Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Qanlı Yanvar – yaradıcı insan ve tarixi heqiqetlerin uzlaşması

"Qanlı Yanvar – yaradıcı insan və tarixi həqiqətlərin uzlaşması

28/01/2016

14:50

14:35 xeber – Kinorejissor Vahid Mustafa Yevin şahidi olduğu hadisələr əsasında çəkdiyi “Qanlı Yanvar” filminin ətrafında qedən müzakirələrə filmin redaktoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinosunasliq kafedrasinin muellimi Kamran Qasımov peşəkar resenziya ilə cavab verib.

ANS PRESS oxucularına həmin resenziyanı təqdim edir:

“Bu nə essedir, nə resenziya, nə tənqidi məqalə, nə də ki təəsürat… Bu sadəcə istiqamətdir, hansını ki, “Qanlı Yanvar”ın çoxsaylı tamaşaçıları üçün təqdim etməyi özümə borc bilirəm…

Hələ ötən əsrin 60-cı illərində görkəmli fransız kino nəzəriyyəçisi və rejissoru Jan Lyük Qodar kino sənətinə olan münasibətini belə ifadə etmişdi: “Kino – bütün cansıxıcı anların ixtisara düşdüyü bir həyatdır”. Bu həyat isə təyinatından asılı olmayaraq, daim hərəkətdədir. Yaranan istənilən ekran əsəri ilə həyat arasında bağlılığın olması problemi akademik tənqidçilərdən tutmuş sıravi tamaşaçılara qədər mühüm sual doğurur. Kimisi bu sualın cavabını gerçəklik, kimisi uydurma, kimisi isə ümumiyyətlə təhtəlşüur-surrealistik müstəvinin üzərində axtarmağa çalışır. Ekranın isə həqiqəti birdir. J.L.Qodar öz müsahibələrinin birində bədii oyun kinosuna qiymət verərkən söyləmişdi: “Stul boyadan deyil, taxtadan hazırlanır. Mənim düşüncəmdə boya oyun, taxta isə qeyri-oyun kinosu deməkdir”. Əlbəttə, bədii oyun kinosu nümunələrinin bu gün dünya miqyasında qəbul olunmuş və beynəlxalq film festivalları tərəfindən müəyyən edilən kateqoriyası ingilis dilində “fiction”, yəni uydurma deməkdir. Bədii oyun kinosunun bütün tələbləri uydurma konteksində birləşir və əgər bu filmdə hər hansı real hadisələrin motivləri öz əksini tapırsa, o zaman narrative (təhkiyyə) filmi formalaşır. Ümumiyyətlə onu da unutmayaq ki, bütün filmlər təhkiyyədir və bütün filmlərin mənbəyində uydurmaçılıq, müəllif təxəyyülü dayanır ki, bu da dramaturgiyanın əbədi və əzəli qanunundan irəli gəlir.

Yazıma Jan Lyuk Qodar başlamağım təsadüfi deyildi, ona görə ki, məhz bu görkəmli şəxsiyyətin kino sənəti haqqında yazdığı kitabının ön söz və giriş bölməsinin müəllifi, dünya şöhrətli kinoşünas, “A” kateqoriyalı Montreal Beynəlxalq Film Festivalının prezidenti Serxio Lusik, 2015-ci ilin 2 sentyabrında, Kanadanın ən iri kinoteatrlarından olan “Quarter”də, 39-cu Montreal Beynəlxalq Film Festivalında çıxışı zamanı söyləmişdi: “Bu elə bir filmdir ki, ona bir neçə dəfə baxmaq lazımdır. Bu filmlə biz okeanın o tayında baş verənlər barədə dolğun məlumat alırıq”. Cənab Lusik bu fikirləri “Qanlı Yanvar” bədii filminin qatıldığı Montreal Film Festivalındakı təqdimatından öncə söyləmişdi.

Sonralar bir-biri ilə əlaqəsi olmayan, digər mötəbər Festivalların prezidentləri – dünya şöhrətli kinematoqrafçılar Renata Almeida (Sao Paolo Beynəlxalq Film Festivalının prezidenti), Tina Lokk (Estoniya “Qara gecələr” Beynəlxalq Film Festivalının prezidenti) və Sentil Rajan (Goa-Hindistan Beynəlxalq Film Festivalının prezidenti) da eyni fikirləri müxtəlif vaxtlarda səsləndirdilər. Azərbaycan milli kino nümunəsinə dünyanın kinematoqrafının verdiyi qiymət nə qədər dəyərli və zəruri olsa da, filmin yerli baxışda sahib olduğu sevgi, onu bütün mükafatlardan ali və müqəddəs edir. “Qanlı Yanvar”, Azərbaycan ekranındakı 25 illik boşluğu doldurmaqla bu missiyanın öhdəsindən uğurla gəldi. Bir il ərzində ölkənin aparıcı ali məktəbləri, orta təhsil ocaqlarından saysız-hesabsız müraciət məktubları aldıq. Hər kəs bu filmi çalışdığı, oxuduğu təhsil müəssisəsində göstərmək istəyir, bunun üçün yaradıcı qrupu belə görüşə dəvət edirdi. Bakı Dövlət Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Slavyan Universiteti, Dövlət Dillər Universiteti, Dövlət Pedaqoji Universiteti, Dövlət İqtisad Universiteti, Dövlət Mədəniyyət və İncəsənət Universiteti və digər təhsil ocaqlarının rəhbərlərindən, kollektivlərindən, ölkəmizin ziyalılarından aldığımız təşəkkürnamələr, fəxri fərmanlar, sertifikatlarla “Qanlı Yanvar”ın əsl dəyərininin düşündüyümüzdən də artıq olduğunu bir daha anlamağa başladıq. Bu dəyər o qədər səmimi və o qədər güclüdür ki, filmlə bağlı sosial şəbəkələrdə yayılan və hətta bəzi media həmkarlarımızın belə qələmə aldığı anlaşılmaz məqamlara məhz filmdən çıxış edərək, münasibət bildirməyimizi özümüzə borc bildik.

Danılmaz həqiqət budur ki, kino kollektiv sənətdir və bu səbəbdən də “Qanlı Yanvar” bədii filminin yaradıcı qrupu bütün tamaşaçıların mövqeyinə, rəyinə hörmət və ehtiramla yanaşmağa borcludur. Ədalət prinsiplərinə söykənərək, münasibət bildirərkən, ilk növbədə sosial şəbəkədə yer alan yazıları müqayisə üçün təqdim edirəm. Belə ki, səhifələrin birində yazılıb:

“…1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə meydana toplaşmış əliyalın insanlara siyahı ilə Sovet əsgərləri ilə döyüşmək üçün silahlar paylanması, meydanlarda süfrə ətrafında aksiya iştirakçılarının yeyib-içib keflənməsi….”

Əvvəla 1990-cı ilin qanlı yanvar hadisələri, 1988-ci ilin 17 noyabrında indiki “Azadlıq”, o dövr ki, “Lenin” meydanında başlamış və elə həmin ilin 4 dekabr tarixində Sovet hərbi qüvvələri tərəfindən dağıdılmış mitinqlərin məntiqi davamı idi. Burada çox sadə bir məntiq doğur: gününü barrikadada keçirən bir insanın yeyib-içməsi-qidalanması normal fizioloji haldır, şübhəsiz ki, ekranda da biz bunun şahidinə çevrilməliyik, lakin yazıldığı kimi deyil, onlar keflənmir!!! Ekranda içki yoxdur! Axi bu gənclərin sırasında dinə iman gətirənlər də az deyil və müəllif Əli personajının vasitəsilə xəlvətdə, qısaca da olsa məhəbbətə “baş çəkən” Zita və Hüseynin hərəkətini peşəkarcasına tənzimləməyə çalışır. Amma bir daha vurğulayıram ki, ekranda heç kim məsti-xumar olmur! Özü də inqilabçıların yeyib-içmək masasını göstərən müəllif, bundan başqa daha iki məkanda – Kommunist Partiyasının binasında və Moskvadakı restoranlardan birində mövcud olan yemək masasını göstərərək ziddiyyətli və məntiqli paralellər aparmağa nail olur. O ki qaldı meyxanaya, çal-çağıra, məlumdur ki, həmin illərdə mərhum meyxanaçı Nizami Rəmzinin meyxanaları, meydana toplaşan insanların bir növ “himni”nə çevrilmişdi. Müəllif də elə o meyxanalardan ən məşhurunu ekrana gətirib, onu xalqın yadına salmağa çalışıb. Ümumiyyətlə barrikadadakı insanların çal-çağır etməsi kef məclisindən yox, azadlığın həsrətini çəkən insanların onun uzaqda olmamasına inamından xəbər verir söyləsək, daha məntiqli görünər.

Sosial şəbəkədəki yazının maraqlı hissələrindən biri də budur ki, bəzi tamaşaçılarımız, Sovet əsgərləri üçün meydanda silah paylanması fikri ilə razılaşmadıqlarını ifadə etməyə çalışırlar. Düzdür, illər boyu biz sübut etməyə çalışmışıq ki, Sovet ordusu əliyalın xalqın üzərinə hücuma keçib. Filmdə də bu fakt şəhidlər və qurbanlar konteksindən dəqiq təqdim olunur. Barrikadalarda dayanan insanlar, özünümüdafiə məqsədilə “Molotov” kokteylləri hazırlayarkən, Sovet dövlətinin öz vətəndaşına qarşı silah qaldırmasını, həqiqi qırğın törədəcəyini ağıllarına belə gətirə bilməzdilər. Filmin aparıcı personajlarından olan Zitanın Mehdiyə şəhərdəki vəziyyəti izah edərkən “Biz dəyənək gözləyirdik, amma tanklar gəldi” ifadəsini söyləməsi, bu fikirlərin bariz təsdiqini təqdim etmiş olur. Həmçinin Britaniyalı jurnalist Tom de Vaal “Qara bağ” kitabının “Azərbaycan faciəsi” adlı 6-cı fəslində son dərəcə ziddiyyətli və əhəmiyyətli bir məsələyə toxunur: “…Dinc əhali ilə yanaşı, izah edilməyən səbəblərdən həmçinin sovet ordusunun 21 əsgəri öldürülmüşdü”. Münhendə dərc olunan “Ölkə və dünya” dərgisinin 1 saylı buraxılışında, “Bakının küçələrində qan. 20 yanvar” başlıqlı məqalədə (səh.38-39) isə bu fakt belə izah olunur: “…Ümumiyyətlə, faciəvi hadisələr ərəfəsində və hadisələrdən sonra öldürülən hərbi qulluqçuların dəqiq sayı bəlli deyil. Bakının komendantı həlak olanların sırasında 14 hərbi qulluqçu və onların ailə üzvləri də vardı…” Dərgidə həmçinin qeyd olunur ki, “Azərbaycan SSR Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 31 yanvar üzrə 27 hərbi qulluqçu və 5 milis əməkdaşı öldürülmüşdü”. Müstəqil hərbi ekspertlərin “ŞİT” ictimai təşkilatının 13-25 yanvar tarixləri üzrə Bakı şəhərindəki hadisələrlə bağlı ümumi rəyində – sənəd Azərbaycan Respublikası Prezidentinin Kitabxanasında saxlanılır – ordunun 9 nəfər itirməsi faktı qeyd olunur. Bütün sadaladığımız mənbələrlə cəm halda tanış olmağın ən asan üsulu isə Vikipedia ensiklopediyasının “Черный январь” başlıqlı məqaləsidir

Beləliklə müxtəlif mənbələrdən götürülən faktlar, bədii oyun kinosuna lazımi motiv təqdim etmiş olur ki, bu da xammal olan ədəbi ssenaridə və ekran məhsulunda özünü büruzə verib. Hər halda mənbələrdə göstərildiyi kimi sovet əsgərlərinin öldürülməsi faktı İlahinin gücündən baş verməyib, bu daha çox azadlıq-müqavimət hərəkatının özünü ifadə vasitəsinə bənzəyir və ustalıqla ekrana köçürülüb.

“…Qanlı Yanvar Azərbaycan xalqını malik olduğu şücaətdən də artıq göstərib” media mənsublarından birinin yazısında bu fikrə də rast gəldim. Tamamilə doğrudur və bu ondan irəli gəlir ki, filmin yaradıcı qrupunun ətrafında olan insanlar filmdəki kimi şücaətli və qəhrəmandırlar. Bu konteksdə Hollivudun məşhur ssenaristi Vilyam Monoxenin tövsiyyəsini yada salmamaq mümkün deyil: “Personajlarınızı ətrafınızda olan insanlara baxıb, onların əsasında yaradın və qoyun onlar ətrafınızdakılar kimi danışsınlar”.

Personajlardan söz düşmüşkən, “Qanlı Yanvar”ın personajlar qalereyası nə qədər gerçəkliklə uzlaşsa da, bir o qədər də müəllif təxəyyülünün müdaxiləsi burada açıq-aydın özünü büruzə verməkdədir. Məsələn elə götürək Larisa personajını. O personaj ki, son günlər media və sosial şəbəkələrdə daha çox müzakirəyə səbəb olur və nədənsə “Qanlı Yanvar”ın Larisası, gerçək Larisa ilə – qırğın gecəsi həlak olmuş 13 yaşlı Məmmədova Larisa Fərman qızının adı ilə uzlaşır: “13 yaşlı Larisanın (Larisa Məmmədova, 20 yanvar hadisələrdə Şəhid olub – red.) nigahdankənar hamilə qalmasına rəvac verən səhnələr canlandırılıb” Amma müəllif bu uzlaşmanın baş verməməsi üçün kinematoqrafın bütün üsullarından – həm kinematika, həm səs, həm də vizuallıq baxımından yetərincə istifadə edib. Əvvəla personaj Larisa artıq həddi-buluğa çatmış bir xanımdır, ikincisi film boyu bir neçə dəfə Larisanın soyadı qeyd olunur. (Məsələn Mehdinin xəstəxanaya gələrək, həkim xanımın sualını “…Larisa Balayeva…” deyərək cavablandırması – red.) Üstəlik bədii təsvir vasitələrinin ən başlıcası olan vizuallıq prinsipindən çıxış edərək, müəllif filmin final səhnəsində, 25 il öncə həlak olmuş insanların baş daşılarına boylanır və burada da kinoteatrda ən sonuncu sırada əyləşən, yaxud evində ən kiçik diaqonallı televizoru olan tamaşaçı belə Larisa Balayeva sözlərini oxuya bilir.

Beləliklə, personaj Larisa Balayevanın, gerçək Larisa Məmmədova olmadığı bir daha öz təsdiqini tapmış olur.

“Qanlı Yanvar”ın yaradıcı heyəti Azərbaycan xalqını 1990-cı ilin yanvar hadisələrini qərənfilllər, göz yaşları, ağılarla deyil, qəhrəmanlıq, şücaətlə yada salmağa, unutmamağa çağırır. Tam məsuliyyətimlə söyləyirəm ki, əslində bu çağırış həm də bütün bəşəriyyətə ünvanlanır. Kinorejissor və ssenarist Vahid Mustafa Yev burada özünü təkcə bir ölkənin – Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin şanlı tarixini göstərməklə məhdudlaşdırmır – bu film həm də dünya imperializminə, eyni zamanda istifadə məqamından asılı olmayaraq silahın dağıdıcı təbiətinə qarşı etirazı nümayiş etdirir. Yəqin ki, elə buna görə də “Qanlı Yanvar” dünyanın “A” kateroqiyalı Festivallarında təkcə ölkəmizi deyil, elə dünyanın özünü layiqli şəkildə təmsil etmək gücünə malikdir. O ki qaldı dəyərli tamaşaçılara, sözsüz ki, onların fikri alidir, amma bəzən aliliyin belə zəruri istiqamətlərə ehtiyacı yaranır. Biz də Filmin yaradıcı heyətinin adından bu istiqaməti təqdim etməkdə özümüzü borclu hesab edirik.

“Qanlı Yanvar” filminin layiq görüldüyü diplomlar:













mənbə :
anspress




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website