Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Tanınmış aparıcı: “Heyat hekayetimi yazacam”

Tanınmış aparıcı: “Həyat hekayətimi yazacam”

13/01/2016

11:26


13.01.2016 / 11:22 xeber –

 

Kulis məşhur teleaparıcı Günay Yelmarqızı ilə kitab barədə söhbəti təqdim edir. 

 

– Nə oxumusunuz, nə oxuyursunuz?

 

– Bəlkə bir az şablon cavab olacaq (gülür). Əminəm ki, əksər müsahibləriniz bu salınıza belə cavab verib yəqin. Amma doğrudan da mütaliəni sevirəm. Kiçik yaşlarımdan kitaba marağım olub. Bəlkə də bu, nağıllara olan marağımdan qaynaqlanır. Uşaqlığım sovet dövrünə təsadüf edir. O zamanlar Rusiya kanallarında xüsusən qış tətillərində yayımlanan nağıllar əsasında çəkilən filmlərə böyük həvəslə baxırdım. Sonra onların kitablarını oxuyurdum. Orta məktəbdə ədəbiyyat dərsində bizə tapşırılan bütün ədəbiyyat siyahısını oxuyurdum, xüsusən də yay tətillərində. Oxuduğumuz əsərləri ədəbiyyat dərsində müzakirə edirdik. Bəzən sinifdə əsərləri hissə-hissə ucadan oxuyurduq. Bu prosesdə çox fəal iştirak edirdim. Məsələn ,sinifdə Süleyman Rəhimovun “Mehman” əsərini oxuduğumu xatırlayıram. Bu o vaxt mənim ən sevdiyim ədəbiyyat nümunəsi idi. O vaxtdan bu yana Azərbaycan və dünya klassiklərinin əsərlərindən oxumuşam. Sizə ən son, belə deyək son bir ildə oxuduğum kitablardan bəzilərinin adını çəkə bilərəm. Umberto Eko “Qızıl gülün adı”, Selincer “Çovdarlıqda uçurumdan qoruyan”, Markes “Yüz ilin tənhalığı”, Remark “Triumfalnaya arka”, Çingiz Abdullayev “Qanın üç rəngi”, Bulqakov “Master və Marqarita”, Xalid Hüseyn ”Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, Haruki Murakami “Norveç meşəsi”, Orxan Pamuk “Məsumiyyət muzeyi”, Elif Şafak “Qara süd”, “Aşk”… Xatırladığım bunlardır. Bir balaca yaddaşım zəifləyib, hamısını xatırlaya bilmədim. Ən son bu yaxınlarda “Qanun” nəşriyyat evinin təşkil etdiyi kitab yarmarkasında Ekzüperinin “Balaca şahzadə”sini alıb oxudum. Çox sevirəm o əsəri. Amma etiraf edirəm ki, mütaliəni seməyimə rəğmən çox oxumaq imkanım olmur.   

 

– Sizcə, aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

 

– Məncə, tam bir ədəbiyyat bilicisi olmasa da, kifayət qədər məlumatlı olmalıdır. Çünki, nə qədər çox ədəbiyyat nümunəsilə tanışsansa, o qədər çox dünyagörüşünə maliksən. Bu isə hər zaman bir pillə öndə olmağın deməkdir. Təbii, bütün ədəbiyyat nümunələrini oxumaq mümkün deyil. Çünki Azərbaycan, dünya klassikləri, müasir ədəbiyyat nümunələri və s. – seçim imkanı çoxdur. Janr və müəllif seçimi artıq insanın zövqünə, daxili istəyinə uyğundur, buna görə kimisə qınamaq olmaz. Ancaq ümumi tendensiyadan, ümumi mənzərədən xəbərdar olmalıdır. Və heç olmasa ədəbiyyatın qaymaq nümunələrini oxumalıdır.

 

– Məşhurların bir çoxu mütaliə etmir. Hətta məşhur xanəndələr var ki, ömrü boyu qəzəli səhv oxuyur, mənasını anlamır. Eyni zamanda aparıcılar sözü, vurğunu düz demir, bəhs etdiyi mövzuya yaxından bələd deyil. Bu məsələyə necə baxırsınız?

 

– Xanəndənin oxuduğu qəzəlin mənasından, aparıcının bəhs etdiyi mövzudan bixəbər olması, təqdim etdiyi xəbəri dərk etməməsi elə mütaliəsizlikdən irəli gəlir. Tamaşaçı o dəqiqə hiss edir ki, bu xanəndə muğama, aparıcı da təqdim etdiyi mövzu və xəbərə yaddır, yamaqdır. Sən əsla özün dərk etmədiyin, anlamadığın nəyəsə tamaşaçını inandıra bilməzsən. Nitqin, danışığın, söz bazasının, dünyagörüşünün formalaşmasında mütaliənin böyük rolu var. Biz oxuduğumuz qədər söz ehtiyatına malikik. Bəzən görürsən hansısa bir verilişdə aparıcı eyni sözü bəlkə yüz dəfə təkrar edir, o qədər bəsit, rabitəsiz danışır ki, normal mütaliəsi olan insan əsla bu cür edə bilməz. Mütaliə edən insan maraqlı, savadlı cümlələr qura bilir, fikrini bədii, bəzən obrazlı şəkildə ifadə edə bilər. Əks halda ortaya gülməli mənzərə çıxır. Eynilə, görürsən çox məşhur bir xanəndə çıxır efirə iki cümləni normal çatdıra bilmir tamaşaçıya. Əgər o, qəzəlləri yaxşı bilsə çox gözəl ifadə edə bilər. Yəni qəzəli çözə bilən adam, necə deyərlər, bülbül kimi ötə bilər.

 

– Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

 

– Təbii ki, bizdə də çox savadlı, zəngin mütaliəli aparıcılar, jurnalistlər var.

 

 

– Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq…

 

– Kitab mədəniyyətinin formalaşması bizim hər birimizdən asılıdır. Yaxşı olardı ki, sosial şəbəkələrdə yerli-yersiz mövzuların müzakirəsinə, “klaviatura qəhrəmanlığı” ilə məşğul olub hər mövzuda hamıya dərs keçmək əvəzinə kitab, mütaliə mədəniyyətinin təbliğatı ilə məşğul olaq.

 

– Yazırsınızmı nəsə? Həvəs üçün də olsa… Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes…

 

– Uşaqlıqda şeir yazırdım. Bir dəftərim var idi, nə görürdüm ona şeir qoşurdum. İndi xatırlamıram onları. Yeganə yadımda qalan təyyarəyə qoşduğum şeir demək mümkünsə – söz yığıdır (gülür) :

 

Təyyarə gedirdi içində soldat

Qardaşım dedi ki, ermənidir bax.

Dedim, yox qardaşım, erməni deyil

İnsanları qoruyan soldatdır ancaq.

 

Bir müharibə uşağının yazdığı şeir də bu olar yəqin. Bunu yazanda mən təxminən 10 yaşında olardım bəlkə. Və Qarabağ savaşının başladığı illər idi. Ağdamda yazmışdım. Ondan sonra bir dəfə də müharibə haqqında yazdım. Aradan təxminən 22 il keçmişdi. Bir gün Ağdamın işğal tarixində “Dəfn etdiyim balaca Mən” başlıqlı bir yazı yazdım, dostların təkidi ilə. Mətbuatda da dərc olundu. Bu, mənim müharibədə yaşadıqlarım, hiss etdiklərim ağrılar barədə ilk və yeganə yazım idi. Uzun illər içimdə boğulub qalan hisslərimi bölüşmüşdüm. Ondan sonra çox müsbət rəylər aldım, dostlar təkid etdilər ki, yaz, səndə alınır. Köşə yazıları ilə çıxış et mətbuatda. Amma yazmadım. Dedim, elə öz işimi görsəm yaxşıdır. İndi hər yerindən duran köşə yazısı yazır. Az qala adamlar facebookda yazdıqları statusları köşə yazısı adı ilə dərc etdirirlər. Çox istəyərdim köşə yazısı öz dəyərini, sanbalını itirməsin. Ən azından yazdıqları yazıları bu adla təqdim etməsinlər. O ki qaldı status məsələsinə, yazıram. Facebookda müşahidə etdiklərimlə bağlı fikirlərimi bölüşürəm. Oxuduğum, rastıma çıxan gözəl fikirləri paylaşıram. Sevirəm maraqlı paylaşımları. Və nə zamansa bir kitab yazmaq istəyirəm. Cəmi bir kitab – həyat hekayəmi.  

 

– Şeir əzbərləyirsiniz?

 

– Olur arada. Ucadan şeir oxumağı sevirəm. Deyilənə görə pis alınmır (gülür). 

 

– Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.

 

– Bir tv və ya radio proqramında olsaydıq sevdiyim bəzi şeirləri oxuyardım. Ramiz Rövşəni sevirəm, Vaqif Səmədoğlunun bəzi şeirlərini çox bəyənirəm. Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadə, Məmməd Arazın gözəl şeirləri var. Yəni, bütün gözəl şeirləri sevirəm, müəllifindən asılı olmayaraq. Daha çox sərbəst şeirləri sevirəm. Gənc şairlərdən bəyəndiyim, sevdiyim şeirlərini paylaşdığım müəlliflər var. Klassik ədəbiyyatımızın demək olar bütün gözəl nümunələrini sevirəm. Aqil Abbasin “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” əsərini, Rəşad Məcidin “11 sentyabr” əsərini, Yaşarın hekayələini çox bəyənirəm. Müasir yazarların yaradıcılığına o qədər də bələdçiliyim yoxdur. Bu, mənim minusumdur təbii ki. Amma bəhanəm var (gülür). 15 ildir xəbərin içində olan bir jurnalistəm. Həyatım işdə, xəbər hazırlamaqla keçir. Ona görə ədəbiyyat sahəsində xüsusən son illərdə baş verən proseslərdən o qədər də məlumatlı deyiləm. Amma az-çox mətbuatdan izlədiyim qədərilə müasir yazarlar daha çox əsərləri ilə yox, qalmaqallarla gündəmdə olurlar.

 

 

– Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır?

 

–  “Cinayət və cəza”, “Hərb və sülh”, “Yüz ilin tənhalığı”,  “Anna Karenina”, “Kerri Bacı”, “Üç yoldaş” , “Master və Marqarita”, “Qoca və dəniz”, “Dəniz kənarıyla qaçan alabaş”, “Əsrə bərabər gün” və s. Bunlar və bayaq adlarını çəkdiyim əsərlər oxuduğum və bəyəndiyim ədəbiyyat nümunələridir. Paulo Koelyonun əsərlərini də bəyənirəm. Gözəl nümunələr çoxdur. Amma ilk yadıma düşənlər bunlardır.

 

– Varqas Lyosanı tanıyırsız?

 

– Elə yaxından tanımıram. Bir yaradıcılıq nümunəsini belə oxumamışam. Bir neçə il əvvəl ədəbiyyat üzrə Nobel mükafatı laureatı kimi xatirimdə qalıb. Məsləhət görürsüzə oxuyaram. Onun yalnız həyata dair bəzi fikirlərini oxumuşdum, hətta səhv etmirəmsə paylaşmışdım da: “Mən ona görə yazıram ki, xoşbəxt deyiləm. Yazmaq – xoşbəxtlik uğrunda mübarizə aparmaqdı”. Maraqlı fikirdir. Amma bilmirəm bu doğrudan da belədi, ya yox.

 

– Sizcə, niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə və tamadalara minlərlə manat sayır? Bu ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur?

 

– Bu natamamlıq kompleksidir, məncə. Özünütəsdiqin uğursuz bir üsulu. “Qöy görsünlər ki, filankəsin toyunda filankəslər var idi” kimi başqalarının düşüncəsinə hesablanan, həyat sürən insanlar da var təəssüf ki. .

 

– Səmavi kitablardan hansıları oxumusunuz?

 

– “Quran”ı oxuyuram uzun müddətdir. Hələ də bitirməmişəm.

 

– Son olaraq həmkarlarınıza və tamaşaçılarınıza ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz?

 

– Bilirsiz, mən elə güclü ədəbiyyat bilicisi olmadığıma görə kiməsə məsləhət vermək haqqı da görmürəm özümdə. Yalnız hər kəsi kitab oxumağa çağıra bilərəm. Heç bir elektron variant kitabın yerini verə bilməz. Kitabı vərəqləyərkən aldığım enerjini, zövqü şəxsən mən, elektron mütaliədən ala bilmirəm. Kitabı hiss etmək və sevmək lazımdır. Mən də daxil olmaqla gəlin elə bu gündən mütaliəmizi genişləndirək. Küçədə, parkda, ictimai nəqliyyatda əllərində kitab olanların sayı çoxalsın.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website