21:59 xeber – Bu gün Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) seçki komitəsi qurumun prezidentliyinə 5 namizədin adını açıqlayib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, namizədlərin arasında FİFA-nın keçmiş baş katibi və hazırda UEFA-nın baş katibi italiyalı Canni İnfantino da var.
Fevralın 26-da FİFA prezident seçkilərində İordaniyanın şahzadəsi Əli bin Al Hüseyn, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn İbrahim əl-Xəlifə və CAR-ın keçmiş mənzil tikintisi naziri, Nelson Mandelanın silahdaşı biznesmen Tokio Sevaledir.
İordaniyanın şahzadəsi Əli bin Al Hüseyn
FİFA-nın prezidenti məxfi səsvermədən sonra müəyyən olunacaq. FİFA prezidenti dörd il müddətinə seçilir.
Ötən il FİFA futbol dünyasını sarsıdan qərar verib. Belə ki, adı rüşvət qalmaqalında hallanan UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 il müddətinə futboldan kənarlaşdırılıb.
Blatter və Platini
FİFA-da korrupsiya ilə bağlı qalmaqal ötən ilin yazından, bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb.
mənbə :
anspress
Şərh yaz.