözü tanınmaz hala düşən meyitlərə, hələ də tüstülənən evlərə baxmağa qorxan Sirac balaca, çirkli, qanlı əlləri ilə özünü tutdu. Böyüklərin səsini eşidirdi:

 

– Neçə ilə zülmlə tikib-qurduğumuz evləri iki günə külə çeviriblər…

 

– Cavan qadının, körpə uşağın meyiti küçələrdə qalıb, Allah necə götürür?

 

– Nəyimiz var əlimizdən çıxdı… Evimiz, eşiyimiz, torpağımız, hörmətimiz… Hər şeyimiz… İndi Allah bilir axırımız necə olacaq?!

 

– Yenə şükür, başımıza nə müsibət gətirdilərsə də, özümüzü dəyişməyə aparırlar. Heç olmasa, gedib görək, bizimkilər Ağdama çata biliblər…

 

“UAZ” Əsgəran istiqamətinə gedirdi. Yolda bir dəstə rus hərbçi maşını saxladı. Maşındakı hərbçilər enib söhbət edərkən, girovların həyəcanı bir az da artdı:

 

– Ruslar bizi sağ buraxmazlar! Hamımızı qıracaqlar!

 

Maşının qapısı açıldı. Erməni hərbçi başını içəri salıb, girovları diqqətlə süzdü. Siracın başını sinəsinə sıxan Yaşar nə zamansa bir yerdə çalışdığı Qariki tanıdı… İndi azadlığın bir addımındaykən qəddar Qariklə rastlaşmaq Yaşarın həyatda ən arzulamadığı görüş idi…

 

(Davamı olacaq…)

 

III hissədə:

 

Sirac evləri haqqında eşidəndə bayaqdan ilk dəfə indi əllərini üzündən çəkib, ona tərəf döndü. Sanki evlərinin yeni sahibinin simasını yaddaşına həkk eləmək istəyirdi. Qarik qapını çırpıb getdi. Sirac Yaşarın titrəyən dodaqlarına baxıb, sakitcə pıçıldadı:

 

– Ata, yalan deyir! Evimiz ona qalmayıb, yanıb! Gözümlə gördüm…

 

***

 

Karo Siracı bir göz qırpımında havaya qaldırıb, şillə ilə elə vurub atdı ki, Yaşar oğlunun öldüyünü, ya qaldığını anlaya bilmədi. Hər şey elə bir anın içində baş verdi…

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website