Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Azerbaycanlı rus esgerini şam kimi yandırdı

Azərbaycanlı rus əsgərini şam kimi yandırdı

21/01/2016

01:25

01:23 xeber – ANS Şirkətlər Qrupunun prezidenti, kinorejissor Vahid Mustafayev Azadlıq.az xəbər verir ki, ans tv-nin efirində yayımlanan “Nəzər Nöqtəsi” verilişinin qonağı olub.

ANS PRESS sizə Vahid Mustafayevin müsahibəsini təqdim edir.

– Siz “Qanlı Yanvar” filminin həm ssenari müəllifi, həm də rejissorusunuz. Hadisələrin şahidi olmağınız ssenari müəllifi kimi nə dərəcədə kömək oldu. Yəni siz gördüklərinizi, müşahidə etdiklərinizi ssenaridə əks etdirə bildinizmi?

– Öncə bütün Azərbaycan şəhidlərinin ruhu şad olsun demək istiyirəm. Biz bu gün, əsasən Azərbaycanın müasir tarixinin şanlı səhfəsini qeyd edirik. Azərbaycanın müstəqilliyi, eləcə də bizim bügünkü günümüz uğrunda öz şirin həyatlarını bizə və vətənə bağışladıqlarına görə onların hamısına rəhmət diləmək istəyirəm. Onların valdeyinlərinə mən təşəkkürümü bildirmək istəyirəm ki, belə oğullar, qızlar böyüdüblər. “Qanlı Yanvar” filminin ərsəyə gəlməsində mənim gördüklərimin hansısa bir faydasının olub-olmamasına gəlincə, sözsüz ki, olub. Ümumiyyətlə, bu film demək olar ki, 90 faiz mənim gördüklərimin əsasında çəkilib. Filmin əvvəlində də qeyd edilib ki, film baş verən real hadisələrin əsasında çəkilib. Bu hadisənin üzərindən uzun bir müddət – 26 il keçib. Bu isə böyük bir rəqəmdir. Düşünürdüm ki, bu hadisə haqqında film çəkiləcək. Buna görə də biz özümüzü çox irəli çəkmirdik ki, bu işdə hansısa bir töhvə verək. Lakin dostlarımın, silahdaşlarımın rəhmətə gedən şəhidlərin ruhu, sözün düzü məni sakit oturmağa imkan vermirdi.

Bu istər “Xoca”, istər “Yaddaş”, istər “Bulağıstan” və digər filmlərimdə olduğu kimi. Hər dəfə yuxudamı, xəyallarımdamı uşaqlarla görüşürdüm. Onlar tərəfindən bir növ təpki görürdüm. Nə təpkisiydi bu? İnsanlar özlərinin həyatlarında ən şirin olan canlarını, həyatlarını, gələcəklərini nəyəsə görə bir anda verməyə hazır olmaları, şücaəti, qəhramanlığı məni həmişə heyrətləndirirdi. Biz bir yerdəydik. Amma hansısa bir müddətdən sonra biz aramızdan bir neçə adamı tapa bilirdik. Onlar şəhid olmuşdular, yox idilər. Bu da sözsüz ki, pula və yaxud hansısa bir orden və medala görə edilən hərəkətlər deyil. Bu həyatını verən gənc oğlana sadəcə olaraq gələcək nəsillərdə cavan, gözəl bir xanımın onlar haqqında şeir, mahnı oxuması, yaxud film şəklində onların qəhramanlığını göstərməsinə görə bunları edirdilər? Məhz vətən yanğısı o deməkdir ki, mən vətənə görə belə yana bilirəm, sən də onu edə bilərsənmi? Sözün düzü hər dəfə bir filmləri ərsəyə gətirəndə bir az sakitləşirəm. O uşaqların da təpkisindən azad oluram.

– Müsahibələrinizdə belə demisiniz ki, içimdə bir qorxu vardı bu filmi çəkməmişdən öncə. Zənnimcə məhz siz o barədə danışırsız.

– Hadisələrlə bağlı hərbçilər məni daha yaxşı baş düşərlər. Hadisələrdə iştirak edən və hadislər zamanı dost itirənin depresiyon vəziyyəti daim onun üzərində olur. İnandırım ki, depresiyadan çıxış yollarından biri də belə filmlərin ərsəyə gətirilməsidir.

– Biz bu hadisələrin şahidi olmuşuq. Fikirimcə, bu o hadisələr idi ki, həmin dövrdə şəxsiyyətlər yetişirdi. Bu gün Azərbaycan gündəmində nəzərə çarpan şəxsiyyətlər, maraqlı insanlar, istər yaradıcılıq, istərsə də siyasi sahədə olsun məhz həmin dövrün yetişdirdiyi insanlardır. Necə bilirsiz bu dövr bir şəxsiyyət yetişdirmək baxımından da qiymətli bir dövr idi.

– Sizinlə tamamilə razıyam. Sosialogiyanın bir elm olaraq qanunları var. Hər bir cəmiyyətin aparıcı qüvvəsi sosialogiya elminə əsasən iki faiz olur. Pozitiv və neqativ qüvvələrin toqquşması nəticəsində cəmiyyətdə bir inkişaf olur, cəmiyyət irəliləyir. Əhalimizin iki faizini götürsək – 8 milyonun iki faizi hardasa 16 min adam edir. Ümumiyyətlə 1980-ci illin axırları və 1990-cı illin əvvələrindən atəşkəs elan olunan dövrə qədər hardasa 20 minə yaxın gəncimizi itirmişik. Sosialogiya elminin qanunlarına əsasən yəqin ki, demokratiya, müstəqillik və torpaq uğrunda müharibələrdə bizim itirdiklərimiz ən qeyrətli uşaqlar və ən pozitiv qüvvə idi. Bu nə deməkdir? Bu isə o deməkdir ki, o zaman biz bütün bir təbəqəni, yəni qabaqdan gedən pozitiv hissəni itirdik. Qaldı ancaq neqativ.

– Amma mən deməzdim ki, ancaq neqativlər qalıb. Çünki neqativ qalsaydı bu cür bədii əsərlər yaranmazdı.

– Mən ümumiyyətlə öz həyatım boyu Azərbaycan xalqını müxtəlif vəziyyətlərdə müşahidə etmişəm. Azərbaycan xalqı mobilizə etməyi bacaran xalqdır. Bir anda daxili potensialını, yəni tarixən bizim qanımızda olan qəhrəmanlıq, şücaət hislərini bir anda göstərə biləcək bir millətdir. Fikir verdinzisə filmdə əsasən 6-7 gənc tamamilə fərqli insanlardır. Onlar arasında namaz qılan Əli də var. Onların hamısı romantikdilər. Biri qəhraman, digəri isə cənnətə düşmək istəyir. Fikir verin ki, onların hamısının ideyaları təmiz və safdır. Bunların heç biri ölmək haqqında fikrləşmirdilər. Amma hamısı istəyirdilər ki, vətənləri müstəqil olsun. Bunların arasında xuliqanı da, söyüş söyəni də var. Biz eyni zamanda filmdə bir növ işğalçıların qarşısını almağa hazırlaşan gənclərin sərbəst bir şəkildə rəqs etdiyini görürük. Digər bir tərəfdən isə iki inqilabçı bir-birilə öpüşürlər. Mən uşaq olanda yadımdadır ki, hər zaman valdeyimlərim deyirdi ki, özünü yaxşı aparmalısan, məktəbdə qiymətlərin yaxşı olmalıdr, yoxsa sən heç vaxt qəhrəman olmayacaqsan. Biz doğrudan Sovet filmlərinə baxanda görürdük ki, qəhrəman adamlar həmişə məktəbdə əlaçı və hamıdan qabaqcıl olmalı idilər. Lakin bu həyatda belə deyil. Həyatda isə məktəbdə ən pis oxuyan oğlan belə qəhrəman ola bilər. Ona görə ki, qəhrəmanlıqla, şücaətlə, vətənpərvərliklə digər sahələrin heç bir əlaqəsi yoxdur. Bu tamamailə fərqli bir notdur, tamamilə fərqli bir yerdə yerləşir.

– Razılaşın ki, bunu yetişdirmək lazımdır. Amma bunu yetişdirmək, istiqamətləndirmək lazımdır. İnanıram ki, bu filmə baxandan sonra auditoriyanın böyük bir qismində ya vətənpərvərlik hissi onlarda artacaq, ya da onlarda yaranacaq. Burada gəncləri nəzərdə tuturam.

– Düşünürəm ki, vətənpərvərlik hissi ananın südü ilə insana keçir. Mənim sadəcə olaraq filmdə vətənpərvərliyi aşılamaq fikirlərim yox idi.

– Elə bir niyyətiniz olmayıb?

– Xeyir. Elə bir niyyətim yox idi. Ona görə ki, vətənpərvərlik hisləri dediyiniz kimi ya var, ya da yoxdur. Düşünürəm ki, Azərbaycan xalqının əksəriyyətində vətənpərvərlik hissi çox yüksəkdir. Sadəcə olaraq o vətənpərvərlik hissi istifadə etmək imkanları bizim beynimizdə yeni ideyalar, yeni hərəkətlər mövcud informasiyanın sintezi nəticəsində yaranır. O informasiyanın mövcudluğu çox lazımdır. Əsas məqsəd o idi ki, bugünkü gənclərə göstərək ki. baxın belə bir vəziyyətə düşəndə işğalçı sizin ölkənizə girəndə siz nə etməlisiniz.

– Eyni zamanda bu film bir dərslikdir. Yeni baxışdır. Orada tankların altında əzilmiş məzlum Azərbaycan xalqı yoxdur.

– Ümumiyyətlə mən məzlum Azərbaycan xalqı görməmişəm.

– İllərlə bu bizə aşılanıb?

– Bilirsiniz bunu aşılayan adamlar nakam və tamamilə reallıqdan uzaq olan adamlardırlar. Hansısa siyasi xülyalarını reallıqla çaşdırıb Azərbaycan xalqına kiminsə bir nov yazıqlığını çatdırmaq istəyirdilər ki, baxın bizə yazığınız gəlsin. Amma mən istəmirəm ki, kiminsə bizə yazığı gəlsin. Mənə niyə yazığı gəlməlidir ki.

– Filimdə çox maraqlı bir məqam var. Filmdə qəhrəman olmaq istəyən qız Zita bir anlıq dayanır və deyir ki, həmişə söylədiyim himnin sözlərini indi anlayıram. Sizin orda mesajınız nə idi.

– Tamamilə doğrudur. Bizim himnimizin çox vacib hissəsi var. Orada deyilir ki, biz vətənimiz uğrunda ölməyə cümlə hazırız və vətənimiz uğrunda qan tökməyə cümlə hazırız. Bu günə qədər bu da bizim yazıq xalq olduğumuz kimi gənclərə elə aşılanırdı ki, canımızı verməyə də, qanımızı tökməyə də vətən uğrunda biz hazırıq. Bu elə deyil. Canımızı verməyə biz hazırıq. Amma qan tökməyə cümlə hazırıq isə o deməkdir ki, biz kiminsə qanını tökməyə cümlə hazırıq. Və bu qanı biz mütləq tökməliyik.

– Bu qurbanlar bahasına əldə olunur?

– Düşmənin qurbanları. Biz gərək düşmənin qanını tökək. Kim ki, Azərbaycana qılıncla gələcək, qılıncla da ölməlidir. Bunu hər bir azərbaycanlı bilməlidir. Bu gün Azərbaycanın 40 faizdən çox torpaqları – İrəvan, Zəngəzur daxil olmaqla işğal atındadır. Bu torpaqları gərək biz qaytaraq. Burada mənim də çox böyük səhvim var, mənim də günahım var. Qarabağ müharibəsini biz uduzmuşuq. Mənim üçün, yəni bir fərd olaraq. Biz onu uduzmuşuq. Amma şükür Allaha ki, bu müharibə hələ qurtarmayıb. Bizm hələ onu udmağa və geri götürməyə şansımız var. Bu şansları əldə etmək üçün insanlar başa düşməlidirlər ki, bizim bu gün kimdənsə qorxmağımız, kiminsə yanında özümüzü məzlum göstərməyimiz lazım deyil. Bu gün Amerika ordusunda hamının çəkinməsinə səbəb odur ki, Hollivud Rembo, Rokki və digər qəhrəmanlar yaradıb. Amerika ordusu İraqa daxil olanda bir dəfə də olsun döyüşə atılmadı.

– 2015-ci ildə bu filmi bitirdiniz. Artıq bu film böyük ekranlarda nümayiş olunur. Bildiyimə görə, bir çox kinoteatrlarda bu filmin pulsuz olaraq nümyiş etdirilir.

– Bəli kinoteatrlardan bizə müraciət etdilər ki, bu filmi göstərmək istəyirik. Onlardan rica etdim ki, bunu pulsuz etsinlər. Buna bütün xalqımız gəlib vəsait ödəmədən baxa bilsin. Bu filmi ərsəyə gətirməkdə bizim heç bir kommersiya maraqlarımız yox idi. Sözsüz ki, biz çox böyük pullar xərcləmişik. Bu məqamda mən çəkiliş qruppasına və orada iştirak edən bütün aktyorlara, gözəl insanlara təşəkkürümü bildirmək istəyirəm. Onlar da böyük bir qəhrəmanlıq və şücaət göstəriblər. Eyni zamanda cənab prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O, tanklarla və digər hərb texnika ilə kömək etməsə idi, biz bu filmi çəkə bilməyəcəydik. Lakin maliyyə nöqteyi-nəzərindən filmi öz vəsaitimizlə çəkmişik.

– Film çəkildi, bütün proses bitdi. Bir tamaşaçı kimi artıq bu filmə baxa bilirsinizmi? Baxanda düşünə bilirsinizmi burada nələrsə səhv olub. Nələrisə daha yaxşı çəkmək olardı. Hansı istiqaməti dəyişmək olardı. Baxanda belə bir fikirlər olurmu?

– Napoleondan bir dəfə soruşublar ki, sizin kimi sərkərdə olmaq üçün nə etmək lazımdır. Napoleon cavab vermişdi ki, sadəcə olaraq istəmək lazımdır. Mən istədim və bu film ərsəyə gəldi. Bir daha Napoleondan soruşublar ki, hansısa bir döyüşü udmaq, müvəffəqiyyət qazanmaq üçün nə lazımdır.O, demişdi ki, üç şey lazımdır – pul, pul və yenə də pul. Sözsüz ki, bu filmi çəkəndə mənim kasıb büdcəm olmasydı və mənim pulum daha da çox olsaydı mən bu filmi daha da gözəl çəkərdim.

– Bir tamaşaçı kimi bu filmi seyr edəndə az bir büdcə ilə çəkildiyi ilə bağlı bir təəssürrat yaranmadı.

– Əlimdən gələni etmişəm ki, xarici ölkələrdə təəssürrat görünməsin. Pulla əlaqəli çox vacib bir məsələni də qeyd edim. Deyildiyi kimi, bu hadisələrdə özüm iştirak etmişəm. Bu döyüşlərdə yaxın dostlarımı itirmişəm. Lakin pula görə filmdə göstərə bilmədiyim məqamlardan biri də ondan ibarət idi ki, Ceyhun adlı bir oğlan vardı. Molotov-kokteyli ataraq bir əsgəri tamamilə şam kimi yandırmışdı. Bu hadisələrdə 32 sovet əsgəri öldürülüb. Və onlardan biri də bu idi. Mən çox istəyirdim ki, bu səhnəni göstərim. Sonradan o oğlanı güllə ilə vurdular.

Müsahibənin davamına videomaterialda baxa bilərsiniz…

mənbə :
anspress




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website