Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Bakıdakı en dadlı seher yemeyi mekanları – QİYMƏTLƏR

Bakıdakı ən dadlı səhər yeməyi məkanları - QİYMƏTLƏR

12/01/2016

16:32


12.01.2016 / 16:29 xeber –

 

Uğurlu gün dadlı-ləzzətli səhər yeməyi ilə başlayır. Bu yemək göz oxşayan bir yerdə, dadlı təamlardan ibarətdirsə, xüsusiliyi daha da artır. Bütün həftəni iş yerlərində gərginliklə keçirənlər üçün arxayın səhər yeməyi imkanı yalnız həftə sonu yaranır. Fins.az Bakının restoranlarında hər büdcəyə uyğun səhər yeməyi servis edən restoranlarını araşdırıb. 

1.      “Mado” – 10-16 manat

Məşhur “Mado” şəbəkəsinin restoranlarını şəhərin bir neçə yerində ziyarət edə bilərsiniz.  Bir çox ziyarətçilərin bir dilim tort və bir stəkan çayla saatlarını keçirdiyi bu restoran əslində səhər yeməyi menyusu ilə çox məşhurdur. Səhər yeməyi menyusu ilə məşhur olan bu restoranda iki cür menyu var: 10 manatlıq standart və 16 manatlıq kənd səhər yeməyi.

Kənd səhər yeməyinə ağ pendir, hellim və otlu pendir, bal qaymaq, zeytun, su börəyi, tərəvəzlər, basdırma pomidor və s. daxildir. Menyunun isti yeməyi menemendir. Şəhərin mərkəzində əsl kənd səhər yeməyi yemək istəyirsinizsə, bu məkan sizə uyğundur. Bu menyu iki nəfər üçün də uyğundur, “Mado” müştərilərinin məşhur ənənəsi olan «iki nəfər üçün bir menyu» sifarişini çoxlarınız bəlkə də artıq yoxlamısınız. Əlavə sifariş verəcəyiniz şey bir nəfərlik çay olacaq.

Standart səhər yeməyinə isə öncəkindən çeşidin azlığı ilə fərqlənir. Bu menyuya ağ pendir, kaşar pendir, çiyələk mürəbbəsi, bal və s. daxildir. Bu menyunun isti yeməyi isə qızardılmış sucuk və menemendir. Sucuk türkiyədən gətirilir və gözlədiyiniz kimi bol ədvalı və acılıdır. Restoranda günün istənilən saatı səhər yeməyi yeyə bilərsiniz. Bayram günləri də həftə sonları da fasiləsiz işləyən restoranı həm Nərimanov metrosu yaxınlığında, həm Rus Dram teatrının yanında. Həm də Bakı şəhərinin axşam gəzintisi üçün məşhur məkan olar Nizami küçəsində tapa bilərsiniz. 

2.      “Cafe City” – 8 manat

“Cafe City” restoranında 3 növ səhər yeməyi dada bilərsiniz: azərbaycansayağı, türksayağı və avropasayağı. Hər birinin qiyməti 8 manatdır.

Azərbaycansayağı səhər yeməyinə bal, pendir, yağ, çay, qəhvə pomidor yumurta və ya kükü aiddir.

Türksayağı menyuya yağda marinad olunmuş yaşıl zeytun, qara zeytun, tərəvəzlər, kərə yağı, pendir sucuklu yumurta və ya qayğanaq.

Avropasayağı menyuda isə avropa mətbəxinin fərqliliklərini görə bilərsiniz, milli mətbəxtə çətin rast gələ biləcəyiniz lobyanı belə burda tapa bilərsiniz.

Burada göbələk, sosiska, pomidor yumurta və s. də dada bilərsiniz. Bu restoranı şəhərin 5 ayrı hissəsində tapa bilərsiniz. Sizə ən yaxın ünvana gedib 9:00-dan 12:00-a qədər səhər yeməyinizi yeyə bilərsiniz. İş günləri mümkün deyilsə, bayram günlərində də eyni qayda ilə gedə bilərsiniz. 

3.    «Künefe Evi» – 10-15 manat

Bakının məşhur bölgələrindən biri olan “Tarqovı”da yerləşən “Künefe Evi” 3 çeşid səhər yeməyi təklif edir. «Diyar kənd» səhər süfrəsi, «klassik» səhər süfrəsi və «tavada» səhər yeməkləri. «Diyar kənd» səhər yeməyi süfrəsinin qiyməti 15 manatdır və menyuya 4 çeşid pendir, bal, qaymaq, kərə yağı, mürəbbə, zeytun növləri, simit, tərəvəzlər, və su börəyi çay və s. daxildir. Bu menyu birnəfərlik olsa da, əslində 2 nəfəri artıqlamasıyla doyura bilər.

Klassik səhər süfrəsi 10 manatdır, menyuya iki növ pendir, kərə yağı, bal mürəbbə, su börəyi və s. daxildir. Tavada səhər yeməyi isə konkret qiymətlərlə təqdim olunan isti yeməklərdir. Buarya daxildir, tavada yumurta qovurma 8 manat, sucuklu yumurta 6 manat, pomidor yumurta 5 manat, adi yumurta 3 manat.

Ən əsası, «Künefe Evi»ndə çay limiti yoxdur, sadəcə stəkanı götürüb istədiyin qəər içə bilərsən.

4.      “Qazmaq” restoranı – 10-12 manat

“Qazmaq” restoranı iki cür menyuya sahib bu restoranda dadlı təamlarla yanaşı gülərüz personal da diqqətinizi cəlb edəcək. Azərbaycan mətbəxinin təqdim etdiyi menyuda yağ, pendir, bal, səhər yeməyi üçün məşhur olan isti yemək pomidor yumurta və pendir dürümü yeyə biləsiniz. Bu menyunun qiyməti 10 manatdır.

Rus menyusunu dadmaq istəsəniz biraz artıq pul verməli olacaqsınız. Qiyməti 12 manat bu menyuda oladiyalar, blinlər, ikra, «qlazok» yumurta daxildir. İçərişəhər, Kiçik Qalada yerləşən restoranda qədim məkanda ürəyinizcə olan səhər yeməyi yeyə bilərsiniz. 

5.      “Anadolu” restoranı – qarışıq menyu

“Anadolu” bir çoxlarının biznes lanç yemək üçün üz tutduğu məkandır, lakin qeyd etmək lazımdır ki, türk ustalarının əlindən çıxan isti qəlyanaltılarla yanaşı, burada dadlı səhər yeməyi də yeyə bilərsiniz. Burada xüsusi menyu yoxdur, səhər yeməyi üçün ümumi masa olan bufet görəcəksiniz. Manna sıyıq, düyü, omlet, meyvə suyu, yumurta, tərəvəzlər, zeytun v s. dada bilərsiniz. Həftə içi 11:00-a qədər səhər yeməyi servisi verən restoranda bayram günləri 12:00-a qədər səhər yeməyi yeyə bilərsiniz. Qeyd edək ki, restoran Puşkin küçəsində yerləşir. 

6.      “Merci Baku”  – 8 manat

Bir çoxlarınız “Merci Baku”nu Bakının “qlamur məkanı” kimi tanıyırsınız. Ziyarət edən etməyən hər kəs bu restoranı bahalı məkan kimi tanısa da, təsəvvürünüzdəki qlamur məkanlardan çox ekonomik qiymətlərlə xidmət göstərirlər. Azərbaycan mətbəxinin təqdim etdiyi səhər yeməyi yeyə biləcəyiniz restoranda bir nəfərlik menyu üçün 8 manat xərcini çıxacaq. Menyuda yumurta, pomidor, çay və s. təamları dada bilərsiniz.

Fransız mətbəxində sizə yağ, pendir, qayğanaq, çay təqdim olunacaq. Bu menyu üçün də eyni məbləğ xərcləyəcəksiniz. Günün, ayın və ilin istənilən vaxtı 12:00-a qədər Asəf Zeynallı küçəsində yerləşən məkanda səhər yeməyi yeyə bilərsiniz. 

7.      “Mugam club”  – 30 manat

«Səhər səhər muğam olar?»-deyə soruşa bilərsiniz. Amma əgər söhbət səhər yeməyindən gedirsə, cavab «Bəli»dir. İçərişəhərdə yerləşən  “Mugam club” qədim saray abu havası ilə sizə əsl klassika yaşadacaq. Qədim təam kükünü ən yaxşı bişirən məkanlardan biri də buradır. Bununla yanaşı, yağ, şor, qaymaq, xama, tərəvəzlər, çay, mürəbbələr, bal və çoxlarınızın seçim səbəbi olan təndir çörəyini burda dada bilərsiniz. Bu təamlar xüsusi bir menyuda birləşdirilməyib. Öz seçimizdən asılı olaraq 30 manat ətrafında xərcləyərək doyumlu səhər yeməyi yeyə bilərsiniz. 

8.      “Quzu təndir & Kabab” – 6-12 manat

Çoxları “Quzu təndir & Kabab”ı sosial şəbəkələrdən tanıyıb və bunapeşman olmayıb. Səbəbi restoranın təkcə dizaynı və ya xidməti deyil, mövsümü gəldisə bir çoxlarının zövqlə yediyi xaşdır. Bəli, bu restoranda səhət 5:00-dan etibarən cəmi 12 manata heç yerdə yeməyəcəyiniz xaş yeyə bilərsiniz. Təbii ki, yanında olmazsa, olmazları turşu və digər əlavələri ilə birlikdə. Bu menyu «Xaş set» adlanır. Adi «Xaş» isə bir kasadan ibarətdir. Ona görə də dadlı variant üçün «Xaş set»i sınamaq məsləhətdir. Amma onun yanındakı turşular lap 3 nəfərə də bəs edər, ona görə də cəmi 1 «Xaş set» sifariş verib, qalan hissəni adi xaşla tamamlamaq kifayətdir. Restoran əməkdaşları sərfəli variantı özləri sizə məsləhət görəcəklər. Elə günü sabah da Şərfizadə küçəsində bu restoranı tapa bilərsiniz. 

9.   “Sehrli Təndir” –  Qarışıq menyudur

“Sehrli Təndir” restoranında xüsusi menyu olmasa da ayrı-ayrılıqda qiymətlərlə səhər yeməyində yeyəcəyiniz təamları dada bilərsiniz. Yağ, şor, nehrə yağı, kəsmik 3 manat, bal, qaymaq, qayğanaq, sosislər 3 manatadır. İçərişəhərdə yerləşən qədim restoran bayram günlərində də fəaliyyət göstərir. 

 

10.   “Özsüt”  – 12 manat

“Özsüt” bir müddətdir sosial şəbəkələrdə öz adından bəhs etdirən bu restoran Bakıdakı türk restoranlarının daha az müştəri olan, daha rahat variantıdır. Burada iki cür səhər yeməyi dada bilərsiniz. Standart səhər yeməyi və “Özsüt Egey” səhər yeməyi. Standart səhər yeməyi 8 manatdır və tut və moruq mürəbbəsi, bal, qaymaq, qara və yaşıl zeytun, tərəvəzlər, motal pendiri, ağ pendir, dana ətindən kolbasa, qaynanmış yumurta, çay və çörək servis edilir.

“Özsüt Egey” səhər yeməyi isə 12 manatdır, iki nəfərlik menyu götürsəniz endirimlə 22 manat ödəyəcəksiniz.Menyuya Türkiyənin məşhur ezine pendiri, konservləşdirilmiş motal pendir, iki cür zeytun yağı, yaşıl zeytun, sele zeytunu, tərəvəzlər, şam ağacı balı, qayğanaq, dana ətindən kolbasa, qaratut mürəbbəli kəsmik, qarışıq çörək səbəti və çay daxildir. Restoran çox rahat məkanda “Gənclik metrosu”nun yaxınlığında yerləşir. 

11.    “Bridge” – 10 manat

 “Bridge” restoranı çoxlarımıza məlum “Bridge Plaza”da yerləşir. 10 manatlıq səhər yeməyi menyusuna omlet, pomidor yumurta  və bekon daxildir. 

12.    “Marriott Abşeron Baku” – 27 manat

 

“Marriott Abşeron Baku”da səhər yeməyini dadmaq üçün qiymətlərlə əvvəlcədən tanış olmaq lazımdır. Burada bütün qidaların təqdim olunduğu ümumi masa xidmət göstərir. Adambaşına menyu 27 manatdır. Meyvə suları, çay, kofe, yumurta, qaymaq, bal, meyvələr, yoqurtlar və başqa fərqli çeşidli təamları dada bilərsiniz. Həftə içi səhər 6:00-10:30-a qədər səhər yeməyi xidməti göstərilir, həftə sonları və bayram günləri isə 11:00-a qədər səhər yeməyi yeyə bilərsiniz. 

13.    “Zeytun” – 15 manat

“Zeytun”  restoranı “Park Bulvarın” ən bilinən, lakin çoxlarının ziyarət etmədiyi məkanlardan biridir. Müştərilərinin də xüsusi təbəqə olmasının səbəbi də yeməklərinin qiymətidir. Daha çox biznes mühiti adamlarının ziyarət etdikləri bu restoranda səhər yeməyi menyusu 15 manatdır. Yağ, çoxçeşidli pendir, zeytun, tərəvəzlər, «qlazok», meyvə suyu və s. daxildir. Restoranın özəlliklərindən biri də Xəzərə mənzərəsi olan terrasının olmasıdır. 

14.    “Four Seasons” – 35 manat
 

“Four Seasons” –  qlamur məkan, bahalı hotel və yüksək xidmət. İşləri korlayan bircə qiymətir: “Four Seasons”da səhər yeməyi sevdasına düşmüsünüzsə, bir adam üçün 35 manat xərcləməlisiniz. Səhər yeməyi isə xüsusi menyu yox, ümumi masa və axtardığınız hər şeyi tapa biləcəyiniz çoxçeşidli yeməklərlə zəngindir. Meyvələrdən tutmuş, standart səhər yeməklərində olan bütün təamlar, meyvə şirələri, hətta dietik səhər yeməyi də burda təqdim olunur. Həftə içi 11:00-a qədər səhər yeməyi yeyə biləcəyiniz hoteldə, həftə sonları həm milli, həm də Avropa mətbəxindən çoxçeşidli isti yeməkləri də dada bilərsiniz, çünki həftə sonları səhər yeməyi uzadılmış branç olur. Bu zaman menyuya balıq ləvəngisi, toyuq ləvəngisi, hinduşqa, qrill, pizza və şirniyyatlar daxil edilir. 

15.    “Filantro” – 18-27,5 manat

“Filantro ” restoranı “Hilton” hotelinin birinci mərtəbəsində 6:00-10:30-aqədər, bazargünü isə 13:00-aqədərsizə səhəryeməyixidmətigöstərir. Burada da açıq bufetdir, ümumi masada istədiyiniz bir çox neməti dada biləcəksiniz. Milli və dünya mətbəxindən 6 cür isti yemək, kolbasalar, omlet, assortilər daxil olan yemək üçün həftə içi 27,50 manat ödəməlisiniz. Amma sizə bir məsləhət – bu restoranda eyni menyunu həftəsonu cəmi 18 manata ala bilərsiniz. Ona görə də özünüzü həftəsonuna saxlayın. 

16.    “İtalian Bistro” – 19-29 manat

 

“Flame Tower” “İtalian Bistro”, yanvarın 2-dən etibarən səhər yeməyini 19-cü mərtəbədə yeyə biləcəyiniz bu restoranda iki cür menyu var. Kontinental səhər yeməyi 19 manat, “Full menyu” 29 manat. Kontinental meyuda sendviçlər və standart səhər yeməyi menyusu daxildir. “Full menyu”ya isə həm də isti yeməklər daxildir. Səhər yeməyi xidməti 11:00-a qədər fəaliyyət göstərir.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles