Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Cenubi Koreyanın sefiri: “Viza prosesinin sadeleşdirilmesi ile bağlı müzakireler gedir” – MÜSAHİBƏ

Cənubi Koreyanın səfiri: “Viza prosesinin sadələşdirilməsi ilə bağlı müzakirələr gedir” - MÜSAHİBƏ

11/01/2016

11:24


11.01.2016 / 11:22 xeber –

 

 

“Bu ilin əvvəllərində Azərbaycan-Koreya Respublikası hökumətlərarası birgə iqtisadi komissiyasının ilk iclası keçiriləcək”

 

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyunun APA-ya müsahibəsi

 

– Azərbaycanda səfir olduğunuz müddətdə fəaliyyətinizdə hansı sahələr prioritet təşkil edəcək?

 

– Altay dillərində danışan xalqlar olaraq, xalqlarımızın birgə firavanlığı və rifahı naminə sıx əməkdaşlıq etməliyik. Xalqlarımız  bütün sahələrdə, xüsusilə də mədəniyyət, dövlət idarəçiliyi, təhsil, kənd təsərrüfatı, tibbi xidmət, nəqliyyat, İKT, istehsal sahələrində əməkdaşlıq üçün böyük potensiala malikdir. Bir-birimizin çoxsaylı təcrübəmizdən öyrənə bilərik. Koreya xalqının milli iqtisadi inkişaf əsnasında qazandığı təcrübə və yüksək texnologiya sahəsindəki nailiyyətləri Azərbaycan hökumətinə iqtisadiyyatın şaxələndirilməsi və inkişaf etdirilməsində faydalı ola bilər. Koreya xalqı isə xalqınızın zəngin mədəniyyətindən, yüksək ənənəvi dəyərləri və müdrikliyindən, həmçinin, sosial-iqtisadi təcrübəsindən faydalanmaq arzusundadır. Düşünürəm ki, hazırda baş verən bir çox qlobal nizamsızlığın səbəbi qarşılıqlı hörmət və mədəniyyətlərarası ünsiyyətin kasadlığıdır. Zənnimcə, mədəniyyət sahəsində əməkdaşlıq  münasibətlərimizdə mühüm əhəmiyyət kəsb edir, belə ki, Altay dillərində danışan xalqlar olaraq eyni mədəni kökü paylaşırıq. Həmçinin, xalqlarımız uzun tarixi dövr ərzində formalaşmış zəngin mədəni irsə malikdir. Xalqlarımızın mədəniyyət sahəsində əməkdaşlıq etməsinə baxmayaraq, etiraf etməliyəm ki, bu, kifayət deyil. Ümid edirəm ki, əməkdaşlığımız mədəniyyətin bütün sahələrdə daha fəal şəkildə inkişaf edəcək. Bu baxımdan, ən təqdirəlayiq nümunə Qəbələ şəhərində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən mütəxəssislərimizin birgə həyata keçirdiyi arxeoloji qazıntı işləridir. Azərbaycan xalqının tarixinin aşkarlanmasında göstərdiyi mühüm səylərə görə SEBA Assosiasiyasına dərin minnətdarlığımı bildirmək istəyirəm. Koreya səfiri olaraq fəaliyyətim dövründə xalqlarımız arasında qarşılıqlı anlaşmanın genişləndirilməsi məqsədilə mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirəcəyəm. Son illərdə İpək yolu yenidən dirçəlməkdədir. Belə ki, Koreyanın liman şəhəri Pusandan başlayaraq dəmiryolu nəqliyyatı vasitəsilə artıq sınaq məqsədilə  yük gətirilməsinin şahidi olmuşuq. Avrasiya materikinin mərkəzində yerləşən Mərkəzi Asiya və Qafqaz regionları kommunikasiya və nəqliyyat sahəsində dünyanın digər ölkələrindən təcrid olunmuşdur. Lakin bu ərazi qədim İpək yolu kimi yenidən böyük nəqliyyat marşrutu olaraq inkişaf etməyə başlayır. Buna ən yaxşı nümunə isə yuxarıda qeyd etdiyim sınaq yük daşınmasıdır. Dirçəlməkdə olan İpək yolu Altay zolağında yerləşən ölkələrin əsas ticarət ölkələri olaraq inkişaf etməsinə böyük imkan yaranacağının müjdəçisidir. Xalqlarımız bu sahədə də birgə əməkdaşlıq edə bilərlər. Hesab edirəm ki, yaxşı tibbi xidmət insanların rifahı və xoşbəxtliyinin artmasında mühüm rol oynayır. Koreyanın qabaqcıl tibb sənayesi Azərbaycana tətbiq oluna bilər, çünki Azərbaycanın yüksək standartlara malik insan resursları potensialı var. Koreya tibb sənayesinin Azərbaycanda uğurlu təqdim olunması şübhəsiz ki, Azərbaycan xalqının sağlamlığına və yeni yüksək dəyərə malik sənaye sahəsinin təkmilləşməsinə böyük töhfə verəcək. Həmçinin, kənd təsərrüfatı da mümkün əməkdaşlıq sahələrindəndir. Ölkələrimiz oxşar iqlim şəraitində yerləşdiyindən istixana təsərrüfatı, kənd təsərrüfatı məhsullarının istehsalı və bazarlanması kimi yüksək texnologiyalı kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsi etməklə uğurlu əməkdaşlıq edə bilərik. Bildiyimiz kimi, insan resursları iqtisadi inkişafa nail olmaq üçün əsas nemətdir. Bu baxımdan düşünürəm ki, təhsil sahəsində əməkdaşlıq ən mühüm istiqamətlərdən biri olmalıdır. Şübhəsiz, ölkələrimiz arasında çoxsaylı tələbə və insan resursu mübadilə olunmaqdadır. Lakin, bununla kifayətlənmək olmaz. Biz təhsil və insan resurslarının mübadiləsi sahəsində əməkdaşlığımızı artırmalıyıq.

 

– Koreya və Azərbaycanın ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar tərkibində çoxtərəfli formatda əməkdaşlığının səviyyəsini necə qiymətləndirirsiniz?

 

– Ölkələrimiz ikitərəfli və çoxtərəfli formatda yaxşı münasibətlərə malikdir. İkitərəfli ticarət dövriyyəsi 2014-cü ildə 260 milyon ABŞ dolları təşkil edib, ölkələr arasında sərmayə qoyuluşları həyata keçirilib və Koreyanın sabiq prezidenti cənab Noh Moo-hyun və Azərbaycan prezidenti cənab İlham Əliyevin dövlət səfərləri və hər iki ölkənin yüksək vəzifəli şəxslərinin səfərləri daxil olmaqla, çoxsaylı səfərlər həyata keçirilib. Bununla belə, əməkdaşlıq üçün böyük potensialı nəzərə alaraq, mən yüksək rütbəli şəxslərin və insanların mübadiləsini daha da inkişaf etdirməliyəm. Münasibətlərimizin davamlı inkişafını təmin etmək məqsədilə mədəniyyət sahəsində əməkdaşlığı sürətləndirməyin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm.

 

– Azərbaycan-Koreya hökumətlərarası birgə iqtisadi komissiyasının fəaliyyətini qənaətbəxş hesab etmək olar?

 

– Hökumətlərarası birgə iqtisadi komissiyanın ilk iclası bu ilin əvvəlində keçiriləcək. Ümid edirəm ki, iclas hökumətlərimizin nailiyyətlərinin qiymətləndirilməsi üçün məhsuldar imkan yaradacaq və gələcək əməkdaşlıq əlaqələrinin bundan sonrakı inkişafının yeni yollarını müəyyənləşdirəcək.

 

– Bu yaxınlarda açılan Koreya hərbi attaşeliyinin gördüyü və planlaşdırdığı işlərlə bağlı nə deyə bilərsiniz?

 

– Koreya hərbi attaşeliyinin fəaliyyətinə böyük əhəmiyyət verirəm. Koreya hərbi idarəetmə sahəsində böyük təcrübəyə malikdir və hərbi avadanlıqları və silah sistemlərini qabaqcıl səviyyədə inkişaf etdirib. Hərbi heyətin mübadiləsi vasitəsilə bir-birimizin təcrübəsindən faydalana bilərik. Hərbi attaşelik açıldıqdan sonra Koreya Respublikasının Hərbi Dəniz Əməliyyatlarının rəisi Azərbaycana səfər edib və səfər zamanı hərbi heyətin və hərbi biliklərin mübadiləsi üzrə razılıq əldə olunub.

 

– Koreya Respublikasından Azərbaycana yüksək səviyyəli səfərlər gözlənilirmi?

 

– Cənab İlham Əliyevin dövlət səfəri daxil olmaqla, iki ölkə arasında yüksək rütbəli şəxslərin səfərləri həyata keçirilib. Ümid edirəm ki, fəaliyyətim dövründə Koreya prezidentinin Azərbaycana səfərinin şahidi olaram. Həmçinin, cənab İlham Əliyevin yaxın gələcəkdə Koreyaya səfər etməsini arzu edirəm. Hazırda heç bir dövlət səfəri nəzərdə tutulmur, lakin mən dövlət başçılarının səfərlərinin həyata keçirilməsi üçün əlimdən gələni edəcəyəm.

 

– Yaxın zamanlarda iki ölkə arasında yeni sazişlərin imzalanması planlaşdırılırmı?

 

– Ölkələrimiz arasında bir çox sahələrdə – dənizçilik sahəsində əməkdaşlıq, dənizçi mühəndislərin sertifikatlarının qarşılıqlı tanınması və hüquqi məsələlər üzrə anlaşma memorandumları, gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıqla bağlı saziş üzrə danışıqlar davam edir. Bundan əlavə, texniki yardımlarla bağlı çərçivə sazişləri ilkin mərhələlərdə əldə olunmalıdır. Qeyd etmək istəyirəm ki, qarşılıqlı qaydada viza verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı razılıq əldə olunması üçün fəal müzakirələr davam edir. Sazişin qüvvəyə minməsinin vizaların alınmasına böyük rahatlıq  gətirəcəyinə əminəm.

 

– Sələfiniz Çoi Suk İn fəaliyyəti ərzində mütəmadi olaraq məcburi qaçqın düşərgələrini ziyarət edirdi. Fəaliyyətinizdə bu sahəyə diqqət ayıracaqsınızmı?

 

– Məcburi köçkün düşərgələri fəaliyyətimin prioritet sahəsi olacaq. Sələfim cənab Çoi Suk İn kimi bu sahəyə diqqət ayıracağam. Məcburi köçkünlərə ən dərin rəğbətimi ifadə etmək arzusundayam. Şübhəsiz, SEBA Assosiasiyası və Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətləri ilə birgə əməkdaşlıq edərək sələfimin şərq təbabəti ilə qayğı, sehrli nağıl rəsm müsabiqəsi, məcburi köçkün ailələri ilə tanışlıq, Koreya filminin nümayişi kimi fəaliyyətlərini davam etdirəcəyəm və daha da genişləndirmək arzusundayam. Bu baxımdan, ötən il məcburi köçkünlərlə bağlı onların həyata keçirdikləri fəal və səmimi fəaliyyətləri yüksək qiymətləndirirəm.

 

– Dünyada baş verən iqtisadi proseslər və Azərbaycanın üzən məzənnə rejiminə keçidi birgə layihələrə, ümumilikdə, ikitərəfli ticarətə  nə kimi təsir edib?

 

– Qlobal ictimaiyyətdə ümumi dəyərlərin itirilməsi, dərinləşən qloballaşma, ölkələr arasında rəqabətin dərinləşməsi, enerji və maddi resurslar da daxil olmaqla, bazarda vəziyyətin kəskin dəyişməsi, materializm və emosionalizmin artan təsirləri nəticəsində son dövrlərdə qlobal iqtisadi və siyasi vəziyyət getdikcə dərinləşir. Enerji qiymətlərinin enməsi, digər iqtisadi göstəriciləri nəzərə alaraq Azərbaycanın üzən məzənnə rejiminə keçməklə bağlı qərarı düzgün qərar olub. Bu, ticarət mühitinə təsir etsə də, ümid edirəm ki, ikitərəfli ticarətə mənfi təsir göstərməyəcək.

 

– Şimal qonşunuz hidrogen bombasını sınaqdan keçirdi. Necə düşünürsünüz, ötən yay sərhəddə baş verənlər də nəzərə alınsa, iki ölkə arasındakı gərginliyin aktiv fazaya keçməsi təhlükəsi artırmı?

 

– Şimali Koreya 2016-cı il yanvar ayının 6-da, saat 10:30-da hidrogen bombasını sınaqdan keçirdiyini bəyan etdi. Biz Şimali Koreyanın Koreya Respublikasının və dünya birliyinin təkrar xəbərdarlıqlarına baxmayaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini (1718, 1874, 2087, 2094) kobud şəkildə pozaraq həyata keçirdiyi dördüncü nüvə sınağını şiddətlə qınayırıq. Koreya Respublikası hökuməti artıq xəbərdarlıq olunduğu kimi, nüvə sınağının müvafiq nəticələrinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görəcək, beləliklə də Şimali Koreyanı tamamilə, təsdiq oluna bilən və geri dönülməz şəkildə nüvə silahları və proqramlarından çəkinməyə vadar edəcək. Dünya birliyi və Koreya yarımadasındakı böyük güclər, həmçinin Koreya Respublikası Şimali Koreyanın nüvə proqramını dayandırması üçün yaxın əməkdaşlıq edirlər. Biz şimalın hər hansı təhriklərinin qarşısını almağa hazırıq.

           

– Təhdidlərdən söz düşmüşkən, bu yaxınlarda Çin Xarici İşlər Nazirliyi Çin və Rusiyanın beynəlxalq münasibətlərin yeni modeli üzərində çalışdığı barədə məlumat verib. Məlumatda o da vurğulanıb ki, burada məqsəd beynəlxalq stabilliyin təmin olunmasıdır. Dünyada son dövrlərdə gedən proseslərin “soyuq müharibə” dövründəki qütbləşməni xatırlatdığı bir məqamda bu yeni modelin Cənubi Koreya üçün hər hansı formada təhdid yaratdığını demək olar?

 

– Bir-birindən fərqli geosiyasi maraqları və SSRİ dağıldıqdan sonra qlobal mühitin bütün sahələrində olan dəyişikliyi nəzərə alaraq, beynəlxalq münasibətlərin yeni modelinin “soyuq müharibə” dövründəki qütbləşməyə aparacağını söyləmək üçün çox tezdir. Hər iki ölkə bizimlə yaxın və mühüm əməkdaşlıqda olduğundan, Koreya hökuməti Uzaq Şərq ərazisində təhlükəsizlik və stabilliyin inkişaf etdirilməsi və dünya birliyinin birgə tərəqqisi və rifahı naminə eyni məqsədin həyata keçirilməsi üçün həmin ölkələrlə əlaqələrin möhkəmlənməsi və dərinləşməsi istiqamətində böyük səylər göstərəcək.

 

– Sonda əlavə etmək istədiyiniz hər hansı məqam varmı?

 

– Qeyd etdiyim kimi, biz gələcək əməkdaşlığı təmin edəcək oxşar mentaliteti və mədəniyyəti paylaşırıq. Müasir diplomatiyada mədəniyyət sahəsində əməkdaşlıq və qarşılıqlı anlaşma ən mühüm element hesab olunur. Xalqlarımızın eyni mədəni kökü paylaşmaları ilə bağlı maarifləndirilməsi  ölkələrimizi daha fəal əməkdaşlığa aparacaq.

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website