16:53 xeber – “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən “Neft Daşları”nın 3 əməkdaşının axtarışları davam edir. İtkin düşən neftçilərin axtarışını həyata keçirən gəmilərdən biri yanacaq doldurmaq məqsədilə ərazidən ayrılıb.
Bunu “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
O həmçinin bildirib ki, hadisə yerindən ayrılan bu gəmilərdən birinin yerinə FHN-ə məxsus başqa bir gəmi cəlb olunur.
Dalğıclar isə hazırda axtarışları davam etdirmir. Buna səbəb isə küləyin sürətinin yüksək olması və dalğıcıların həyati təhlükəsinin olmasıdır.
Saat 15:55
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları davam etdirilir. Hava şəraitinin mürəkkəb və təhlükəli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi bu gün də dənizdə itkin düşənlərin axtarış işlərini dayandırmayıb.
Hazırda nazirliyin 1 helikopteri şimal, şimal-şərq, digər helikopteri isə cənub istiqamətində axtarış işləri aparır. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri isə sahilboyu axtarış işlərini davam etdirir.
Saat 14:04
“Xəzərdə itkin neftçilərin axtarışlarını həyata keçirən helikopterlərindən 3-ü hava şəraiti ilə əlaqədar işi dayandırıb. Hazırda bir helikopter vasitəsi ilə havadan axtarışlar həyata keçirilir”.
Bu barədə ANS PRESS-ə “Günəşli” platformasında baş verən yanğınla əlaqədar yaradılmış qərargahdan məlumat verilib.
“Axtarışı dayandıran helikopterlər hazır vəziyyətdə gözlədilir. Hava şəraiti normallaşan kimi, axtarışlar yenidən bərpa ediləcək.
Həmçinin dənizkənarı ərazilərdə də dalğıclar hava şəraitinin əlverişsiz olduğunu nəzərə alaraq dayaz ərazilərdə axtarış aparırlar.
Ancaq onu deyə bilərik ki, gəmilərin işində fasilə yaranmayıb. Onlar axtarışı həyata keçirirlər. Axtarış tədbirlərinə bir təyyarənin də cəlb edilməsi nəzərdə tutulub. Onun da havanın şəraitindən asılı olaraq yaxın vaxtlarda işə başlayacağı bildirilir”.
Bu saata olan məlumata görə, hələlik axtarışlar heç bir nəticə verməyib.
Saat 09:28
Xəzər dənizindəki Dövlət Neft Şirkətinə məxsus “Günəşli” yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşən neftçilərin axtarışları davam etdirilir.
Yaradılmış xüsusi qərargahdan ANS PRESS-ə verilən məlumata görə, səhər saatlarından axtarışlara başlanılıb. Lakin hələlik heç kimin cəsədini tapmaq mümkün olmayıb. Hələlik müşahidə edilən yağışlı hava şəraiti axtarışlara mane olmur.
“Axtarışların aparılıb-aparılmayacağı havadan asılıdır. Hələlik əməliyyat 4 helikopterin iştirakı ilə davam edir. Gecə boyu ərazidə gəmilər olub. Lakin hava kəskin dəyişsə axtarışlar müvəqqəti dayandırıla bilər”.
Platformada yanğın da hələ söndürülməyib.
“Günəşli” yatağında baş vermiş yanğın nəticəsində itkin düşən 29 nəfər neftçidən 6-sının cəsədi dekabrın 7-də tapılıb. Onlar platformadan 65-70 kilometr aralıda tapılıb.
Babayev Mikayıl İsmayıl oğlu – 52 yaş
Mayılov Samir Cahangir oğlu – 31 yaş
Quliyev Fəxrəddin Xancan oğlu – 58 yaş
İsgəndərov Habil Tağı oğlu – 55 yaş
Tağıyev Fuad Tahir oğlu – 34 yaş
Mahmudov Ağa İzzət oğlu 47 yaş
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov ötən gün keçirilən mətbuat konfransında deyib ki, SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən “Neft Daşları”nın 3 əməkdaşının axtarışları dayandırıla bilər.
Baş mühəndis qeyd edib ki, dekabrın 9-dan etibarən hava şəraiti kəskin pisləşir və bu səbəbdən itkin düşən neftçilərin axtarışları müvəqqəti dayandırıla bilər: “Helikopterlərlə axtarışların aparılmasına dair qərarı Fövqəladə Hallar Nazirliyi verir. Gəmilərlə axtarış hava şəraitinin kəskin pisləşməsi səbəbindən müvəqqəti dayandırıla bilər. Özüllərdə, idarələrdə iş qrafiki küləyin sürətinə uyğunlaşdırılacaq”.
Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardı:
1 Qasımov İman Şura o. 01.12.1967
2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3 Rzaxanov Edik Rivazin o. 15.01.1983
4 Babazadə Tural Fətəli o. 01.09.1993
5 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8 Abdullayev Adil Ələkbər o. 19,02,1953
9 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12 Niyazov Seyfəddin Abil o. 09.02.1968
13 İskəndərov İnqilab Osman o. 29.11.1957
14 Mayborda Oleq Akimoviç 21.11.1971
15 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
16 İbrahimov Xalid Bəşir o. 12.08.1971
17 Həsənov Zaur Vahid o. 24.12.1975
18 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21 Xəlilov Zaur Arif o. 15.09.1975
22 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
23 Əliyev Əyyub Xəlil o. 22.07.1973
Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Bu zaman budkada buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov olub.
Onların da axtarışı davam edir.
Xəzərdəki faciə ilə bağlı digər bütün məlumatlar aşağıdakı linklərdə:
Xəzərdə helikopterlərlə axtarışlar dayandırıldı (YENİLƏNİB – 3, VİDEO)
6 neftçinin meyiti tapıldı (YENİLƏNİB I, VİDEO)
Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB – 2, FOTO)
Xilas edilən neftçi hadisənin necə baş verdiyini ANS-ə danışdı (VİDEO, YENİLƏNİB)
Xəstəxanadakı yaralıların siyahısı və diaqnozu (YENİLƏNİB)
Xəzərdəki faciədə bir nəfərin cəsədi tapıldı
Neft daşlarındakı faciə ilə bağlı yeni məlumat yayıldı (YENİLƏNİB)
Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)
SOCAR prezidenti yanan platformada – özüldə işçilər qalıb (VİDEO, YENİLƏNİB)
“Reuters”: Xəzərdə 32 nəfər ölüb
Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama
Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)
Azərbaycanda matəm elan olundu
Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
Xəzərdə itkin düşənlərlə bağlı son açıqlama verildi (YENİLƏNİB – 2)
“İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur”
Azərbaycanda bəzi telekanallar matəmə riayət etmir
Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)
Xəzərdə baş verən faciə ilə bağlı ANS TV və ANS ÇM proqramını dəyişdi
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi (FOTO)
Xəstəxanaya yerləşdirilən neftçilər haqda son məlumat
#PrayForAzerbaijan: “Günəşli” faciəsi sosial şəbəkələrdə anılır
mənbə :
anspress
Şərh yaz.