09.01.2016 / 05:34 xeber –
Braziliyada baş verən kütləvi aksiyalar zamanı nümayişçilər və polis arasında toqquşmalar baş verib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ictimai nəqliyyatda gediş haqqının bahalaşmasına qarşı etiraz aksiyaları ölkənin ən iri şəhəri San-Paulu daxil olmaqla, bir çox şəhərlərdə keçirilib.
Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşqalaq ediblər. Asayiş keşikçiləri isə cavab olaraq onlara qarşı səs qumbaraları və gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, 3 il əvvəl də nəqliyyat tariflərinin artması Braziliyada kütləvi etirazlara səbəb olmuşdu.
mənbə :
lent.az
Şərh yaz.