Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Elbrus Ərud: “Bilirdim ki, adi adam deyilem” – MƏKTƏB İLLƏRİ

Elbrus Ərud: “Bilirdim ki, adi adam deyiləm” - MƏKTƏB İLLƏRİ

29/12/2015

12:54


29.12.2015 / 12:51 xeber –

“Çox qəzəbliydim, atama əl qaldıra da bilərdim…”

Lent.az-ın “Məktəb illəri” layihəsinin qonağı bu gün 36 yaşını tamamlayan “Qafqazinfo.az” saytının rəhbəri Elbrus Əruddur. Deyir ki, məktəbdən çox, mal-qoyuna getməyi daha çox sevirmiş. Dərsdən qaçmaq isə onun məktəb həyatının ən böyük sərgüzəşti olub. Əlqərəz, məktəbi o qədər də sevməyib.

 

Elbrus Ramiz oğlu Seyfullayev məktəbə 1987-ci ildə gedib. Doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Nərimankənd kəndində. İlk dərs gününü detallı xatırlamasa da…

 

– Müəllim ailəsində doğulmuşam. Atam ədəbiyyat müəllimi olub. Evimiz məktəbə yaxın idi. Ailənin dördüncü övladıyam. Məndən böyüklər hər gün məktəbə gedib-gələrdilər. Bir gün də məni aparıblar özləriylə. Məktəbi o qədər də sevməmişəm. Üçüncü sinifdə pioner qalstuku taxmışam. “Lenin baba” şeirini öyrənmişəm. Sinfimizdə oğlan çoxuydu. Sinfin lideri mən olmuşam.

 

– Yaxşı oxuduğunuz üçün?

 

– Qətiyyən! Lider heç də dərsini yaxşı oxuyan olmur. Desəm ki, çox yaxşı oxumuşam, düzgün olmaz. Nə məktəbdə, nə universitetdə. Humanitar fənləri yaxşı oxuyurdum, dəqiq elmlərə nifrət etmişəm. İndi də o nifrətim davam edir. Kimya fənninə nifrət etsəm də müəlliməmizi çox sevirdim. Əminə müəllimə. Nəinki mən, bütün şagirdləri onu çox sevirdilər. İndi mənim oxucumdu. Ədəbiyyatı yaxşı bilirdi, mütaliəli qadınıydı. O adam elə bilirdi ki, kimyadan mən taxtayam. Həmişə “2” yazırdı. “3” qiymətini güclə qopardırdım. Bir gün Əminə müəllimənin dərsində qızların “Xatirə” dəftəri yazırdım, gəldi aldı əlimdən. Bütün sirrimiz, sözümüz bu dəftərdəydi. Nə bilim, istədiyin qızın adının baş hərfi-filan. Müəllimə dedi, mən bu dəftəri oxuyacam, ondan sonra deyəcəm ki, kim nəyə layiqdir. Səhəri gün müəllimə gəldi, əlində də bizim o dəftər. Doluxsunmuş halda mənə dedi, sən çox ciddi adamsan! Ona qədər mənə ən tərbiyəsiz şagird kimi baxırdı. Onun o sözündən mən çox ciddi informasiya aldım. Dedi, burda bir dənə şagird var, o da sənsən! Ümumiyyətlə, mən bilirdim ki, adi adam deyiləm, istedadım var. Bilirdim ki, fərqliyəm!

 

– Sizi fərqli edən nə idi?

 

– Fərqlilik odur ki, bu günləri bizim kəndin ən tanınmış insanı bəlkə də mənəm.

 

Gülürəm. Mənə qoşulub o da gülür.

 

– Ali təhsillisi çoxdur. Alimi, professoru, baş redaktoru, müğənnisi, şairi yoxdur. Hətta mən şair də ola bilərdim. Çox gözəl şeirlər yazırdım. Toylarda tamadalar mənim şeirimi deyirdilər.

 

– Sevgi şeirləri idi, yoxsa vətənə, torpağa aid?

 

– Vətən?! O vaxt vətən nə gəzirdi? Vətənim o vaxt qızlarıydı. Qızlara şeir yazırdım.

 

93-cü ildən məktəbimiz düşdü bərbad vəziyyətə. Köçkünlər gəldilər. Məktəbin yarısında onlar qalırdılar, yarısında dərs keçilirdi. İngilis, rus dili keçə bilmədik, ləğv olundu. Təsəvvür edin, biz bu sinifdə dərs keçirdik, qonşu otaqda köçkünlər yaşayırdı. Qışqır-bağır, toyuq-cücə səsi. Dərs keçdiyin yerdə toyu cücələriylə sinfə girirdi. Qeyri-ciddilik yaranırdı. Avaralıq üçün münbit şərait vardı. Otaq çatmadığından 8, 9, 10-cu sinifləri birləşdirib dərs keçirdilər, 6-7 uşaq bir partada otururduq. Özü də kənd uşaqları, hamısı da yekəpər. Ümumiyyətlə, kəndimizin şəraiti yaxşı deyildi. İşıqlar tez-tez sönürdü, yağış yağan kimi palçıq dizə çatırdı. Dərs oxumamaq üçün əsas bəhanəmiz “işığımız yanmırdı” idi.

 

– Döyülmüsüz?

 

– Mal kimi! Bizim bir coğrafiya müəllimimiz vardı, Faiq müəllim, indi həmin məktəbin direktorudur. Deməzdim pis müəllim idi, orta səviyyəliydi. 6-7 uşağı yığıb bir yerdə döyürdü.

 

– O vaxt müəllimin şagirdi döyməyi normal qarşılanırdı.

 

– Kifayət qədər. Deməzdim ki, düz edib döyüb. Normalıydı. Müəllim söyürdü, təhqir edirdi, döyürdü. Bir yumruq vururdu, pəncərədən çölə çıxırdıq.

 

– Sizin uşağınızı müəllimi döysə, normal qarşılayarsınız?

 

– Baxır, harda? Kənddə olsa…

 

– Siz şəhərdə yaşayırsınız?

 

– Düşünürəm, uşaq öz uşaqlığını yaşamalıdır. Döyülməlidirsə, döyülməlidi. Problem yoxdu. Mentalitetimiz elədir ki, bəzən uşağı cəzalandırmaq lazımdır. Əgər evdə özümüz uşağı döyürüksə, deməli, məktəbdə müəllim də döyə bilər. Sivil ünsiyyətlər bizim üçün hələ yenidir. Bu ünsiyyət bir növ bizi kişilikdən salır. Həddindən artıq mədəni davrananda adam özü kişilikdən düşür. İncə-mincə olur. Cəmiyyətimizdə də incə-mincəlik qəbul olunmur. Gərək bir az kobud olasan.

 

11-ci sinifdə atası ona dərs deyib. Dil-ədəbiyyatdan. Həm də sinif rəhbərləri olub.

 

– Atam son zəngimiz günü maşınıyla qəzaya düşmüşdü. Yığdı bizi başınıza ki, gedin özünüz keçirin. Mayın 25-də. İbrahim Tatlısəsin “Haydı söyle” mahnısına qulaq asdıq. Qızlarımızın çoxu 15-16 yaşında ərə getdilər. Ülkər adlı qız vardı, o daha tez ərə getmişdi. 9-cu sinifdən qoşulub qaçmışdı. Müəllim jurnaldakı siyahıyla uşaqları yoxlayırdı:

 

– Abdullayev Sənan

 

– Dərsdə!

 

– Seyfullayev Elbrus

 

– İcazə alıb!

 

– Məmmədova Ülkər?

 

– Ərdə!

 

Gülürük.

 

– Sinif yoldaşlarımdan 1-2 nəfərlə hələ də əlaqə saxlayıram.

 

Sevgi-məhəbbətsiz məktəb illəri olarmı? Olmaz təbii ki.

 

– Yeddidə, ya səkkizdə oxuyanda bir qızı sevmişəm. Qonşumuzuydu. Onda o üçdə – dörddə oxuyardı. İstəyim 10 il davam elədi. İndi ailələdi. Ümumiyyətlə, mənim həyatımda sərgüzəştlər çox olub. Onların arasında ən ciddi sevgim orta məktəbdə olub.

 

– Niyə ayrıldız?

 

– Anam almadı… Anam istəyirdi ki, mən daha irəli gedim. Xaricə gedim, daha böyük müvəffəqiyyətlərə nail olam.

 

Və ilk dəfə Lent.az-a etiraf edir.

 

– Münasibətlərimdə kişilərdən daha çox qadınlara üstünlük vermişəm. Həm dostluq münasibətlərim, həm də digər ünsiyyətdə. Orta məktəbdə futbol oynayanda həmişə qızların komandasında oynamışam. Qızların tərəfində olmuşam.

 

Siniflərindən cəmi bir nəfər müəllim olub.

 

– İntellektual auditoriya deyildik. 1-2 nəfər ali təhsil aldı. Qalan hamısı təsərrüfatla məşğul oldu.

 

– Kənddə oxumaq üçün şərtlər ağır olur…

 

– 11-də oxuyurdum. Uşaqlarla futbol oynayırdım. Atam gəldi, dayandı meydançanın kənarında. Məni yanına çağırıb dedi: “Oğul, məqsədin nədi? Banışevski, Maradona, Pele olmaq istəyirsən? Böyüyəndə kim olmaq istəyirsən? Əgər onlardan olmaq istəyirsənsə, kitabları tulla! Sənə bir də “dərs oxu”, desəm, onda mən kişi deyiləm! Yox, olmaq istəmirsənsə, topu tulla, dərsini oxu!”

 

– Topu tulladız?

 

– Əlbəttə! Məndən futbolçu olar?! Avaralıq edirdik. Məktəbə geydiyimiz ayaqqabıyla futbol oynamaq olar? Krossovkanı ilk dəfə əsgərlikdən gələndən sonra geymişəm.

 

– Dəb deyildi?

 

– Yox e, ehtiyacdan geyməmişdim. O vaxt zəmanə pisiydi. Məktəbimizin ayaqyolusu yoxuydu. Suyu, işığı, şəraiti olmayan. Bərbad. Təəssüf ki, məktəbimiz hələ də o gündədi. Atam 40 il orda dərs deyəndən sonra təqaüdə çıxıb. Amma qardaşım hələ də o məktəbdə dərs deyir. Qardaşımın balaları o məktəbə gedir. Elə deyirlər.

 

– Məzun olanda sonra heç getmisiniz?

 

– Xeyr! Bu yaxınlarda kitabım çıxıb. Gözləyirdim ki, məktəbdən zəng edəcəklər ki, kitabını da götür gəl, burda bir təqdimatını keçirək.

 

Məktəbin sonuncu ilində baş vermiş bir hadisəni danışır. Deyir, onu yazıçı edən hadisələrdən biri olub.

 

– Atam yazı-pozu adamı olub. Atamın dərsi idi. Bir müəllimə girdi sinfə, cibindən 4-5 yumurta çıxarıb qoydu atamın qabağına. Atam ona yumurta qarşılığında divar qəzetini hazırlamışdı. Uşaq gülüşdülər, mən çox pərt oldum. Atama dedim, bir dəqiqə çıx çölə, sözüm var. Çox qəzəbliydim. Atama əl qaldıra da bilərdim. Çox təhqir olunmuşdum. Çıxdıq çölə, soruşdu: “Nolub? Dedim, axı sən məni biabır edirsən! Dedi, oğlum, qoy o utansın ki, divar qəzeti yaza bilmir. Mən öz bacarığımı, savadımı, elmimi satıram. Burda utanılacaq heç nə yoxdu. Bax, dərsdən evə gedəcəyik, naharı bu yumurtalarla edəcəyik. Bu günün günortasını mən qazanmışam”. Gördüm, düz deyir.  Çox kasıb olmuşuq. Atam müəllim idi, anam evdar qadın. Qara çörək yeyirdik. Qapqara! 10 yaşımdan əmək günü almışam.

 

Qeyri-ixtiyarı təkrar edirəm:

 

– 10 yaş?!

 

– Hə! Kolxozda anamın adı yazılırdı, yerinə mən gedirdim. Pambıq yığmışam. 70 kilo, 80 kilo! Sahəni suvarırdım, qarovul qalırdım. Kənddə 10 adamın naxırına mən gedirdim. Əvəzində süd-qatıq verirdilər.

 

– Bəs dərs?

 

– Dərs oxuyan vardı?!

 

– Universitetə necə qəbul olduz?

 

– Həm də hazırlaşırdım. Demək istəyirəm ki, zülm çəkmişik. Əllərimdəki qabarlar o vaxtdan qalıb.

 

Hər iki qolunu irəli uzadıb, əllərini göstərir.

 

– Atanız?

 

– Atam tək böyüyüb. Nə bacısı olub, nə qardaşı. Həyatında bir dəfə də əlinə ağac götürməyib. Çölçü adam deyil. Qalstuklu müəllim!

 

Bütün bunlara baxmayaraq, Elbrus Ərud həyatından narazı deyil. Uşaqlığının ciddi kəsirləri olsa da…

 

 

P.S. Lent.az kollektivi Elbrus Ərudu ad günü münasibətilə təbrik edir, şəxsi və peşə həyatında uğurlar arzulayır!

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles