Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Meyitlerin tanınması başlamışdı, ağlagelmez dehşetler yaşanırdı…” – “Bir şeklin tarixçesi”

“Meyitlərin tanınması başlamışdı, ağlagəlməz dəhşətlər yaşanırdı...” - “Bir şəklin tarixçəsi”

21/01/2016

14:14


21.01.2016 / 14:13 xeber –

“Dünyanın hansı kanalında görmüsünüz ki, döyüş meydanında saz çalsınlar?”

 

İkinci görüş, üçüncü yazı

 

Əvvəli: I yazı, II yazı

 

Əlimdəki şəklin tarixçəsini axtara-axtara, “Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya dövlət teleyayım şirkətinin Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli ilə görüşürəm. Bilirəm ki, hadisələr vaxtı 22 yaşlı operator ANS televiziyasında çalışıb. Tez-tez cəbhə bölgəsinə çəkilişə yollanıb.

 

Telefonda “O günlərlə bağlı danışmağa heç nə yoxdur, gedib çəkib gəlirdik” deyib, söhbətdən qaçdı. Sonra sadəcə mənə istiqamət vermək üçün görüşməyə razılaşdıq, müsahibə olmayacaqdı. Amma söhbətdən sonra hesab etdim ki, ondan öyrəndiklərimi həmkarlarım da bilmək istəyəcək. Buna görə də söhbətimizin bir hissəsini təqdim edirəm:

 

– Bayaq yoldaşıma deyirəm ki, nahaq söz verdim. Mən nə danışacağam?

 

– Sadəcə bilmək istəyirəm, o vaxt cəbhə bölgəsinə getmək asan idi? Hər hansı maneə ilə qarşılaşırdınız?

 

– Müdafiə Nazirliyindən icazə alırdıq.

 

– Siz göndərirdilər, yoxsa özünüz gedirdiniz?

 

– ANS yeni yaranırdı, cəmi dörd nəfər idik, özümüz gedirdik. Açığı, Bakıda görüləsi bir iş yox idi, daha doğrusu var idi – mitinqlər, müxalifət-hökumət qarşıdurması və s. Amma hadisə əsasən Qarabağda cərəyan edirdi, reportyor üçün ora daha maraqlı idi.

 

– Mənə müharibədən reportaj hazırlamağa getmək duyğusu maraqlıdır… Evdə sağollaşırdınız, yoxsa adi çəkilişə gedən kimi?

 

– Evdə kim var idi ki, sağollaşmağa? Subay uşaq idim. Ata-anam da yaşlı adamlar idi, heç xəbərləri də olmurdu. Gedənlərin heç biri elə dilemma qarşısında qalmamışdı ki, gedim, ya getməyim. Birdən mənə güllə dəyər deyə düşünən yox idi, yəni risk dərəcələrini heç kim hesablamırdı. İnsafən, getmək istəyən də elə çox deyildi. Bunun da səbəbləri var idi.

 

– Nə kimi səbəblər?

 

– Əsas səbəb o idi ki, heç də hamıda kamera yox idi. Televiziya kameraları var idi, ağır, böyük, daşınması çətin olanlar. Onlar da televiziyanın balansında idi. Televiziya da təkcə AZTV idi. AZTV-nin xətti ilə “Hərbi vətənpərvərlik” redaksiyası gedirdi.

 

– Kimlər idi onlar?

 

– Seyidağa Mövsümlü “Hərbi vətənpərvərlik” redaksiyasında operator işləyirdi, sonra da gedib könüllülər batalyonuna yazıldı. Silahı da var idi. Amma o əsasən çəkirdi, döyüşmürdü. Sonra… Nizami Abbas var idi, indi kinostudiyada işləyir… Sonra… bizim Rahib… İndi ANS-də hərbi vətənpərvərlik verilişi hazırlayır. Sonradan onlar Müdafiə Nazirliyinin studiyasında çalışıblar. Sonra… AZTV-nin bir neçə operatoru var idi… Müxbirlər də var idi… Bir də Şuşa televiziyasının əməkdaşları çəkirdilər. Onlar əsasən Şuşada çəkiliş aparıblar, orada yaşayırdılar axı…

 

– Məsələn, Xocalı hadisələri vaxtı Ağdama gedən jurnalistlərin arasında “Azərtac”ın o vaxtkı müxbiri Elxan Rüstəmov olub, indi onu tapa bilmirəm… Bir də Rəhbər Bəşiroğlu. Onu hər yerdə axtarıram. Tanıyanlar sonuncu dəfə ürək əməliyyatına getməzdən əvvəl ondan xəbər tutublar… İndi telefonu cavab vermir.

 

– Hə, düzdür, Rəhbər Bəşiroğlu var idi. Rəhbəri indi taparam, oğlu Qəlbinur bizim operator olub. Zəng eləyim…

 

Oğlu ilə danışandan sonra məlum olur ki, ürək əməliyyatından sonra Rəhbər Bəşiroğluna bu mövzuları xatırlamaq, danışmaq yasaqlanıb… Telefonunu da bu səbəbdən açmır…

 

Oxucumuzun onu daha yaxından tanımasını arzulayırdım. Ən azından bunu bilməniz lazımdır ki, xəbər Azərbaycana “Xocalı işğal olunub və cəmi iki nəfər həlak olub” kimi çatdırılanda, Türkiyənin 1 milyon 300 min tirajla çıxan gündəlik “Milliyyət” qəzetinin Azərbaycan üzrə müxbiri Rəhbər Bəşiroğlu şəxsi əlaqələri hesabına Süleyman Dəmirəllə əlaqəyə çıxa bilib. Hadisədən bir neçə gün sonra, martın 4-də Türkiyənin “Milliyyət” qəzetinin üz qabığında Xocalı qurbanlarının tükürpədici görüntüləri əks olunan şəkillər yayımlanıb, müəllifin “Qətliamı gördüm” başlıqlı reportajı dərc edilib. Beləcə, Rəhbər Bəşiroğlu dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında məlumat verən ilk jurnalist kimi tarixə düşüb.

 

– Siz Ağdama Xocalı hadisəsi haqda eşidib getdiniz?

 

– Xəbər gəldi ki, Xocalı işğal edilib, ölən, yaralanan və əsir düşənlər var. Ağdama dəstə – dəstə meyitlər gətirilir. Dərhal yola çıxdıq.

 

– Xəbər haradan eşitdiniz? Axı cəmi iki nəfərin öldüyü deyilmişdi…

 

– Rəhmətlik Çingiz Mustafayevdən. Çingizin bir üstünlüyü var idi ki, hamımızdan böyük idi, yaxşı da əlaqələr qurmuşdu. Məsələn, gedib əsgərlərə deyirdi “Salam, uşaqlar! Necəsiniz!?” Uşaqlar da onu çox istəyirdilər, başlayırdı çəkiliş, hamı anasına salam göndərirdi. Biz isə deyirdik döyüşü çəkək, ona görə də bizi rəsmən qovurdular. Məsələn, Qazax tərəfdə uşaqlar saz çalır, oynayırdılar. Biz onu çəkmirdik, axı xarici telekanallarla işləyirdik, onlar elə şeyi anlamırdılar. Deyirdilər bizə döyüş lazımdır. Dünyanın hansı kanalında görmüsünüz ki, döyüş meydanında saz çalsınlar? Buna görə də bizi çox yaxına buraxmırdılar. Çingiz isə münasibət qurmuşdu deyə, cəbhə xəttində nə baş verirdi, ona xəbər verirdilər. Xocalı hadisəsi ilə bağlı da öz kanalları ilə xəbər tutdu. Helikopterlə Ağdama uçduq…

 

– Siz Ağdama çatanda hansı mərhələ idi?

 

– Artıq meyitləri gətirirdilər. Dəhşətli idi… Yaralıları seçib hospitala göndərir, ağır yaralıları dərhal helikopterlə Bakıya yollayır, meyitləri isə Ağdam məscidinə aparırdılar… Meyitlərin tanınması prosesi gedirdi, tükürpədici mənzərə vardı, ağlagəlməz dəhşətlər yaşanırdı…

 

– Silahınız var idi?

 

– Yox.

 

– Qaydalar necədir, normada olmalıdır?

 

– Əslində olmamalıdır. Normalara qalarsa, heç müharibədə jurnalistə güllə atmaq olmaz! Amma müharibənin də yazılmayan qanunları var. Olmasın erməni, olsun bizimkilər, kim əmin ola bilər ki, qarşında üstünə “Press” yazılan jilet geymiş adam döyüşçü, kəşfiyyatçı yox, jurnalistdir?

 

– Və insanlar heç də həmişə birbaşa açılan atəşdən həlak olmurdular…

 

– Bəli! Minaya düşənlər olurdu, qəlpədən ölənlər… Çingiz elə qəlpənin qurbanı oldu… Qəlpə yarasından öldü. Özü də hələ “bronejilet”i var idi…

 

– Sizin çəkdiyiniz kadrlarda onun “bronejilet”də olduğunu görmüşəm. “Bronejilet” bütün jurnalistlərdə olurdu? Bunu hardan, necə əldə edirdiniz?

 

– Hə, Laçında çəkilən kadrlarda “bronejilet”i üstündə görünürdü… O kadrları mən çəkmişəm. Bizim iki “bronejilet”imiz var idi, növbə ilə geyinirdik. Dəqiq yadımda qalmayıb, onları ya Vahid Naxış pulla almışdı, ya da bizim xarici tərəfdaşlardan kimsə vermişdi… O da zəif idi, yəni döyüşçü üçün deyildi, jurnalist “bronejilet”i idi. Yəni ki, jurnalist cəbhə bölgəsinə gedəndə ona xüsusi “bronejilet” verilirdimi, onu bilmək istəyirsinizsə, yox, verilmirdi.

 

– Sizin çəkdiyiniz, Çingiz Mustafayevin də olduğu kadrlardan danışmaq istəyirəm. Döyüş meydançasında həmkarların kadrlarına düşmək tez-tezmi olurdu? Buna xüsusi önəm verilirdimi? Çox gənc idiniz, indi sizin yaşıdlarınız məsələn, hadisə yerinə gedir, çəkilişə başlamazdan öncə özünün orada bir neçə şəklini çəkdirib, sonra işə başlayır. Sizdə necə idi bu məsələ?

 

– (Gülür) Hə, indiki gənclik bir az fərqlidir. İndi siz istəyirsiniz, baxıb görürəm heç o günlərlə bağlı arxivimdə düz-əməlli bir şəkil yoxdur. Biz belə şeylərin hayında deyildik. Heç kim bir-birinə “məni çək” sözünü işlətməzdi. Bunu ağlına da gətirməzdi. Əsas hadisəni çəkməyə köklənirdik. Daha orası operatordan asılı idi ki, kimsə istəyirdi kameranı çevirib həmkarını çəkirdi. Məsələn, mən çəkirdim! Özüm isə tam təsadüfən Çingizin bir-iki kadrında varam. Bu həm də bir inanc məsələsi idi, sonra bir şey olarsa, “sən qabaqcadan bilirdin ki, çəkmisən” deyəcəkdilər…

 

– Amma çəkmək lazımdır. Hər halda müharibəyə yollanırsınız, bu yolda adamın yol yoldaşı ölümdürsə, çəkilməsi daha yaxşı deyilmi?

 

– Biz o vaxt bütün bunları dərk edəcək qədər böyüməmişdik. Hamımız uşaq idik, mənim 22 yaşım var idi. Gedirdik cəbhə bölgəsinə ki, bizi irəli buraxın, döyüşü çəkək, mövqelərə enək, qoymurdular! Olmaz, burada çək deyirdilər! Sonra isə özləri peşman olurdular. Döyüş başlayırdı, gedirdilər. Qayıdanda olurdu ki, bir neçəsi şəhid olurdu… Bir həftə keçmirdi, yalvarırdılar ki, qardaş o görüntülər çəkmişdin e, durur? Deyirdin axı yoxdur, imkan vermədin çəkməyə… Mövqedən qovdun, aşağı göndərdin və s. Yəni bu bütün reportyorların başına gələn hadisə idi…

 

– Yəni heç cür dil tapmaq mümkün deyildi?

 

– Əlbəttə, mümkün idi! Baxın, Çingiz! Artıq uşaq deyildi, rahat dil tapa bilirdi. Hərbçilər arasında sanki avtoritet idi, sözünə inanır, onu yaxınlarına buraxırdılar. Bizə isə şəhərdən gələn uşaqlar kimi baxırdılar. Onlar da elə bizimlə yaşıd idilər, amma əllərindəki silah onları söz sahibi edirdi. Çingizin Xocalı ilə bağlı məşhur kadrlarının necə çəkildiyinə baxaq. Meyitləri gətirməyə gedən helikopterin bortunda yer ala bilmək üçün bu yaşımda hərbçiyə yaxınlaşsam, təbii ki, mənə yox deyə bilməyəcəklər, amma kim idi 22 yaşlı uşağı ciddiyə alan? Hərbçilər onu tanıyırdı, buna görə də Çingiz həmin helikopterdə uça bilmişdi.

 

– Xocalı hadisəsindən sonra Ağdama xeyli xarici jurnalist gəldi. Bu gün də əsasən onların çəkdiyi kadrlar istifadə olunur. İndi qəhrəmanlarını axtardığım şəklin müəllifi də xarici jurnalistdir. İllər sonra daha çox onların kadrlarının ortaya çıxmasının səbəbi nədir?

 

– Yenə rəhmətlik Çingizlə müqayisə edəcəyəm. Bilirik ki, reportyor kadr arxasında ağlamamalı, hıçqırmamalı, münasibət bildirməməlidir. Bu, qaydadır! Amma bütün qaydaları darmadağın dağıdan da bir məqam var – kimlik! Sən nə çəkirsən! Nə qədər peşəkar olursan ol, özününkünü çəkəndə bu qaydalara əməl etmək mümkün deyil. Axı bu azərbaycanlıdır, özününküdür. Necə soyuqqanlı davranacaqsan?! Abxaziyada, Çeçenistanda mən də elə kadrlar çəkmişəm. Bu anda mənim üçün birinci yerdə peşəkarlıq dayanıb. Rus ölüb, çeçen ölüb… Nə var bunu çəkməyə? Oğulsan, gəl o biganəliklə Xocalıda baş verənləri çək! Xaricilərin isə bu o qədər də veclərinə deyildi. Arxayın ştativlərini açır, kadrı qurur, çəkilişə başlayırdılar. Biz isə gördüklərimizdən şoka düşürdük, hamı sanki havalanmışdı, ümumi bir xaos hökm sürürdü. Bu, bir səbəbidir.

 

– Başqa səbəbi də var?

 

– Səni tanıyır, dilini bilir, ərk edirlər. Burada birini çəkdiyin yerdə çiynindən dartıb deyir bunu da çək və s. Müdaxilələr çox olurdu, hərə bir tərəfindən dartır, işləməyə imkan vermirdilər. Amma xaricinin dilini bilmirdilər, münasibətləri yox idi, ərkləri də çatmırdı. Xarici jurnalist süjet qurur, geniş reportaj hazırlayır, biz isə sadəcə hadisəni çəkirdik. Fərqlərimiz bu idi.

 

– Bir nəfəri də soruşmaq istəyirəm. Elxan Sadıqovu xatırlamırsınız? O vaxt Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı olub…

 

– Ucaboy oğlan? Lap yaxşı xatırlayıram… Biz adına “senzor” deyirdik.

 

– “Senzor” olduğunu bilmirəm. Bu adam, bu şəkildəki, qadını qucağında aparan…

 

– (Diqqətlə baxır) Yox, bu o deyil, qarışdırıram. Mən deyən bizdə senzor idi. Montaj vaxtı gəlib “olar, olmaz” deyirdi.

 

– Çəkiliş vaxtı mane olmurdular, amma montajda müdaxilə var idi?

 

– Çəkiliş meydançasında sərbəst idin, amma montaj vaxtı nəzarət edirdilər.

 

– Efirə nələri vermək olmazdı?

 

– Məsələn, yaxşı yadımdadır, Şuşanın işğalı vaxtı materialı efirə hazırlayırdıq, gəlib qoymadılar ki, “Şuşa bizdədir”. Mübahisəmiz düşdü. Dedim “axı oradan gəlirəm, Şuşa gedib”…

 

“Yeni nəsil üçün Şuşanın işğalı, itirilməsi və ya satılması haqqında da mütləq yazmaq lazımdır. Nə qədər ki, hadisələri yaxından izləmək şansı olan insanlar həyatdadır, onların “yaddaşının stenoqramını” mütləq çıxartmaq lazımdır” düşünürəm.

 

Həmən də qərar verirəm: Bu, o qədər də asan olmayacaq! Günlərdir əlimdəki şəklin qəhrəmanlarını tapmaq üçün on beşdən çox adamla görüşmüşəm. Hələ də heç kim şəkildəki adamları xatırlaya bilməyib… Amma o adamı tapmalıyam… Onu tapana qədər görüşlər davam edəcək… Şakir Eminbəyli ilə sağollaşıb, növbəti görüşə yollanıram…

 

 

Vüsalə Məmmədova

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles