Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“O uşağı lüt soyundurub, çellekde dondurmuşdular…” – “Bir şeklin tarixçesi”

“O uşağı lüt soyundurub, çəlləkdə dondurmuşdular...” - “Bir şəklin tarixçəsi”

27/01/2016

14:06


27.01.2016 / 14:05 xeber –

“Girovlar gəlirdi – dırnağı kəsilən, gözü partlayan, ağzı cırılan… Qadınlı, kişili hamısı vahiməli görkəmdə idi…”

 

 

 

ÜÇÜNCÜ GÖRÜŞ, DÖRDÜNCÜ YAZI

 

Əvvəli: I yazı, II yazı, III yazı

 

Onlarla bir şəklin tarixçəsini araşdırmaq üçün görüşdüm. Hamının “Cəbi” çağırdığı adam üzümə diqqətlə baxaraq:

 

– Sizi tanıyıram, amma haradan yadıma sala bilmirəm – dedi.

 

Söhbət edə-edə gözlüyümü dəyişəndə qəfil sözünü kəsdi:

 

– Həsənin qızısan?! Atanı yaxşı tanıyırdım, heyrətamiz dərəcədə bənzəyirsiniz… Gözlüyü çıxaranda elə bildim qarşımda o dayanıb…

 

Qəribə hissdir… Günlərdir bir şəkillə şəhəri dolaşır, tarixçəsini axtarıram. Amma əlimdə hekayəsini bildiyim bir şəklim, bir xatirəm yoxdur. Bu gün məni hekayələr yazmağa vadar edən müharibə bütün hekayələrimi darmadağın edib…

 

Taleyin bizə başqa hansı sürprizlər hazırladığından xəbərsizik. Buna görə də çalışın uşaqlarınızla çox vaxt keçirin, onlarla birlikdə çoxlu şəkillər çəkdirin, ömür çox qısadır… Hətta böyüklükləri üçün onlara indidən məktub yazıb, bir küncdə gizlədin… Onlara özünüz haqda məlumat verin. İllər sonra hansısa bir təsadüfdən kiminsə dilindən adınızı eşidəndə yeni bir xəbər alacaq deyə kədər qarışıq sevincə boğulmasın. Sizi sizdən dinləsin, tanıyırmış kimi… Bu məktubunuz gələcəkdə onun həyatına işıq tutacaq, əmin olun…

 

Müsahiblərim Qarabağ qaziləridir – Cəbrayıl Cəbiyev Ağdamın Xıdırlı kəndindəndir. Onu hamı Cəbi deyə çağırır. Müharibənin ən ağır illərində Fred Asifin sürücüsü olub. Həm də onun ən yaxın dostlarından biridir, ömrünün son günlərinə qədər yanından ayrılmayıb… Ədalət Məhərrəmov isə Milli Qəhrəmanın qardaşıdır. Bütün döyüşlərdə Fred Asifin yanında olub:

 

Ədalət: Dörd qardaş idik, hamımız döyüşürdük. Xalam oğlanları, bacım oğlanları… Bütün qohumlar! Aramızda bircə Asif evli idi, Azər adlı oğlu var idi, 1977-ci il təvəllüdlü, möhkəm uşaq idi, arada gəlib bizə qoşulurdu… İndi Qol Güləşi üzrə dünya çempionudur, Azər Məhərrəmov…

 

Cəbi: Müharibə başlayanda mən evliydim. 3 və 4 yaşlarında iki oğlum var idi. O qədər döyüşlərdə olurdum ki, arada vaxt tapıb evə dəyə bilmirdim. Balalarım ortancıl qardaşıma ata deyirdilər, məni tanımırdılar. Arada bir saatlıq vaxt tapıb evə gedəndə uşaqlar üzümə birtəhər baxırdı. (Gülür) Sarışın uşaqlar idi… Ağ, toppuş əllərindən çoxlu öpüb, geri qayıdırdım…

 

Müharibənin ən amansız qanunlarından biri odur ki, uşaqlar atasından uzaq böyüyür… Bu uşaqların içində ən şanslıları atasının arada bir saatlıq vaxt tapıb evə gələrək totuq əllərini öpdükləridir… Bir neçə dəqiqəlik avtomatı yerə qoyub, silah tutan sərt əllərə balaca, ağ, toppuş körpə əllərini sığışdırmaq… Və bu əli ömürlük buraxmamaq üçün yenidən əlini silaha atmaq…

 

Balaca, ağ, toppuş uşaq əlləri gözümün önündən çəkilmir. Cəbi isə Fred Asiflə bağlı xatirələrini danışır:

 

– Asif başqa oğul idi… Bir məqam deyəcəm, bu, onun insan kimi bütün keyfiyyətini açacaq.

 

Batalyon təzə yarananda bizə Üçoğlan kəndinin kolxoz sədrinin maşınını vermişdilər. Asif məni çağırıb dedi ki, Cəbi, bu maşın hər gün sədri aparıb-gətirib. Ailəsi, uşaqları öyrəşiblər ki, bu maşın hər axşam evə gəlsin. Nə olsun dövlətin maşınıdır, uşaqlar elə bilir atalarının maşınıdır. Apar bu maşını qaytar kolxoz sədrinə, biz burada özümüzə bir şey düzəldərik… Nə olsun biz burada döyüşürük, onlar da orada işləyir, təsərrüfatla məşğul olurlar… Maşını qaytaranda sürücü necə ağladı… Müdir dedi, gör Fred Asif necə insandır…

 

Hərbi hissədə bir UAZ var idi, sonra uşaqlar onu yığıb düzəltdi… Sürücü də demədi, elə dedi ki, Cəbi, sənə inanıram! Mənə “axran-maxran” lazım deyil, ikimiz birlikdə gəzəcəyik, öləcəyik, öləcəyik, qalacağıq, qalacağıq!

 

Çalışırdım həmişə yolları dəyişəm. Qorxurdum minaya düşərik… Ona bir şey olsa, birinci atam Səxavət deyəcəkdi ki, niyə Asifi qoruya bilmədin?

 

– Həmişə deyirlər ki, Ağdamın könüllü özünümüdafiə batalyonları arasında nifaq olub…

 

Ədalət: – Bəli, deyirlər. Bunlar hamısı məqsədli şəkildə uydurulan şayiələrdir. Hələ o vaxtdan bilərəkdən belə xəbər yayırdılar.

 

– Kim yayırdı bu xəbərləri?

 

– Birbaşa Bakıdan təşkil edirdilər. Bütün gücləri ilə batalyonlar arasındakı birliyi pozmağa çalışırdılar.

 

– Nə qədər nail olurdular?

 

– Əllərindən gələni edirdilər. Amma nəticə olaraq biz hamımız torpaqlarımızın müdafiəsi üçün silaha sarılmışdıq və bütün döyüşlərdə birlikdə iştirak edirdik. Rəhmətlik Allahverdi Bağırovla Fred Asif müharibəyə qədər də dost idilər, son günə qədər də bu dostluqları davam etdi. Döyüşlərdə bir-birimizin yanında idik.

 

– Deyirsiniz “əllərindən gələni edirdilər”. Məsələn, nə edirdilər?

 

– Batalyonları komandirlərin siyasi baxışlarına görə ayırırdılar. Allahverdigil cəbhəçi idilər, Ala Yaqub Mütəllibovun tərəfdarı idi… Asif isə həmişə deyirdi ki, mənim siyasətlə işim yoxdur, torpağımı müdafiə edirəm. Deyək ki, Müdafiə Nazirliyinin xətti ilə 100 könüllü döyüşçü göndərilirdi. Onun 50-ni Allahverdigilə verirdilər, 30-nu Şirin Mirzəyevə, 10-nu Ala Yaquba, 10-nu bizə. Tankı da, silahı da eləcə, bizə az verirdilər, yəni cəbhəçi olmadığımızı nəzərə alırdılar. Amma yenə deyirəm, yuxarıdan olan bu münasibət batalyonlar arasında nifaq yaratmırdı, biz bunun məqsədli şəkildə edildiyini bilirdik.

 

Cəbi: Rəhmətliklər dördü də vətənpərvər oğullar idi. Yaxşı başa düşürdülər ki, məqsəd bizi bir-birimizə qarşı qoymaqdır. İstəyirdilər aramızda birlik olmasın. Bizim isə belə xırda intriqalarla məşğul olmağa vaxtımız yox idi. Torpağımız, namusumuz, şərəfimiz təhlükədə idi. Baxın, Ağdamın bütün batalyon komandirləri öləndən sonra Ağdam işğal olundu. Çünki dördü də hər şeyə rəğmən əl-ələ, çiyin-çiyinə verib qoruyurdu torpağı. Üçü minaya düşdü, Asif isə yarımcan, xəstəxanaya… Ağdam işğal olunmazdan bir gün qabaq, iyulun 22-də düşdü xəstəxanaya…

 

– Sizə silahı az verirdilər. Bəs sizdə yetərincə silah var idi?

 

Cəbi: Yetərincə deyəndə ki, yalan olmasın, 160-170 əsgərə 50-60 avtomatımız var idi…

 

Ədalət: Biz yaxşı bilirdik ki, Ağdama heç yerdən haray yoxdu. Əlimizdə olan pula silah almışdıq. Mən özüm dəfələrdə Rusiyadan gizli silah gətirmişdim.

 

– Necə?

 

Ədalət: Adamlar var idi, gedib danışırdım, pulunu verib alırdım. Silahı söküb yığırdım çantaya, üstündən də kolbasa, “Meçta” konfeti alıb tökürdüm. Tanış qızlara verib deyirdim “Bakıya getmək lazımdır!” O 2-ci vaqonda olurdu, mən deyək ki, 12-ci… Nə isə, Bakıda da əlimdə gül yaxınlaşıb qarşılayırdım, çantanı əlindən alırdım, silahı aparırdım Ağdama. Dağıstan tərəfdən də bir neçə dəfə silah almışam.

 

Cəbi: Allah haqqı, hamısını da öz pulları ilə alıb. Müharibəyə qədər nə qazanmışdılar, əllərində nə var idi, hamısına güllə alıb düşmənə atdılar ki, torpağı qorusunlar.

 

– Döyüşlərdə girov götürdüyünüz çox olurdu?

 

Cəbi: Olanda olurdu, amma rəhmətlik qadınları və uşaqları girov götürməyə icazə vermirdi. Deyirdi, düşmən olanda nə olar, üstünə əsir qadın damğası vurmayın. Qoyun getsin yaşasın. Qadınla iş görmək bizə yaraşmaz!

 

Ədalət: Aranzəmin, Pircamal kəndlərini düşməndən azad edəndə evlərə girib axtardıq, hərəmiz bir neçə erməni tapıb gətirdik. Dedik, “Komandir, əsirlər var”. “Kimlərdir” soruşdu. “Yaşlılardır, üç uşaq var, bir də qadın” dedik… Qadının olardı təxminən 35 yaşı, tibb bacısı idi. Onu da, uşaqları da elə orada buraxdı. Dedi on beş yaşdan aşağı olan uşaqları buraxın getsin.

 

– Bu nə vaxt idi?

 

Ədalət: 1992-ci il idi, may ayı…

 

Cəbi: Ədalət, mayın 10-u idi, yağış yağan gün…

 

Ədalət: Hə, düzdü, 10-u idi. Çünki qadını danışdırdıq, dedi 8-də Şuşanı almışıq, əsirləri Əsgəranda saxlayırıq və s. Bizə xeyli məlumat verdi. Asif dedi, uşaqları da götür, get, özünüzünkülərə de ki, onlar kişilərlə savaşır, qadınları əsir götürmürlər, uşaqlara dəymirlər.

– Uşaqlar da qız idi?

 

Ədalət: İkisi qız idi, biri oğlan. Asif dedi uşağın nə günahı var? Onları hansısa nakişi burada qoyub qaçıb, üstündən də biz əsir götürəsi deyilik ki! Bizə heç kimin balası lazım deyil! Yaşlıları və orta yaşlı kişiləri götürüb gəldik ki, verək cəbhəyə, kiminləsə dəyişsinlər.

 

Ədalət: Amma bir dəfə onların bizim əsirlikdə olan uşağımızı nə hala saldıqlarını gördüm, ayaqlarım əsirdi… Dəhşət idi…

 

– Harada?

 

Ədalət: Martın 6-da Əsgərana hücum etmişdik…

 

Cəbi: Biz Əsgərana girəndə sulu qar yağırdı…

 

– O hücum haqqında Rey Kərimoğlunun xatirələrindən, Əkbər Rüstəmovun gündəliklərindən oxumuşam…

 

Ədalət: Hə, bax, həmən hücumda… Həmən hücumdan əvvəl ara qarışdırmaq istəyənlər yenə ortaya bir söz atdılar ki, ermənilər qoluna qara bağlayır, biz də qırmızı bağlayaq. Bu da yenə araya nifaq salmaq üçün düşünülmüşdü… Çünki Allahverdi də, Asif də həbsdə olmuşdular, həbsxana qaydalarına görə isə qoluna qırmızı bağlamaq “satqın” deməkdir. Yaxşı bilirdilər ki, həbsdə olan adamlar qollarına qırmızı bağlamayacaq. Amma Asif Allahverdinin qoluna qırmızı bağladı, Allahverdi də Asifin. Dedilər biz torpağımız üçün qolumuza qırmızı da bağlayarıq! Biz bunu da edirik ki, bizi bir-birimizə qarşı qoymaq istəyənlər görsünlər ki, tək məqsədimiz torpağımızı qorumaqdır…

 

– Əsir uşağımızı Əsgəranda gördünüz?

 

Ədalət: Hava soyuq idi, Qarqar çayından keçib getmişik, suyun içindəyik, donuruq. Əsgəranın içində təkərləri yandırıb, yığılmışıq başına. O tərəfdən də ermənilər… Uşaqlarımızdan birinə dedim ki, gəl, gedək pivə zavoduna girək, görək nə tapırıq, içək, bədənimiz bir az qızsın. Getdik! Girdik içəri, yaxınlaşanda gördüm çəlləklərdən birinin içində adam var. Qaranlıqda o tərəfə atəş açdım, reaksiya gəlmədi. Yaxınlaşdım. Sən demə, bizim girovlardan bir oğlan uşağını lüt soyundurub salıblar bu çəlləyə…

 

– Neçə yaşı olardı?

 

Ədalət: 14 yaşlarında olardı… Boyuna görə belə təxmin elədim… Uşaq heykəl kimi donub qalmışdı… Elə bil buz heykəl idi… Bir də gördüm bədənim titrəyir, ayağım əsir… Axtardıq, butulka anbarının qapısı zəncirlə bağlı idi. Qırdıq, içəridə 15-16 girovumuz var idi…

 

– Onlar da uşaq idi?

 

Ədalət: Yaşlı qadınlar idi. Yerə saman döşəyib, oturmuşdular üstündə… Dedik qaçın, üz tutdular Qarqar tərəfə…

 

– Xocalı faciəsi baş verən günü xatırlamaq istəyirəm…

 

Cəbi: Həmin gecə postda idik… Çaxmaq təpənin altı ilə gedib, ermənilərin tutub fermaya saldıqları 61 xocalılını xilas edib, Ağdama gətirmişik. Həmən vaxtı da hamımız bir yerdə idik. Bütün batalyonlar. Bizim hamımızın bir düşməni var idi.

 

Ədalət: Hərbi qaydalara görə, gərək sənin nə qədər tankın-topun olsun, qüvvən düşməndən nisbətən üstün olsun ki, hücuma keçə biləsən. Bizim də heç birimizin Rusiyanın 366-cı motoatıcı alayının qarşısına çıxacaq gücümüz yox idi. Tək əlimizdən gələn meşəyə qaçan xocalıları mühasirədən azad etmək oldu…

 

Cəbi: Həmən gecə hamı ora axışırdı. Yaxşı yadımdadır, gecə ilə sobalar qalandı… Kişiləri bir yana qoyuram, Şelli, Əhmədavar kəndinin qadınları hamısı ora axnaşdı…

 

Ədalət: Hə, Şelli, Əhmədavar kəndinin qadınlarının mərdliyini, cəsarətini mən orada gördüm. Qadınlar gəlirdi, elə halda idilər ki, deyiləsi deyil… Üstündən neçə il keçsə də, yenə də hər şeyi deyə bilmirsən… Bu məqamda o qadınlar gecə ilə evlərindən qalxıb gəldilər, özləri ilə gətirdikləri qalın paltarları, yun adyalları qadınlara bürüdülər… Ayaqlarından corabı çıxardıb gələn qadınlara geydirirdilər…

 

Cəbi: Xocalıda 613 nəfərin öldüyü deyilir. Ola bilsin, bu, tapılan meyitlərin sayıdır… Çünki orada nə qədər meyit meşələrdə qaldı, nə qədərini qurd-quş yedi, onun sayını demirlər…

 

Ədalət: Xocalı faciəsində ən ağır yükü Allahverdi götürdü çiyninə – girovların dəyişdirilməsini.

 

– Girovlar gətiriləndə orada olurdunuz?

 

Ədalət: Olurduq… Nə kökdə idilər… Deməzdin insandılar… Yarı ölü… Girovlar gəlirdi – dırnağı kəsilən, gözü partlayan, ağzı cırılan… Döyülmüş… Yarımcan… Qadınlı, kişili hamısı vahiməli görkəmdə idi… Bacardığımız qədər hamımız qucağımıza alıb, aparırdıq…

 

– Meyitlərin gətirilməsində necə, iştirak etdiniz?

 

Ədalət: Edirdik. Meşələrdən meyitləri yığmağımıza icazə vermişdilər. Bir dəfə Ağdamın Abdal-Gülablı kəndindən Dəhraz tərəfə girdik meyitləri yığmağa… Nə dəhşət idi orada, ilahi… Adamlar hamısı donub ağaca yapışmışdı… Uşaq da qucağında…

 

Cəbi: Ay, sağ ol… Həmin vaxtı mən də orada idim. Qadın, körpə uşağı bağrına basıb, ağacı qucaqlamışdı… Elə də donub qalmışdı… Bu günə qədər də o mənzərə gözümün özündən çəkilmir…

 

– O adamlara güllə dəyməmişdi. Sadəcə yol axtara-axtara donmuşdular. Dəhrazda girov saxlanılan Arif dayıgili azad edəndə o istiqamətdə gətiriblər. Onlar da yolda donan insanları görüb, onların arasında öz yaxınlarını axtarırmışlar…

 

Ədalət: Hə, donmuşdular… Onların meyitlərini biz gedib çıxartdıq. Naxçivanik dağının arxasından, Abdal-Gülablı tərəfdən… Ora ilə Dəhrazın arasında dəhliz var idi, girovlar da ora ilə gəliblər… Qoca kişi idi, iki orta yaşlı kişi, 5-6 qadın, uşaq… Hamısı buz bağlayıb, meşədə qalmışdılar…

 

– Fred Asifin ömrünün son günlərini xatırlamağınızı istəyirəm…

 

Ədalət: 1994-cü ildə dünyasını dəyişdi… Dedi məni Yaltaya aparın, ora Şuşaya oxşayır… Həm də ciyərinin müalicəsi orada idi… Həkim dedi əməliyyat edək, bəlkə yaşadı… Dedi bədənimə bıçaq vurmayın, mən qaçqın yaşamaq istəmirəm… Kişi qaçqın olmaz…

 

Cəbi: Asif başqa oğul idi… Həmişə ona deyirdilər sən bir cürsən, deyirdi mən bir cür deyiləm, siz ayrı cürsünüz… Asif dövlətin ona verdiyi evdə bir gecə də qalmadı…

 

Ədalət: Kirayə otaq tutduq, orada yaşadı… Mən ev üçün vuruşmamışam dedi. Ailəm, anam istəyir, qalsın dedi… Milli Qəhrəman sözünü isə ümumiyyətlə qəbul etmirdi. “Əsirlikdə anamızın, bacımızın ermənidən uşağı var, biz necə qəhrəmanıq?!” – deyirdi…

 

Cəbi: Ona Milli Qəhrəman adı veriləndə “mən o medalı heç vaxt döşümə vura bilmərəm”, – dedi…

 

Ədalət: …Vurmadı da. Ölümündən sonra medalı anama təqdim etdilər…

 

…Onlardan ayrılan kimi gözlüyümü çıxardıb, güzgünün qarşısına keçdim. Saatlarca özümə baxdım… Cəbinin sözləri qulağımdan çəkilmirdi: “Heyrətamiz dərəcədə bənzəyirsiniz… Gözlüyü çıxaranda elə bildim qarşımda o dayanıb…”

 

Və bu məmləkətdə güzgü qarşısında özünə baxıb, atasından nişanə axtaran böyük bir nəsil böyüyüb…

 

(Davamı olacaq)

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website