Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Bakını titreden devalvasiya ili

Bakını titrədən devalvasiya ili

27/12/2015

23:10

22:45 xeber – Ötməkdə olan 2015-ci il Azərbaycanda Böyük Devalvasiya ili kimi yadda qaldı.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ilin əvvəli ilə müqayisədə iki mərhələdə 99% devalvasiyaya uğramış manat azərbaycanlıları 20 il əvvəlin narahat günlərinə qaytardı. ABŞ dollarının yanvarda 78 qəpiyə bərabər olmuş rəsmi məzənnəsi dekabrda 1,56 qəpiyə çatdı.

Hər şey ilin əvvəlindən başladı. Ölkədə həm yüksək çinli məmurlar, həm də ekspertlər səviyyəsində manatın devalvasiyasından danışılmağa başlanmışdı. Adətən, hansısa ekspert manatın devalvasiyasının vacibliyindən bəhs edirdi. Daha sonra hansısa yüksək çinli məmur çıxaraq bunu təkzib edir, Azərbaycan manatının çox güclü olduğunu bildirirdi və s.

Ekspertləri bu cür danışmağa vadar edən Azərbaycan Mərkəzi Bankı strateji valyuta ehtiytlarının azalması idi. Məsələ bunda idi ki, son illərdə ilk dəfə olaraq 2014-cü ilin dekabrında AMB-nin ehtiyatları azalmağa başlamışdı. Bu məsələdə əsas rol Rusiya rublunun ucuzlaşması ilə bağlı idi. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində 2014-cü ilin sentyabarında 35 rubla satılan dollar dekabrda 60 rubla, 2015-ci ilin yanvarında isə 70 rubla satılmağa başladı. Rublun iki dəfə ucuzlaşması Moskvada və Sankt-Peterburqda ilkin bazarda mənzillərin qiymətin iki dəfə salaraq kvadratmetr üzrə 1000-1500 dollara bərabər etdi. Beləliklə, Moskvada mənzil qiymətləri Bakı qiymətlərinə uyğunlaşdı.

Dolların Rusiya rublu ilə müqayisədə bahalaşması

Bu, Rusiyada yaşayan, amma Bakıda mənzillərə sahib olan azərbaycanlı sahibkarları kapitalı Moskva və Sankt-Peterburqun əmlak bazarına sərmayə qoymağa sövq etdi. Çünki, həmin şəhərlərdə kirayə qiymətləri Bakıdan təxminən 3 dəfə yüksək idi. Bakıda satılan mənzillərin pulunun kütləvi şəkildə dollara çevrilərək ölkədən çıxarılması manata təzyiqləri artırırdı. Mərkəzi Bank bunun qarşısına almaq üçün bazara daha çox dollar çıxarmağa başladı. Nəticədə AMB-nin strateji valyuta ehtiyatları 2014-cü ilin dekabrında 1,2 milyard dollar və 2015-ci ilin yanvarında orta hesabla hər ay 1,1 milyard dollar azalaraq 12,7 milyard dollara düşdü. Fevralda manata təzyiq daha da artdı və sonradan məlum oldu ki, 28 günlük bu kiçik ayda AMB-nin ehtiyatları 1,7 milyard dollara qədər azalıb və martın əvvəlində AMB-nin ehtiyatları cəmi 11 milyard dollar qalıb.

AMB-nin strateji valyuta ehtiyatlarının dəyişməsi (milyon dollarla)

Beləliklə, AMB 2015-ci il fevralın 21-də manatın dollar qarşılığında məzənnəsinin ucuzlaşdırılmasına qərar verdi. Martın 20-də rəsmi məzənnəsi 0,78 manata bərabər olan dollar AMB-nin qərarı ilə fevralın 21-dən 1,05 manata satılmağa başladı. Bu, faktiki olaraq 34,5%-lik devalvasiya demək idi. Uyğun olaraq, həmin gün məzənnəsi 0,89 manata bərabər olan avro da kəskin bahalaşaraq 1,19 manata satılmağa başladı.

Təbii ki, bu bazarlara təsir elədi. İlkin təsir altında dükan və mağazalarda, əmlak bazarında manat ifadəsi ilə qiymətlər qalxdı. Lakin həm inzibati amillər, həm də potensial alıcı kütləsində müşahidə edilən ehtiyat tələbi azaltdı. Əhali vəsaitə qənaət etməyə üstünük verdi. Bu kütləvi istehlak malları bazarında inflyasiyanı cilovlamaqla yanaşı, əmlak bazarında ucuzlaşma ilə nəticələndi.

Martda müəyyən qədər qalxmış mənzil qiymətləri apreldə manat ifadəsi ilə yenidən ucuzlaşmağa başladı. “MBA Group” konsaltinq şirkətinin hesablamalarına görə, Bakıda aprel ayında mart ayı ilə müqayisədə apreldə daşınmaz əmlak bazarında qiymətlər 3,9% aşağı düşüb: ilkin və təkrar mənzil bazarlarında mənzillərin orta hesabla qiyməti 8,1%, kommersiya obyektlərində 3,6%, kirayələrdə 4,7%, kommersiya obyektlərinin icarəsində isə 4% azalma müşahidə edilib.

Beləliklə, əmlak bazarının manata təzyiqi ortadan qalxdı. Amma manata təzyiqin yeni problemi ortaya çıxdı. Əhali ehtiyat üçün saxladığı vəsaitləri 2005-ci ildən əvvəldə olduğu kimi yenidən dollara çevirməyə başladı. Bu, uyğun olaraq martda və apreldə AMB-nin strateci ehtiyatlarının azalması ilə nəticələndi. Martda ehtiyatlar 1,5 milyard dollardan, apreldə isə 1,1 milyard dollardan çox azaldı və AMB-nin strateji ehtiyatları mayın əvvəlində 8,3 milyard dollar ətrafında qərarlaşdı. Sonrakı üç ayda hətta qismən artaraq 8,5 milyard dollara qədər çatdı.

2015-ci ildə Brent neftinin barrelinin ən maksimim qiyməti (dollarla)

Düzdür, burada dünya bazarında neft qiymətlərinin yenidən bahalaşmasının da rolu oldu. Əhali manatın məzənnəsini qeyri-təbii şəkildə dünya bazarında neftin qiymətinin dəyişməsi ilə bağlamağa başladı. Məsələn, fevralda barrelinin qiyməti 50 dollardan aşağı düşmüş Brent neftinin qiyməti mayda artıq 70 dollara yaxınlaşırdı. İyunun 5-də Brent neftinin qiyməti il üçün ən yüksək səviyyəyə – barrel üzrə 67,77 dollara qalxdı. Neftin qiyməti avqustda qədər 60 dolların ətrafında dəyişdi.

Bununla yanaşı, ölkədə həmin aylarda büdcə gəlirlərinin gələcəyinin və əhalinin cari durumunun yaxşılaşması istiqamətində bir sıra addımlar atmağa başladı. Belə addımlardan biri əsası 2012-ci ildən qoyulmuş Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) gerçəkləşdirilməsi istiqamətində atıldı. Martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak etdilər.

İlkin mərhələsi 2018-ci ildə başa çatacaq kəmərlə 2020-ci ildə nəql olunacaq qazın həcmi 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.


İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Giorgi Marqvelaşvili – Qars, 17 mart 2015

Mərasimdə ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç iştirak etməklə layihəyə ABŞ və Avropa Birliyinin dəstəyini ifadə etdilər. Beləliklə, Azərbaycan əksər ekspertlər tərəfindən proqnozlaşdırılan ucuz neft dövrü üçün daha sabit olan qaz gəlirləri barədə uzunmüddətli layihəyə başladı.

Ölkə rəhbərliyi həmçinin əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində addımlar atılıb. İlk addım kimi qiymətlərin həddindən şişirdilmiş olduğu barədə şikayətlərin çox gəldiyi dərman preparatları bazarından başlanılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasda dərmanların qiymətinin baha olmasına görə irad tutmuşdu. 2015-ci il iyulun 30-dan Azərbaycan Tarif (qiymət) Şurası iclas keçirdi və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başladı. İclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edildi. Əvvəlki qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri endi. İlin sonlarına kimi ucuzlaşmanın bütün dərman bazarına şamil edilməsi qərara alındı.

Lakin ölkənin iqtisadi və sosial həyatındakı bu sabitlik uzun çəkmədi. Avqust ayından başlayaraq dünya bazarında neft ucuzlaşmağa başladı və sentyabrın sonlarına yaxın 40 dollara yaxınlaşdı. Bu, neft qiymətlərinin qalxacağına Azərbaycanda olan inamı yox etdi. Nəticədə, əhali və iş adamları yenidən manatı dollara çevirməyə başladı. Avqustda AMB-nin strateji ehtiyatları 1,2 milyard dollar azalaraq sentyabrın əvvəlinə 7,3 milyard dollara düşdü.


Cahangir Hacıyev – Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri

Oktyabrın 17-də prezident İlham Əliyevin əmri ilə işdən azad edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsini devalvasiya ilə bağlı itirməsi barədə də söz-söhbətlər yayılmağa başladı. Onun qudası, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, mart ayında vəzifəsindən istefa vermiş Cahangir Hacıyevlə birlikdə 10 milyarda yaxın manatı dollara çevirərək ölkədən çıxarması barədə söhbətlər yayılmağa başladı. İş adamlarına girov təminatı olmadan milyardlarla manat kredit vermiş bankir dekabrın əvvəlində dələduzluq ittihamı ilə həbs edildi. 2015-ci ilin ortalarında mütəmadi olaraq MTN-ə çağrılan iş adamları sonradan onlara işkəncələr verilməsindən, onlardan külli miqdarda rüşvət tələb edilməsindən şikayət etməyə başladılar.

Noyabrın 12-də eyni hadisələr fonunda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da vəzifəsini itirdi. Nazirin işdən çıxarılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir neçə yüksək vəzifəli məmurunun MTN işi ilə bağlı həbs edilməsindən sonra başladı. Tutulanlar arasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov, Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, “Aztelekom” İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov və s. vardı. Rabitə Nazirliyinin yüksək çinli məmurları MTN-in gizli dinləmələrə məsul Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin həbsindən sonra tutuldular. Onlar iş adamlarını və siyasətçiləri qanundan kənar dinləməkdə günahlandırılırdılar.


Əli Abbasov – keçmiş rabitə və yüksək texnologiyalar naziri

Buna paralel olaraq dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edirdi. Dekabrın əvvəlində Brent neftinin qiyməti 2008-ci ildən bu yana ilk dəfə olaraq 38 dolarlıq baryerdən aşağı düşdü. Neft daha sonra da ucuzlaşmağa başladı və dekabrın 12-də 36,12 dollar/barrel səviyyəsinə endi. Bu vəziyyət OPEK-in hasilatı azaltmaqdan vaz keçməsi və ABŞ-ın xaricə neft ixracına qadağanı götürməsi nəticəsində baş verdi.

2015-ci ildə Brent neftinin barrelinin ən minimum qiyməti (dollarla)

Bu xəbərlərin fonunda əhali manatı dollara çevirməyi davam etdirdi. Nəticədə, AMB-nin strateci valyuta ehtiyatları getdikcə azaldı və dekabrın əvvəlinə 6,2 milyard dollara düşdü. Rusiyada rublun yenidən ucuzlaşması manata təzyiqləri daha da artırdı və dekabrda Azərbaycanın valyutadəyişmə məntəqələrində yeni dollar ajiotajı başladı.

Artıq vəziyyyət hər kəsə aydın idi. Buna görə də, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə reciminə keçilməsi barədə qərar qəbul etməsi elə də təşviş doğurmadı. Həmin gün ABŞ dollarının məzənnəsi kəskin – 50 qəpik və yaxud 47,63% bahalaşaraq 1,5500 manata qalxdı. Avro isə 0,55 manat yaxud 47,88% bahalaşaraq 1,6850 manat oldu.

İndi Azərbaycanda hər kəs təkrar devalvasiya gözləyir. Çünki neftin barrelinin 20 dollara qədər ucuzlaşacağı barədə proqnozlar var. Yaranmış durum manata təzyiqin bundan sonra da davam edəcəyini, əhalinin bərayi-ehtiyat hətta aldığı maaşı belə dərhal dollara çevirərək saxlayacağı güman edilir.

Azərbaycanı bu problemdən xilas etməyin bir yolu var – milyardlıq sərmaələri elə də güclü ehtiyacın duyulmadığı körpü-keçid, yol-park layihələrinə yatırıb ölü kapitala çevirməkdənsə, manipulyativ effekt verən və yatırılmış pulları geri qaytaarn kənd təsərrüfatı, toxuculuq və yeyinti sənayelərinə yönəltmək daha məsləhət olardı. Bu, həm yüz minlərlə iş yeri açmaqla yanaşı, idxalı əvəz edən məhsul istehsalına da təkan verərdi. Nəticədə, manata təzyiqlər azalardı və Azərbaycan xalqı devalvasiya təşvişi içində vurnuxmazdı. Vəssalam…

mənbə :
anspress




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website