13:23 xeber – 10-cu platformada xilas edilənlərin sayı 9-a çatdı.
Saat 13.01
FHN əməkdaşları 10-cu platformada xilasetmə əməliyyatına başlayıblar. Artıq 4 nəfərin xilas edildiyi bildirilir. Bu barədə məlumatı ANS PRESS-ə Dövlət Neft Şirkətinin vitse prezidenti Xaliq Məmmədov verib.
Onlar arasında bir qadın da var. Əməliyyat tədbirləri davam etdirilir.
Tez-tez dəyişən güclü külək və tufan xilasetmə əməliyyatını çətinləşdirir. Təbii fəlakət rejimində çalışan Fövqəladə Hallar Nazirliyinin xilasedicilər tufanın yaratdığı bütün gərginliyə baxmayaraq var gücləri ilə çalışırlar.
Saat 12.36
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə xilasetmə əməliyyatlarına başlanılıb. Xəzərdə küləyin sürəti nisbətən zəiflədiyi üçün FHN əməkdaşları xilasetmə əməliyyatına artıq başlaya biliblər. Söhbət saniyədə 17-18 metr əsən küləkdən gedir.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, bunu Dövlət Neft Şirkətinin vitse prezidenti Xaliq Məmmədov deyib.
SOCAR və FHN-nin rəhbərliyi olan helikopter “Günəşli” yatağındakı hadisə baş verən əraziyə yəni, 10-cu platformaya enə bilib.
İctimaiyyətə məlumatların verilməsi üçün Zığ şossesi, Əbilov 27 ünvanında ikinci qərargah yaradılıb.
mənbə :
anspress
Şərh yaz.