Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Rasim Əliyevin qetlinde teqsirlendirilen şexs Cavid Hüseynovu tanımadığını deyib – YENİLƏNİB

Rasim Əliyevin qətlində təqsirləndirilən şəxs Cavid Hüseynovu tanımadığını deyib - YENİLƏNİB

21/01/2016

16:16


21.01.2016 / 16:11 xeber –

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ann.Tv-nin əməkdaşı jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilən Cəbrayıl rayon sakini, 1994-cü il təvəllüdlü Elşən İsmayılov,  Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov,  Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəllüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilənlərdən  Samir Mustafayev ifadə verib. O, özünü tam təqsirsiz bilib. S. Mustafayev ifadəsində digər təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib:

 

“Evdə oturmuşduq. Elşənin qohumu Pərvizlə münasibətimiz vardı. Pərviz zəng elədi ki, qohumum Bayıla gəlir, oraları tanımır, bir yer var, oranı göstərərsən. Mən söhbətin nə olduğunu öyrənmək istədim. Dedilər ki, anlaşılmazlıq var, gedib çay içib söhbəti yoluna qoyarsız. Bayılda Elşənlə görüşdük. Marketin qabağına gəldik. Üstündən bir neçə dəqiqə keçməmiş Rasim gəldi. Qırağa çəkildim. Bu arada gördüm ki, Rasim yerdədir. İnsanlıq edib, getdim əlimi Rasimə uzatdım. Onu yerdən qaldırırdım. Rasim qaçdı. Səs-küy düşmüşdü. Elşəngil qaçdı. Qaçan zaman yerdə Rasimin nə telefonunu, nə də pulqabısını görmədim. Oradan namaz qılmağa Bibiheybətə getdik. Ziyarət namazım vardı. Birlikdə qıldıq. Mən söhbətin bu cür olduğunu bilmirdim. Yolda da onlardan heç nə soruşmadım. Videoda görünür ki, mən bircə Rasimə kömək eləmişəm.  Avtomobilə minəndə hamıda peşmanlıq hissi vardı. Bu söhbəti danışmaqla yola vermək olardı. Yenə deyirəm, Allah Rasimə rəhmət eləsin. Bilmirdim belə olacağını. Bu uşaqların heç birini bir dəfə də olsun görməmişdim. Sabahı gün saytlarda oxudum ki, söhbət Cavid Hüseynovun üstündə baş verib”.

 

 

Hakimlər kollegiyası Samir Mustafayevin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlərin olduğunu bildirib. Onun ifadəsi elan olunub.

 

S. Mustafayev istintaqa verdiyi ifadələrin doğru olmadığını, müstəntiqin onun dediyi şeyləri yox, öz bildiklərini yazdığını deyib və məhkəmədə verdiyi ifadənin doğru olduğunu qeyd edib.

 

Təqsirləndirilən şəxs dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.

 

 

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, ölən jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxslərlə yanaşı, oğlunun həkimlərinin də məsuliyyətə cəlb edilməsini tələb edib: “Evdə oturmuşduq. Şənbə günü idi. Rasim evdəydi. Rasimə zəng gəlməyə başladı. Çölə çıxdı. Səsinin tonu yüksəkdən gəlirdi. Bilirdim ki, kiminləsə mübahisə edirdi.  Evə girdi, soruşdum nə məsələdir, demədi. Yemək çəkdim. Təzə yeməyə başlayırdı ki, yenidən zəng gəldi və Rasim çölə çıxdı. Gərgin idi. Telefonla danışandan sonra içəri girdi. Gərginliyi getmişdi. Dedi ki, futbolçu Cavid Hüseynovla danışırdı. Dedi ki, Cavid futbolda tərbiyəsiz jestlər edib, mən də bu barədə yazmışam. Cavidlə danışdığını və məsələni yoluna qoyduğunu qeyd etdi. Birazdan yenə zəng gəldi. Yanımda danışdı. Cavidin bibisi oğluydu. Çay içmək istədiyini, üzr istəmək niyyəti olduğunu dedi. Rasimi Bakıxanova dəvət etdi. Rasim getməkdən imtina elədi. Üst-üstə 10 dəfə zəng gəldi. Cavid zəng elədi. Bibisioğluna tapşırdığını və Bayıla gələrək üzr istəyəcəyi dedi. Rasim buna ehtiyac olmadığı bildirdi. Bibisi oğlu təkidlə gələcəyini bildirdi. Rasimə dedim ki, bala, gətmə. O, mənə narahat olmamağı, onların Cəbrayıldan olduğunu, həmyerli kimi görüşəcəyini dedi. Rasim evdən çıxdı. Bir müddətdən sonra aptekə düşdüm. Tanışlar dedilər ki, Rasimi döyüblər. Əlim ayağım qurudu. Axtarmağa başladım. Sinif yoldaşına və məhəllə uşağına dedim. Tapa bilmirdik. Bir müddətdən sonra dedilər ki, Rasim xəstəxanadır. Yanına getdik. Rasim 2 saatdır xəstəxanaya getsə də, onu qəbul etməmişdilər. Rentgendən keçmişdi. Babək həkim gəldi. Rasimin vəziyyətini soruşduq. O, mənə heç bir problem olmadığını sadəcə qabırğalarının 4-ün zədələndiyini bildirdi. Rasimin qulağı da yaxşı eşitmirdi. Həkim onu da müayinə edəcəklərini qeyd etdi. Həkimə inandıq. Otağa çıxartdılar. Rasim mənə telefonunun və pulqabısının oğurlandığını dedi. Telefonumu aldı. Dostlarına, jurnalistlərə məlumat verdi. Müsahibə aldılar. Vəziyyəti yaxşı idi. Bir yeriyəndə böyrək tərəfini tuturdu. Bir də başının ağrıdığını qeyd edirdi. Mən evə gedib, onun üçün lazımi əşyaları götürməyə getdim. Saat 11 olardı. Evə çatmışdım ki, Rasim zəng elədi. Dedi ki, sistemi ondan aralayıblar. Səbəbini soruşdum. Heç nə demədi.  O, Cavidin onun yanına menecerlə gəldiyini, üzr istədiyini dedi. Hadisə ilə bağlı da Rasim polisə özü birbaşa məlumat verib. Mən ona tez bir zamanda yanına qayıdacağımı dedim. Bir müddət keçmişdi ki, Babək həkim zəng elədi. Rasimin vəziyyətinin ağırlaşdığını, qan qusduğunu dedi. Həkimə yalvardım ki, nə lazımdır edəcəyik, muğayat olun, gəlirik. Xəstəxanaya çatdıq. Palataya qalxdım. Tibb bacısı Rasimi əməliyyata qaldırdıqlarını, ciddi bir problem olmadığını dedi. Əməliyyat otağına getdim. Babək həkimlə Saday adlı həkim ordaydı. Saday həkim Rasimin dalağının partladığını, qabırğalarının yaramadığı və daxili qanaxmasının olduğunu dedi. Babək həkiminin üstünə hirsləndi. Əməliyyatın başa çatdığını qeyd etdi. Evdən xəstəxanaya 15 dəqiqəyə gəlmişdim. Necə ola bilər ki, əməliyyat bu tezliklə başa çatsın. Reanimasiyaya girdim. Rasimin gözü tam yumulmamış, ağzı açıq qalmışdı. Artıq o, ölmüşdü. Süni nəfəsalma cihazına qoşmuşdular. Bizi səhərə qədər elə aldatdılar. Halbuki, oğlum keçinmişdi”.

 

 

Prokuror və vəkillərinin suallarını cavablandıran Teyfurə Əliyeva oğlunun ağzından indiyə qədər söyüş eşitmədiyini, hadisədən sonra onun feysbuk səhifəsində Elşənlə yazışmasını oxuduğunu deyib. O, yazışmalarda Rasim Əliyev hər bir cümləsində “Hörmətli Elşən bəy” kimi müraciət etdiyini, söyüşün Elşən tərəfdən səsləndiyini bildirib: “Əgər elə deyildisə, Elşən niyə o, mesajları silib. Rasim amma hamısını saxlayıb. Mənim oğlumu birinci Cavid, sonra da bu Elşən aldadıb evdən çıxartdı. Kişi kimi davaya çağırmadılar. Rasim söyən olsaydı, tək ora gedərdimi? Əgər dava olacağını bilsəydi, dostuna tanışına xəbər etməzdimi? Onu dediyim kimi aldatdılar. Mehriban danışdılar, həmyerli kimi dilə tutdurub çağırdılar”.

 

 

 

Hakim Eldar İsmayılov Teyfurə Əliyeva təqsirləndirilən şəxslərə qarşı iddiasının, şikayətinin olub-olmadığını soruşub. Jurnalistin anası məhkəməyə müraciət edib: “Dəyərli hakimlər kollegiyası, təqsirləndirilən şəxslərə ən ağır cəza vermənizi sizdən xahiş edirəm. Bu cinayətdə əli olan həkimlərin də məsuliyyətə cəlb edilməsini istəyirəm. Bu şəxslər Rasimi döyməsəydilər, xəstəxanaya düşməyəcəkdi. Bunlar qədər həkimlər də oğlumun qatilidir”.

 

Hakimlər kollegiyası artıq şahid ifadələrinə başlanacağını bildirib. Məhkəmə iclası yanvarın 26-da davam edəcək.

 

 

 

Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

 

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılıb.

 

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

 

 

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

 

**

12:59

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ann.Tv-nin əməkdaşı jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilən Cəbrayıl rayon sakini, 1994-cü il təvəllüdlü Elşən İsmayılov,  Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov,  Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəllüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər, həmçinin, jurnalistin anası ifadə verib. O, Rasim Əliyevi müayinə və müalicə edən həkimlərin də cəzalandırılmasını tələb edib və təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini istəyib. 

 

Növbəti proses yanvarın 26-na  təyin edilib.

 

 

 

Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

 

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılıb.

 

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

 

 

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

mənbə :
lent.az



..DİGƏR XƏBƏRLƏR


Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles