17:02 xeber – Bakının Masazır qəsəbəsində piyadanın ölümü nəticələnən ağır yol qəzası baş verib.
Azadlıq.az xəbər verir ki, anspress-in hadisə yerində yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə qəsəbənin Əliağa Vahid küçəsində qeydə alınıb. Qəsəbə ilə Bakı-Sumqayıt yoluna doğru hərəkət edən “VAZ 2107” markalı avtomobil hərəkətdə olan piyada 1978-ci il təvəllüdlü Mehti Nuriyevi vurub. Piyada aldığı xəsarətlərin ağırlığından hadisə yerində dünyasını dəyişib. Sürücü isə heçnə olmamış kimi ərazini tərk edib.
Ancaq hadisədən bir neçə dəqiqə keçəndən sonra qəzanı törədən sürücü 1989-cu il təvəllüdlü Şahin Şakir oğlu Ələkbərov polis idarəsinə gələrək könüllü təslim olub.
Qəzaya ilkin ehtimal kimi avtomobilin yüksək sürətlə idarə edilməsi göstərilir. Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Dünyasını dəyişən 38 yaşlı Mehti Nuriyev qəsəbədə makler fəaliyyəti ilə məşğul olurmuş.
Hadisə yerindən foto
Paytaxt ərazisində ölümlə nəticələnən sonuncu yol qəzası Suraxanı qəsəbəsində qeydə alınıb. Ötən gecə saat 23 radələrində Suraxanı qəsəbəsində Bakı şəhər sakini Namiq Tağıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Nuranə Mahmudovanı vurub. Dərhal xəstəxanaya çatdırılan piyada orada ölüb.
Faktı Suraxanı polisi araşdırır.
mənbə :
anspress
Şərh yaz.