Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Ağdamda defn etdik, özü kimi qebri de çox yaşamadı” – ƏSİR DÜŞƏRGƏSİ – SON BÖLÜM

“Ağdamda dəfn etdik, özü kimi qəbri də çox yaşamadı” - ƏSİR DÜŞƏRGƏSİ - SON BÖLÜM

11/12/2015

15:02


11.12.2015 / 15:00 xeber –

“Dağlanmış qollarını irəli uzadıb, əlləri ilə oğlunu zərbələrdən qorumağa çalışırdı…”

 

 

Lent.az-ın “Əsir düşərgəsi”ndə xocalıdan olan Əliməmmədovlar ailəsinin əsirlik hekayətini təqdim edirik. Yaşar Əliməmmədovla 2014-cü ilin yayında Ağcakənddə, oğlu Sirac ilə isə bu ilin yayında Bakıda görüşmüşəm. Bu ailənin yaşadıqlarını yazmağa güc tapmaq üçün mənə çox vaxt lazım oldu…

 

Bu, ilk körpə girovun hekayəsi idi ki, dinləyirdim… Azyaşlılardan Müşfiqin, Əhmədin hekayəsini dinləmişəm. Amma Sirac onlardan da kiçik olub… Girovluqda bir günün içində böyüyəndə onun cəmi altı yaşı olub…

 

Yer üzündəki heç bir uşağın güllə səsi eşitməməsi ümidi ilə…

 

I hissə

II hissə

III hissə

 

***

 

IV HİSSƏ

 

Faiqin gətirilməsini Karo əmr etmişdi. Məhbusların gəzintisi üçün olan meydançada onu gözləyirdi. Girovları xüsusi işgəncələr vermək, döymək üçün buraya gətirirdilər.

 

Faiqin həyatının son dəqiqələri haqda müxtəlif şahid ifadələri var. Araşdırsanız, onlardan ən çox yayılan iki versiya ilə rastlaşacaqsınız. Deyilənə görə, Karo ilə Faiqin arasında belə dialoq olub:

 

I versiya:

 

– Sən harada oxuyurdun?

 

– Gəncə Texnologiya Universitetində…

 

– Gəncə yox, Kirovabad!

 

II versiya:

 

– Deyəcəksən ki, Qarabağ ermənilərindir!

 

– Qarabağ Azərbaycan torpağıdır!

 

Bunlardan hansı həqiqətdir, bilmirəm, tək bildiyim odur ki, layihə çərçivəsində hekayəsini dinlədiyim bütün xocalılar – istər sizə təqdim etdiyim, istərsə də “danışım, amma yazılmasını istəmirəm” deyən hər kəsin dilindən onun adının ehtiramla çəkildiyinin şahidi olmuşam. Faiqin adını çəkən bütün dodaqlara qonan sevgini gözümlə görmüşəm… Hətta əminliklə deyə bilərəm ki, mən Faiqi də görmüşəm…

 

…Onun sevdiyi qızın gözlərində… Hekayəsinin yazılmasını istəməyən bu qız onun adını çəkəndə gözlərindən mənə Faiq baxırdı…

 

Valeh Hüseynovla söhbətimizdə də Faiqi xatırlamışdıq:

 

– Məni sürüyüb aparıb çıxardırdılar milis şöbəsinin meydançasına. Bura, milis şöbəsində saxlanılanların gəzintiyə çıxarılması üçün yer idi. Orada başlayırdılar hamını döyməyə. Həmin o meydançada Faiqi də öldürmüşdülər, Yaşarın qardaşını… Yaşarı da çox pis döymüşdülər, onu oğluna görə buraxdılar, uşaq körpə idi… Amma qardaşı Faiq yanımda öldü, döyüb öldürdülər.

 

– Görüşdüyüm xocalıların əksəriyyəti Faiqi sevgi ilə xatırlayır. Onun ölümündən danışaq…

 

– Meydançanın bu başında məni döyəndə bilirdim ki, o başında da kimisə başqasını döyürlər. Amma bilmirdim kimdi. Sonra məni sürüyüb çıxardanda güllə səsi gəldi… Yenə bilmədim o başda döyülən kimdir… Səhəri günü bildim Faiq olduğunu.

 

– Necə bildiniz?

 

– Soruşdum kim idi o? Dedilər bilmirik… Dedim məni onun yanına aparın. Apardılar… Üzü üstdə uzanmışdı, qan sol tərəfindən axırdı, bilmədim güllə hardan dəyib… Çevirdilər, gözlərindən tanıdım… Bir yerdə böyüdüyümüz uşaq idi…

 

***

 

Sirac o qədər kiçik idi ki, insanın bütün orqanlarının ürək kimi döyündüyünü hesab edirdi. O, indi başını Yaşarın böyrəyinə, mədəsinə, dizinə belə söykəyib, yaşadığını sübut edən səsi eşitmək istəyirdi. Atəş səsi eşidiləndə kamerada hamı ani olaraq diksindi… Kəsmək bilməyən insan bağırtıları susdu…

 

Kameradan girov çıxardandan bir neçə dəqiqə sonra açılan atəşin nə demək olduğunu burada hətta Sirac da başa düşürdü… Amma yenə də uşaq bilməsin deyə kamerada heç kim Faiqin adını çəkməməyə çalışdı. Həmin vaxt başını atasının sağ çiyninə söykəyib dinləməyə çalışan Sirac dikəlib, gözlərini qapıya zillədi.

 

Faiqin bir neçə dəqiqə əvvəl dediyi sözlər hələ də qulaqlarında idi: “Əmiyə söz ver, nə olur olsun, qorxmayacaqsan! Bax, mən sənə söz verirəm, hər şey yaxşı olacaq!”

 

Bu atəş Faiqə açıla bilməzdi, çünki o Siraca hər şeyin yaxşı olacağına söz vermişdi. Amma indi qapı açılmır, Faiq geri qayıtmırdı… Uşaq hissləri onu aldatmamışdı, bir az əvvəl o dünyadakı sonuncu doğmasının da onu tərk etdiyini hiss eləmişdi… Daha nəm betonun üstündə, üz-gözü qanlı, bədəni qırıq-qırıq olan huşsuz atasının önündə çökən Siraca heç kim, “qorxma” deməyəcəkdi. Sirac qorxurdu. Bu amansız insanların arasında əlindən tutmağa kimsəsi olmadığı üçün qorxurdu…

 

Elə dizi üstdə oturduğu halda aşağı çökdü. Hələ ki, bu dünyada ona məxsus, toxuna biləcəyi nə isə var idi. Bu, cansız bədən olsa da, hələ ki, onun idi. Sirac üzünü atasının üzünə söykəyib, uzandı. Elə bu vaxt alnında nəyinsə gəzdiyini hiss elədi… Tez dikəlib əlini üzünə çəkdi, üzündə heç nə yox idi, dikələndə heç nə hiss eləmədi. Sirac yenidən alnını Yaşarın üzünə söykədi. Sanki balaca, güclə hiss olunacaq bir yerdən isti gəlirdi…

 

Sirac isti gələn yerə yanağını söykədi, yanılmırdı… Əllərini toxundurdu… Bir neçə saniyə öncə yer üzündə kimsəsiz qalan uşağa sanki dünyanı hədiyyə etmişdilər, atası nəfəs alırdı…

 

***

 

Yaşar Əliməmmədov: Karonun Vitaliyə gücü çatmayıb, əsəbiləşib, aparıb mənim əvəzimə qardaşımı öldürüb…

 

– Kimi Faiqin döyülərək öldürüldüyünü, kimi də güllə ilə vurulduğunu deyir…

 

– Meyitdə iki güllə yeri var idi. Biri boğazından, o biri isə ürəyindən… Tapança ilə vurmuşdu… Dedilər Karo özü, öz əlləri ilə vurub… Faiqin 23 yaşı var idi… Çox cəsur, mərd oğul idi. Baxmazdı düşməndi, ya kimdi, heç kimin qarşısında əyilən deyildi…

 

– Faiqi harada dəfn etdiniz?

 

– Ağdamda dəfn etmişdik, onu da itirdik… Nə özü yaşadı, nə məzarı…

 

***

 

Yaşar özünə gələndə Sirac sevinclə onun sağına-soluna keçir, yerdən qaldırmağa çalışırdı. Taqəti olmasa da, Siracın onu yaşatmaq həvəsindən güc alıb, divara qədər süründü, dikəlib, söykəndi. Ətrafa baxdı, Faiq yox idi.

 

– Əmin hanı?

 

Sirac susub, qapıya baxdı… Kamerada heç kim Yaşara Faiqin bir neçə saat əvvəl aparıldığını, sonra atəş səsi eşidildiyini demədi…

 

Axşam kameraya qaranlıq çökəndə dəmir qapı yenə açıldı. Barmaqlıqların arxasından kimsə fənərlə içərini işıqlandırdı. Fənər bir-bir girovların üzərində gəzib, Yaşarı tapdı. Qaranlıqdan səs gəldi:

 

– Yaşar, məni tanıdın?

 

– Yoo… Həə… Səsin tanış gəlir…

 

Barmaqlıqların arxasındakı adam fənəri öz üzünə çevirdi:

 

– İndi tanıdın?

 

– Hə… Manvel…

 

Manvel, Vitalinin qardaşı idi.

 

– Vitali dedi ki, buradasan. Dedim görüm nə lazımdı? Nəsə istəyirsən?

 

Girovluqda döyülməkdən qol-qabırğası qırılan, iki qardaşı yanından aparılan, gözünün önündə az qala havalanan balası olan insan belə suala necə cavab verə bilər… Nə istəyə bilər axı… Onun ağrılarını, dərdini azaldacaq nə ola bilər ki?

 

Yaşar özü də bilmədən ağzından çıxdı:

 

– Siqaret…

 

– Bu gün heç bizə də siqaret paylamayıblar. Əsgərlər hamısı siqaretsizdi. Ağlın öz ordunuza getməsin, bizdə, burada siqaret asan tapılan şey deyil… Ümidimiz sizədir, sizi qaytarıb, əvəzində siqaret alacağıq. Başqa nəsə istəyirsən?

 

– Onda, heç olmasa… su…

 

– Gözlə, indi çay gətirdəcəyəm!

 

Qapı örtüldü. Az keçmiş, yenidən açıldı, barmaqlıqların arasında uzun hörükləri qanlı, palçıqlı, cırıq qırmızı donunun üstündən rəngini itərən gödəkçədə gənc qız göründü. Bu, xocalıların yaxşı tanıdığı rabitəçi Dürdanə idi. Əlindəki dəmir parçı vedrədə doldurub, barmaqlıqdan içəri uzatdı…

 

Xocalının ən ağır günlərində hamı vəziyyəti rabitəçilərdən soruşur, harda onları görürdülərsə, yeni bir xəbər öyrənmək istəyirdilər. Gözlərini ümidlə bu qızların dodaqlarından çıxacaq kəlmələrə dikirdilər. İndi isə Dürdanə gözünü əlindəki parçdan ayırmadan onu barmaqlıqların arasından içəri uzadır, xocalılar başını qaldırmadan növbə ilə parçı alıb, şəkər qatılan isti suyu içirdilər… Yaşadıqlarından sonra artıq heç kim bir-birinin üzünə baxmaq istəmirdi… Heç kimin həqiqətin üzünə baxmağa gücü qalmamışdı… Sadəcə dəmir parçı qaytaranda hamı eyni sözü deyirdi:

 

– Allah yolunu açsın, bacı…

 

Nəvəsi ilə birlikdə girov düşən İsa parçı Dürdanəyə qaytaranda gözlərini gizlədərək, pıçıldadı:

 

– Sən də mənim qızım, elə elə ki…

 

– Neyləyim…?

 

– Bilmirəm bala, bilmirəm nə elə, amma elə elə ki, səni dəyişsinlər… Özü də tez dəyişsinlər…

 

***

 

Səhər açılar açılmaz girovlar dəmir qapının səsinə diksindi. Nəm betonun üstündə büzüşüb yatan Sirac tez qalxıb oturdu. Gələn Vitali Balasyan idi:

 

– Yaşar, gəlin, sizi dəyişməyə aparıram.

 

Kameradakı iyirmi girovun hamısı tez ayağa qalxdı. Ürəkləri əsə-əsə bir-bir qapının qarşısında dayanan Vitalinin yanından keçirdilər. Yaxşı bilirdilər ki, kimi isə geri itələyib, “sən qal” deyə bilərlər. Belə də oldu. Vitali Elxanı süzüb, əmr etdi:

 

– Sən qal!

 

Yaşar başını yerdən qaldırmadan Vitaliyə yaxınlaşdı:

 

– Elxanı burax, o, bacımın yoldaşıdır…

 

– Qəribə adamsan e, Yaşar! Öz türkünüzü xilas etmək üçün yalan danışırsınız. Mən guya sənin yeznələrini tanımıram?

 

Yaşar susdu. Amma yerindən də tərpənmədi. Vitali başını buladı:

 

– Off, yaxşı, gəl sən də çıx. Hamınız çıxın…

 

Girovlar qanlı dəhlizlə addımlayırdı. Ətrafdakı hərbçilər kimə təpik, kimə qapaz vurur, kimi də avtomatın qundağı ilə çarəsiz insanlara son zərbələrini endirirdi… Yaşar dağlanmış qollarını irəli uzadıb, əlləri ilə Siracı zərbələrdən qorumağa çalışırdı…

 

***

 

Yaşar Əlməmmədov: Beləcə, martın 2-də bizi hərbi maşınla Ağdama gətirib, bizimkilərə təhvil verdilər. Əsirlikdən qurtulduq… Vitali bizi şəxsən gətirib Allahverdi Bağırova verdi. Əvəzimizə siqaret və benzin aldılar…

 

– Dəyişilmə prosesini necə xatırlayırsınız?

 

– O kadrlar var, tez-tez verirlər. Xocalı qadınları gəlir e dəstə ilə, qadının birinin qolundan bir kişi tutur… O, mənəm… Ayaqyalın, burnum sınıq… Əsgəranda bir rus ayaqqabımı corabımla birlikdə alıb geyindi. Ayağımın ölçüsü 45-dir, onun da ayağı böyük idi. Rumıniya istehsallı qırmızımtıl çəkmələrim var idi, meşədə ayağımı donmaqdan o saxlamışdı… Saşa adlı rus döyüşçü idi, işgəncə verə-verə çıxartdı ayağımdan.

 

– Sizin dəyişilməniz Seyidağa Mövsümlü çəkən kadrlardadır? 2 mart, Qarağacı qəbiristanlığı yaxınlığında, Sənəmgillə birlikdə…

 

– Ay sağ ol, elə deyəsən qolumdan yapışan da Sənəm idi. Bir kadrda da əsgərlərimiz məni bellərinə alıb aparırlar… Bizi oradan düz gətirdilər Ağdamdakı vaqonlara… Bura hospital idi…

 

***

 

Burada insan əlindən tərpənmək mümkün deyildi. Yaxınlarından xəbər tuta bilməyən xocalılar bura toplaşıb, gətirilən girovların arasında özlərininkini axtarırdılar. Bundan başqa, Azərbaycanın bütün rayonlarından Xocalıda yaxını, qohumu, tanışı olan adamlar xəbəri eşidib, Ağdama gəlmişdilər… Yaşarın Moskvada yaşayan qardaşları Natiqlə Xalid də günlərdir burada Qaraqayadan gətirilən meyitlərin, dəyişdirilən girovların arasında ailə üzvlərini axtarırdılar…

 

Övladını tapan valideynlərin, ana-atasını görən balaların, əsirlikdən qayıdan bacıları ilə tapışan qardaşların ah-naləsi Ağdamı bürümüşdü…

 

***

 

Sirac Əliməmmədov: Buradakı insan izdihamının içindən bir kişi hönkürərək üstümə qaçdı. Böyük əmim idi, Natiq əmim. Onu görən kimi ağlamağa başladım, o da hönkürdü, məni alıb bağrına basdı… Həmən kadr da onda çəkilib, Natiq əmim məni hönkürərək qucağında aparanda…

 

– Burada başqa kimləri gördünüz?

 

– Anamı, bibilərimi… Vaqonda demək olar ki, ailəmizdən hamını gördük, bütün qohumları da… Amma Namiq əmimdən xəbər-ətər yox idi… Onu elə ən son görən biz olmuşduq… Faiq əmim isə… Bizi Ağdama təhvil verib qayıdanda bir neçə hərbçimizi özləri ilə apardılar. Dedilər ki, bir neçə meyitiniz var, gəlin götürün, amma silahları təhvil verin. Döyüşçülərimiz onlara qoşulub getdi… Sonradan bildik ki, yolda Vitali deyib ki, milis şöbəsinin həyətində də iki meyitiniz var, gedək götürün…

 

– Meyitlərin hər ikisi xocalılar idi?

 

– Dedilər biri Qaradağlıdandı, iyirmi səkkiz gündür ölübmüş… O biri isə… əmim idi… Faiq əmim… Sonradan, o biri girovlar dəyişdikcə necə ölməsi haqqında xəbərlər də gəldi. Dedilər ki, qəhrəmancasına həlak olub… Sonra… Cəmil babamın on barmağını kəsdilər… Cəmil babamın qardaşı Məmməd də girov düşmüşdü… Mənim ayaqlarım donmuşdu, həkimlər dərisini soydular ki, çürüməsin…

 

– Bibiləriniz…

 

– İki bibim var – Zemfira və Kəmalə. Zemfira bibimin yoldaşı Sabir qayıtdı, Kəmalə bibim isə yeni ailə qurmuşdu, hələ heç uşaqları da yox idi. Onun həyat yoldaşı Namiqi girovluqda öldürdülər…

 

– Əminiz Namiqin həyat yoldaşı hamilə idi…

 

– Hə, mayın 3-də Namiq əmimin oğlu dünyaya gəldi, adını Pərviz qoydular… İndi Sumqayıtda yaşayır, Polis Akademiyasında oxuyur… Natiq əmimin oğlunun adını isə Faiq qoydular. Faiqin indi 18 yaşı var, məktəbi yenicə bitirib… İyirmi üç ildir martın 2-də, meyiti gələn gün Faiq əmimə ehsan veririk… Ad günündə isə toplaşıb Namiq əmimi xatırlayırıq…

 

Atam əsirlikdə aldığı zədələrə görə ikinci qrup əlildir. Şəkər xəstəliyindən əziyyət çəkir, həkimlər dedi ki, əsirlikdə yaşadığı stresslərdən yaranıb… Həmin faciədə ailəmiz iki oğul itirdi. Üstəlik, atamın iki dayısı oğlu, bibisi və onun qızını da öldürdülər… Nənəm ömrünün sonuna kimi “Namiq”, “Faiq” deyə-deyə gözləri tutuldu, rəhmətə getdi…

 

İndi qabaqdan qış gəlir, havalar soyuyacaq və bütün ailənin ayağı ürəyi kimi sızıldayacaq…

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website