Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Azer Turan: “Turan Cavid gözlerini qapamadan, atasının şekline baxaraq öldü”

Azər Turan: “Turan Cavid gözlərini qapamadan, atasının şəklinə baxaraq öldü”

14/12/2015

13:30


14.12.2015 / 13:30 xeber –

Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat” qəzetinin baş redaktoru, yazıçı-publisist Azər Turanla “Həyat dərsi”

 

…Atam İmamverdi Əbilov bütün həyatını doğulduğu kənddə yaşadı. Bu günə qədər, düz 88 yaşına qədər. Və bütün Azərbaycan ədəbi cameəsini öz yurduna yönəldə bildi. Mənim yadıma gəlməyən tarixlərdə, mənim bildiyim tarixlərdə, Səməd Vurğundan başlayaraq,  bütün Azərbaycan ziyalıları, ədəbiyyat xadimləri hamısı bizim evdə olublar və mən demək olar ki, onların çevrəsində böyümüşəm…

 

…1969-cu ildə, 5-6 yaşım olanda artıq Əli bəy Hüseynzadəni tanıyırdım. Evimizin divarında Əli bəy Hüseynzadənin şəkli var idi. Mən 7-8 yaşımda orta məktəbin ilk siniflərində artıq Hüseyn Cavidin şerlərini əzbər bilirdim və burada təbii ki, atamın böyük rolu olmuşdu. O mənə başqa şerləri, başqa ədibləri tanıtdırmamışdı, məhz bu istiqamətdə tanıtdırmışdı və mənim gələcək yaradıcılıq fəaliyyətim də o istiqamətdə quruldu. Bu baxımdan atamın böyük rolu var həyat yolumda…

 

…Mən o şeylərdən yazdım ki, o şeyləri  vaxtında atamgil yazmaq istəyirdilər, amma yazmağa imkan yox idi.

 

… Bu hadisə 1972-ci ildə olub. Yazıçıların səyyar plenumu keçirilirdi bizim rayonda. O zaman Muğan ziyalıları adından atam danışdı, onda çox gənc idi və zala müraciət edərək dedi ki, siz Əli bəy Hüseynzadənin doğulduğu torpağa xoş gəlmisiniz. Bu sözünün iztirablarını da yaşadı, sorğu- suallarını da. Amma uzun illərin sükutundan sonra Əli bəy Hüseynzadə məhz o sözdən sonra gündəmə gəldi. Bu tarixdir, tarixi heç kəs təkzib edə bilməz. Yəni onların yazmaq istədiyini, yaza bilmədiklərini bizlər yazmağa fürsət tapdıq…

 

… Ölkəmiz müstəqil oldu, müstəqilliyin gətirdiyi ən böyük uğurlar elə, şəxsən mənim kontekstimdə, bu kitablar oldu. Sevinirəm ki, mən bu kitabları yazdım. Atamın kölgəsinə hesabat verdim. Çünki o kölgənin altında, yanlış düşünmək, yanlış addım atmaq olmaz. Amma kölgəyə sığınacaq kimi sığınmadım. Bu mənim təbiətimə yad olduğundan heç vaxt o kölgəyə sığınacaq kimi baxmadım, əslində məni qoruyan talisman kimi baxdım atamın kölgəsinə…

 

… Turan Cavid ən həlledici rol oynadı mənim həyatımda. Bütün qapıları açdı mənim üzümə. Yəni Cavidlə bağlı heç bir sirr, heç bir gizli məqam qalmadı. Hətta, desəm, kiminsə xətrinə dəyər, qorxuram, amma Turan Cavidin mənim həyatımda rolu, mənim bütün doğmalarımın rolundan daha böyük oldu. Etibarı bilmirəm necə qazandım. Mənim adım Azərdir, Turan xanım ən əvvəl Azər adına görə mənə dəyər verməyə başladı, çünki, Cavidin bitməmiş əsərinin adı idi. Sonra mən institutu bitirəndən sonra əsgər getdim və əsgərliyimi tale elə gətirdi ki, Cavidin şəhid olduğu torpaqda – İrkutsk vilayətində çəkməli oldum. Yəni bu ikinci bir hadisə oldu…

 

… Turan Cavidsiz də Cavid bütün varlığımda idi. Amma qəribə hadisələr baş verdi. Qəribə hadisələr nədi?… İlk dəfə “Hüsnü Xuda şairi” adlı kitab yazdım və kitabın üzərində Cavidin şəkli var idi. Öz adımı yazmağa yer tapmadım, kitabın üstündə müəllif olaraq. Yəni bilmədim Cavidin başının üstündə yazım öz adımı, ya altında. Qərara gəldim ki, ilk kitabım imzasız çıxsın, üstündə mənim adım olmasın. Müəllifi yoxdur o kitabın. Mən Turan xanıma göndərdim bu kitabı, çox həyəcanlı idim ki, onun münasibəti necə olacaq. Bir gün telefonu götürdüm, Turan xanım idi, məni dəvət elədi, görüşdük. Məndən iki şey soruşdu. Dedi: “Bu kitabın rəngini niyə məhz belə seçmisən?” Dedim: “Çünki Cavidin sevdiyi rəngdir”. Dedi: “Bəs imzan hardadır, sənin imzan?”  Dedim ki, imzamı qoymağa yer  tapmadım. Cavidin hansı tərəfinə qoyum imzamı?. Bəlkə də burdan başladı, bilmirəm.  Amma hər halda o mənə çox etibar elədi. Yəni heç kəsə olmayan qədər etibar elədi, ömrünün son anına, son saniyəsinə qədər. Bayaq dediyim kimi, son gününün yeganə şahidi mən oldum.

 

…Çox dramatik bir son gün idi. Təsəvvür edin, yuxusunda anasını gördü, onu danışdı mənə, zəng elədi ki, bizə gəl. Getdim. Dedi: “Anamı yuxumda görmüşəm. Evimiz, deyir, indiki Cavid muzeyinin yerində idi, amma eyvan Qoşa Qala qapısı tərəfə baxırdı və mən gördüm, evimizə tərəf sel gəlir, anam da selin içərisindədir. Qorxdum ki, anamı sel aparar. Amma çəkildim eyvandan, qapı  açıldı, anam gəldi. İslanmamışdı”.  Dedim: “Ay ana, nə yaxşı, islanmadın. Dedi: “Quru yolnan gəldim”. “Niyə gəldin?” Dedi: “Səni aparmağa gəlmişəm”. Bu yuxunu Turan xanım mənə danışdı. 2004-cü il  sentyabrın 11-də…

 

…Turan Cavid üçün ən fərəhli an bilirsiniz nə idi? O, yalnız əzizlərini yuxusunda görəndə sevinirdi yalnız. Başqa sevindiyi məqam yox idi onun. Anasını görmüşdü yuxusunda, hədsiz sevinirdi. Onun bişirdiyi şeylər arasında aladilər var idi. Onu  bişirirdi və çox sevincək bunu danışdı mənə. Ertəsi gün isə, yenə də zəng vurdu ki, bu dəfə başqa bir yuxu gördüm. Kitabda yazmışam bunları. Məni qulluğa göndərdi. Mağazadan bir şey almağa getdim. Bir də gördüm mənə evdən dedilər ki, Turan xanım səni çağırır. Heç vaxt Turan xanım adamı belə çağırmırdı. Son dərəcə güclü leysan yağırdı həmin gün, ayın 12-də. Mən o leysan yağışın təsiri, Turan xanımın dünənki yuxusunun təsiri ilə onun evinə gəldim. Divanda əyləşmişdi və Cavidin ən gözəl ən son faciəsi tamamlanırdı. Cavidin qələmi ilə yazılmış kimi əsər tamamlanırdı və biz söhbət elədik. Bu söhbətdən sona üzünü Cavidin şəklinə tərəf çevirdi və gözlərini qapamadı. Gözləri atasının gözlərində dünyasını dəyişdi Turan Cavid…

 

…Niyə o qədər etibar elədi mənə, bilmirəm. Özündən də soruşmuşdum, o da mənə demişdi ki, bilmirəm…

 

 … Birinci növbədə, bütün böyüklər təvazökar olub. Alçaq könüllü deyirlər türklər. Balaca düşüncəli, istedadsız adamlar çox iddialı olurlar. İddiaları yerə-göyə sığmır, amma, bütün nəhənglər iddiasız olurlar və iddiasız adamlar, adamı daha çox cəlb edirlər. Çünki onda daha rahat olursan, onlarla ünsiyyətdə, onlarla münasibətdə daha səmimi olursan.  Və mən onların tərcümeyi-halını, məsələn, Əli bəy Hüseynzadənin tərcümeyi-halını öyrənirəm. Bir qaranlıq məqam tapa bilməzsən. Yəni sənə sual işarəsi yaradacaq bir məsələ tapa bilmirsən. Siz İsmayıl bəy Qaspralının gözəl tədqiqatçılarından birisiniz. Görürsünüz, İsmayıl bəy Qaspıralının həyatında adi bir vergül qədər, bir nöqtə həcmində qaranlıq məqam yoxdur. Hər şey aydındır, hər şey göz qabağındadır. Siz təsəvvür edin, “Tərcüman” qəzetinin, İsmayıl bəy Qaspıralının son günlərində – Siz bunu məndən yaxşı bilirsiniz – Həsən Səbri Ayvazov gəlib deyir ki, biz istəyirik, “Tərcüman”ın bir nömrəsini sənə həsr edək. Xüsusi buraxılış buraxmaq istəyirlər. Deyir, mən o qədər böyük adam deyiləm ki, mənə xüsusi buraxılış həsr edəsiniz, gedin, işinizlə məşğul olun. İndi təsəvvür edin, İsmayıl bəy Qaspralı deyir ki, mən elə də böyük adam deyiləm, bütün tamaşaçılarımız da bilir İsmayıl bəy Qaspıralı kimdir. Bu gün nüfuzlu təşkilatlardan Beynəlxalq İslam Konfransının rüşeymini qoyan, ilk dəfə bu iclası keçirən adamdır. Bütün Rusiya imperiyasına, hətta Hindistan, Çinə qədər, Misirə qədər üsuli-cədid sistemini tətbiq edən bir insandır. Bağçasaray hamballarını ziyalıya çevirən bir insandır, millət yaradan insandır və bu boyda insan, bütün həyatını təvazökar yaşadı. Bir qaranlıq nöqtəsi qalmadı, çünki daxilən zəngin idi…

 

…Əli bəy Hüseynzadə… Siz təsəvvür edin, mən Əli bəy Hüseynzadənin sağlığında çıxmış yazıları toplamaq qərarına gəldim. Çünki ona Rəsuli-Haqq deyirdilər sağlığında. Yəni bu söz, bu epitet, heç kəsə verilməyib. Əli bəyə deyilib və daha heç kəsə deyilməyib. Buna Rəsuli-Haqq deyirdilər, orkestral ruh deyirdilər, buna erudit qafa deyirdilər. Bu, Atatürkün ustadı idi, Ziya Gökalpın müəllimi idi. Bu, bütün türk dünyasını oyadan, ayıldan, ortaya qoyan, “İttihadi-Tərəqqi”ni yaradan adam idi, Ənvər Paşaya təsir göstərən adam idi. Azərbaycanın, Azərbaycan Cümhuriyyəti adlandırılmasını istəyən bir adam idi. Azərbaycan bayrağının rənglərini təklif edən adam idi. Bakının paytaxt olmasını istəyən adam idi. Yəni ilk dəfə bu şeyləri istəyən adam idi. Peterburqda riyaziyyat, İstanbulda tibb təhsili almışdı. 1915-ci ildə, Avropanın böyükləri ilə Volqaboyunun, Qafqazın, Türküstanın müstəqilliyinin de-fakto və de-yure tanıtdıracaq qədər söhbətlər aparmışdı. Yəni bu adamın sağlığında özü haqqında çıxan yazıların həcmi bir kitablıq olmadı. O qədər təvazökar idi ki, heç bir yerdə yoxdur Əli bəy Hüseynzadə. Hər yerdə pərdənin arxasında, Əhməd Ağaoğlunun dediyi kimi, pərdənin arxasındakı adamdır. Bütün dünyanı silkələyib, bütün dünyanı dalğalandırıb. Amma özü pərdənin arxasındadır və minnət qoymur, minnət də götürmür. Dünyasını dəyişəndə də bazar günü dünyasını dəyişir, təsəvvür edin. Yəni, İlahi bir seydir, adamlara da sanki ölümü ilə əziyyət vermir. Hətta Feyzavər xanımla söhbət edəndə, ağzından bir söz çıxdı ki, evimizə bir dəfə hırsız (oğru) gəlmişdi, yəni Əli bəy Hüseynzadənin evinə oğru gəlir. Hırsızlar hər şeyi aparmışdılar, deyir. Dedim, Əli bəy necə reaksiya verdi, mənə çox maraqlı idi. Deyir ki, babam ertəsi gün qəzetlərdə belə bir elan verdi: “Möhtərəm hırsız bəy əfəndi, apardığın hər şey sənin olsun, evraklarımı geri qaytar, yəni pasportum-filan, sənədlərimi geri qaytar”. Bu dərəcədə əxlaqlı, mütəfəkkir, müdrik bir insan idi Əli bəy. Hüseyn Cavid də o təbəqənin adamıdır…

 

… Məsələn mən Xalid Səid Xocayev haqqında yazdım. Bilirsiz, mən Xalid Səid Xocayev adında adam tanımırdım, bilmirdim. Əli bəy Hüseynzadənin arxivini işləyəndə orada bir yazıya rast gəldim. Xalid Səid Xocayevin Türkoloji qurultayda çıxış etməsi barədə. Sonra məlum oldu ki, Xalid Səid Xocayev “Divani- lüğəti türk”ü tərcümə eləyib. Bunun həbs olunduğu gün də Hüseyn Cavid, Əhməd Cavad, Müşfiqin həbs olunduğu günə təsadüf edir. Elə bilirdik ki, 3 nəfər həbs olunub. Dördüncü adam da Xalid Səid Xocayev imiş.  Xalid Səid aparılanda evdə onun 13 yaşında qızı qalır – Bəyicə. Başqa heç nə bilmirəm mən. Yəni mən götürdüm xırda bir yazı yazdım. “Bu dünyada bir Xalid Səid var idi”. Bir ay keçəndən sonra, bir xanım mənə zəng vurdu. Deyir ki, Siz kimsiniz, deyirəm, Vallah, Siz mənə zəng vurmusunuz, yəqin ki, Siz bilirsiniz mən kiməm. Deyir, bilirəm, mən “Ədəbiyyat” qəzetinə zəng vurmuşam, Azər Turanla danışıram, amma Azər Turan kimdir, onu bilmək istəyirəm. Deyirəm, üzr istəyirəm, Siz kimsiniz, dedi ki, mən həmin 13 yaşında qalan Bəyicəyəm. Bütün Xalid Səidin sirləri Bəyicə xanımda idi və mən Bəyicə xanıma demədən, sadəcə, onunla söhbət əsnasında sənədlərə baxa-baxa bir kitab hazırladım və kitab yazdım, kitabı da istəyirdim, Bəyicə xanıma sürpriz kimi təqdim edim. Elə kitab çap olunduğu gün Bəyicə xanım Kanadaya köçdü və mən o kitabı Kanadaya göndərdim…

 

…Haqqında yazdığım insanlardan böyük bir sevgi keçdi mənə – insanlara sevgi… Onlarda nifrət yoxdur ki. Onlar məsum şəxsiyyətlərdir. Məsumlar günahsız olur, bax bu insanlar günahsız olublar…

 

…Mən düşünürəm ki, bu kitabı mən yazmasam, bunu yazan olmayacaq, yəni belə düşünürəm, özümü də inandırıram. Bu mənim məramımdır, tale, Allah bu missiyanı mənim çiynimə qoyub və mən öz missiyamı həyata keçirməklə məşğulam. Yaradıcılığımın, əgər yaradıcılıq demək mümkündürsə, bu halda qalmasına, bu halda davam etməsinə, yəni bu istiqamətdə davam etməsinə elə ailəmin də böyük yardımı var…

 

… Vallah, son vaxtlar, özümə görə, ən maraqlı yazılarımdan biri, Alp Ər Tonqa haqqında yazıdır. Mən bu yazını “Ədəbiyyat” qəzetinin baş redaktoru  seçiləndən sonra yazdım. Haradasa, bir kitablıq yazıdır. Qəzetdəki fəaliyyətim ədəbi yaradıcılığıma qətiyyən, mane olmur. Sadəcə, ədəbiyyatın panoramını aydın görə bilirəm. Azərbaycanın çox yüksək ədəbi nəsli yetişir, yəni mən birmənalı şəkildə bunu deyirəm.  Bu nəsil, Avropa gənclər ədəbiyyatı nəslidir, çiyin-çiyinə dayanmağa özündə güc görən, haqq edən nəsildir…

 

…Azər Turan, İmamverdi Əbilovun ayağının tozu da ola bilməz. Yəni bilirsiz, mən atamın ayağının tozu olaramsa, bununla qürur duyaram”…

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website