Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Biliklerimiz heyatımızın en böyük investisiyasıdır” – “Uğur formulu”

“Biliklərimiz həyatımızın ən böyük investisiyasıdır” – “Uğur formulu”

06/01/2016

10:40


06.01.2016 / 10:34 xeber –

 

 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan və Təhsil Nazirliyi ilə Lent.az İnformasiya Agentliyinin birgə layihəsi olan “Uğur formulu”nun qonağı Böyük Britaniyanın Kembric Universitetinin doktorantı Olesya Razuvayevskayadır

 

Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü O.Razuvayevskaya Böyük Britaniyanın Kembric Universitetində yüksək texnologiyalar ixtisası üzrə doktorantura səviyyəsində təhsilini davam etdirir.

 

-Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

 

-Xaricdə təhsilin çox faydaları var. Bu, dünyanın ən nüfuzlu elm xadimlərindən alınan biliklərlə yanaşı, tənqidi düşünməyi, problemləri dərindən təhlil etməyi və bütün qərarlara nəzəri yanaşmanı öyrədir. İstedadlı insanlarla görüşmək, başqa mədəniyyətlə tanış olmaq, daha  məsuliyyətli və aktiv olmağı öyrənmək də əvəzedilməz bir imkandır.

 

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində iki dəfə təqaüdçü adını qazanmışam və hər dəfə də xaricdə təhsil gözlədiyimdən daha çox mənfəət gətirib. Magistraturada oxuduğum Edinburq Universitetinin İnformatika fakültəsi Böyük Britaniyanın ən böyük informasiya texnologiyaları mərkəzlərindən biri olaraq, çox geniş kompüter elmləri modulları seçimi, dinamik və ruhlandırıcı mühit, dünyanın ən məşhur professorları tərəfindən akademik dəstək təklif etdi. Artıq təhsilimi bitirəndə gələcək karyeram və  kompüter elmləri sahəsində ixtisaslaşma ilə bağlı məndə dəqiq fikirlər yaranmışdı.

 

Hazırda mən Kembric Universitetində doktorantura səviyyəsi üzrə təhsilimin birinci ilindəyəm. Dünyada ən üstün kompüter kursunu təklif edən və Alan Turinq, Çarls Babeç kimi informasiya texnologiyaları üzrə dahi alimləri yetişdirmiş təhsil ocağında kompüter elmlərini öyrənmək özü çox böyük bir motivasiyadır. Burada tələbələrin marağını cəlb etmək üsulları–müasir avadanlıqlar, həftəlik seminarlar, təbliğat vasitələri, dünyanın ən görkəmli şəxsiyyətləri tərəfindən aparılan mühazirələr həqiqətən də təqdirəlayiqdir.

 

– İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?

 

– Doktorantura səviyyəsində oxuduğuma görə gündəlik oxuduğum materiallar daha çox ən son elmi nəşrlərdən və jurnallardan ibarətdir. Amma kitablar da tədqiqat işində əhəmiyyətli rol oynayır. Tədqiq etdiyim sahə, təbii dilin tanınması çox sayda qaydaların kəsişməsində yerləşir: kompüter elmləri, süni intellekt, maşınların öyrənilməsi, statistika, ehtimal nəzəriyyəsi, kompüter dilçiliyi və s. Bununla əlaqədar, oxunması lazım olan kitablar silsiləsi çox genişdir. Onlardan ikisi isə mənim daimi masaüstü kitablarımdır: “Speech and language processing” (Dan Jurafsky and James H. Martin) və “Machine Learning: An Algorithmic Perspective” (Stephen Marsald). Təbii dilin tanınması və ya maşınların öyrənilməsi ilə maraqlanan bütün tələbələrə bu kitabları məsləhət görərdim.

 

– Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

 

– Birləşmiş Krallığın təhsil sisteminə əsaslanaraq ölkəmizdə tətbiqini istədiyim yeniliklərin sayı çoxdur. İlk öncə, Azərbaycan dili üçün plagiatların aşkar edilməsi sistemi yaradıb, tətbiq etmək istərdim. Düzünü desəm, bu arzum doktorantura təhsilimin ixtisaslaşması kimi təbii dilin tanınması sahəsini seçməyimdə əsas faktorlardan biri idi. Ev tapşırığından başlayaraq, dissertasiya və elmi nəşrlərə kimi, plagiatın olmaması xaricdə ən zəruri qəbul şərtlərindən biridir. Təəssüf ki, hazırda təhsil sistemimizdə Turnitin kimi plagiatın tanınması üçün sistemlər tətbiq olunmur və ölkəmizdə hələlik universitetlərarası dissertasiya işlərinin ümumi elektron arxivi yaradılmayıb. Odur ki, tədqiqat işlərinin təkrarlanması ehtimalı yüksəkdir və bu isə elmimizi inkişafdan geri saxlayan bir amildir.

 

Əlavə olaraq, universitetlərimizdəki tədris planlarını daha çevik etmək istərdim. Misal üçün, informasiya texnologiyaları çox geniş sahədir və bakalavr səviyyəsində oxuduğum zaman tədris planımız çox sabit strukturlu olduğuna görə, daha maraqlı və karyeramız üçün daha lazımlı fənlərə əsas diqqəti ayırmaq mümkün deyildi.

 

Ali təhsil müəssisələrimizdə texniki  ixtisaslar üzrə oxuyan tələbələr arasında gender disbalansını da yaddan çıxarmamalıyıq. Bunun səbəbləri müxtəlif ola bilər: özünə inamsızlıq, cəmiyyətimizdəki stereotiplər, məlumatın əskikliyi və s. Kembricdə mən kompüter elmləri ilə maraqlanan xanımlar üçün çox effektiv dəstəkləyici misallarla rastlaşmışam:  [email protected] (kompüter elmləri fakültəsində xanım tələbə və professorlardan ibarət olan cəmiyyət), məktəblilərlə görüşlər və İT sahəsində çalışan məşhur xanımların dəstəklənməsi. Sayı az olan qruplar üçün belə xüsusi yanaşma çox vacibdir, çünki bu, özünü tək hiss etməməyə kömək edir. Belə bir hərakatı bizim ali təhsil müəssisələrimizdə və məktəblərimizdə görməyi çox istərdim.

 

– Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?

 

– Fakültəmizdə və oxuduğum universitetdə Azərbaycandan gələn yeganə tələbə olduğumdan Azərbaycan haqqında mümkün olduğu qədər çox məlumat yaymaq üçün özümdə böyük məsuliyyət hiss edirəm. Bir çox hallarda insanların ölkəmiz barədə çox az təsəvvürü olduğundan, onlar verdiyim məlumatlara böyük maraq göstərirlər. Birləşmiş Krallığa gedərkən mən ölkəmiz barədə bir çox məlumatlar aparmışam: UNESCO-nun ümumdünya irslərimiz – əl sənətkarlığı  şedevrlərimiz, xalçalarımız, tarixi abidələrimiz, təbii mənzərələrimiz, mətbəximiz və bayramlarımız ilə bağlı kitabçaları və dahi şairlərimizin ingilis dilinə tərcümə olunmuş elektron kitabları. Əlavə olaraq, xalq, muğam, caz və klassik musiqimizin disklərini gətirmişəm və onlara qulaq asmaq istəyənlər kifayət qədər çox olub.  Bəzən tanışlarım üçün milli yeməklərimizdən bişirməyə çalışıram. Edinburqda oxuduğum zaman Edinburq-Azərbaycan cəmiyyətinin üzvü idim. Biz tələbələr və müəllimlər üçün bir neçə tədbir təşkil edib, ölkəmiz haqqında təqdimatlar etmişdik və müxtəlif hədiyyələr paylamışdıq.

 

-Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

 

-Gənclərimizə öz təhsillərinə daha ciddi yanaşmağı, üzərlərində bacardıqları qədər ciddi çalışmağı, sual verməkdən çəkinməməyi və öyrəndiklərini təhlil etməyi məsləhət görmək istərdim. Bilikləriniz həyatınızın ən böyük investisiyasıdır. Gələcəkdə təhsilinizi xaricdə davam etdirmək istəsəniz, fərqli təhsil təcrübəsi qazanmaq üçün xaricdə təhsil almaq kimi əvəzedilməz şansdan istifadə edin. Xaricdəki universitetlərin tələbləri çox yüksək, tədris planı isə çox intensiv ola bilər. Amma çətin işinizin nəticələrindən həyatınız boyu faydalanacaqsınız.

 

– Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

 

-Oxuduğum universitetlərdə müəllim-tələbə münasibətləri qarşılıqlı hörmət əsasında qurulub və çox demokratik xarakter daşıyır. Professorlar çox məşğul şəxslərdir və bəzən onlarla mühazirələrdən kənar görüş təyin etmək çətin olur.  Amma bu, sizi həvəsdən salmamalıdır. Tədris proqramlarına uyğun olaraq, müəllimlərin çoxu tələbələrlə görüşmək üçün iş saatları ayırır. Bütün tələbələrə, hətta xırda suallar üçün həmin fürsətdən istifadə etməyi məsləhət görərdim. Həmin görüşlərdən siz imtahanlar və ev tapşırıqları üçün faydalı məlumatları əldə edə bilərsiniz. Əlavə olaraq, müzakirələrin nəticəsində siz gələcək dissertasiya işinizin mövzusunu və rəhbərini təyin edə bilərsiz. Doktorantura səviyyəsində isə professor-tələbə münasibətləri daha yaxın olur və görüşlər daha tez-tez baş verir. Çox hallarda siz bir layihə üzərində işləyirsiz və tanınmış alimlərin kiçik əməkdaşı sayılırsız.

 

– Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

 

– Çox razıyam. Burada oxuyan tələbələr çox savadlı, nəzakətli, hər kəsə hörmətlə yanaşan və tolerant insanlardır. Onlar həmişə biliklərini bölüşməyə və məsləhət verməyə hazırdırlar. Kitabxanada və ya evdə işləməkdən fərqli olaraq, xüsusi bilik mübadilə mühiti laboratoriyada işləməyi daha faydalı edir. Əvvəlki xarici qrup yoldaşlarımla da indiyədək dostluq münasibətlərini saxlayıram.

 

– Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

 

– Xaricdə təhsil ilə müqayisə etdikdə, bizim təhsilimiz daha az ixtisaslaşmış və daha sabit strukturludur. Bunun nəticəsi olaraq, bizim universitetlərdə tələbəyə nəzarət daha çox hiss olunur. Burada isə tələbənin əsas uğur faktoru öz üzərində sərbəst işləmək bacarığıdır. Əlavə olaraq, xaricdə qeyri-hökumət təşkilatlarının və orqanlarının təhsilə, avadanlıqlara və universitetlərə ayırdığı investisiya, göstərdiyi dəstək çox böyükdür. Azərbaycanda isə bu hərakat hələlik başlanğıc nöqtəsindədir. İnformasiya texnologiyalarından danışsaq, hazırda universitetlərimizdə tədris olunmayan və tədris olunduqda ölkəmizə böyük fayda verə biləcək çoxlu istiqamətlər mövcuddur. Son illər ərzində ali təhsil müəssisələrimizin bəzilərində informatika sahəsi üzrə yeni ixtisaslar təklif olunub. Bu da gələcək inkişaf üçün müsbət potensialı göstərir.

 

– Çətinlikləriniz varmı?

 

– Əlbəttə ki, dəyişikliklər çətinliksiz olmur. Universitetin yüksək standartları və tələbləri, xarici dilə və ölkəyə adaptasiya,  burada bakalavr səviyyəsində keçilən bəzi fənlərdən təcrübəmin olmaması – bütün bunlar ilk addımları atarkən böyük çətinliklər yaradırdı. Lakin buradakı universitetlərdə bu çətinliklərlə bağlı köməklik göstərmək, məsləhət vermək və onları aradan qaldırmaq üçün çoxlu mütəxəssislər çalışır: beynəlxalq tələbələr ofisi, müxtəlif cəmiyyətlər, individual təhsil məsləhətçisi, tədqiqat işinin rəhbəri və fakültədəki müəllimlər.

 

– Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

 

– Asudə vaxtımda universitetimizin və fakültəmizin tədbirlərində iştirak etmək və həmin tədbirlərin təşkilində köməklik göstərməyə çalışıram. Xüsusilə, [email protected] tərəfindən keçirilən tədbirlər, məktəblilərlə görüşlər və maraqlı qonaqlarımızın təqdimatları məni çox ruhlandırır. Universitetimizdə fənlərarası layihələrdə iştirak etmək üçün bütün şərait yaradılıb.

Xüsusi marağım sahibkarlar təşkilatının üzvü olmaq və İKT sahəsində startapların inkişafı barədə öyrənməkdir. Əlavə olaraq, alman dili kursuna gedirəm. Təəssüf ki, asudə vaxtım çox nadir hallarda olur. Çünki doktorantura səviyyəsində oxuyan tələbələrin tətili olmur. Odur ki, tədqiqat üzərində iş aramsız davam etdirilməlidir.

 

#‎TəhsilNazirliyi #‎EduAz #‎UğurFormulu

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website