17:17 xeber – Rusiya və Türkiyə arasında vəziyyətin gərginləşməsi fonunda 10 min türk Rusiyanı tərk edib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, iki ölkə arasında münasibətlərin kəskinləşməsi, Rusiyanın türklərə viza rejimi tətbiq etməyə başlaması, bu ölkədə yaşayan türk vətəndaşlarının sayının kəskin şəkildə azalması ilə nəticələnib.
Rusiya Federasiyasının Miqrasiya Komitəsindən verilən məlumata görə, Türkiyə vətəndaşlarının sayı noyabrın sonundan yanvarın 12-nə qədər 9 min 400 nəfər azalıb. Bu vaxta qədər Rusiyada 86 min 800 Türkiyə vətəndaşı yaşayırdı. Vətəndaşların Türkiyəyə axın etməsindən sonra bu say 11% azalaraq, 77 min təşkil edir. Federal Miqrasiya Komitəsindən onu da bildiriblər ki, hal-hazırda Rusiyada 69 min 309 kişi və 8 min 66 qadın türkiyəli yaşayır.
Rusiya Federasiyası
Ötən ilin 24 noyabrında Türkiyə sərhədlərini pozduğu üçün Türkiyə-Suriya sərhəddində Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulmasından sonra iki ölkə arasında vəziyyət kəskin korlanıb. Rusiya Türkiyə qarşı çoxsaylı sanksiyalar tətbiq edib. 1 yanvar 2016-cı ildə sanksiyalar haqqında qanun qüvvəyə minib.
Rusiyanın paytaxtı Moskvada türk məhsullarına qarşı qaynar xətt yaradıldığı barədə xəbərlər də yayılıb. Beləki mağazalarda türk məhsullarına rast gələn istənilən müştəri xüsusi yaradılan əlaqə telefonuna zəng vurub şikayət edə bilər.
mənbə :
anspress
Şərh yaz.