22.12.2008 / 16:07 xeber –
Azərbaycan Milli Məclisi “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı” layihəsini dekabrın 26-da müzakirəyə çıxaracaq.
Parlamentdən APA-ya daxil olan məlumata görə, Konstitusiya Məhkəməsinin “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı” layihəsi ilə bağlı rəyi bir neçə günə Milli Məclisə göndəriləcək. Milli Məclisin dekabrın 26-da keçirilən iclasında isə layihə müzakirəyə çıxarılacaq. Milli Məclis əlavə və dəyişikliklərin referenduma çıxarılıb-çıxarılmamasına qərar verəcək.
Qeyd edək ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sırasında bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması da var.
mənbə :
lent.az
Şərh yaz.