Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Tek isteyi oğlundan evvel ölmek idi… – ƏSİR DÜŞƏRGƏSİ – III HİSSƏ

Tək istəyi oğlundan əvvəl ölmək idi... - ƏSİR DÜŞƏRGƏSİ - III HİSSƏ

08/12/2015

12:08


08.12.2015 / 12:05 xeber –

“Övladımın qanının divarlara sıçramasını görmək istəmirdim…”

 

Lent.az-ın “Əsir düşərgəsi”ndə xocalıdan olan Əliməmmədovlar ailəsinin əsirlik hekayətini təqdim edirik. Yaşar Əliməmmədovla 2014-cü ilin yayında Ağcakənddə, oğlu Sirac ilə isə bu ilin yayında Bakıda görüşmüşəm. Bu ailənin yaşadıqlarını yazmağa güc tapmaq üçün mənə çox vaxt lazım oldu…

 

Bu, ilk körpə girovun hekayəsi idi ki, dinləyirdim… Azyaşlılardan Müşfiqin, Əhmədin  hekayəsini dinləmişəm. Amma Sirac onlardan da kiçik olub… Girovluqda bir günün içində böyüyəndə onun cəmi altı yaşı olub…

 

Yer üzündəki heç bir uşağın güllə səsi eşitməməsi ümidi ilə…

 

I hissə

 II hissə 

 

***

 

Maşının qapısı açıldı. Siracın başını sinəsinə sıxan Yaşar başını içəri salıb girovları diqqətlə süzən Qariki tanıdı…

 

İndi, azadlığın bir addımında ikən, onunla rastlaşmaq Yaşarın həyatda heç cür arzulamadığı bir görüş idi…

 

– Yaşar?! Yaxşı görünürsən! Ömründə belə layiq olduğun hala düşməmişdin! Nə oldu? Bəs deyirdin Qarabağ bizimdir? Gördün indi bu torpaqlar kimindir? Hər şey bizimdir! Nəyiniz varsa, bizimdir! Sənin evin də mənimdir! Tutmuşam evini, köçüb orada yaşayacağam!

Sirac evləri haqqında eşidəndə əllərini üzündən çəkdi. Sanki evlərinin yeni sahibini yaddaşına həkk eləmək istəyirdi. Qarik qapını çırpıb, getdi. Sirac Yaşarın titrəyən çiyinlərinə, səyriyən dodaqlarına baxıb, sakitcə pıçıldadı:

 

– Ata, inanma, yalan deyir! Evimiz ona qalmayıb, yanıb! Gözümlə gördüm…

 

***

 

Yaşar Əliməmmədov: Mən Gəncə İnşaat Texnikumunda oxuyub, sonra Rusiyanın Tümen vilayətinin Texniki Universitetində mülki sənaye tikintiləri ixtisası üzrə təhsil almışdım. Xocalı işğal olunanda rayonun “Aqroprom” İstehsalat Birliyində tikinti üzrə baş mühəndis idim. Ondan da əvvəl səkkiz il Əsgəranda işləmişdim, təmir edib, yaşıllıq salmışdım. Orada məni tanımayan yox idi. Qarik də mənim mühəndisim olmuşdu…

 

– Qarik sizi incitmədi?

 

– Yox, elə onu deyib qapını çırpıb getdi. Mən də daha nə deyim, çiynimi çəkməkdən başqa əlimdən nə gəlirdi? Xocalının içindən keçib gəlmişdik, evlərimiz hələ də tüstülənirdi, küçələrdə meyitlər nə qədər… Salamat saxladıqları evləri isə talan edirdilər, gözümüzlə görmüşdük. Amma bizi dəyişmədilər, Ərminəvan kəndindəki uşaq bağçasına apardılar…

 

– Orada girov çox idi?

 

– Biz cəmi on doqquz nəfər gördük. Onun da üçü yaşlı kişi, qalanı arvad-uşaq… Aralarında cavan adam mənimlə Elxan idi. Elxan Rəcəbov…

 

– Həmin on doqquz girovun arasında sizinkilərdən var idi?

 

– Elə gözüm hər yerdə Səidəni, bacılarımı gəzirdi… Yeznələrim ikisi də girov idi, tövlədə bir yerdə idik, amma qadınlardan xəbərimiz yox idi. Bir tərəfdən gözüm onları axtarır, bir tərəfdən də ürəyimdə allaha yalvarırdım ki, sənə qurban olum, bizə nə eləmisən, eləmisən. Heç olmasa onları qoru, onlar əsir düşüb bu işgəncələri görməsinlər…

 

– Uşaq bağçasında sizinlə necə davrandılar?

 

– Bizi maşından düşürdüb içəri aparana qədər yerli camaat töküldü üstümüzə. Kimin müharibədə adamı ölmüşdü, acığını bizdən çıxırdı. Əllərinə nə keçdi, ağac, armatur qırığı, bel… Götürüb gəldilər bizi döyməyə. Bizi orada çox saxlamadılar. On üç nəfər idik, martın 1-də hamımızı Əsgərana gətirdilər…

 

– Xocalıları topladıqları Əsgəran Milis Şöbəsinə?

 

– Bəli, ora…

 

***

 

UAZ Əsgəran Milis Şöbəsinin qabağında dayandı. “Əsir düşərgəsi” oxucularının yaxşı tanıdığı həmən milis şöbəsinin…

 

Onları döşəməsi qanlı dəhlizdən keçirib, sobası gur yanan otağa apardılar. Burada nələr yaşandığını oxucularımız yaxşı bilir. Yaşargil güllədən deşik-deşik olan, insan qanı ilə boyanan sobalı otağa daxil olanda, elə buradaca öldürüləcəklərini düşündülər. İndi Yaşarın tək istəyi, Siracdan əvvəl ölmək idi. O, övladının qanının divarlara sıçramasını görmək istəmirdi. Otağı seyr etdikcə, iliyinə qədər titrəyirdi.

 

Yaşarın titrəməsi ovcunda saxladığı balaca əldən, bapbalaca ürəyə keçir, onu nə gözlədiyini, ölümün nə olduğunu bilməyən Sirac üzünü atasının böyük əlləri arxasında gizlətməyə çalışırdı…

 

Heç kim bir-birinə baxmırdı. Hamının gözü “qırmızı divarda” ilişib qalmışdı. Otaqda sobanın çırtıltısı ilə səssiz ağlayan qadınların sızıltısı eşidilirdi. Bir də qonşu kameralarda əzab çəkən girovların tükürpədici qışqırığı…

 

***

 

– Orada Əsgəran Yanğından Mühafizə Xidmətinin rəisi Karo Petrosyanla qarşılaşdıq. Ucaboy, enli kürək, qara bığlı adam idi. Biz hələ Xocalıda ikən Karo cəllad kimi tanınırdı. Məni görən kimi dedi, “Yaşar, sən öləcəksən!”

 

– Niyə belə dedi?

 

– Alnını mənə göstərib dedi, “bax, nə zamansa sənin atdığın daş alnımı yaralayıb. Səndən heyfimi çıxacağam! Bunun əvəzini verəcəksən!” Burada bizi lap çox incitdilər. Elə işgəncələr verirdilər ki, bax, dəmir parçasını qızdırıb, qoluma dağ basdılar… Burnumu, barmaqlarımı da orada qırdılar. Bədənim qırıq-qırıqdır… Qayıdandan sonra nə qədər xəstəxanalarda yatdım. Dəstə ilə gəlib döyür, incidir, aramızdan seçib aparıb güllələyirdilər.

 

– Sizə işgəncə verən hərbçilərin hamısı erməni idi?

 

– Aralarında Suriyadan gələn “sırğalılar” var idi, onlar da çox amansız davranırdılar… Çox pis döyürdülər, ölənə kimi… Yaba, balta, avtomatın qundağı… Ürəkləri nə ilə istəsə… Elə hər dəfə işgəncə vaxtı oğlum ağlaya-ağlaya qaçıb üstümə uzanırdı ki, “atama dəyməyin, vurmayın…”

 

***

 

Yenidən üst-başlarını axtardılar. Üçüncü əsir düşərgəsinə gələn insanın üstündə nə tapmaq mümkün idi ki?

 

Girovları kameralara göndərdilər. Burada gördükləri girovların halı, tövlədəkilərdən də, uşaq xəstəxanasındakılardan dözülməz idi. Yaşar yenə onların arasında Səidəni axtarırdı…

 

Bir az keçmiş, yeni gətirilən girovların içində Faiq də vardı. İndi üçü də – Yaşar, Faiq və Sirac eyni kamerada idilər…

 

***

 

Sobalı otaq. Girovları sıra ilə düzüblər. Sirac Yaşara qısılıb, dayanıb. Karo əmr etdi:

 

– Hamısını kameraya qaytarın! Elxan, İsa, Yaşar qalsın!

 

Faiq Siracın əlindən çəkib özü ilə aparmaq istəyəndə, uşaq ağlayaraq, bərk-bərk atasından yapışdı:

 

– Mən heç yerə getmirəm! Atamla qalacağam!

 

Karo Siracı bir göz qırpımında havaya qaldırıb, şillə ilə elə vurub atdı ki, Yaşar oğlunun öldüyünü, ya qaldığını anlaya bilmədi. Hər şey elə bir anın içində baş verdi. Siracı qucaqda apardıqlarını gördü, uşaq tərpənmirdi…

 

Sobalı otağın qırmızı divarları gözünün önündə qarışırdı… Ətrafında Elxanla İsadan savayı, bir də Karo ilə dəstəsi var idi…

 

Hələ özünə gəlməmiş, Karo tapançanı onun başına dayadı:

 

– Səninlə hesablaşmaq çoxdankı arzum idi, Yaşar! Rezini bura gətirin!

 

Yaşar yenə başına kisə keçiriləcəyini düşünürdü ki, boynundan dəyən zərbədən yerə sərildi. Karo hərbçilərinə çevrildi:

 

– Yüz dubinka vuracaqsınız. Ölsə, meyitini çırpacaqsınız! Yüzdən aşağı olmasın!

 

Hərbçilər zərbəni endirə-endirə xorla sayırdılar:

 

– Bir, iki, üç, dörd… on bir… iyirmi beş… qırx iki… qırx doqquz…

 

Yaşarın ən son eşitdiyi qırx doqquz idi. Sonrası ilə onunla birlikdə işgəncə otağında olan girov Elxan Rəcəbovun xatirələrində tanış oluruq:

 

“Yaşar huşunu itirəndən sonra da ona əlli dubinka vurdular. Dedim daha öldü… Elə bu vaxt onların batalyon komandiri Vitali Balasyan içəri girdi. Yerdə uzananın Yaşar olduğunu görüb, ayağını yerə çırpdı, Karoya acıqlandı:

 

– Karo, Yaşarı öldürməyəcəksən! Allahverdiyə söz vermişəm, səhər onu aparıb Ağdamda dəyişdirəcəyəm!

 

Vitali ilə Yaşarın gəncliyi birlikdə keçmişdi. Hətta bərabər futbol komandasında da oynamışdılar. Karo Vitalıyə heç nə deyə bilmədi, amma hiss olundu ki, qırıla-qırıla qaldı. Otaqdan çox qəzəbli çıxdı. Hərbçilər Yaşarı sürüyərək çıxardılar…”

 

***

 

Faiq Karonun şilləsindən huşunu itirən Siracı birtəhər özünə gətirmişdi. Uşaq ayılan kimi atasını soruşdu:

 

– Atam hanı?

 

– Bir azdan gələcək…

 

– Bilirəm, yenə onu döyəcəklər…

 

– Qorxma, əmi qurban, bu dəfə döyməyəcəklər. Elə-belə, söhbət edirlər…

 

Faiq Siracı ovudaraq, ürəyində Yaşarın qayıtması üçün dua edirdi. Kameradan çıxardılıb geri qaytarılmayanlar o qədər idi ki…

 

Kameranın qapısı açılanda ikisi də yerindən dik atıldi. Hərbçilər Yaşarı sürüyüb içəri atdılar. Sirac özünü Yaşarın üstünə atdı:

 

– Ata, ata!

 

Faiq Yaşarın ölümcül olduğunu görürdü. Amma ölmədiyindən əmin idi, meyitləri heç vaxt kameraya qaytarmırdılar. Siraca isə “yaşayır” deməyə qorxurdu, çünki Yaşar yaşayacaq kimi də görünmürdü. İndi Faiqi ən çox qorxudan Yaşarın burada, Siracın gözü önündə ölməsi, ya da heç ayılmaması idi. Bacardıqca Yaşarın qanlı bədənini sığallayan, yoxlayan Siracın başını qatmağa çalışırdı. Siracın təlaşla atasının yerə atılıb qalmış bədəninin ətrafında çırpındığını, onu oyatmağa çalışdığını gördükcə, ürəyi parçalanırdı. Faiq Siracın qarşısında o qədər çarəsiz idi ki, qəfil onu özünə çəkib, bağrına basdı:

 

– Əmi qurban, qorxma!

 

Elə bu vaxt dəmir qapı açıldı:

 

– Faiq Əliməmmədov!

 

Faiq işgəncə üçün çağırıldığını bilirdi. Onun da Yaşarın düşdüyü hala salınıb qaytarılacağı təqdirdə Siracın bu kamerada heç kimi qalmayacağından, körpənin iki doğma meyitin arasında havalanacağından qorxub, uşağın qulağına pıçıldadı:

 

– Əmiyə söz ver, nə olur olsun, qorxmayacaqsan! Bax, mən sənə söz verirəm, hər şey yaxşı olacaq!

 

Faiqi qolundan dartıb, kameradan çıxartdılar. Yerdə diz üstdə çöküb oturan Sirac onun arxasınca baxanda, Faiq qapı örtülməmiş gözləri ilə ona “hər şey yaxşı olacaq” deyirmişcəsinə işarə verdi.

 

Faiq getdi… Siraca elə gəlirdi ki, artıq yer üzündə onu qucaqlayacaq adam qalmadı…

 

(Davamı olacaq…)

 

IV hissədə

 

Sirac o qədər kiçik idi ki, insanın bütün orqanlarının ürək kimi döyündüyünü hesab edirdi. O, indi başını Yaşarın böyrəyinə, mədəsinə, dizinə belə söykəyib, yaşadığını sübut edən səsi eşitmək istəyirdi. Atəş səsi eşidiləndə kamerada hamı ani olaraq diksindi… Kəsmək bilməyən insan bağırtıları susdu…

 

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles