Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Qaynatasını öldürmekde teqsirlendirilen şexs: “Günahım qızlarımı sevmek idi”

Qaynatasını öldürməkdə təqsirləndirilən şəxs: “Günahım qızlarımı sevmək idi”

28/01/2016

15:22


28.01.2016 / 15:19 xeber –

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş qayınatasını öldürməkdə təqsirli bilinən Şamil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Ş.Əhmədov ittiham üzrə özünü qismən təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verib. Ş.Əhmədov ifadəsində keçmiş qayınatası Təyyar Hüseynovu öldürmək niyyətinin olmadığını, sadəcə mübahisə zamanı onu itələdiyini bildirib: “Təranə ilə 1996-cı ildə ailə həyatı qurduq. Mən onu tanıyanda 17 yaşı vardı. Mahnı oxuyurdu. Aramızda bununla bağlı həmişə problemlər olub. Hər bir ailədə söz-söhbət olduğu kimi bizdə də olub. Bir şey olan kimi atası gəlirdi. Söyürdü. Dava qırğın düşürdü. Birgə nikahdan iki qızımız oldu. 2006-cı ildə rəsmi olaraq ayrıldıq. O zaman ikinci qızıma hamilə idi. Onunla şərt kəsdim ki, bir də müğənnilik etməsin. Razılaşmışdı. Bir müddət keçmədən yenidən söhbətlər oldu. Atamla birgə yaşayırdım. O, yenidən müğənni kimi fəaliyyət göstərdi. Bu mənə həddindən artıq pis təsir edirdi. İki qızımız vardı. Gecə saat 1-2-də gəlirdi evə. Qızlar atasız, anasız böyüyürdü. Dəfələrlə qızları götürmək istəsəm də, alınmırdı. Özümü pis hiss edirdim. Bu söhbətdən başımı uzaq tutmaq üçün, Rusiya getməyi qərarlaşdırdım. Bilet aldım. Axşam bir iki bakal pivə içdim. Könlüm uşaqları görmək istədi. Onlar yaşadığı yerə getdim. Zəng elədim ki, uşaqlar düşsün. Evə qalxmaq istəmirdim. Düşmədilər. Qardaşım Kamilə zəng elədim. O gəldi. Kamil uşaqları evdən aşağı düşürdü. Maşında oturub, söhbət elədim. Bir müddətdən sonra Təranəyə zəng elədim. Saat gecə 12 olardı. Təranə mənə Saray postunda olduğunu, taksiylə gəldiyini dedi. Gözlədim. Gələndə geyindiyi paltar, saçı-başı mənə xoş gəlmədi. Uşaqlarımın anasıydı. Özümü saxlaya bilmədim. İradımı bildirdim. O məni qəzəbləndirəcək sözlər dedi. Bir şillə vurdum. Yerə yıxıldı. Özü artistlik edib, ayağa qalxmadı. Avtomobilə mindim. Maşını yerindən tərpətmək istəyirdim ki, uşaqların ağlama səsini eşitdim. Dözə bilmədim. Aşağı düşdüm. Təranəni yerdən qaldırmağa çalışdım. Bu vaxt evdən keçmiş qayınatam Təyyar çıxdı. Əlində elektroşokla üstümə gəlirdi. Ölümü-dirimi söyürdü. Üstünə çatan zaman onu itələdim. Yerə yıxıldı. Qardaşım məni belimdən tutub, maşına basdı. Bu vaxt maşınımın şüşələri sınıq-sınıq olmuşdu. Görməmişdim kimin sındırdığını, sonradan dedilər, keçmiş baldızım Əfsanə edib. Evə gəldim. Səhəri maşınımı düzəldib satdım. Rusiya getdim. Orda xəbər tutdum ki, Təyyar kişi ölüb. Şoka düşdüm. İnanmazdım belə olsun. Bir itələməklə adam ölməzdi. Mənim günahım qızlarımı sevmək idi, onların normal ailədə, normal tərbiyə görməsini istəməyim idi”.

 

Təqsirləndirilən şəxs hakim və prokurorun suallarını cavablandırıb. Suallara cavab olaraq bildirib ki, 2 dəfə məhkumluğu olub: “Hər ikisində zərərçəkən Təyyar olub. Bir şey eləməmiş polisə qaçırdı. Xuliqanlıqla içəridə yatmışam. Onda da şərlədilər məni. Bir də sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilmişəm. Biz evlənəndən aramızda olublar. Həmişə bizə qarışıblar. O vaxt Təyyarı da, baldızım Əfsanəni yalandan vurmuşam. Hələ iki ay idi evlənmişdi, işimizə qarışdılar, Təranə ilə mübahisə elədik. Təranə onda özünü balkondan aşağı atdı”.

Təqsirləndirilən şəxsdən sonra ifadə vermək üçün söz zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun qızı Əfsanə Hüseynovaya verilib. O, ifadəsində bacısıgilin ailəsinin Sumqayıtdakı bütün polis bölmələrində münaqişəli ailə kimi qeydə alındığını deyib: “Küçədə səs olan kimi bilirdik ki, bunların ailəsidir. Evlənəndən bəri yola getmirdilər. Burda yalan danışır ki, hər şey bacımın müğənni olması ilə əlaqədardır.  O evlənəndə bilirdi ki, bacım müğənnidir. Evlənəndən bir müddət keçmədi ki, bacımı heç yerə qoymaq istəmirdi. Çox qısqanırdı. Bacıma zülm verirdi. Elə ona görə bacım özünü balkondan aşağı atmışdı. Orda sağlamlığını itirdi. 2-ci qrup əlildir. Bir dəfə məni və atamı döydü. Şikayət etdik. Xuliqanlıqdan həbs edildi. Bacım müğənnilik edib, həbsdə ona baxdı. Toylardan çörək arasında ona kabab gətirirdi. Haramı olsun. Hadisə günü yatmışdıq. Küçədən səs gəldi. Uşaqlar ağlayırdı. Çölə çıxdım. Bacımın uşaqları dedilər ki, ataları analarını öldürüb. Baxdım yerə ki, bacım yerdədi. Elə bildim, doğurdan da ölüb. İçəri qaçdım. Atama dedim ki, Şamil Təranəni öldürüb. Atam çölə çıxdı. Yuxudan qalxmışdı. Çölə çıxan kimi Şamil üstünə getdi. Şamil o vaxt bacımı yerdə sürüyürdü. Atam “köpəkoğlu, qızımdan əl çək” dedi. Şamil atamı yerə yıxıb, başını təpikləməyə başladı. Qardaşı Kamil də vurdu. Mən istintaqda Kamili desəm də, o hissə ifadəmdən çıxarılıb. Kamil Şamilə kömək elədi. Nə atamın əlində bir əşya varıydı, nə də mən maşının şüşəsini dağıtmışam, yalan deyir. Xəstəxanaya getdik, atam danışırdı, amma gözünün bulandıq gördüyünü, başının ağrıdığını dedi. Saat gecə 5 qədər orda olduq. Həkimlər dedi, narahat olmayın, yaxşı olacaq. Evə gəldik, pal-paltar aparaq. Bu zaman zəng gəldi ki, atamın beyninə qan sızıb ölüb. Şamil ölkədən qaçmışdı o vaxt. Bizim qardaşımız yoxdur. Ailəmizdə bir kişi vardı, onu da bu öldürdü. Atamın ölümündən 52 gün sonra anamın ürəyi partladı öldü. Bu adam tək atamın yox, həm də anamın qatilidir”.

 

Əfsanə Hüseynova hakim və prokurorun suallarını cavablandırıb.

 

Prosesdə şahid qismində təqsirləndirilən şəxsin qardaşı Kamil Əhmədov ifadə verib. O, ifadəsində qardaşı Şamilin arxasınca hadisə yerinə getdiyini deyib: “Hadisə günü qardaşım zəng elədi, uşaqları görmək istədiyi dedi. Mən dalınca ora getdim. Uşaqları evdən mən düşürdüm. Maşında söhbət elədik. Bu vaxt Təranə gəldi. Qıraqda söhbət edirdilər. Sözləri düz gəlmədi. Dalaşdılar. Şamil bir şillə vurdu. Təranə yerə yıxıldı. Bu arada uşaqlar ağladılar. Əfsanə səsə çıxdı. Təyyar kişi əlində elektroşokla qardaşımın üstünə gəldi. Şamil onu itələdi. Əfsanə daşla maşının şüşəsini dağıtdı. Mən onları ayırdım. Qardaşımı da ordan götürüb getdim”.

 

Şahid prokurorun suallarını cavablandırıb.

 

Şahid qismində təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Təranə Hüseynova ifadə verib. O, ifadəsində müğənnilik fəaliyyəti ilə məşğul olduğunu, 2006-cı ildən Şamil Əhmədovla rəsmi olaraq boşandığını deyib: “Ailə quranda 17 yaşım vardı. Ailə qurandan sonra dəfələrlə məni döyüb, atamı, bacımı vurub. Boşandıq. Hamiləydim. Yenidən barışdım. Həbsə də düşəndə işləyib ona baxmışam. Mənim çörəyim boğazımdır. Mənim işimin davalara heç bir dəxli olmayıb. Gördüm bir yerdə dolana bilmirik, yenidən ayrıldıq. Qızlarım mənimlə qalır. Hadisə günü işdən gəlirdim. Saray postunu keçəndə zəng gəldi. Şamil idi, qızlarımın səsi gəlirdi. Narahat oldum, gecə saat 12-də bunun uşaqların yanında nə işi vardı?! Taksi sürücüsündən də xahiş etdim ki, maşını bir az bərk sürsün.    

 

Evə çatanda, Şamil maşını ilə taksinin qabağını kəsdi. Sürücüdən xahiş etdim ki, çörəyə çıxmısan, nə dəsə yola ver. O, taksi sürücüsünü təhqir elədi. Mən maşından düşdüm. İçkili idi. Ayaq üstə dura bilmirdi. Geyimimə ilişdi. Mən hər zaman geyimimə fikir vermişəm. Mənə Rusiyaya gedəcəyini, onunla barışıb birlikdə getməyimi istədi. Razılaşmadım. Məni qırağa çəkdi. Çəkən kimi başıma şillə vurdu. Özümdən keçdim. Yerə yıxıldım. Gözüm bağlı olsa da, səsi eşidirdim. Atam düşdü. Atamı yerə yıxıb, dəfələrlə zərbə vurdu. Qaynım da orda idi. Cinayəti hər ikisi törətdilər. Qaçıb getdilər. Xəstəxanada yalvardılar ki, Şamili tapacağıq, Kamilin adını vermə. Şərt kəsdik ki, Şamili tapacaqlar. Bir müddət keçəndən sonra aldandığımı hiss etdim. İfadəmi dəyişdim və həqiqəti dedim. Hər ikisi günahkardır”.

 

Qeyd edək ki, hadisə 2013-cü ildə Sumqayıt şəhərində baş verib. Şamil Abdulla oğlu Əhmədov onunla barışmaq üçün keçmiş həyat yoldaşı Təranə Hüseynovanın evinə gedib. O, Təranə Hüseynovanı zorla özü ilə aparmaq istəyib. Bu zaman dava düşüb və ər keçmiş həyat yoldaşını döyüb. Bunu görən T. Hüseynovanın atası Təyyar Hüseynov qızını müdafiə etmək istəyərkən Ş. Əhmədov onu da vurub. Nəticədə kəllə-beyin travması alan T. Hüseynov xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Ş. Əhmədov Cinayət Məcəlləsinin 126.3 – cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanıb. Ş. Əhmədov Rusiya qaçıb. O, 2015-ci ildə Rusiyada həbs olunaraq Azərbaycana ekstradisiya edilib.

mənbə :
lent.az



..DİGƏR XƏBƏRLƏR


Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles