Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Əlillik ve sağlamlığın mehdudluğu yeni meyarlarla müeyyenleşdirilecek – YENİLƏNİB

Əlillik və sağlamlığın məhdudluğu yeni meyarlarla müəyyənləşdiriləcək - YENİLƏNİB

06/01/2016

07:24


06.01.2016 / 07:19 xeber –

Tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz təyin ediləcək

Azərbaycanda əlillik və sağlamlıq imkanlarının məhdudluğu yeni meyarlar əsasında müəyyən olunacaq.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”ni təsdiq edib.

 

Buna müvafiq olaraq Nazirlər Kabinetinin  29 avqust 1997-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” və  21 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları” qüvvədən düşüb.

 

Yeni Əsasnaməyə əsasən тibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.  Birinci dərəcə  əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı, talassemiya-homoziqot böyük talassemiya, güclü və tez-tez təkrar olunan hemolitik sindrom,  üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı dekompensasiya mərhələsi, xroniki böyrək çatışmazlığının terminal mərhələsi, xroniki qaraciyər çatışmazlığının terminal mərhələsi, ürək transplantasiyasından sonrakı vəziyyət (digər orqan transplantasiyalarında əlillik dərəcəsi transplantın funksional vəziyyətindən asılı olaraq təyin edilir), inkurabel onkoloji xəstəliklər, ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri- baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri, hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması), iki ətrafın güdülü, 2.1.11. birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü, hər iki bud-çanaq oynaqlarının ankilozu, etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpaninbesillik (İQ-35-dən aşağı olanlar), davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar, şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı, İİV-infeksiyasının IV(QİÇS) mərhələsi, terminal vəziyyət hallarında təyin edilir.

 

İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin  mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillikürək qüsurları  və  ya miokardda baş  vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının  davamlı  olaraq  ikinci dərəcə çatışmazlığı, ağır formalı bədxassəli qan xəstəlikləri, ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci  dərəcə tənəffüs çatışmazlığı ilə, ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri, ümumi  qidalanmanın kəskin nəzərəçarpan dərəcədə  zəifləməsi  ilə müşahidə olunan, həzm  sisteminin  tez-tez residiv  verən (ildə  azı  4  dəfə) ağır  xroniki  xəstəlikləri (ümumi  qidalanmanın   zəifləməsi  əsasən   boy-çəki  əmsalına  və  qan azlığının  səviyyəsinə  görə  müəyyən  edilir, həzm traktının  müxtəlif  səviyyələrində  bu  göstəricilər  müxtəlif  cür  dəyişdiyindən ümumi qidalanmanın zəifləmə  dərəcəsini  nozoloji  vahiddən  asılı  olaraq ekspert  təyin  edir), ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə  müşayiət olunan xroniki böyrək xəstəlikləri, endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər, etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması, qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar  pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət  olunan baş  beynin  və  sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri, hər  iki  gözdə  görmə itiliyinin  korreksiya  ilə  0,08  və  ondan az olması  və ya görmə sahəsinin  20   dərəcəyədək   konsentrik   daralması, epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla  və ya şəxsiyyətin  nəzərəçarpan dərəcədə dəyişilməsi  ilə, hər  iki aşağı ətraf  damarlarının xroniki xəstəlikləri, II – III dərəcəli  arterial  və ya venoz  çatışmazlığı ilə, İİV-infeksiyasının III və IV (QİÇS) mərhələləri,lokalizasiyasından asılı olmayaraq, III – IV mərhələ bədxassəli şişlər, xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri hallarında təyin edilir.

 

Üçüncü dərəcə əlillik isə xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü  dərəcə əlillik ətraflardan  birinin  yalançı  oynağı, dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması), əlin və ya pəncənin  iflici, bir ətrafın nəzərəçarpan parezi, epilepsiya seyrək tutmalarla (ayda iki  dəfədən az  olmamaqla), astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya, ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində, II mərhələ bədxassəli şişlər, İİV-infeksiyasının I-II mərhələləri, uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar hallarında təyin edilir.

 

Tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. Bura  ürək  ritminin  süni  tənzimləyicisi  qoyulduğu  hallarda ürək qüsurları  və  ya miokardda baş  vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının  davamlı  olaraq  ikinci dərəcə çatışmazlığı, nefrektomiya  nəticəsində  və  ya anadangəlmə   bir  böyrəyin  olmaması: ikinci dərəcəli  xroniki  böyrək  çatışmazlığı  ilə, şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal), emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası,o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya), dağınıq skleroz, bir budun güdülü, bir əlin olmaması, beyin maddəsində və ya miokardda yad cismin olması, tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya, heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya daxildir. Üçüncü dərəcə əlillik də nibbi göstəriş olan xüsusi hallarda müddətsiz təyin edilir. Bura bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası, birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması, bir əldə 1 barmaq istisna olmaqla dörd barmağın  və  ya   onların funksional  yararsız vəziyyətdə ankilozu və  ya  kəskin kontrakturası,baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası, topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı  ətraf funksiyasının pozulması ilə, hər iki topuğun ankilozu və ya kəskin kontrakturası, bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin  kontrakturası, hər iki bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasının nəzərəçarpan dərəcədə pozuntusu, bir aşağı ətrafın 7 sm qısa olması, diz və ya bud-çanaq oynaqlarının endoprotezi, üçüncü -dördüncüdərəcə kifoskolioz, kəskin funksiya pozuntusu, əlin  və  ya  pəncənin  iflici, bir gözün olmaması və ya əməli korluğu (görmə  itiliyinin korreksiya  ilə  0,04 və  ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək  konsentrik daralması), çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları, hipofizarnanizm, osteoxondropatiya, osteoxondrodist-rofiya, boyun inkişafdan kəskin qalması ilə (cırtdanboyluluq), hemolitikkrizlərlə müşayiət olunan (ildə dörd dəfədən az olmamaqla) qan xəstəlikləri,subklinik əlamətlərlə gedən hemofiliya, subklinik əlamətlərlə gedən talassemiya minor, anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4-cü dərəcə ağır eşitmə, kəllə sümüyünün geniş ( 3x1sm-dən artıq) qüsuru, nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə, bir ağciyərin olmaması, gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya), etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması daxildir

 

Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 il müddətinə uzadılır.  Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti başa çatdıqdan sonra TSERAS tərəfindən müddətsiz müəyyən edilir.

 

Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. İkinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.

 

 

 

***** 00.25

 

Azərbaycanda əlillik və sağlamlıq imkanlarının məhdudluğu yeni meyarlar əsasında müəyyən olunacaq.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”ni təsdiq edib.

Buna müvafiq olaraq Nazirlər Kabinetinin  29 avqust 1997-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” və  21 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları” qüvvədən düşüb.  

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles