16.12.2015 / 13:09 xeber –
Xızıda bıçaqlanma hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 13-də Xızı rayonunun Şuraabad kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Rahil Səfərov münaqişə zəminində əmisi oğlu Vüsal Səfərova bıçaqla xəsarət yetirib.
Xızı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Səfərov tutulub.
mənbə :
lent.az
Şərh yaz.