16.12.2015 / 08:15 xeber –
Ağdaşda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Abad kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə 2 otağının yanar konstruksiyaları və dam örtüyü 84 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
mənbə :
lent.az
Şərh yaz.