21.01.2016 / 15:14 xeber –
Prezident İlham Əliyev Davosda “Microsoft Corporation” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser ilə görüşüb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olunub.
“Microsoft Corporation” şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulanan görüşdə Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin mühüm rol oynadığı, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirilib.
Həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi də qeyd edilib.
Sonda söhbət zamanı Azərbaycan ilə “Microsoft Corporation” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
mənbə :
lent.az
Şərh yaz.