14:55 xeber – Bakı Metropolitenində bir ilk yaşanaıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu gün metronun 28 May stansiyasına daxil olan sərnişinlər gözlərinə inanmayaıblar. Stansiyada musiqi alətlərində klassik musiqi ifa edilib.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə bildirib ki, konsert dahi bəstəkar Üzeyir Hacıbəyovun 130 illik yubileyi ilə əlaqədardır: “Bu sosial layihələrdən biridir. Dahi bəstəkarın yubileyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Bizdə qərara gəldik ki, belə bir lahiyə həyata keçirək. Bu həm də metro istifadəçilərinə xoş əhval-ruhiyyə bəxş etmək məqsədi daşıyır”.
N.Paşayev layihənin bu ayın sonun qədər – hər həftənin 5-6-cı günləri olacaq. Konsert proqramını Musiqi Konservatoriyasının tələbə və məzunları ifa edirlər. Onlar burada həm milli musiqi, həm də klassik musiqilər ifa edəcəklər.
“Bu, insanların stansiyaya giriş-çıxışında da heç bir problem yaratmır. Bu layihə 28 May stansiyasıyla birgə İçərişəhər stansiyasında da davam edəcək”.
mənbə :
anspress
Metropoliten rəhbərliyi stansiyada belə oyun çıxarmaqdansa, sərnişinlərin rahat (bir birinin belində getməsin) daşınmasını və yəni yayda sərin, qışda isə isti vaqonlarda daşınmasını təmin etsəydi bu daha ürəkaçan olardı.