Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Xalq artisti: "Heyatda en böyük itkim oğlumdur"

Xalq artisti: "Həyatda ən böyük itkim oğlumdur"

20/12/2015

14:30


20.12.2015 / 14:27 xeber –

Xalq artisti Arif Quliyev musavat.com saytına müsahibə verib.
 
Lent.az həmin müsahibəni təqdim edir: 

– 42 ildir ki, sənətdəsiniz. Sizi xalqa hansı xüsusiyyətləriniz sevdirdi? 

– Sənətkarı xalqa səmimiliyi sevdirir. Tamaşaçılarıma qarşı sadə olmuşam, özümü dartmadan, öymədən, qarşımdakından üstün tutmadan təqdim etmişəm. Mən lovğalanan adam deyiləm. Hələ də özümdən razı deyiləm, daim səmimiyyət göstərməyə, ünsiyyət qurmağa çalışmışam. 42 il sənətdə olmuşam. İndi prezident təqaüdçüsüyəm, xalq artistiyəm. Qızıl Dərviş Mükafatı, Humay Mükafatı, Zirvə Mükafatı, o vaxtlar Komsomol, indi Gənclər Mükafatına layiq görülmüşəm. Həmişə düşünürəm ki, nə qazanmışamsa, tamaşaçıların hesabına olub. Mən onların qarşısında baş əyirəm. Tamaşaçı məni sevməsəydi, gözəl adlara layiq görülməzdim. Biz camaatın çörəyini yeyirik, toylara gedirik. Xalq bizi sevməsə, məclisinə dəvət etməz. 

– Bu qədər xalq sevgisi qazanan Arif bəyin itirdikləri nələr olub? 

– Sənətdə olan insanlar çox şey itirir. Tamaşada, qastrollarda olursan. Vaxt ayıra bilmədiyin üçün dost itirirsən. Ailənə fikir verə bilmirsən, münasibətlər zəifləyir. Gərək ailə ilə sənət arasındakı münasibətləri tarazlayasan. Oğluma çox vaxt ayırmadım, ona fikir vermədim deyə pis uşaqlara qoşuldu, məhbus oldu, buraxıldı, sonra xəstəlik tapdı, rəhmətə getdi. Onu itirməyin səhvini özümdə görürəm. Oğluma vaxt ayıra bilmədiyim üçün özümü bağışlaya bilmirəm. Qastrollara, tamaşalara çox vaxt ayırdım, uşağa nəzarət edə bilmədim. Oğluma az nəzarət etdiyim üçün onu itirdim. Həyatda ən böyük itkim oğlumdur. 

– Çətinliklərlə dolu həyat yaşamısınız. İnsanları güldürmək sizin üçün nə qədər çətin olub? 

– Bütün çətinlikləri Allahın qisməti olaraq qəbul etmişəm. Dünən çətinliklər görməsəydim, bu günün qədrini bilməzdim. Hər zaman dünəni unutmayıb, bu günə qiymət verib, gələcəyə açıq zehinlə yanaşmışam. Ağır günlər yaşamasaydım, bu gün Arif olmazdım. Miskinli, ağrılı, valideynsiz günləri gördüyüm üçün sənətdə uğur qazanmağa çalışmışam, istəmişəm ki, insanların üzünü güldürüm. Aktyorluğu canımda hiss etdiyim üçün bu sənətə marağım artıb. Aktyorluq gərək insanın canında, qanında, ritmində, özündə və sözündə olsun. Mən xoşbəxtəm ki, insanların ürəyinə sevgi, gülüş, səmimiyyət toxumu səpirəm. 

Qoy polislər eşitməsin, 
Qorxulu bir sirr deyirəm: 
Çoxdandır ki, bir arzum var,
 Oğru olmaq istəyirəm!… 

İnsanların arasından 
Əqidəsiz adamları, 
Vicdanını pula satan nadanları 
Oğurlamaq istəyirəm! 

Nüsrət Kəsəmənlinin bu şeirini çox sevirəm. Mən də insanların ürəyindən qəmi, kədəri, ayrılığı oğurlayıb, yerinə gülüş toxumu əkmək istəyirəm. 

– İnsanları güldürmək asandır, yoxsa ağlatmaq? 

– Hər insan özünəməxsus keyfiyyət və xüsusiyyətlərə malikdir. İnsanları güldürmək çətindir. Çünki insanı düşündürməlisən. Nümayiş etdirdiyin hadisəyə onlar inanmalıdır. Mənalı söz danışmalısan ki, həqiqi gülüş olsun. İnsanı ağlatmaq asandır ağlamalı hadisə danışaram hamı kədərlənər. Mən gənc olanda yataqxanada qalırdım, hamı getmişdi, mənim evim olmadığı üçün orada qalmışdım. Oturub televizora baxırdım. Orada balıqçılar balıq tuturdular, mənim də könlüm balıq istədi, acmışdım, yeməyə heç nə yox idi. Axşamçağı idi. Düşündüm ki, vağzala gedib yük daşıyıb pul qazanım və yemək alım. Axşam 22:30-da Gəncədən gələn qatar Bakıya çatırdı. Yasamaldan vağzala kimi piyada getdim. 6-cı vaqondan bir qadın məni çağırdı. Dedi ki, 10-15 yeşiyi daşı. Yeşikləri daşıyanda biri əlimdən düşüb partladı. Yeşiyin yarığından balıqlar göründü. Düşündüm ki, bu qadın mənə az pul verəcək, mən o pula balıq ala bilmərəm. Yeşiyin birini götürüb qaçdım. Vağzaldan Yasamala kimi piyada qaça-qaça gəldim. Qabım da, yağım da yox idi. Tapdığım köhnə vedrədə balığı qaynadıb çörəksiz yedim… 

Başımıza gələn bu cür kədərli hadisələri danışsaq, tamaşaçını asanlıqla ağlada bilərik. Gülüş isə islahedici və tərbiyələndiricidir. Gülüş var ki, itidir sanki bir qılınc qədər Gülüş var ki, həyatda hər nə istəsən edər. Gülüş var ki, insanlar onunla qiymət alır Gülüş var ki, onunla özünü gözdən salır. Gülüşün də norması, qədər var. Çox gülüş lağlağıya çevrilir və münasibətləri pozur. Güldürməyin düşündürmək qədər fəlsəfi anlayışı olmalıdır.
 
– Arif Quliyev kimlərə gülür? 

– Həmişə Yaşar Nurinin obrazlarına gülmüşəm. İndi də baxanda gülürəm. Hacıbaba Bağırov, Siyavuş Aslanı daim izləmişəm. Mənim üçün Nəsibə Zeynalovanın sənəti mayak olub, ondan bəhrələnmişəm. Onlar təbii ifaları ilə insanların ürəyinə yol tapıblar. 

– Hazırkı yumoristlərdən kimləri bəyənirsiniz? 

– Cabir və Tahir İmanovları bəyənirəm. KVN teatrının əsasını qoyublar, öz ətraflarına istedadlı və dəyərli aktyor nəsli toplayıblar. Onlar intellektual mənası olan tamaşalar göstəriblər, insanların problemlərini nümayiş etdiriblər. "Bu şəhərdə" Coşqun və Rafael artıq insanları özlərinə cəlb edə biliblər. Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev və Elməddin Cəfərov öz istedadının işığında parlayan aktyorlardandır. Teatrlarımızda da istedadlı gənc aktyorlar var, onların tamaşalarına getmək lazımdır.
 
– Bəzən yumoristlər hər hansı problemi tamaşalarında canlandırdıqları üçün təzyiqlərə məruz qalırlar. Sizin başınıza belə bir hadisə gəlib?
 
– Mənə heç vaxt təzyiq olmayıb. Hər şeyin əndazəsi var. Əndazədən çıxanda insanlara xoş gəlmir. Bir müğənnini, məmuru eybəcər hala salsan, əlbəttə o etiraz edəcək. İnsanı parodiya etmək olar, lakin onu karikaturaya çevirmək olmaz. Bəzən saytlar, qəzetlər yalan məlumat yayır. Biri yazır ki, Arif Quliyev bir qızla metroda qol-qola gedirdi: “Mənbənin verdiyi məlumata görə, o qızla Arif 6 aydır ki, görüşür…” O yazar mənbəsiz, yalan məlumat yayır. Əgər mənbən varsa, adını açıqla. İki dəfə mənim rəhmətə getdiyimi yazıblar. Mənə zəng edib dedilər ki, Arif bəy deyirlər ölmüsünüz. O xəbəri yazanı tapıb, danladım. İndi qərar çıxıb ki, mənbəni ya açıqla, ya yalan məlumat yayma. Yalan məlumat yazanlar cəzalanacaq. Hədəfli tənqiddə yumorist müqavimətə rast gələ bilər. Gülüşün də, satiranın da, deyimin də yerini bilmək lazımdır. Gərək elə edəsən ki, nə şiş, nə də kabab yansın. Hər şeyi səhnədə göstərmək olmaz.
 
– Maddi durumunuz necədir? 

– Bu sənətə gələn bilməlidir ki, gəliri az olacaq. İncəsənət qurban tələb edir. Əsl sənəti sevən insan işin maddi tərəfini düşünmür, insanların sevgisini qazanmağa çalışır. Heç vaxt maddiyyat düşünməmişəm. Qazandığım xalq sevgisi mənim çörəyim-suyumdur. Sənəti özündə sevmək lazımdır. Mən prezident təqaüdçüsüyəm. Xalq artisti adına görə pulumu da, təqaüdümü də alıram. El şənliklərinə gedirəm. Mən qiymət demirəm. Bəzən deyirlər ki, qiyməti 3-5 mindir. İnsanın qiyməti olmaz. 

– İki il öncə bir qadın efirə çıxmışdı ki, ananızdır. Həqiqətən valideynləriniz gəlsəydi, qəbul edərdinizmi? 

– Valideynlərimi hər an qəbul etməyə hazıram. Onları erkən yaşda itirmişəm, naməlum bir adam məni uşaq evinə qoyub, internat məktəbində oxumuşam. 19-cu "anam" Sabirabaddan gəlmişdi, qanımızı yoxladılar, düz gəlmədi. Valideynim olduğunu deyən hər kəsin ayağına gedib gəlmişəm. Demişəm ki, onu ana kimi qəbul edirəm. İrandan bir oğlan gəlmişdi. Dedi ki, qardaşıq. Atamız bazarda iki nəfər dalaşanda davaya girişib və güllə dəydiyi üçün rəhmətə gedib. Səni də xalam Bakıya gətirib uşaq evinə qoydu. Dedim ki, mənə sənəd göstər.
 
O, solmuş, saralmış bir dağ kimidir,
 Beli də bükülüb, yumaq kimidir, 
Çətinə düşdümmü onu anıram, 
Anıram, sanıram, qanadlanıram.
 O mənim arxamda bir dağ kimidir. 

Həqiqi valideynlərim gəlsə, qəbul edərəm, sevinərəm. Hər yaşda insana valideynlər dayaqdır. Hazırda 65 yaşım var. Çətin ki, bundan belə valideynlərim sağ olsun.
 
– Arzusunda olub, oynaya bilmədiyiniz obraz varmı? 

– Mən iddialı adam deyiləm. Hansı rolu veriblərsə, oynamışam, böyük rol üçün dalaşmamışam. Böyük rollardan qaçmışam. Mənə verilən obrazların hamısına övladım kimi baxmışam, onları sevə-sevə çatdırmışam. Rollarımı övladım kimi sevmişəm. Oynadığım obrazların çəkisini, dəyərini, yerini, mənasını düzgün ünvana çatdırım.

 

 

 

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website