Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

AMEA prezidenti Akif Əlizade: “Atama molla oğlusan deye çox tezyiqler edibler…”

AMEA prezidenti Akif Əlizadə: “Atama molla oğlusan deyə çox təzyiqlər ediblər...”

18/01/2016

13:04


18.01.2016 / 13:02 xeber –

…Mən həkim ailəsində bu həyata, bu dünyaya göz açmışam. Babam rəhmətlik də təbabəti sevirdi və həmişə mütaliəsini təbabət elmi ilə bağlayırdı. Onun çox zəngin kitabxanası vardı. Təbabətə aid kitabları çox idi, həmişə onları mütaliə edərdi. Biz ondan örnək götürürdük, bu yolla getmək istəyirdik…

 

…Mən onillik məktəbi gümüş medalla bitirmişdim və Sovetlər İttifaqının hər bir guşəsində istənilən instituta daxil ola bilərdim. İmtahan da yox idi. Azad daxilolma imkanı var idi. Mən istəyirdim tibbə gedim – Tibb İnstitutuna. Anam mənə dedi ki, oğlum, evdə hamı həkimdir. Atan da, mən də, qardaşın da. Sən də gedib həkim olacaqsan, bu, bir az, nə isə, yaxşı alınmır. Bəlkə, bir başqa istiqamət seçəsən?…

 

…O vaxt Azərbaycan Sənaye İnstitutuna daxil olmaq, olduqca, çətin  məsələ idi. Onda Azərbaycan Sənaye İnstitutu Sovetlər Birliyində 10 qabaqcıl institut sırasında idi. Və oranın tələbələrinin yaxşı bir geyim formaları vardı – mühəndis formaları, yaxşı bir kepkaları da vardı, böyük bir nişan da vardı kepkada. Mənim çox xoşum gəlirdi ondan. Nə isə, hiss edirdim ki, mənə yaraşar, bir cavan, gənc adam kimi, özümü həmişə şux tutardım, idmanla məşğul idim. Dedim, onda mən gedirəm Azərbaycan Sənaye İnstitutuna…

 

…Təsadüf belə gətirdi ki, bizim ailədə geoloq sənətini oxuyan var idi. Bu da mənim dayım oğlu, tanınmış alim, akademik, sonralar o vaxtkı Azərbaycan Dövlət Universitetinin rektoru olmuş Faiq Bağırzadə idi. O mənim doğmaca, dayım oğludur. Həmin o Faiq onda Sənaye İnstitutunda dosent vəzifəsində çalışırdı. Təsadüf belə gətirdi ki, o bir gün gəlib bibisinə baş çəkirdi, bizim evə. Bibisi, yəni mənim anam ona dedi ki, Akif istəyir Sənaye İnstitutuna daxil olsun. Dedi ki, verin bir attestata baxım görüm, nədir, nə deyil. Baxdı, qayıtdı ki, hə, oxuya bilər. Məni bu,  bir qədər də, daxilən, ruhlandırdı. Getdim sənədləri verdim və sentyabrın 1-də gəldim instituta. Geoloji kəşfiyyat fakültəsinin tələbəsi kimi…

 

…Evimizdə, babam din xadimi və üləma idi. Atam müharibə vaxtı namizədlik dissertasiyasını müdafiə eləmişdi. Mənim onda 8 yaşım vardı. Çox pis, ağır zamanlar idi. Atama təzyiqlər vardı ki, bu, molla oğludur, o vaxt – Sovetlər vaxtı. Çox çətinlikləelmi dərəcəni müdafiə edə bilmişdi. Onda ona deyirdilər elmlər namizədi. İndi PHD deyirlər. Sonra qardaşım da, komsomol fəaliyyəti ilə yanaşı,  Tibb İnstitutunda namizədlik dissertasiyası müdafiə elədi…

 

…Sənaye İnstitutu məni valeh etdi. Həm təhsili, həm elmi heyəti, həm də professurası. Orada neft geologiyasına aid, mineralogiyaya aid, geodeziyaya aid – bunlar hamısı bizim sənətin müxtəlif istiqamətləri idi – istiqamətləri o qədər mükəmməl, o qədər yüksək səviyyəli insanlar tədris edirdi ki, valeh qalırdım. Elə ilk addımlarımdan, birinci, ikinci kursdan fikirləşdim ki, elə mən Sənaye İnstitutunda aspiranturada qalıb dissertasiya müdafiə edəcəyəm. Mühit məni çəkirdi…

 

…Amma biz Sənaye İnstitutunu bitirəndə Sovetlər İttifaqında şərait bir qədər dəyişdi. Xruşşov hakimiyyətə gəlmişdi, onun qanunları bir az möhkəmlənmişdi və deyirdilər ki, bəs siz, mütləq, gərək gedib istehsalatda 3 il çalışasınız, işləyəsiniz, yalnız ondan sonra elmə gələ bilərsiniz. Mən getdim istehsalata. Yarım il Suraxanı Neft Qazçıxarma İdarəsində çalışdım. 1956-cı ilin payız aylarında mənə məlumat gəldi ki, Akademiyanın o vaxtkı prezidenti akademik Musa Əliyevin Geologiya İnstitutunda ikicə vakant ştat vahidi var və ora gənc mütəxəssislər axtarır. Onda Akademiyaya işə qəbul olunmaq çox ağır məsələ idi.  Mən gəldim, görüşdüm Musa Əliyevlə, söhbət etdik. Məni işə qəbul etdi. Elə o vaxtdan Geologiya İnstitutunda laborant vəzifəsindən başlayıb, bu günə qədər bu yolu gəldim və bu gün sizin hüzurunuzdayam…

 

…Allah-Təala həmişə ruzi verir inananlara, ona həmişə səcdə edənlərə. Bilirsiniz necə oldu, mən ki, tibbi sevirdim, təbabəti sevirdim, gəldim düşdüm paleontologiya laboratoriyasına. Musa Əliyev görkəmli paleontoloq idi və onun laboratoriyasında mən öz elmi istiqamətimi bir daha təbabətlə, tiblə bağlaya bildim. Dissertasiyamda heyvanların patologiyasına aid böyük bir hissə var idi. O hissəni alimlər çox gözəl qəbul eləmişdilər.

 

…Alim olmaq üçün iki şey vacibdir – həm istedad, həm zəhmət. Əgər sən bir məqsəd, bir mətləb qoymusansa qarşına, onu yalnız istedadla həll etmək istəsən, çətinlik çəkərsən. Çünki, bu, çətin yoldur. Elm  istedadla yanaşı böyük zəhmət tələb edən bir yoldur.

 

…Elm yolunda mənə dayaq olanların hamısına bu gün rəhmət diləyirəm. Onlar hamısı həyatını itirib. Birincisi akademik Musa Əliyev… O həm Akademiyanın prezidenti kimi, həm də laboratoriyanın rəhbəri olaraq, ilk addımımdan mənə qayğı göstərib, dəstək verib, inanıb mənə. Amma biləsiniz ki, o, bir ildən sonra prezidentlik vəzifəsindən azad olundu və köçdü Moskvaya. Təsəvvür edin, Moskvada olarkən də, konfranslarda da Musa müəllim mənə dəstək verirdi. Hətta, mənim ağır günüm olanda, məndən bəzi bədxahlar bəzi yazılar yazırdılar, Ali Attestasiya Komissiyasına çağırıb, çək-çevir edirdilər. Musa Əliyev onda da öz nüfuzundan istifadə edib mənə kömək elədi. Akademik Şəfayət Mehdiyev bizim institutumuzun direktoru olub. İşə mənim əmrimi o verib. Akademiyanın prezidenti vardı, Həsən Abdullayev, onun qayğısı, onun köməyi olub mənə. Və ən böyük qayğını Ulu Öndərdən gördüm. Heydər Əliyev mənim ağır günlərimdə köməyim olub. Allah ona da qəni-qəni rəhmət eləsin…

 

…Mənim atam Mirmöhsün ağanın doğmaca bacısı oğlu olub. Bu nə cür təsadüf olub, bilmirəm. Babam Axund Molla Ağa Nəcəfdə təhsil alarkən Mirmöhsün ağanın böyük qardaşı Seyidağa ilə bir yerdə oxuyurlar. Orada onlar bir-birinə o qədər mehriban olurlar ki, bir-birilərnə vəd edirlər ki, qohum olacaqlar. Bakıya qayıdandan sonra mənim babam Mirmöhsün ağanın böyük qardaşının, belə çıxır ki, Seyidağanın  vasitəsi və tanışlığı ilə Mirmöhsün ağanın bacısı Zeynəb xanımla evlənir. O mənim nənəmdir…

 

…Atamın xasiyyətini məhz bu şeirlə xarakterizə etmək olar:

Hər gülə-çiçəyə salam verməsəm,

Xoş üz göstərməsəm, xoş üz görməsəm,

Nanələr, reyhanlar inciyər məndən,

Güllərin yarpağı tökülər dən-dən.

 

Bax atam belə bir xasiyyətə malik  idi. Kiminsə könlünə dəymək, az da olsa  halının dəyişməsinə səbəb olmaq, bunlar onun təbiətinə yad idi. Buna görə, nəinki, Mirmöhsün ağanın ailəsi, bütün qohum-əqrəba onun xətrini çox istəyirdi.

 

Görünür, mən də bir növ atama oxşamışam. Düzdür, xasiyyətcə, bəlkə, fərqimiz var, amma mən belə hiss edirəm ki, insanlara nə qədər xoş sifət, nə qədər xoş münasibət, xoş əməl göstərsən, o qədər yaxşıdır. Bunlar yaşadır insanı. O enerji verir və əvəzi də qayıdır. İnsanlar sənə çox böyük izzətlə, hörmətlə yanaşırlar. Ondan yaxşı nə ola bilər dünyada?!…

 

  …Mən babamdan çox şey öyrənmişəm.  Onun insanlarla, din xadimləri ilə  görüşlərini, rəftarını, söhbətlərini özümə bir ibrət kimi, bir örnək kimi götürürdüm. Və indiyə qədər də hafizəmdə qalıb. Məsələn, insan, ilk növbədə, ciddi olmalıdır, hər bir baxımdan, hər bir istiqamətdə, hər bir sözündə, hər bir əməlində. Babam olduqca, ciddi adam idi, eyni zamanda,  dediyim kimi, bütün gününü mütaliə ilə keçirərdi. Nizami, Füzuli, Sədi, bax bunlardan həmişə şeir demək, ondan, bəlkə də, mənə keçib, mən də şeiri sevirəm. Həm rus dilində, həm də Azərbaycan dilində. Mən rus dilində oxumuşam…

…Azərbaycanca ən çox sevdiyim, Səməd Vurğunun “Vaqif” dramından Vaqiflə Qacarın deyişməsidir. Bax, onu mən sizin uçun başdan ayağacan əzbər deyə bilərəm. Heyf ki, çox vaxt aparar. Fikir verin, deyir:

Qılınclar toqquşub iş görən zaman,

Neylər dediyiniz quru bir vicdan?

 

Təsəvvür edin, bunun mənasına baxın: “Qılınclar toqquşub iş görən zaman”. Yəni, qılınc toqquşmağı, bu bir işdir. Adam öldürmək-filan barədə danışmır, demir, “iş görən zaman” deyir. Vaqif də ona cavab verir. Deyir:

 

Vicdan dedikləri bir həqiqətdir,

Beşiyi, məzarı əbədiyyətdir…

Bəs zindan necədir? Qaranlıq zindan?

Soyuq məzara da zinətdir insan.

O da deyir:

Çox gözəl, çox gözəl, inanın ki, mən

Sizin ruhunuzu sevdim ürəkdən.

Bu dövlət, bu cəlal, bu şanlı saray,

Göylərin büsatı-o ulduz, o ay

Sizə tapşırılsın bu gündən gərək,

Ancaq bir şərtim var..

– Buyurun görək!

– Gərək fars dilində yazsın sənətkar.

Vaqif də deyir ki,

Farsın Xəyyamı var, Firdövsisi var,

Nə çoxdur onlarda böyük sənətkar.

Bizim bu dağların oğluyam mən də,

Az-az uydururam, yeri gələndə…

 

 

Hələ rus ədəbiyyatı… Puşkini götürün, Lermontovu götürün. Mənə belə gəlir ki, bunlar, həqiqətən, nadir istedadlı, ruslar dediyi kimi, “гениальный” adamlardırlar…

 

…Paleontologiya istiqamətində doktorluq dissertasiyası müdafiə edəndə, Böyük Qafqaz, buradakı tabaşir çöküntüləri barədə xeyli material toplanmışdı. Ukraynada Karpat dağlarında işləyən bir alim həmkarım var idi, familiyası da Loredenko idi. O da Karpat dağlarından, oradakı tabaşir çöküntülərindən böyük bir material toplamışdı. Görürdü ki, mən ondan bir qədər irəlidəyəm, gəldi Bakıya, məsləhət almağa. Materiallarımla, tədqiqatlarımın nəticələri ilə tanış oldu, valeh oldu. Həqiqətən, mənim dissertasiyamda böyük bir elmi kəşfi görmüşdü və gedib orada paleontoloji qədim bir ailəni Akifibelide – Akifibelidlər adlandırmışdı, yəni  mənim adımla bağlı elmi termin yaratmışdı. Akifibelide latın dilindədir, yəni paleontoloji ailədir, dəstədir, cinsdir, növdür, bunlar bir-birinə iyerarxiyalara bölünürlər.

 

…Mən bu gün çox məmnunam. Bilirsiniz, Allah cənab prezidentimizin ömrünü uzun eləsin, o mənim fikrimi dəstəklədi, Akademiyanın 70 illik tarixində, ilk dəfə olaraq, Akademiyanın institutlarında magistratura pilləsini təşkil edə bildim. Bu nə üçün vacib idi? Elm elmi məktəblərdə doğulur. Tələbə laboratoriyada işləyir, eyni zamanda təhsil alır. Siz təsəvvür edin indi, ötən il magistraturaya təcrübə kimi 7 institut cəlb etdik. Ümumiyyətlə 20 nəfər qəbul elan elədik. Düzdür, sənəd verənlər artıq idi. İlk dəfə bizim magistraturaya 200-ə yaxın sənəd verilmişdi. Halbuki, biz 20 nəfər qəbul edəcəkdik. Təsəvvür edirsiniz? Böyük bir müsabiqə  yaranmışdı. Kənarda qalanlar sonra mənim yanıma gəlirdilər ki, Akif müəllim, biz istəyirik Akademiyanın magistraturasında təhsil alaq. Dedim, gələn il gəlin, daha yerim yoxdur. Bu il plan hazırlamışıq, indi baxın, ora müsabiqə necə olacaq…

 

…70 il ərzində Azərbaycanda çox böyük istedadlı alimlər yetişib, həm Azərbaycan elminə, həm dünya elminə töhfələr verilib.  Eyni zamanda, Azərbaycanda bu müddətdə elmi məktəblər yaranıb. Baxmayaraq ki, 90-cı illərdə Azərbaycan elminə böyük zərbə vuruldu, nəinki, Azərbaycan elminə, ümumilikdə Sovet elminə böyük zərbə vuruldu, əlaqələr qırıldı, kəsildi, məktəblər dağıldı. Buna baxmayaraq, yenə də o yaranmış məktəblərin sırasında bir neçəsi özünü qoruya bildi, o cümlədən geologiya elmi məktəbini qoruya bildik. Çünki Ulu Öndər 1994-cü ildə “Əsrin müqaviləsi”ni bağladı, Qərb şirkətləri Bakıya gəldilər və onlara geologiya elmini, yer təkini, neft elmini, neft geologiyasını öyrənməyə zərurət yarandı. Bizdə püxtələşmiş mütəxəssislər az deyildi, onlar bizim imkanlardan istifadə etdilər, biz də onlardan təzə şeyləri öyrəndik qarşılıqlı şəkildə. Burada, fikir verirsiniz, həm bizdə təkmilləşmə oldu, həm də dövlətə xeyir oldu, elmimizə xeyir oldu. Götürün, kimyaçılarımızı. Bircə Yusif Məmmədəliyevin yüksək oktanlı benzini demək olar ki, Azərbaycan elmini zirvələrə qaldırıb, dünya elminə töhfə olub. Mən sizə deyim ki, onda Azərbaycan, əgər, Sovetlər İttifaqının tərkibində olmasaydı, müstəqil olsaydı, Yusif Məmmədəliyev mütləq, Nobel mükafatı laureatı adına layiq görüləcəkdi…

 

…Yaşımdan cavan görünməyimlə bağlı çoxları mənə bu sualı verir. Mənim cavabım bilirsiniz necədir? İlk növbədə, genetik irsiyyət məsələsi var, mənim babam da çox yaşayıb, 80 ildən çox, anam 80 il yaşayıb və bu, genetik baxımdan, mütləq, vacib bir amildir. Allah-Təala tərəfindən sənə verilmiş həmin o genetik irsiyyəti sən qoruyub saxlamalısan. Nə cür Allah-Təala yaradıb, elə inkişaf etdirməlisən həyat boyu. Ona təzyiq etməməlisən. Yəni bir rejim yaradıb, o orqanizmi, o genetik irsi həmin o rejimlə inkişaf etdirməlisən. Digər tərəfdən,  bir amil də var. Mənim heç kəsə ömrümdə qara paxıllığım olmayıb. Heç kəsə. Heç zaman. Əgər olubsa, ona deyirlər “ağ” paxıllıq. O da nədir? Filankəs öz istedaı ilə hansı bir rütbəyə çatıbsa, mən də o rütbəyə çatmalıyam. Bax belə bir amalla yaşamışam, inkişaf eləmişəm və bu gün də öz taleyimdən çox razıyam. Bu boyda müstəqil Azərbaycan dövlətimizin, günü-gündən inkişaf edən dövlətimizin mənə verdiyi etimad da göz qabağındadır. Üstəlik, 63 ildir idmanla məşğul oluram…

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website