Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Azerbaycanlı hakim: "Əvveller qebirstanlıq müdiri idim" – MÜSAHİBƏ

Azərbaycanlı hakim: "Əvvəllər qəbirstanlıq müdiri idim" - MÜSAHİBƏ

18/01/2016

13:10


18.01.2016 / 13:08 xeber –

2015-ci ili Azərbaycan hakimliyi üçün uğurlu saymaq olar. Çünki Əliyar Ağayev ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən ilk referi kimi tarixə düşdü. Əvvəllər bunu bacaracağına inandığımız bir neçə hakimimiz olsa da, onların heç biri bu səviyyəyə gəlib çata bilməyiblər. Sabiq FİFA referisi Babək Quliyevə də ümidlər böyük idi. Lakin 2009-cu ildə hakimlikdən uzaqlaşdırılan Quliyev o vaxtdan bəri futboldan uzaq qalıb. Biz də həm hakimlik etdiyi, həm də işsiz qaldığı illəri yada salmaq üçün 42 yaşlı sabiq referini redaksiyamıza dəvət etdik. Söhbətimiz gözlədiyimizdən də maraqlı alındı.

 

“Heç kimə mənim günümə düşməyi arzulamaram”

 

– Artıq 7 ildi hakimlikdən uzaqsınız. Bu müddətdə nə işlə məşğul olmusunuz?

– Martda 7 il tamam olacaq. Sevdiyim sahədən kənarda qaldığım üçün çox əziyyətlər çəkdim. Rusiyadan bal, yağ gətirib burda satıram, bu yolla ailəmi dolandırıram. Sağ olsun, 1-2 dostum var ki, əlimdən tutur.

 

– Dolanışığınız necədi?

– Çox çətindi. Hakimlik zamanı Avropaya gedirdim, qazancım normal idi. Yeganə işim hakimlik idi. Bacardığım başqa iş də yoxdu ki, məşğul olum, ailəmi dolandırım. Buna görə də 7 il mənim üçün ağır keçdi. Çətinlik çəkməkdə də davam edirəm.

 

– Səhv etmirəmsə, bir ara usta kimi də çalışmısınız…

– Bəli, işləmişəm. Bir qonşumun şirkəti var idi, orda ustalar çalışırdı. Bir gün mənə dedi ki, boş dayanma, gəl, gününə 25 manatdan işlə. 6 ay orda çalışdım. Sonra onun şirkəti “bankrot” oldu. Mən də digər ustalar kimi ayrılmalı oldum.

 

– Beynəlxalq dərəcəli hakim olmuş biri üçün bu, ağır deyildi?

– Əlbəttə ağırdı. Heç bir insana mənim günümə düşməyi arzulamaram. Ümumiyyətlə, mən fəhlə ailəsində doğulmuşam. Çətinliklə böyüməyim bu 7 ildə mənim “əlimdən tutdu”.

 

– Əksər futbol adamlarının biznesi var. Siz nə əcəb futbolda qazandıqlarınızla bir iş qurmamısınız?

– Elə güclü pul qazanmamışam ki, onunla biznes qurum, şirkət açım.

 

“Pis dövrdə qaçmaq ikiüzlülük yox, beşüzlülükdü”

 

– Başınıza gələnlərdən sonra “kaş hakim olmayaydım” deyirsinizmi?

– Xeyr, deməmişəm. Belə bir sual var ki, yenidən dünyaya gəlsən, hansı sənəti seçərdin? Mən yenə də hakimliyi seçərdim. Bu sənəti həddindən artıq sevirəm. Baş verənlərə də qismətdi deyirəm, hər bir insanın başına gələ bilər.

 

– Azərbaycan futboluna sevginiz “ölməyib”?

– Niyə “ölməlidi” ki. Əgər azərbaycanlıyıqsa, onun hər bir sahəsinin inkişafını arzulamalıyıq. Düzdü, futbolumuz indi bir qədər zəifdi. Mən elə bir insan deyiləm ki, futbolda deyiləmsə, onu sevməyim. 8 yaşımdan bu sahədəyəmsə, necə sevməyə bilərəm? Əlbəttə, hamı kimi, mən də yığma komandamızın Avropa, dünya çempionatında iştirakını arzulayıram. Mən hakimlik etdiyim dövrdə yığmamız Polşaya 0:8 hesabı ilə uduzmuşdu. Xorvatiyada U-19-ların Avropa çempionatına yollanmışdım. Orda bir polşalı hakim var idi. Mənə bu hesabı xatırladanda, çox pis oldum, bu mənə ağır gəldi.

 

– Hər halda, futboldan incik ayrılmısınız. Olubmu ki, hansısa qohumunuz və ya tanışınız futbolu seçmək istəyib, siz buna qarşı çıxmısınız?

– Əksinə, bu 7 ildə 10-a yaxın uşağın futbola yazılması üçün kömək eləmişəm. “Vətən”, “İnter” futbol klubuna dəfələrlə yaxınlaşıb, dost-tanışın uşağını ora yazdırmışam. Mən incimişəm deyə, Azərbaycan futbolu ölməlidi? Şəxsi inciklik başqa şeydi. Futbol 1-2 nəfərin üzərində qurulmayıb. Həmin 1-2 adam futbolda bu gün var, sabah yoxdu. Ancaq futbol ömür boyu olacaq.

 

– Hakimlikdən uzaqlaşdıqdan sonra daha çox yerli, yoxsa əcnəbi həmkarlarınızdan dəstək almısınız?

– Vallah, heç birindən. Bu 7 ildə 2-3 nəfər yanımda oldu. Hakimlik zamanı əl tutduğum insanlar olub. Həmin vaxt telefonum susmurdu. Amma bu sahədən uzaqlaşandan sonra itirib-axtaran olmadı. Məni futboldan uzaqlaşdıran insanlara hər gün zəng edirdim, onların yanında olurdum. İnsan bir cilddə olmalıdı. Hər şey yaxşı olanda yanımda olmaq, pis dövrdə isə qaçmaq ikiüzlülük yox, beşüzlülükdü.

 

 

“2-3 il özümə gələ bilmədim, depressiyaya düşdüm”

 

– Hakimlik dövründə özünüzə dost bildiyiniz elə insanlar olubmu ki, futboldan uzaqlaşdıqdan sonra sizinlə əlaqəni kəsiblər?

– Çoxdu beləsi. 10-dan 9-u… İnsanı indiki dövrdə tanımaq olmur.

 

– Bəlkə həmin hakimlər öz işlərini itirmək təhlükəsindən çəkinib sizə zəng vurmurlar?

– Ad günündə, Yeni ildə zəng vurub təbrik etməkdən qorxan insanlar həyatda da qorxaqdılar.

 

– Millimizin kapitanı Rəşad Sadıqov bir ara futboldan kənar qalanda basketbol oynadı, hətta “Qala” ilə Azərbaycan çempionu oldu. Siz futboldan kənarda qaldığınız bu 7 ildə digər idman növündə çalışmaq fikrinə düşməmisiniz?

– Məndə özünəqapanma oldu. 2-3 il özümə gələ bilmədim. Özümdə olmadım, depressiyaya düşdüm. Rəşad Sadıqov kimi futbolçunun gedib basketbol oynaması özü gülməli vəziyyət idi. O ki qaldı mənə, bu müddətdə heç kimin qapısına getmədim ki, kömək edin. Heç təklif edən də olmadı. İndi gələk onun-bunun qapısına gedəsən ki, səni işə götürsün. Məndə belə bir xasiyyət yoxdu. Ola bilər ki, bu dövrün adamı deyiləm. Məndə kimdənsə bir şeyi xahiş etmək kompleksi var.

 

– Bəs ölkə xaricində çalışmaq istəyində olmamısınız?

– Beynəlxalq dərəcəli hakim olduğum üçün belə bir şansım var idi. Elə indi də gedib işləyə bilərəm. Amma başqa ölkədə qala bilmirəm. Hakimlik dövründə də hansısa turnirə gedib, orda 8 gün qalanda Vətəndən ötrü çox darıxırdım. Üstəlik, indi 20 yaşda da deyiləm ki, yeni həyat qurum.

 

“Ətrafımdakı insanların 90 faizi qaçdı”

 

– İllərdi “futbolçu, yoxsa məşqçi olmaq çətindi?” müzakirəsi gedir. Bəs hakimliyin bu iki sahədən fərqi nələrdədi?

– Hakimlik bu iki sahədən də çətindi. Futbolçu meydanda səhvini düzəldə bilir. Məşqçinin oyunun gedişini dəyişmək üçün çox vaxtı oldu. Hansısa oyunçu əvəzləməsi ilə səhvini düzəldir. Amma hakim epizodlara bir saniyədən də tez qərar verməlidi. Onun qərarı hansısa komandanı “yıxa” bilər. İnsan gərək hakim kimi doğulsun. Hakimin “qabında” heç olmasa 70 faiz olmalıdı ki, 30 faizi də sən ona verə biləsən, yetişdirəsən. Quyuya su tökməklə dolmaz. Onun “qabında” yoxdusa, 5 il də hazırlaşdırsan, xeyri yoxdu. Hakimlik belə bir sənətdi. İstər hakim, istər futbolçu, istərsə də məşqçi olmaq bir vergidi. Məsələn, əksər ulduz futbolçu güclü məşqçi ola bilmir. Amma üzdə olmayan oyunçu dahi məşqçi ola bilir. Hakim mərd olmalı, qorxmamalı, verdiyi qərardan arxayın olmalıdı. Ən əsası, hakimin nüfuzu olmalıdı. Bizim dövrdə hansısa oyuna təyinat alanda, futbolçular öz aralarında deyirdilər ki, baş hakim Babək Quliyevdi və ya filankəsdi, ehtiyatlı olun, onlarla zarafat eləmək olmaz. Biz də səhvlər eləmişik. Amma onda futbolçu üstümüzə gəlmirdi. Ancaq indi hakim düzgün qərar verəndə də hamısı onun üstünə cumur. Çünki hakimin nüfuzu yoxdu.

 

– Meydanda çox futbolçuya qırmızı vərəqə göstərmisiniz. Bəs şəxsi həyatda qırmızı vərəqə göstərdiyiniz adamlar olub?

– Çox. Xüsusən də, bu 7 il ərzində. Bu müddətdə ətrafımdakı insanların 90 faizi qaçıb getdi.

 

– Sabah yenidən hansısa vəzifəyə gələndə onlar sizinlə əlaqə saxlasa, sarı, yoxsa qırmızı vərəqə göstərərsiniz?

– Onlara hansısa vərəqə göstərməyin özü bir zəiflik, əskiklik olar. Amma bu, o demək deyil ki, vəzifəyə gəlsəm, onların evini yıxmalıyam.

 

– İstənilən oyun zamanı ən çox tənqid hədəfi hakim olur, azarkeşlər isə durmadan onu təhqir edirlər. Hakimlər bunu necə qəbul edirlər?

– Əlbəttə, azarkeşlərin hakimi təhqir etmələri yolverilməzdi. Həmin azarkeş bir anlıq təsəvvür etsin ki, hakim onun qardaşı və ya hansısa qohumu da ola bilər. Təəssüflə deməliyəm ki, bu illər ərzində hakimliyimiz nüfuzunu çox itirib. Hakim öz nüfuzunu düşünməlidi. Amma hakim bu sahədə daimidi, karyerasını bitirəndən sonra inspektor olacaq. Sabah əllə göstərməsinlər ki, filankəs belə olub.

 

– Heç olub ki, ciddi probleminiz olmasına baxmayaraq, çıxıb oyun idarə etmisiniz?

– Çox olub. Evdə problem olmasına baxmayaraq, heç nə olmamış kimi çıxıb oyunlar idarə etmişəm. Meydana başqa fikirlə çıxırsansa, o oyunu idarə edə bilməyəcəksən. Bütün fikrin epizodlara köklənməlidi, şəxsi problemləri 90 dəqiqəlik unutmalısan. Mən oyuna köklənməyi bacaran insan olmuşam. Həmçinin zədəli vəziyyətdə iynənin köməkliyi ilə də oyuna çıxmışam. Əgər fikrin oyunda deyilsə, əvvəlcədən yaxınlaşıb, deməlisən ki, məni dəyişdirin.

 

– Siz heç öncədən dəyişdirilməyinizi istəmisiniz?

– Bir dəfə olub belə şey. Oyundan bir gün əvvəl xəstələndim, məni xəstəxanaya apardılar. Böyrəyimdə daş var idi, dedilər ki, 3 gün burda qalmalısan. Ona görə də məni dəyişmişdilər.

 

“UEFA-da da tanışlıq keçir”

 

– Bizim nə vaxt Tofiq Bəhramov, Eldar Əzimzadə kimi hakimlərimiz olacaq?

– Adını çəkdiyiniz şəxsiyyətlər Sovet məktəbi keçmişdilər. Keçmiş SSRİ özü böyük dövlət idi. Onun FİFA-da vitse-prezidenti, hakimlər-komitəsində nümayəndələri var idi. Rusiyanın indi də nümayəndələri var. İndi böyük turnirlərdən danışırıqsa, Babək olmur, kim olur-olsun, ora düşmək çox çətindi. Əgər UEFA-nın Hakimlər Komitəsində nümayəndən olmadısa, onlarla müntəzəm əlaqə qurmadınsa, ora düşə bilməzsən. Əliyar Ağayev artıq Avropa Liqasının qrup mərhələsinə təyinat alır. Ora düşmək problem deyil, amma onu orda saxlamaq lazımdı. Əliyara sadəcə, dayaq durmaq lazımdı. Hakimlər Komitəsinin sədri tez-tez ora getməli, Pyerluici Kollina ilə söhbət etməlidi. UEFA-da hörmətə, zəngə qiymət verirlər. Hansısa hakimin öz ölkəsində dəstəyinin olub-olmadığına baxırlar. Orda elə inspektorlar var ki, Azərbaycanı görməyə gözləri yoxdu. Mənim başıma belə bir oyun gəlib.

 

– Belə çıxır ki, UEFA-da da tanışlıq keçir?

–  Əlbəttə keçir. Sən UEFA-ya tez-tez xatırlatmalısan ki, mən hakimimin arxasındayam. Əliyar Ağayev niyə 1-ci qrupa keçmədi? Halbuki aldığı qiymətlərlə buna layiq idi. Hakimlər Komitəsinin sədri mütləq UEFA-nın hakim-inspektoru olmalıdı. İnspektor olanda, gedib Rumıniyanın, İsveçin hakimlərinə qiymət verirsən. Onlar da gedib ölkələrində deyirlər ki, azərbaycanlı inspektor bizə qayğı göstərdi, yaxşı qiymət verdi. Sabah rumıniyalı inspektor da bizim hakimimizə qiymət verəndə bunu nəzərə alır. UEFA-da bunlar bir-birinə bağlıdı. Avropada Azərbaycana “no football country” deyirlər. Yəni futbolu olmayan ölkə kimi baxırlar. Deməli, bizim bu əlaqələrə daha çox ehtiyacımız var. Məsələn, 3 hakim 1-ci qrupa namizəddi. Biri ispan, biri norveçli, biri də azərbaycanlıdı. Onlardan ikisi keçməlidisə, azərbaycanlı mütləq kənarda qalacaq. Çünki onların UEFA Hakimlər Komitəsində nümayəndələri var. Təbii ki, öz hakimlərinin lehinə əl qaldıracaqlar. Bu danışdıqlarım UEFA-da olanların 10 faizidi.

 

“Üstümə gəldi, cavabını verdim”

 

– Hakimlik karyeranızın ən çətin oyununu hansı hesab edirsiniz?

– 2004-2008-ci illərdə Azərbaycan çempionatında asan oyun olmurdu. Autsayder də liderə badalaq vura bilərdi. FİFA referisi olduğumuz üçün bizə ancaq lider komandaların görüşlərini verirdilər. Ardıcıl 3 il mövsümün son turunda həlledici matçı mən idarə etmişəm. Əlbəttə, səhvlərim də olurdu. Heç kim deyə bilməz ki, hakimlik nə vaxtsa səhvsiz olacaq. Bu, mümkün deyil. Sadəcə, səhvin dərəcələri var. Əsas odu ki, nəticəyə təsir etməyəsən. İnsan düz yolda getdiyi yerdə ayağı daşa ilişib yıxılır. Deməli, ayağını ora qoymasaydı, yıxılmazdı. Hakimlik də belədi. Dünyanın ən güclü hakimləri olan Nikola Ritsoli, Martin Atkinson və Cüneyt Çakır da kobud səhvlər edirlər. Amma UEFA onlara dəstək verir. Peşəkar mütəxəssis hakimin səhvi qəsdən edib-etmədiyi çox gözəl görür. Hətta onun fitinin səsindən bilir.

 

– Elə bir futbolçu olub ki, onun iştirak etdiyi oyunu idarə etmək istəməmisiniz?

– Zaur Ramazanov, Emin Quliyev kimi çılğın oyunçular var idi. Rəşad Sadıqov özü də çılğın idi, indi təcrübəlidi, sakitləşib. Hər dəfə matçdan əvvəl onları çağırıb deyirdim ki, oyununu oyna. Onsuz da, onlar baş hakimin kim olduğunu bilirdilər. Nüfuzun olmasa, futbolçular üstünə cumub səni psixoloji cəhətdən “sındıra” bilərlər. Hakim güclü psixoloq olmalıdı. Mən hakimliyə təzə başlamışdım, bir dəfə Mehman Yunusov üstümə gəldi, cavabını verdim, başa düşdü ki, mən o hakimlərdən deyiləm. Ona böyük hörmətim var. Təməli necə qoydunsa, o cür də davam edəcək.

 

– Oyununu idarə etdiyiniz futbolçular arasında hansına daha çox simpatiyanız olub?

– Rahid Əmirquliyevdən, Saşa Yunisoğludan, Elmar Baxşıyevdən xoşum gəlirdi. Emin Quliyev, Zaur Ramazanov və Rəşad Sadıqov çılğın olsalar da, güclü futbolçu olublar. Simpatiya hər bir hakimdə var. 50/50-yə sarı vərəqəlik epizod olur, verə də bilərsən, verməyə də.

 

“…Cüneyt Çakırdan da güclü hakim olardım”

 

– Vaxtilə türkiyəli Cüneyt Çakırla bir kateqoriyada olmusunuz. Onun da irəli getməyini tanışlıqla əlaqələndirirsiniz?

– UEFA-nın 1-ci vitse-prezidenti Şenez Erzik olmasaydı, Cüneyt Çakır bu səviyyədə hakim olmazdı. Təbii ki, Cüneyt Çakır özü də mənəviyyatlı, şəxsiyyətli insandı. Onunla çox yaxşı münasibətimiz var idi. Onu Əliyar Ağayevlə müqayisə edərdim. Amma ən böyük üstünlüyü dəstəyinin olması idi.

 

– Babək Quliyev həmin vaxt Azərbaycanı yox, başqa bir ölkəni təmsil etsəydi, Cüneyt Çakır səviyyəsində hakim olardımı?

– Mən ondan da güclü hakim olardım, Avropa çempionatının final mərhələsinə təyinat alardım. Amma onu da deyim ki, Azərbaycan hakimi olduğum üçün Çakıra çata bilməzdim. İnanırsınız, “elit-qrup”a düşmək çox asandı. UEFA-da hakimlər ofisinin sədri italyan, komitə sədri ispan, komitə üzvləri fransız, ingilis, almandı. Fransalı Klemen Turpinin nə boy-buxunu var? Amma “elit-qrup”dadı və Avropa çempionatında oyun idarə edəcək.

 

– Cüneyt Çakırın özü də boy-buxunlu deyil. Amma ən kritik epizodlarda düzgün qərarlar verməsi ilə seçilir…

– Bəli, Çakır da cılızdı. Əlbəttə, Ritsoli ilə Çakırın verdiyi qərara münasibət eyni olmayacaq. Çox vaxt olub ki, Çakır hansısa qərar verəndə, oyunçular onun üstünə şığıyır. Bu, onun yumşaq xarakterli olmasından irəli gəlir. Lazımi vaxtda futbolçunun üzərinə getsəydi, oyunçular da ondan çəkinərdilər. Təzyiqi üzərindən atmaq üçün sən də futbolçunun üstünə getməlisən. Çakırda bu çatışmazlıq var. Amma onun verdiyi düzgün qərarların sayı Ritsolidən də çoxdu. Çünki epizoda çox rahat baxa bilir və fiziki hazırlığı yerindədi. Amma Avropada elə hakimlər var ki, 2-3 metrliyində olan epizoda yanlış qərar verir. Deməli, o qərəzlidi.

 

“Ondan idmançı çıxmaz, qorxaqdı”

 

– Maraqlıdı, evdə hakim kimdi?

– Əlbəttə ki, mən. Başqa cür ola da bilməz.

 

– Övladlarınız sizə oxşayırlar?

– İki qızım var. Böyüyü mənə, kiçiyi anasına oxşayır.

 

– Onların idmana münasibətləri necədi?

– Böyük qızım Nərgiz 2 dəfə cüdo üzrə Azərbaycan çempionu, 3 dəfə Bakı çempionu olub. Ancaq sonra belində ciddi zədə oldu. Məcbur idmandan uzaqlaşdı. Artıq 20 yaşı var.

 

– Kiçik qızınız idmançı olmaq istəmir?

– Balacanın 6 yaşı var. Ondan idmançı çıxmaz, qorxaqdı.

 

– Oğlunuz olsaydı, istərdiniz futbolçu olsun?

– Yox, istəməzdim. Baxardım, bacarığı yoxdusa, qoymazdım. Bizim insanlarda bir problem var. Uşağı onun yox, özlərinin istədikləri sahəyə yönəldirlər. Bilir ki, oğlundan futbolçu çıxmaz, yenə də aparıb məcbur yazdırır. Mən bunun əleyhinəyəm.

 

“Ağsaqqallar qərara gəldilər ki, qəbiristanlıq müdiri məşədi Babək olsun”

 

– Futbolçu karyeranızı erkən bitirməyinizin səbəbi nə olub?

– 1983-cü ildə Marsel Baqdanoç adlı erməni məşqçinin rəhbərliyi altında “Erezdyuşor III” komandasında futbola başlamışam. 1986-cı ildə “Neftçi”yə gəldim. Əvəzedicilərin heyətində SSRİ çempionatında iştirak etmişəm. 1991-ci ildə Əhməd Ələsgərovun dövründə “Neftçi”nin əsas komandasına keçdim. Sonra dedilər ki, burda məşq edə bilərsiz, amma maaş olmayacaq. Ailəm də kasıb idi. Neftçalanın “Pambıqçı” komandası dəvət etdi, ora getdim. Ardından “Azəri”də 6 ay oynadım, yüksək liqada çıxış edirdik. 1994-cü ildə Anatoni Banişevskinin xatirəsinə həsr olunan turnirdə ciddi zədə aldım. Akrobatik tullanışla zərbə vurmaq istəyəndə yerə pis düşdüm, ürəyimin üstündəki əzələ partladı. İki il bundan əziyyət çəkdim. Sonra bir müddət futzalda oynadım.

 

– 1994-cü ildə futboldan getmisiniz və 2000-ci illərdə hakimliyə başlamısınız. Futboldan gedəndən sonra nə işlə məşğul olmusunuz?

– Qəbiristanlıq müdiri olmuşam. Bizim evimiz Keşlə qəsəbəsində məscidin yanında olub. Buna görə, dinə yaxın olmuşam. Məscidin tikilməsi üçün mən də köməklik etmişəm. 1996-cı ildə ağsaqqallar toplaşdı ki, Keşlə qəbiristanlığına bir rəhbər lazımdı. Onda 22 yaşım var idi. Qərara gəldilər ki, qəbiristanlıq müdiri məşədi Babək olsun. 29 yaşıma kimi bu işlə məşğul oldum. Buna görə də çox sevinirəm. Qəbiristanlıq başqa aləmdi, həftədə bir dəfə ora gedib rahatlıq tapıram. Orda yatan insanların qəbir daşlarına baxıb deyirəm ki, bir gün biz də burda olacağıq. İnsan orda bu dünyanın müvəqqəti olduğunu dərk edir. İnsan hər an buna hazır olmalıdı. Heç kim bir dəqiqə sonra başına nə gələcəyini bilmir. Buna görə də elə yaşamalısan ki, ora hazır gedəsən.

 

– Bəlkə məşqçiliyə başlayasınız?

– Məndən məşqçi çıxmaz. Bundan sonra heç hakimliyə də qayıtmaram. FİFA referisi olduqdan sonra milli dərəcəli hakim olmağı qəbul eləmərəm. Hakimliklə bağlı hansısa vəzifəyə qayıdaram. Məsələn, hakim-inspektor kimi.

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles