Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

"Çox bahalı futbolçuların siyahısında ola bilerdim" – PRESSİNQ

"Çox bahalı futbolçuların siyahısında ola bilərdim" - PRESSİNQ

07/12/2015

15:12


07.12.2015 / 15:10 xeber –

Bəxtiyar Musayev: “Həmin oyunda Fiqu çox əsəbiləşmişdi”

Lent.az-ın "Pressinq" layihəsinin budəfəki qonağı keçmiş futbolçu, hazırda "Neftçi" klubunda seleksioner məşqçi kimi çalışan Bəxtiyar Musayev olub. Sabiq "11 nömrə" oxucularımızın ona ünvanlandırdığı sualları cavablandırıb.  

 

Ceyhun Əsədov:

– Son illər "Neftçi"nin nüfuzu aşağı düşüb. Əvvəlki "Neftçi"ni bir də nə vaxt görəcəyik?

– Biz də bunun fərqindəyik. Özümüz də istəmərik ki, "Neftçi"nin çətin günləri davam etsin. Rəhbərlikdə futbol adamları çoxdur. Əlimizdən gələni edəcəyik ki, "Neftçi" qısa vaxtda əvvəlki nüfuzunu bərpa etsin. 3 il ardıcıl ölkə çempionu olduqdan sonra komandada enişin yaşanmasına dünyada baş verən hadisələr də səbəb oldu. Maddi cəhəti nəzərdə tuturam. Klubun strategiyası dəyişdi. Yerli oyunçulara "Neftçi"də həmişə diqqət ayrılıb. Amma strategiya dəyişəndən sonra qənaətə gəlindi ki, gənc, yerli futbolçularımızı meydanda daha çox görək. Komandadakı legionerlərin sayını azaltmaq tələbi qoyuldu. Keçid dövrünü yaşayırıq. İnşallah, "Neftçi" bu prosesdən üzüağ çıxar. Düzdü, komanda 5-6 oyun "qara zolağ"a düşmüşdü. Bundan sonra qələbələrin, gözəl oyunların ardı gələr.

 

Rəvan Həmidov:

– Samir Əliyevin baş məşqçi kimi "Neftçi"də uğursuzluq yaşaması təcrübəsizliyi ilə bağlı oldu, yoxsa ona "torba" tikildi?

– Komandadakı futbolçuların çoxu gənc uşaqlardır. Onlarla Samir Əliyevin çox gözəl münasibəti var idi. Bu baxımdan, "torba"dan söz gedə bilməz. Bəli, təcrübəsizlik rol oynadı. Hamıya aydındır ki, Samir Əliyev baş məşqçi kimi təcrübəsizdir. Amma işləmək həvəsi, bacarığı var. İnşallah, gələcəkdə Azərbaycanda layiqli məşqçi kimi öz sözünü deyəcək.

 

Elnar İbrahimov:

– Əsgər Abdullayev gələndən sonra qısa zamanda nəyi dəyişdi ki, "Neftçi" nəticə göstərməyə başladı?

– Futbol adamları bilirlər ki, yeni məşqçi gələndə mütləq dəyişiklik olur. Heç nə etməsə, həmin məşqləri keçsə belə, məşqçi dəyişikliyi uşaqlarda müsbət fikir oyadır. Bu, insan psixologiyasıdır. Onda uşaqlar məşqlərdə özlərini daha yığışdırırlar, məşqçinin gözünə girməyə çalışırlar, bir az da artığını edirlər. Əsgər müəllim futbolçularla ayrıca görüşür, danışır, onların əhval-ruhiyyəsini qaldırmağa çalışır. Mən Əsgər müəllimlə həm bir yerdə oynamışam, həm də onun futbolçusu olmuşam. 17 yaşımda "Neftçi"nin heyətində SSRİ çempionatında çıxış edəndə Əsgər müəllim komandanın kapitanı idi. Məşqçi kimi isə onunla millidə və "Şəfa"da çalışmışam.

 

Səid Məmmədov:

– "Neftçi" rəhbərliyi əcnəbi məşqçi axtarışında olduğunu bildirib. Xarici məşqçi gətirmək hazırda yaxşı nəticə göstərən Əsgər Abdullayevə qarşı haqsızlıq olmazmı?

– Bu, öncədən açıqlanmışdı. Əsgər müəllimlə söhbətdə də deyilmişdi ki, komandanı hələlik sizə həvalə edirik. Əsgər Abdullayev Müşahidə Şurasına üzv seçiləndən əsas, əvəzedici və aşağı yaş qrupları üzrə komandalarımızın oyunlarına bir yerdə baxırdıq. O, "Neftçi"yə həmişə qəlbən bağlı olub. Özü də deyir ki, "Neftçi"də böyüyüb. Çətin vəziyyətdə komandanı ona tapşırdılar. Əsgər müəlim, doğrudan da, çətin yükün altına girdi. Şükürlər olsun ki, komanda hazırda yaxşı nəticə göstərir. Rəhbərliyin qərarının necə olacağını bilmirəm. İş gedir. Onlar da hər şeyi görürlər, bilirlər.

 

Nazim Sadıqov:

– Çingiz Abdullayev və Bəhram Bağırzadə kimi futbol adamı olmayan şəxslərin "Neftçi"nin rəhbərliyində yer almalarını nə dərəcədə doğru hesab edirsiz?

– Çingiz Abdullayev Azərbaycanın xalqının çox hörmət etdiyi bir şəxsdir. İstər gənc, istərsə də yaşlı nəsil ona şəxsiyyət kimi böyük hörmət bəsləyir. "Neftçi"də əvvəl Müşahidə Şurası olmamışdı. Belə bir qərar qəbul olunandan sonra Çingiz müəllim kluba dəvət olunub. Kiməsə müraciət etmək, kiminləsə diskussiya aparmaq mənasında, çox köməyi dəyir. Çingiz müəllim Azərbaycanda böyük nüfuza malikdir. Kimliyindən asılı olmayaraq, Azərbaycanda hər bir insanla danışa bilər, sözü keçə bilər. Bəhram müəllim də millidə oynadığımız vaxtdan bizimlə həmişə görüşlər keçirib, ruh yüksəkliyi verib, azarkeşimiz olub. Həmişə beynəlxalq oyunlar olanda Bəhramı stadionda görmüşük. Komandalarımıza necə canla, başla dəstək olmasının şahidi olmuşuq. İndi də dəstəyini əsirgəmir. Komanda uduzanda necə həyəcan keçirdiyini, üz cizgilərinin necə dəyişdiyini biz görürük.

 

Tural Nuriyev:

– Sizin dövrün futbolçularının bir neçəsi hazırda baş məşqçi kimi fəaliyyət göstərir. Bəxtiyar Musayev nə vaxt baş məşqçi olacaq?
 

– Sözün düzü, təsadüf nəticəsində seleksiyaçı-məşqçi təyin olundum. Futbolçu karyeramı bitirəndən dərhal sonra "Xəzər Lənkəran"dan mənə təklif gəldi. Ağasəlim Mircavadovun rəhbərliyi dönəmində Braziliyaya oyunçu seçmək üçün ezamiyyət var idi. Onda komandaya təzə gəlmişdim. Ağasəlim müəllim dedi ki, mən Bəxtiyarın futbol biliyini bilirəm, bizə yardımçı ola bilər. Buna görə də, Braziliyaya məni göndərdilər. Onda Rodriqo və Osmarı komandaya gətirdik. Osmar çox perspektivli oyunçu idi, 17 yaşı var idi. Sadəcə, burda onun oyunu alınmadı. Xasiyyətcə qürurlu, dikbaş uşaq idi. Ondan sonra Dieqo və Mario Souzaları gətirdik. Birlik Kubokuna 1 həftə qalmış komandaya qoşuldular və çempionluğumuzda böyük rol oynadılar. İşimdən məmnun idim, həvəslə işləyirdim. Bəlkə də, gələcək üçün baş məşqçi olmağı düşünmək olar. Amma indiyə kimi bu barədə düşünmürdüm.

 

Kənan Mustafayev:

– "Xəzər Lənkəran"da həm futbolçu, həm də məşqçi olmusuz. Bu klubun hazırkı vəziyyətə düşməsinin səbəbini nədə görürsüz?

– "Xəzər Lənkəran"la bağlı xoş xatirələrim var. Futbolçu kimi bu klub yeni yarananda orda oynadım və "Qızıl oyun"da "Neftçi"yə uduzaraq, çempionluqdan məhrum olduq. Karyeramı bitirdikdən sonra da "Xəzər Lənkəran"a qayıtdım. Klubun indiki durumu ümumilikdə Azərbaycan futbol ictimaiyyətinə zərbədir. Çünki "Xəzər Lənkəran" futbolumuza böyük rəng qatırdı, rəqabəti artırırdı. İndi bir çox komandalarımız maddi cəhətdən problemlə üzləşiblər. "Xəzər Lənkəran" bu duruma kluba tətbiq olunan transfer qadağasından sonra düşdü. Eşitdiyimizə görə, bir az maddi böhran da var. "Xəzər Lənkəran"ın rəhbərliyini tanıyıram, gözəl insanlardır. İnanmıram ki, Mübariz Mənsimov durumu belə saxlasın. Müvəqqəti çətinlikdir, məncə, toparlana biləcəklər.

 

Teyyub Qəribov:

– Sizin vaxtınızda pleymeyker mövqeyində rəqabət var idi. Mahmud Qurbanov və Vidadi Rzayev kimi futbolçularla rəqabət aparırdız. Razısız ki, indi Azərbaycan futbolunda əsas axsayan mövqelərdən biri məhz pleymeyker mövqeyidir?

– Mənə o xoşbəxtlik nəsib olub ki, uşaq yaşlarımdan yaxşı məşqçilərin əlinin altında işləmişik. Allah rəhmət eləsin, uşaq məşqçimiz Şamil Heydərov idi. Sonra isə Fazil Abbasovun rəhbərliyi altında çalışdıq. Əvvəl uşaqların topla rəftarına, texnika və taktikasına çox fikir verilirdi. Bir dönəm Azərbaycanda uşaq futboluna nəzarət olmadı. O boşluqda bir sıra uşaqlar futbolun əlifbasını kortəbii öyrəndilər. Amma indi məşqçilər yetişir və hər kateqoriyada seminarlar keçirilir, lisenziyalar alırlar. Gələcəkdə savadlı məşqçilərimizin əlinin altında uşaqlarımız daha da təkmilləşəcəklər. Bir də ən bəlalı problemimiz var ki, hələ də qalmaqdadır. Məhəllə futbolu. O olmasa, çox əziyyət çəkəcəyik. Məşqçi uşaqlara 1 saat, saat yarım ərzində nəsə öyrədir. Amma uşaq improvizasiyaları, yaradıcılığı həyətdə, məhlə futbolunda öyrənə bilər. İndi məhlələrdə yer yoxdu. İnternet, kompüterin inkişafı da buna təsir edir. Moldova və Belarus kimi ölkələrdə, demək olar ki, hər məhlənin öz meydançası var. Təəssüflər olsun ki, bizdə belə deyil. İndi uşaqlara baxırsan, qaçışları da düzgün deyil. Biz məhlə futbolunu ağacların arasında oynamışıq, bunları hamısı kordinasiyadır. Əvvəl əyri qaçanda belə baxırdılar ki, bu necə qaçışdır? İndi hərə bir cür qaçır. 17, 19 yaşlı uşağın qaçışı düzgün deyil.

 

Vüqar Xeyrullayev

– Əvvəlki illərdən fərqli, "Neftçi"yə son gətirilən legionerlər ümidləri tam doğrultmurlar. Bu nə ilə əlaqədardır?

– Jayronu gedib izləməmişik. Ailtona gəlincə, yayda bizə təklif olunmuşdu. Ancaq həmin vaxt məndə viza olmadığından, onu izləmək şansım olmadı. Görüntüləri var idi, ona əsasən istedadlı, ümidverici futbolçu olduğunu gördüm. Elə oldu ki, həmin ərəfədə turnir keçirilirdi, ora idman direktorumuz Vəli Qasımov yollandı. Baxıb, bəyənmişdi Ailtonu. Mən belə düşünürəm ki, Ailton böyük futbolçu ola bilər. Onun hər bir potensialı var, sadəcə artıq elementləri yığışdırmalıdır.

 

Sənan Qayıbov:

– Millimizin illər öncə Portuqaliya ilə Bakıda 1:1 hesablı heç-heçə etdiyi oyunu yadınıza salmaq istərdim. Zaur Tağızadənin qol vurduğu epizodda ona ötürməni məhz siz vermişdiz. Ümumiyyətlə, o anları necə xatırlayırsız, həmin ötürmə necə alınmışdı? Zaur əziyyətinizi yerə vursaydı, ona hirslənərdizmi?

– O vaxt bizim fiziki durumumuz yüksək səviyyədə olmurdu. 10 il "Neftçi"də oynadım, cəmi 1 dəfə Antalyaya "poezdka"ya getdik. Qayıdanda da gün yarıma qayıtdıq. Bizə Bakıda 2 dəfə məşq etmək üçün günorta yeməyi vermək lazım idi, o da problem idi. Təkcə milli ilə ildə 1 dəfə toplanış keçirdik. O vaxt oyun praktikasından da əziyyət çəkirdik. Amma indi hər yaş üzrə komandalar toplanış keçirlər. Portuqaliyaya qarşı 2 gün oynadıq. Birinci gün stadionun işıqları söndüyündən, oyun səhərisi gün keçirildi. Avqust ayında, isti havada oynamaq çox çətin idi. Allah Əhməd Ələsgərova rəhmət eləsin, böyük mütəxəssis idi, komandanı oyuna çox yaxşı kökləmişdi. Topla oynamağı, driblinq etməyi həmişə sevmişik. Həmin epizodda irəliləmək şansı var idi və qarşıma oyunçu gəldi. Aldadıcı fəndlər etdim, yaxşı da alındı. Onda Portuqaliya yığmasının heyətində Milan "İnter"ində oynayan Paulo Souza, Fiqu var idi. Həmçinin "Fənərbaxça"nın üzvü Dimaş da həmin heyətdə yer almışdı. Verdiyim ötürmə məhz onun ayaqları arasından keçdi və Zaur Tağızadə əziyyətimi yerə vurmadı. Zaur çox yüksək sürətə malik idi. Biz də bacardıqca onun önünə ötürmələr verirdik ki, sürətindən istifadə etsin. Əlbəttə, həmin epizodda qol vura bilməsəydi, üzülərdik. Amma Zaurla həmişə gözəl münasibətimiz olub. Elə futbolçu var ki, onun üstünə qışqırmaq lazımdır, amma elələri də var ki, o, özü hər şeyi dərk edir. Zaur da məhz bu cür oyunçulardan olub. Bizdən gənc olsa da, həmişə öz oyunu, davranışı ilə hörmət qazanıb. Onu da deyim ki, Fiqu həmin görüşdə çox əsəbiləşmişdi, qol vuranda butsusunu götürüb fırlayırdı. Portuqaliyalılar düşünürdülər ki, rahat qələbə qazana bilərlər. Amma biz, doğrudan da, yaxşı oynadıq. Qol imkanlarımız oldu, yəni oyunu müdafiədə keçirmədik. Həmin Portuqaliya yığmasının heyətində yer alanlar – Luiş Fiqu, Rui Koşta, Sa Pinto, Joao Pinto, Vitor Baya onların futbolunun "Qızıl nəsli" sayılırdı. Həmin futbolçulardan sonra Portuqaliyadan yalnız Kriştianu Ronaldo çıxdı.

 

Rəsul Məmmədov:

– Futbolçu karyeranızda "Fair-play"ə önəm verən oyunçulardan olmusuz. Heç meydanda mübahisələriniz olubmu?

– "Fair-play" mükafatı almışam. Biz xarakter göstərirdik. O vaxt "Neftçi"nin heyətində rayonlara oyunlara gedirdik. Onda rayon səfərləri indiki kimi deyildi. Gedəndə gərək qılınc və qalxanını da götürərdin (gülürük). Orda oyun idarə etmək hakimlərə problem yaradırdı, onlar da bizə problem yaradırdılar. İndiki kimi, onda da "Neftçi"yə qarşı komandalar xüsusi hazırlaşırdılar. Haqsızlıq olanda götürmürdüm. Bu mənada, hakimlərlə az dialoqum olmayıb. 

 

 

Rüfət Dadaşov:

– İndi futbol oynasaydız, transfer qiymətiniz nə qədər olardı?

– (Gülür). Yaxşı sualdır. Bunu kənardakılar deyə bilər. Mənə elə gəlir ki, çox bahalı futbolçuların siyahısında ola bilərdim. Millinin üzvü olmuşam, pleymeyker mövqeyində oynamışam. Adicə bir şeyi deyim ki, 2000-2001 mövsümündə çempionatın ən yaxşı oyunçusu seçilmişəm. Qalanını siz deyin (gülür).

 

Amil Vəliyev:

– Sizin futbolçu nəslinə "peraşki" yeyib, futbol oynayanlar deyirdilər…

– Hərdən mənə toxunur bu. Halbuki eləsi var qürurla deyir ki, biz acqarına, "peraşki" yeyib futbol oynayırdıq. Amma bu mənə xoş olmur. O vaxt, doğrudan da maddi baxımdan çətin idi. Komandamız gündə 2 dəfə məşq etmək iqtidarında olmurdu. Bunun üçün nahar yeməyi, qalmağa yer lazım idi. Futbolçu da gündə 2 dəfə məşq etməyəndə inkişafdan geri qalır.  

 

 

Qadir Bahadurov

– Ailənizdə sizdən başqa futbol oynayan olubmu və hazırda davamçınız varmı?

– Ailəmizdə məndən başqa futbolçu olmayıb. 4 qardaş olmuşuq, ən kiçikləri mənəm. Qardaşım oğlu Əlinin futbola marağı olsa da, peşəkar səviyyədə məşğul olmadı.  Davamçılarım bəli, var. Hər iki oğlum futbolla məşğul olur, "Neftçi"dədirlər. İstərdim ki, onlar məndən də yaxşı futbolçu olsunlar. Böyük oğlum hazırda "Neftçi"nin 15 yaşlılarında hücumçu mövqeyində oynayır. Kiçik oğlum isə müdafiənin və yarımmüdafiənin sağ cinahında çıxış edir.

 

Səbuhi Məmmədli:

– Biləcəri futbol məktəbindən siz də daxil olmaqla, çox tanınmış oyunçu çıxıb. Ümumiyyətlə, o məktəbin sirri nədə idi?

– Əvvəl dərslərimizi oxuyub, ev tapşırıqları edəndən sonra dərhal həyətə düşürdük. Məhlədə futbol oynayırdıq. Biləcəridəki parkda bir meydança var idi. Biz uşaq olanda ancaq günorta vaxtı orda oynamaq imkanımız olurdu. Çünki axşamlar həmin meydança "zanit" olurdu. Təbii ki, böyüyəndən sonra biz də başladıq axşamlar parkın meydançasında oynamağa. Biləcəri məktəbindən çıxan ən güclü futbolçu Bəxtiyar Qulamovu hesab edirəm. Allah rəhmət eləsin, bu illərdə dünyasını dəyişib. O da biləcərili idi. 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website