17:47 xeber – Noyabrın 24-də vurulan hərbi təyyarə qalmaqalından sonra Rusiya xarici işlər nazirinin köməkçisi Vasiliy Nebenzyanın Türkiyəyə planlaşdırılan, səfəri təxirə salınıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, səfərin təxirə salınmasına səbəb XİN köməkçisinin səhhətində problemlərin yaranması olub.
Bu, Rusiya və Türkiyə arasında münasibətlərin korlanmasından sonra rəsmi şəxslərin ilk səfəri idi.
Rusiya xarici işlər nazirinin müavini Vasiliy Nebenzyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbul şəhərindəki ofisinə baş çəkəcəyi bildirilirdi.
QDİƏT-in verdiyi məlumata görə, Vasiliy Nebenzya təşkilatın sədrliyi missiyasını yerinə yetirən ölkə kimi prioritetlərini açıqlamalı və daha sonra Rusiya nümayəndəsinin mətbuat konfransı keçirməli idi.
Rusiya xarici işlər nazirinin köməkçisi Vasiliy Nebenziya
Ötən ilin noyabrında Rusiyaya məxsus “Su-24” təyyarəsinin Türkiyə tərəfindən Türkiyə-Suriya sərhəddində Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə araasında vəziyyət gərginləşib. Daha sonra Rusiya Türkiyəyə çoxsaylı sanksiyalar tətbiq edilib.
Türkiyə
25 iyun 1992-ci ildə Xeber İstanbulda Albaniya, Azərbaycan , Bolqarıstan , Ermənistan , Gürcüstan , Yunanıstan , Moldova, Rumıniya , Rusiya , Türkiyə, Ukraynanın Dövlət və Hökumət Başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyənnaməsinin imzalanması ilə yaranıb. İstanbul Bəyənnaməsi ilə bərabər 25 iyun 1992-ci il tarixində 11 ölkə Başçıları tərəfindən Bosfor Bəyənatı da imzalandı. Bu Bəyənat İstanbul Bəyənnaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir.
mənbə :
anspress
Şərh yaz.