22:12 xeber – “Barselona”nın türkiyəli yarımmüdafiəçisi Arda Turan xəstələnib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə “Barselona”nın rəsmi saytı xəbər verib.
Məlumata görə, türk futbolçunun tempraturu yüksək olub və bu səbəbdən bu gün komandanın məşqinə qatılmayıb. Arda ilə yanaşı Serxio Buskets də xəstə olduğu üçün məşqdən kənarda qalıb. Adıçəkilən futbolçuların İspaniya Kuboku çərçivəsində “Atletik”lə keçirəcəkləri oyunda iştirak etməyəcəyi gözlənilir.
Arda Turan
İspaniya “Kral Kuboku”nun 1/4 final mərhələsinin qarşılaşmaları yanvarın 27-də baş tutacaq. Turnirin favoriti “Barselona” “Atletik”ə rəqib olub. Digər favorit – “Atletiko” isə yarımfinala vəsiqə uğrunda “Selta”nı sınağa çəkəcək.
1/4 finalın ilk oyunları yanvarın 20-da, cavab qarşılaşmaları 27-də keçiriləcək. Yanvarın 29-də keçiriləcək püşkatma yarımfinal mərhələsinin cütlərini müəyyənləşdirəcək.
1/4 final:
“Valensiya” – “Las-Palmas”
“Atletik” – “Barselona”
“Sevilya” – “Mirandes”
“Selta” – “Atletiko”
“Kral Kuboku”nun təqvimi
mənbə :
anspress
Şərh yaz.