Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Millet vekili Flora Qasımova ile “Heyat dersi”

Millət vəkili Flora Qasımova ilə “Həyat dərsi”

05/01/2016

12:36


05.01.2016 / 12:35 xeber –

Flora Qasımova: “6 ay üçotaqlı evdə 13 nəfər yaşadıq”

 

…Ailəmin, oxuduğum məktəbin müəllimlərinin, ümumiyyətlə, bəlkə də, özümün həyata baxışım, bir riyaziyyatçı kimi təhliletmə qabiliyyətim, “nəyə qadir ola bilərəm”, “nəyin öhdəsindən gələ bilərəm” – deyə düşünməyim məni bu səviyyəyə gətirib çıxarıb. Valideynlərim məni əvvəl daha çox həkim kimi görmək istəyirdilər, lakin, mən orta məktəbdə riyaziyyatçı kimi tanınırdım, məktəb üzrə ən yaxşı riyaziyyatçı hesab olunurdum. Riyaziyyat müəllimim mərhum Eldar Quliyev həmişə deyirdi ki, sən Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə get. Elə oldu ki, valideynlərimin istəyi ilə sənədlərimi  Azərbaycan Tibb Universitetinə verdim. O vaxt xəstəlik keçirdim, onunla əlaqədar yaxşı hazırlaşa bilmədim, nəticədə, müsabiqədən keçmədim. Sonrakı ildə isə getdim Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil oldum…

 

…Yaxşı işçi olmaq üçün insandan, əvvəla, yüksək bilik, daha sonra isə yüksək əxlaqi keyfiyyət tələb olunur. Yəni insan həyatda özünü elə aparmalıdır ki, başqalarına nümunə olsun. Xüsusilə, müəllim şagirdlərə daha çox  nümunə olmalıdır. Bizim ədəbiyyat müəllimimizi – Validə Əliyevanı unuda bilmərəm. O bizi, demək olar ki, həyata hazırladı. Azərbaycan yazıçılarının ən son kitablarını bizə oxudurdu və biz onları təhlil edirdik. Məktəbdə vaxt olmayanda,  yazılarımızı evinə aparırdıq, o, düzəliş edirdi. Yazılarımızda bir kitab cümləsindən belə istifadə etməyə qoymazdı. O, bizə zəhmətkeşliyi, düzlüyü öyrədirdi. Heç kəs heç nədən və heç kimdən  köçürə bilməzdi…

… Bilirsinizmi, mənim yoldaşım polkovnik-leytenant Şirin Mirzəyev həlak olanda Azərbaycanda ən çətin dövr idi. Bütün qohum-əqrəba yurd-yuvasından, evindən məcburən köçürülürdü. Xaos var idi. Mənim yoldaşım ön cəbhədə, Ağdam cəbhəsində idi və demək olar ki, tez-tez oradan ölüm xəbərləri gəlirdi. Hərdən olurdu, ağlıma gəlirdi ki, birdən, belə bir xəbər bizə də çata bilər. Dururdum eyvanı silirdim, süpürürdüm, ortalığı yığışdırırdım. Çünki vəziyyət pis idi. Ən çətin dövrdə bu xəbər gəldi və üstəlik bütün köçkünlər qohum-əqrəba Bakıya axışdı… Altı aya kimi bizim üçotaqlı evdə 13 nəfər yaşadıq. O vaxt ailənin  ən yaxın dostu mənə kömək oldu. Mən qorxmadım…

 

…Hərdən uşaqlar deyirdilər ki, ana, biz sənin üzünü görmürük heç. Gedirdim məktəbə, gəlirdim, bazara qaç və s. və çox fikirləşirdim. İstəyirdim tez yatım və heç nəyi yadıma salmayım, ancaq olmurdu. Səhər açılmalıdır axı… Və bu köməkliyin sayəsində, mən, demək olar ki, ayağa qalxdım. Ancaq öz gücümün, bacarığımın sayəsində. Bunun üçün də ən əvvəl təhsil, bilik olmalıdır. Bəlkə də, riyaziyyatçı kimi təhlil etməyi bacardığım, “nəyin öhdəsindən gələ bilərəm, nəyi edə bilərəm…” suallarına cavab tapdığım üçün vəziyyətdən, müəyyən qədər çıxa bildim. Həyat hər şeyə məcbur edir insanı. Məcburiyyət qarşısında ən çətin yolu seçdim, zəhmətkeş oldum, ailəni fikirləşdim, gücümü ancaq uşaqlarımın oxumağına yönəltdim və belə-belə, həyat gəldi keçdi.

 …Bilirsiniz, uşağın tərbiyəsində, mən elə bilirəm ki, ən əvvəl ananın böyük rolu var. Düzdür, ata da məsuliyyət daşıyır, xüsusilə, oğlan uşaqlarının tərbiyəsində atanın  zəhmi, atanın sözü keçərlidir, ancaq ananın böyük əməyi olur.  Mən ancaq öz təcrübəmdən danışıram, heç kəsə dərs vermək istəmirəm. Mənə elə gəlir ki, bizim qızlarımızın təhsil alması çox vacibdir, valideynlər ən əvvəl qızlarımızın təhsili ilə maraqlanmalıdırlar. Mən əgər uşağıma, çətinliyi olanda evdə kömək eləməsəm, bu çətinliklər üst-üstə toplanır və axırda uşaq məktəbdən, dərsdən soyuyur, çətinliyə düşür və çətinliyi də hər uşaq dəf eləyə bilmir. Uşaqlarımın məktəbi qurtarmasında, demək olar, elə bir əziyyətim olmadı. Bilmirəm, nədən irəli gəldi, hərəsi öz dərsi ilə məşğul oldu və mən heç vaxt deyim ki, bir çətinliyə düşdüm? Yox! Əgər uşaq çətinlik çəkirdisə, kömək eləyirdim, xüsusən, riyaziyyatdan. Oğlum ən çox riyaziyyat təmayüllü idi, ancaq qızım humanitar fənləri daha yaxşı bilirdi.

…Uşaqlarım hələ indi də mənim səsimin tonunda dəyişiklik hiss edəndə, o saat bir-birilərinə zəng eləyirlər ki, anam nəyə əsəbiləşib. Hər dəqiqə danlamazdım mən. Onlar ailə quranda da, öz iradələri ilə qurublar, yəni, məcbur eləməmişəm. Ancaq hər üzünü demişəm ki, bax belə ola bilər, eelə ola bilər, özünüz nəticə çıxardın. Uşaqlarıma  təzyiq eləməmişəm ki, bunu alma, buna getmə. Özünüz sonra əziyyət çəksəniz, deməyin ki, ana, niyə demədin, mən bunları sizə deyirəm başa salıram, qalanı sizlikdir. İndi şükür Allaha, hərəsinin öz ailəsi var.

…23 yaşında Vilayət Sovetinin və indi də Milli Məclisin deputatı olmağıma gəldikdə isə, deyirlər, tale, qismət var. Bəlkə də bunun nəticəsidir. Amma atalar deyir, səndən hərəkət, məndən bərəkət. Gərək hərəkət edəsən, nümunəvi davranışınla, fəallığınla. Məsələn, mən orta məktəbdə məktəb komsomol təşkilatının sədri idim, sonradan məni seçdilər vilayət komsomol komitəsinin üzvü, bütün plenumlarda iştirak edirdim. Məktəbdə bir riyaziyyat müəllimi kimi hörmət qazanmışdım. Şagirdlər məni çox istəyirdilər, amma, həm də çox çəkinirdilər. Demirəm, qorxurdular, yox, hörmət edirdilər. 23 yaşımda Vilayət Sovetinin deputatı seçildim və sonradan Xankəndi şəhər Partiya Komitəsində təlimatçı kimi işə başladım. Ailə qurdum və Xankəndindən çıxdım.

 

…Ailə qurmaqla bağlı seçimdə çətinlik çəkirdim. Gələcək həyat yoldaşım mənə, demək olar ki, birinci kursdan məktub yazırdı. Biz bir sinifdə oxumuşduq, ancaq qərar verə bilmirdim. Çünki hərbçi idi. Nənəm həmişə danışırdı ki, mənim bir hərbçi dayım olub, həmişə Ukraynada yaşayıb, pensiyaya çıxandan sonra da Ukraynada qalıb. Nənəm həmişə durardı pəncərədən dua eləyərdi onun üçün. Dayımın hərbçilik fəaliyyəti 2-ci dünya müharibəsinə təsadüf etmişdi. Çox çətinlikləri olmuşdu. Anam həmişə onun həsrətini çəkmişdi. Məni istəyən oğlan – Şirin Mirzəyev də  hərbiçi olduğuna görə qərar verə bilmirdim. Fikirləşirdim ki, mən də belə çətinliyə düçar olacağam. Evdəkilər narahat qalacaqlar və başqasına da ürək edib “hə” deyə bilmirdim. Çünki çox yaxşı insan idi, çox savadlı oğlan idi, təmiz idi, mədəniyyəti yüksək idi, dünyagörüşü geniş idi, çox adamı öz fəaliyyəti ilə düzgün yola çəkən adam idi. O hərəkəti ilə, davranışı ilə müəllimlərin hörmətini qazanmışdı. Sinifdə yeganə adam idi ki, inşa yazanda sərbəst mövzunu Şirin  yazırdı. Həmişə də məzmundan “5” alırdı, amma hərf səhvi buraxardı. Birdən görürdün, ona  “5/ 2” qiymət qoyulurdu, qrammatikadan “2” ya “3”. Çox vaxtı belə olurdu, amma sərbəst mövzudan “5” alırdı. Belə bir adamı da pis vəziyyətdə qoya bilmirdim. Düz 9 il məni gözləmişdi, ona görə də gec ailə qurduq.

 

…Karyera dalınca qaçan qızlara demək istəyirəm ki, ailə vacibdir. Tələsməsinlər. Bizim elimizin adət-ənənəsi var. İndi ən çox cəmiyyətimizi narahat edən məsələlərdən biri boşanmalardır. Mən elə bilirəm ki, ilk tanışlıqdan, “internetdə tanış oldum, qiyabi tanış oldum” – deyib ailə qurmaq o qədər də özünü doğrultmur. İndi, bəlkə, içində xoşbəxt olanları da var. Ancaq bizim elimizin adət-ənənəsi var. Həmişə axtarırdıq nəsli, kökü… Niyə axtarırdıq? İndi bax məcbur edirlər, sağlamlıq kağızı istəyirlər. Bəli, bunun ailəsində tərbiyə məsələləri var, genetik məsələlər var, xəstəlik məsələsi  var və s. Sonra ailələrin bir-biri ilə münasibəti, səviyyəsi, xasiyyətlərinin tutması kimi məsələlər də var. Mən hər halda istərdim ki, ata-ananın xeyir duasını da alsınlar.

 

…Xankəndindən millət vəkili olmaq çox çətindir. Seçicilər təxminən, 38-40 rayonda yerləşiblər. Xankəndinin adı ilə bağlı bir dairəmiz var idi – 122 saylı dairəmiz. Başqa heç bir müəssisəmiz, təhsil müəssisəsi, belə bir təşkilatımız yox idi. Qarşımda çox çətin işlər dayanırdı və onların müəyyən hissəsini demək olar ki, etmişəm. Bəzi hissələr qalıb. İlk əvvəl bizim bir təhsil ocağımız var idi. Xankəndi, Nizami adına 4 nömrəli məktəb. Təkcə, Xankəndində yaşayanlar yox, ətrafda yerləşən azərbaycanlılar da orta məktəbi gəlib Xankəndində qurtarırdılar. Onlarınkı ancaq 8 illik məktəb idi. Demək olar ki, yeganə təhsil və tərbiyə məktəbi idi, mədəniyyət mərkəzi idi bu məktəb. Çünki, bundan başqa azərbaycanlıların yığışacağı başqa bir yer yox idi. Yəni teatrımız yox idi, musiqi məktəbimiz yox idi və s. Yeganə məktəb idi ki, azərbaycançılığı təbliğ edirdi. Bu məktəbi 23 ildən sonra bərpa elədik, çox sevindilər və buna görə prezidentimizə təşəkkür edirəm. Xankəndi ilə bağlı bir poçt yaratdıq. Çünki, Xankəndi poçtunun indeksini vermişdik, ancaq Xankəndi poçtunu heç harada bərpa etməmişdik. İlk Xankəndi indeksi ilə yaratdıq poçtu. Bunun bizə nə köməyi dəyirdi? Bu poçt vasitəsilə Azərbaycandan dünyanın müxtəlif nöqtələrinə pul köçürmələri olurdu, məktublar da göndərilirdi və indeks Xankəndi indeksi ilə gedirdi. Ad təbliğ olunurdu, bilirdilər ki, bu poçt Azərbaycan ərazisindədir və Xankəndinə aiddir.

…Sonradan biz Xankəndi ilə bağlı bir film hazırladıq, arxiv sənədlərinə əsasən çəkilmiş belə bir film bizə çox vacib idi. Çünki ermənilər sayca ən çox Xankəndində yerləşirlər və bütün dünyaya Xankəndini Stepanakert adı ilə tanıdırlar, dünyanın tanınmış adamlarını çağırır, təbliğ edirlər. Biz niyə geri qalaq, öz şəhərimizə yiyə durmayaq?

…İndi bizim qarşımızda başqa bir məsələ də dayanıb. Xankəndi icra strukturunun və Qarabağ TV-nin yaradılması.

Niyə bizə Qarabağ TV lazımdır və vacibdir? Dağlıq Qarabağda yaşayan yaşlı ermənilər, hamısı azərbaycanca bilirlər, AzTV-yə baxırlar. Gündəlik xəbərim də var, bilirəm ki, baxırlar. Amma yeni yaranan nəsil Azərbaycan dilini bilmir. Biz onlara erməni dilində öz mövqeyimizi bildirsək, Azərbaycanın inkişafını göstərsək, azərbaycanlılarla ermənilərin vaxtilə mehriban yaşadıqlarını göstərsək və işğal olunmuş torpaqlarımız azad olsa, Qarabağımızın hansı səviyyəyə çatmasını onlara erməni dilində – öz dillərində başa salsaq və başa salsaq ki, bu heç də erməni torpağı deyil, tarixən Azərbaycan torpağıdır və burada azərbaycanlılar yaşayıb, siz buradan azərbaycanlıları son nəfərədək qovmaqla, bu torpaqda uzun müddət qala bilməzsiniz, yəqin ki, müəyyən nəticə əldə edə bilərik.  Bunu təbliğ etmək üçün mütləq bizə lazımdır ki, TV olsun. Onu da “Qarabağ TV” adlandıraq. Niyə bunlar özlərini “Naqornaya Karabaxskaya Respublika” adlandırırlar. Deyən gərəkdir ki,  heç Qarabağ sözü və anlayışı  də sizə  aid deyil. Bu, bütöv Qarabağın dağlıq hissəsidir. Biz də Qarabağ TV-ni yaratmalı və özümüzü təbliğ etməliyik.

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website