Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Mahnını o qara kirpikli qıza yazmışdım” – “MƏKTƏB İLLƏRİ”

“Mahnını o qara kirpikli qıza yazmışdım” – “MƏKTƏB İLLƏRİ”

26/01/2016

14:00


26.01.2016 / 14:00 xeber –

“Məktəb illəri”nin müəllifi Kəmalə Babayeva: “İndikilər məktəbliyə oxşamırlar, təhsil sisteminin “devalvasiyası” da bax, budur”

Lent.az-ın “Məktəb illəri” layihəsinin bugünkü qonağı Kəmalə Abıyevadır. Bu ad sizə elə “Məktəb iiləri”ndən tanışdır. Mahnının sözləri Kəmalə müəlliməyə aiddir. Bundan başqa o, həm də 5 kitabın müəllifidir. Fizika müəlliməsidir. Məktəbi bitirən ili sənədlərini filologiyaya vermək istəsə də, anasının təkidi ilə fizikanı seçib.

 

K. Abıyeva 1962-ci ildə Bakının 14 saylı orta məktəbinə gedib. İlk dərs gününü o qədər də yaxşı xatırlamır.

 

 

– Məktəbimiz “Karamel” fabrikinin yanındaydı. İndi ora musiqi məktəbidir. Papanin 32-də yaşayırdıq. Bircə o yadımdadır ki, məktəbə, məktəbin binasına təəccüblə baxırdım. Ünsiyyətcil uşaq olmamışam. Tünlüyü sevməzdim. Məktəbdə birdən-birə çoxlu uşaq, çoxlu adamlar görəndə mənə qəribə gəldi. Dərs oxumağımdan anam daim narazı olsa da, ibtidai sinif müəlliməm məndən razıydı. Gözəl xəttim vardı. Müəlliməm həmişə dəftərimi tutardı sinfə sarı ki, elə bil hərfləri quş dimdiyində gətirib. Xanım müəllimə çox yaşlıydı. Elə bil nənəmiziydi. 3 il burda oxudum. Dördüncü sinfi isə Qazaxda. Ana nənəm qazaxlıydı. Evimiz kiçikiydi. Anam məni apardı, nənəmin yanında qoydu. Hədsiz güclü sinfə düşmüşdüm. Müəllim 5 misal verirdisə, biz onunu edirdik. Bir gün əvvəldən bir-birimizin evinə gedib, öyrənirdik ki, kim neçə misal edib. Mən desəm, 6 misal etmişəm, o biri yeddisini edəcəkdi. Aramızda belə rəqabət vardı. Sovet dövründə elm adamlarına dövlət ev verirdi. Bizim mənzilimiz də çox kiçikiydi. Valideynlərimin hər ikisi müəllim idi. Amma daha çox anam əziyyət çəkirdi. Həm institutda işləyirdi, həm də akademiyada elmi iş yazırdı. Bizə də Yasamalda, indiki 52 saylı məktəbin yanından ev verdilər.

 

– Yeni məktəb və təzə sinif yoldaşları. Adaptasiya çətin olmadı?

 

– Yox. Sinif məni qane etmədi. O məktəb təzə açılmışdı. Dağlı məhəlləsində. İlk şagirdləri biz idik. 5, 6 və 7-ci siniflər yığıldı. Heç ibtidai sinfi toplanmadı da. Şagirdlər Yasamaldakı 13, 21, 158 saylı məktəblərdən yığılmışdı. Özüm müəllim olanda anladım ki, heç bir məktəb yaxşı şagirdini vermir. Bir də evi yaxın olan və bizim məhəlləyə təzə köçənlər. Məktəb binamıza çox yaxın idi. Çox zəif sinfimiz vardı. Təzə vaxtlar dərsdə əl qaldırmırdım. Xalid Ərəblinski riyaziyyatdan misal vermişdi. İndiki kimi yadımdadı, kəsrlər üzərində əməllər idi. Yazıq müəllim ha başa salır, kimsə əlini qaldırmır ki, qaldırmır. Gördüm heç kəsdən səs çıxmır, əlimi qaldırdım. Bütün sinif mənə baxdı. Həll elədim. Müəllim özü də sevindi. Çox adamla danışmırdım. Bir tərəfdə sakitcə durardım. Bəlkə də onlara da qəribə gəlirmiş ki, bu qız haradan gəlib? Kimsəylə danışmır.

 

 

Oxumağı çox sevdiyini deyir.

 

– Məndən kiçik bacılarım tez-tez mübahisə edərdilər. Anam onlardan birini cəzalandıranda, deyirdi, sabah məktəbə getməyəcəksən. Bundan böyük cəza ola bilərdi?! Balaca bacım elə ağlayırdı ki. İndi əksinədi, uşaqları güclə məktəbə dartıb aparırlar. Humanitar fənləri daha çox sevərdim. Hə, riyaziyyatı da sevərdim. Çünki orda rəqabət vardı. Kim misalı daha tez edəcək? Yarışma kimi gəlirdi. Humanitar fənlər arasında ən çox Azərbaycan dilini sevmişəm. Dilçi olmaq istəyirdim. Hətta o vaxt dərslikləri oxuyanda mənə elə gəlirdi ki, bu dildə nəyisə dəyişəcəm, yeniliklər edəcəm. Yay tətilində çoxlu kitab oxuyardım. Tək mən belə deyildim. Bakıdakı bütün kitabxanalara üzv idik. Zöhrə adında rəfiqəm vardı. Elə indi də var. Zəif oxuyurdu. Amma qiraətdə kimsə ona çata bilməzdi. Məktəb kitabxanasındakı bütün kitabları oxumuşdu. Oxumağa kitab tapmırdı. Hansı yazıçını keçirdiksə, ən zəif oxuyan şagird onun azı bir əsərini oxuyurdu. Bizim vaxtımızda zəif qavrayan uşaq az olardı. Dərsdə onların səsi çıxmazdı. Utandıqlarından. 70-ci illərdə məktəbi qurtaran kimi ərə getmək yox idi. Həmin ailəyə pis baxırdılar. Qızlarını universitet olmasa da, texnikuma, peşə məktəbinə belə göndərirdilər. Oxuyan qızlar qiymətliydi. İnstitutda oxuyanda oğlanlar qızlara sataşardılar ki, Tovuzda diplom filan qiymətədi, Sabirabadda isə filan qiymətə.

 

– Məktəb illərində sevgi-məhəbbət?

 

 

– Məktəb illərində də sevgi-məhəbbət olur. 15 yaşında da insan sevə bilər. İlk sevgi mesajını məktəb illərində almışam. Çox qəribə hisslər yaşamışıq. Bu mənim qarşıma qoyduğum məqsəddən vaz keçirməyib. İnsanın məqsədi olmalıdır. Bir kimsəni sevmək məqsəd deyil axı?! Sevmədən də yaşamaq olur. Qarşılıqsız sevib, özünü bədbəxt hiss eləmək, hər şeydən vaz keçmək mənasızdır. Çox sevdiyim şagirdim var. Onun sevdiyi oğlan da şagirdimdir. Onların sevgisinə çox ehtiyatla yanaşıram. Qız deyir ki, mənim məktəbdən ayrı da bir həyatım var: “Məktəbə bağlı olmayan ürəyim var”. Haqlıdır da. Əlaçı şagirddir. Birinci sinifdən, ta onuncu sinfə qədər. İndi bu əlaçıdı deyə, sevə bilməz? Belə olanda fikirləşirsən ki, xoşbəxt olsun.

 

 

 

 

Məktəb illərindən ən yadda qalan xatirəsini danışır:

 

– Doqquzda oxuyanda praktikantlar dərs keçirdi. Aralarında bir oğlan vardı, yaman çox qışqırırdı. Növbəti gün onun sınar dərsi vardı. Uşaqlar sözü bir yerə qoydular ki, gəlin heç kim dərsə cavab verməsin. Axırda gəldilər, məndən söz almağa. Mənim anam fizik idi. Necə ola bilər ki, fizikin qızı fizika dərsinə cavab verməsin?! Fizika müəlliməmiz Töhfə müəlliməni də çox sevərdim. Sonra razılaşdım. Praktikant dərs keçəndə kimsə cavab vermədi. Arxa partada Töhfə müəllim, onların müəllimi, tələbə yoldaşları əyləşmişdi. Praktikant yaman pərt oldu. Töhfə müəllimə dərhal başa düşdü ki, uşaqlar sözü bir yerə qoyub. Əsəbiləşdi ki, gündəliklərinə “2” yazın. Bir də mənə sual verdi: “Kəmalə, sən dərsini öyrənməmisən?” Dedim, “yox”. Gündəliyimə “1” yazdı. Çox pis oldum, xeyli ağladım da. O gündəliyi uzun müddət saxladım da. Sonra öyrəndik ki, o praktikant sinifdə hansısa qıza baxıbmış. Onun qisasını alırlarmış (Gülür).

 

 

Kəmalə müəllimə nümunəvi şagird olub. Dərsdən qaçmayıb, daim dərsə hazırlıqlı gedib. Düzdür, hərdən dərsdə söhbət edərmiş.

 

– Sakit olmuşam. Həmişə nümunə gətirilmişəm. Buna görə də üstümdə daim məsuliyyət hiss edirdim. Heç vaxt döyülməmişəm. Təsəvvür də etmirəm ki, müəllim məni döyə bilərdi. Heç mənə acıqlanmayıblar da. Sinif nümayəndəsi olmuşam, oktyabryat dəstəsinin rəhbəri, sonra pioner “drujina”sının sədri olmuşam. Siniflər sırayla düzülər, nizam-intizama görə mənə hesabat verərdilər. Mən də pioner dəstə rəhbərinə, o da “zavuç”a hesabat verərdim.

 

 

Sinif yoldaşları ilə məktəbi bitirəndən uzun müddət sonra da görüşüblər.

 

– Adətən Zöhrəylə bir partada oturardıq. Hə, bir də Mahir adında oğlanla. Mahir mənim yanımda oturanda Zöhrə məndən küsərdi. Hətta bir dəfə ağladı da ki, niyə Mahirlə oturursan? Onunla əlaqəm vardı. Düzdür, çoxdandı əlaqə saxlamırıq. 10 il sinif yoldaşlarımızla görüşdük. Sonra bu görüşlər zaman-zaman seyrəldi.

 

 

Söz sözü çəkər. Biz də söhbət edə-edə gəlib çıxdıq “Məktəb illəri”nə. Məktəb haqqında yazılmış ən gözəl musiqiyə. Deyir, onu sinif yoldaşı Validəyə həsr edib.

 

– Validənin qəşəng səsi vardı. O qədər gözəl şeir deyərdi ki, biz elə bilirdik, o incəsənətə gedəcək. Amma kitabxanaçı oldu. Çox kasıb ailədən idi. İki qardaşın bir bacısıydı. O sinfimizdən bir oğlanı dəlicəsinə sevirdi. Ona məktublar yazardı. Oğlan da dərsdə ona baxırdı. İdmanla məşğul olurdu. Yaraşıqlı, ağır təbiətli oğlanıydı. Amma nəyə görəsə, onunla evlənmədi. Qız haqqında gözəl demək olmazdı. Boyu çox balacaydı. Uzun saçları, sıx kirpikləri vardı. Amma özünü gözəl hesab edirdi. Forslu qızıydı. Bizə gəlib gedərdi. Elə hey ümid edərdi ki, o oğlana ərə gedəcək. Hara getsə, yolunu elə salırdı ki, oğlangilin küçəsindən keçirdi. Küçədə oğlanın anasıyla rastlaşanda,  buna “salam qızım!” desəydi, sevincindən həmin gecə səhərə qədər yata bilmirdi. Elə başa düşürdü ki, oğlan anasına deyib, sabah ona elçi gələcək. Beləcə illər ötdü. Oğlan ayrı qızla evləndi, qız ayrı oğlana ərə getdi. İllər sonra onunla qarşılaşdıq. Rəfiqəmin yanına xəstəxanaya getmişdim. Birdən hiss elədim ki, kimsə qısıq səslə arxadan məni səslədi. Səsi tanımadım. Çöndüm. Kirpiklərini görən kimi tanıdım. Qapqara! Elə bilərdin rəng çəkilib.

1999-cu ildə, təqribən 20 il sonra Validəni təkrar gördüm. O cür gözəl səsi qısılmışdı. Sən demə, zobdan əməliyyat olunanda həkim səs tellərinə oxunub. Ömürlük şikəst qalıb. Bu görüşdən necə təsirləndimsə, o şeiri yazdım. Hamı elə bilir ki, o şeiri məktəb həyatına görə yazmışam. Əslində isə elə deyil. O, Validənin həyatıdı. Bir az da qadınların həyatı. Ailə quranda çox xoşbəxtiydi. Ən xoşbəxt günlərini yaşayırdı, onunla sevgili olanda. Sonra oğlan onu döyməyə başladı. Tək Validə deməyək. Sinfimizin həyatıdı. Ümumiyyətlə, uğursuz ailə həyatı olan çox adam oldu. Talesiz sinfimiz oldu. Həmin o Validənin çox sevdiyi oğlan da çox yaşamadı. Tez öldü. Məktəbdə hamı xoşbəxt olur. yaxşı oxuyan da, pis oxuyan da. Qayğısız illəriydi…

 

 

 

Deyir, ziyalı ailəsi daim kasıb olub. Elə sovet dövründə də.

 

– Amma müəllimin nüfuzu böyük idi. Valideynlərim müəllim olması ilə fəxr edərdim. Qonşumuzda professor vardı. Univermaq direktoru oğlu üçün onun qızına elçi gəlmişdi. Vermədi ki, mənim alverçiyə verəcək qızım yoxdu. Daha sadə, fəhlə ailəsinə verdi. Sovet rejimini nə qədər tənqid etsələr də, təhsil sistemi mükəmməl qurulmuşdu. İndiki təhsil sistemini anlamıram. Nə verir? Nə deyir? Bilmirəm. Şagirdlər məktəbə elə geyinirlər ki, elə bil gəzməyə gəliblər. Saçları bəzəkli, dırnaqları laklı. Əlbəttə, bəzənmək də lazımdır. Amma bu həddə? Adam yasa gedir, geyiminə fikir verir. Adam toya gedir, geyiminə fikir verir. Məktəb geyimdən başlayır. Sabah məktəbə nə geyinəcəyimizi axşamdan hazırlayardıq. İndi lağa qoyurlar. Oktyabryat nişanı taxmaq, pioner qalstuku taxmaq məsuliyyət idi. Bir şagird özünü pis apardığı üçün onu boğazından pioner qalstukunu açmışdılar. O uşaq nə qədər əsəb, həyəcan keçirtdi ki… Valideyni məktəbə gəldi. İndi məsuliyyət hissi var? Üzündən, qaşından, gözündən, heç yerindən məktəbliyə oxşamırlar. Təhsil sisteminin “devalvasiyası” bax, budu. 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website