Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Deputat: "Allah Taleh Bağırzadenin başına daş salsın ki, bu cür oyunlardan çıxır" – MÜSAHİBƏ

Deputat: "Allah Taleh Bağırzadənin başına daş salsın ki, bu cür oyunlardan çıxır" - MÜSAHİBƏ

03/12/2015

15:14


03.12.2015 / 15:11 xeber –

Nardaran hadisələri ilə bağlı həmin qəsəbənin də daxil olduğu 28 saylı Sabunçu üçüncü seçki dairəsinin deputatı Eldar Quliyev hafta.az saytına müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir.

 

– Hadisələrdən sonra mediada sizin Nardaranda olmadığınız, hadisə yerinə bir dəfə də olsun getmədiyiniz qeyd olunur. Doğrudanmı noyabrın 26-dan bu yana Nardarana baş çəkməmisiniz? Halbuki camaatla danışıqlarda siz öndə olmalı idiniz. Barrikadaların sökülməsində insanları evlərinə dağılışmağa sövq etmək sizin də işiniz idi…

 

–          Mətbuat hər nə gəldi yazır. Noyabrın 30-da ora boşaldılarkən mən Nardaranda olmuşam. İcra başçısı Adillə birgə danışıb, barrikadaları sökdürmüşük. Jurnalistlər bunu bilmirlər axı. Biz məgər elan etməliyik ki, bu işləri görmüşük?! Sonra da camaatla danışdıq ki, çıxın gedin evinizə, onlar da dağılışdılar. Səhər də oraya polislər getdilər ki, yenidən qarşıdurma yaşanmasın. Ayın birindən də Nardaranda fövqəladə vəziyyət elan edilib. İlk növbədə bəzi sakinlərdə olan silahların yığılması prosesi başlayıb. 20-25 ildir o kənddə həmişə qarşıdurma olur. İndi də dövlətimiz istəyir ki, bu məsələlər kökündən həll edilsin, bir də qarşıdurmalar yaşanmasın. Nardaranlıların da, bizim də istədiyimiz odur ki, bütün bu məsələlər aradan qaldırılsın.  Xəbərlər yayılır ki, guya mən yerimdə olmuram. Bizim orada qərargahımız var. Gedin baxın, qərargahımız bağlı olsa, mən oranı dağıdaram. Həftənin yeddi günü oradakı ofisimiz açıq olur. Həmin jurnalistə dedim ki, gəlib bizim ofisimizə girmisiniz, bağlı olub? Deyir, yox, mənə elə deyiblər. Adama deyərlər sən kimsən mənim qabağımda, mən elmlər doktoruyam. Mənim kitablarım Çikaqoda, Hannoverdə çap olunub. Mənim haqqımda yazan jurnalistin şəkillərini internetdən çıxarmışam. Materialı da götürüb Baş Prokurorluğa təqdim etmişəm. Adama deyərlər, nardaranlılarla mənim arama niyə girirsən? Biz ata-babadan görmüşük ki, odun üstünə benzin yox, su tökərlər. Biz də çalışırıq ki, orada baş verənlər sakitliklə həll edilsin. O da kimliyindən asılı olmayaraq, bizim vətəndaşımızdır. Hər bazar günü mən ofisimdə oluram. Ofisimiz Maştağada yerləşir. Biz onu elə yerdə tikdik ki, həmin kəndlərin mərkəzində olsun. Maştağadan da, Nardarandan da mənim qəbuluma gəlirlər. Digər altı günü isə bizə Milli Məclis tərəfindən təyin olunmuş köməkçim orada oturur. Ofisdə hər gün 3-4 nəfər səlahiyyətli nümayəndəm oturub, camaatı qəbul edir. Deyirlər ki, biz orada olmuruq. Oradakı parkı kim tikdirib? Adama deyərlər, qeydiyyat şöbəsini kim inşa etdirib? Oradakı poliklinikanı kim tikdirib? Abidəni, hazırda tikilən yeni mədəniyyət evini, kim inşa etdirir? Xahiş edirəm gedin oradakı məscidə, soruşun ki, məscidin yenidən qurulması kimin işidir? Nardarana 67 ədəd transformatoru da mən qoydurmuşam. Nardaranın yollarını kim asfaltladıb, o kəndə kim su çəkdirib?! Nardaranda 187 nömrəli məktəbin dam örtüyünü də mən təmin etdirmişəm.  Azərbaycanda mənim qədər iş görən, üstəlik camaatla da görüşən deputat yoxdur. Təkcə, Qurban bayramında Nardaran, Bilgəh, Zabrat, Maştağa camaatına beş ton ət paylamışam.

 

– Nardaranla bağlı sizdə olan məlumatlar nədir? Hazırda orada vəziyyət nə yerdədir?

 

–  Dünən daxili işlər naziri orada görüş keçirdi. Nardaranlılarla söhbətləşdi. Qəsəbə camaatından kimin nə sualı vardısa, nazirə ünvanlayıblar. Hal-hazırda istintaq gedir. 32 nəfər də artıq həbs olunub. Bu, hələlik ilkin istintaqdır. Ölənlər, yaralananlar olub, hələ ki, araşdırmalar davam edir. Hazırda Nardaranda fövqəladə vəziyyət elan olunub. Bununla əlaqədar qanuna müvafiq olaraq heç kimin ora müdaxilə etmək ixtiyarı yoxdur. Hazırda Nardaranda olmaq daxili işlər nazirinin, daxili qoşunların komandirinin vəzifəsidir. Həmin şəxslər də qəsəbədə olublar. Daxili Qoşunların komandanı hazırda da oradadır. Bu səhər Nardarandan mənə zəng gəldi, danışdım. Yəni hazırda mənim orada olmağıma elə bir zərurət yoxdur. Sakinləri çağıranda gedib izahatlarını verirlər. Taleh Bağırzadə haqqında məlumatlar toplanılır. Onun Nardarana necə gəldiyi, ətrafındakı insanların onun başına necə yığışdığı, nardaranlı olmayan kənar şəxslərin bura necə gəldiyi soruşulur. Çünki təkcə Taleh gəlməyib. Onunla Nardarana gələrək xeyli adam cəmləşib. Yəni o, öz adamlarını da yığıb Nardarana gətirib. Əvvəl heç hökumət də bilmirdi ki, bunlar haradan gəlib. Əməliyyatdan sonra bütün bunlar aydın oldu.

 

– Dünən, ya bu gün olmusunuzmu Nardaranda? Belə məqamda sizin üzərinizə bir deputat olaraq hər hansısa vəzifələr qoyulubmu?

 

– Nə dünən, nə bu gün Nardaranda olmamışam. 29-30 dekabrda orada olub, insanlarla danışıb, meydanı boşaltdırmışıq. Saat on birə qədər də ağsaqqallarla danışıb, məsələni yoluna qoymuşuq. Hazırda da fövqəladə vəziyyətlə əlaqədar olaraq heç kəs Nardarana buraxılmır. Hökumət tərəfindən tapşırıq verilib bu barədə. Biz gedib nə edəsiyik ki, ancaq orada həbçilər var. Mənim deputat toxunulmazlığım olsa da, məsələyə dəxli yoxdur. Fövqəladə vəziyyət tətbiq edilibsə, oraya girmək olmaz. Mən qanunla danışıram, bunlar qanunda var. Fransada, Türkiyə də də terror əməliyyatları keçirildi, orada əməliyyat vaxtı deputat var idi?! Dünyanın heç bir yerində belə şey yoxdur. Biz deputatlar sonradan danışıqlar aparırıq, sonradan məsələyə qarışırıq.  Belə bir vəziyyətdə orada ancaq güc strukturları olmalıdır, başqa adam girib-çıxa bilməz. Yalnız dövlət tərəfindən tapşırıq olsa, biz gedə bilərik.

 

– Yaxın günlərdə Nardarana gedəcəksinizmi? Yoxsa aranın tamamilə sakitləşməsini, fövqəladə vəziyyətin götürülməsini gözləyirsiniz?

 

–  Artıq 11 ildir hər bazar günü nəyin baş verməsində asılı olmayaraq, qərargahımda oturub, sakinləri qəbul edirəm. Bu bazar günü Maştağadakı qərargahımda olacağam. Öz əhalimizlə görüşəcəyəm. Maştağada da qərargahın qabağında polislər var. Onlar da qərargaha girib-çıxan adamları bir-bir yoxlayırlar. Bütün maşınlar saxlanılır. Amma Nardarana getməyəcəyəm. Çünki hazırda orada fövqəladə vəziyyətdir. Adama deyərlər ki, sən gəlib burada nə edəcəksən? Polis orada lazım olan vəziyyəti elan edib. Fövqəladə vəziyyətin əsas məğzi də odur ki, oradakı ünsürlər təmizlənsin və silahlar yığılsın. Hər dəfə oradan silah səsi gəlir. Bunlar toplanmalıdır.

 

– Bir millət vəkili olaraq, hadisədən əvvəl yəqin ki, bu kənddə radikallıq elementlərini hiss etmişdiniz. Bununla bağlı həmin ekstremistlərlə, onlara qoşulan bəzi kənd cavanları ilə görüşüb, söhbət etmişdinizmi? Yaxud bundan sonra maarifləndirmə işləri aparacaqsınızmı?

 

–  Yarım saat bundan qabaq oranın ağsaqqalı olan Mehman adlı şəxslə telefonla danışırdım. Ona bildirdim ki, vaxtında mən sizə xəbərdarlıq etmişdim ki, radikallığı yığışdırın. Deyirdilər ki, heç nə etmirik. Bildirdim ki, Taleh Bağırovun orada nə işi vardı?! Taleh kimilər hansısa dövlətə işləyir də. Şeyxin müavini Hacı Məhəmmədə də dedim ki, sən də bunlarla söhbət elə, başa sal ki, belə olmaz. O da dedi ki, bunların içərisində bir–iki nəfər var. Həm də mənə bildirdi ki, bunların əli başqa dövlətin bayrağındadır. Yəni bu barədə maarifləndirici söhbətlər aparmışam. Talehin başında bir-iki nardaranlı vardı, onlar da həbs olunublar. Onlar üç dəfə mənə səs verib. Hər şey qaydasına düşəndən sonra yenə bir yerdə olacağıq. O kəndlərdə bir dənə də xeyir-şər bizsiz olmur. Nardaranlıların bütün məclislərində iştirak edirəm. Çünki mən oranın yerli sakiniyəm, oradan çıxmışam, Maştağadanam.

 

–  Hadisədən sonra Nardaranın Ağsaqqallar Şurası yaranmış vəziyyəti aradan qaldırmaq üçün dövlətin onlarla danışığa getməsini bəyan etmişdi. Siz bu günlərdə millət vəkilləri olaraq Nardaran ağsaqqalları ilə bu və ya digər şəkildə əlaqə saxlamısınızmı? Yaxud onlar sizə hər hansı bir müraciət ünvanlayıblarmı?

 

– Nardaranın Ağsaqqallar Şurasında bircə Namiq kişi var. Başqa adam yoxdur. O da tez–tez mənə zəng edir. Namiq kişi də öz işində, gücündədir. Orada başqa hörmətli ağsaqqallar da var. Amma Ağsaqqallar Şurası adı ilə tanınan qurumda Namiqdən başqa heç kim yoxdur.

 

– Nardaranda elektrik enerjisi və istehlak edilən mavi yanacağın pulları ödənilmir və kifayət qədər də yüksək bir məbləğdir. Əvvəllər bu borcların qaytarılması ilə bağlı insanlarla heç görüşüb, danışmısınızmı?

 

–  Hakimiyyət həmişə bunlara hörmət edib. Hansı dövlətdə var ki, işıq, qaz pulsuz olsun. Neçə dəfə camaatı yığıb demişik ki, işlətdiyiniz işığın, qazın pulunu ödəyin, 1-2 faizlə olmur. Nardaranın borcları olduqca çoxdur. Elə vaxt olub ki, getmişəm Nardarana, yağışın altında islana-islana Baba Rzayevin yanına üz tutmuşuq. Xahiş etmişik ki, bunların işığını, ya qazını bərpa edin. Onlar da sözümüzü yerə salmayıb, bərpa ediblər. Deyiblər ki, amma pullarını ödəməlidirlər. Son dövrlər cənab prezident tərəfindən güzəşt edildi, Nardaranın işıq-qaz pulları silindi. Hazırda yığılanlar isə təzə borclardır. Allah Taleh Bağırzadənin başına daş salsın ki, 31 yaşı var, bu cür oyunlardan çıxır. Arzu edirəm ki, günahsızlar həbs olunmasın. Kimin günahı da var, gedib, qanun qarşısında cəzasını çəksin.

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles