Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Əcdadlarının dalınca Qvineyaya geden DƏLİ DAHİ

Əcdadlarının dalınca Qvineyaya gedən DƏLİ DAHİ

02/02/2016

12:02


02.02.2016 / 12:00 xeber –

Əsrlərdi, insanlığı bir sual məşğul etməkdədir: doğrudanmı, insanın əcdadı meymundu? Ümumiyyətlə, insanla meymun arasında genetik bağlılıq varmı?
Bu suala alimlər, teoloqlar, filosoflar müxtəlif nəzəriyyələr əsasında cavab verməyə çalışıblar.
Bu dəfə meymunun insanla qohumluğu məsələsi üzərində geniş tədqiqatlar aparan, bütün ömrünü bu işlərə həsr edən məşhur alimlərdən biri – amerikalı psixoloq, antropoloq Maykl Tomasello və onun təcrübələri haqqında danışacağıq.
Maykl Tomasello 1950-ci ildə ABŞ-ın Florida ştatında anadan olub. 1980-1990-cı illərdə Atlanta Emori Universitetinin psixologiya üzrə professoru kimi çalışıb. 1990-cı ildən indiyə qədər Almaniyanın Leypsiq şəhərində Maks Plank Evolyusiya və Antropologiya İnstitutunda işləyir.
“İnsani davranışların mənşəyi” adlı elmi əsəri dünyanın bir çox dillərinə tərcümə olunub.
M.Tomasellonu bütün fəaliyyəti boyu yuxarıda qeyd etdiyimiz sual maraqlandırıb. O, hələ tələbə ikən bu suallara cavab tapmağa çalışırdı. İnsanla şimpanze arasındakı fiziki və genetik bənzərlik onların eyni növdən olduğuna işarədir, yoxsa burada daha başqa sirlər var?
 

Tomasello anlayır ki, bütün bu suallara cavab vermək üçün kitabxanalar və elmi institutların kabinetləri kifayət etmir. Bəşər cinsinin primatdan insana dönüş prosesi – yüz min illərlə davam edən bu keçid dövrü diqqətlə öyrənilməlidi. Alim öz nəzəriyyəsini təkcə arxiv materialları və başqa nəzəriyyələr əsasında deyil, təbiətin özündə, primatların davranış və hərəkətləri əsasında qurmağı qərara alır.  
Elə bu məqsədlə də o, Qvineyanın cəngəlliklərinə üz tutur. Primatların, şimpanzelərin sıx olduğu meşəliklərdə alaçıq quraraq yaşamağa və meymunlar üzərində təcrübələr aparmağa başlayır. Bütün ehtiyat tədbirlərinə baxmayaraq, alimin həyatı dəfələrlə təhlükəyə məruz qalır. Lakin Tomasellonun marağı bu təhlükələri belə üstələyir. İllər ərzində apardığı təcrübələrin mahiyyətində bir fundamental məsələyə izah tapmaq dayanırdı:
“Meymunların davranışı şüuridir, yoxsa instinktiv? Başqa sözlə, onlar digər heyvanlar kimi yalnız bioloji varlıqlardı, yoxsa insan kimi sosiallaşa bilirlər?”
Tomasellonun təcrübə dəftərindən qeydlər:
“Primatları hürkütməmək üçün mən öz alaçığımı onların yaşadığı ərazidən xeyli aralıda qurmuşdum. Əvvəllər bu yerlərdə, Şərqi Afrikada, Uqandanın Kibale cəngəlliklərində insanabənzərlərin sayı bir milyondan çox idi, zaman keçdikcə, onların sayı azalmağa başladı. Yerli əhali tərəfindən ovlanma, xəstəliklərin yayılması, bəzən də meymun qəbilələri arasındakı savaşlar bunun əsas səbəbi idi. Hazırda bu ərazidə onların sayı 300 minə qədərdi”.
Tomasello ilkin müşahidələri barədə yazır:
“Tədqiqat apardığım ərazidə şimpanzelərin sayı 1200-ə çatır. Mən onların şüurunun sosial xarakterli olub-olmamasını yoxlamağa tələsirdim. Ürəyimin dərinliyində hiss edirdim ki, biz insanlar onlarla qohumuq. Ana meymunun öz balasını, eynən insanlar kimi, kürəyinə şələləyib gəzdirdiyini görəndə bu düşüncəmdə xeyli əmin oldum. Onların bu hərəkəti instinktiv deyil, daha çox sosial akta bənzəyirdi…”
Tomasellonun birinci təcrübəsi haqda qeydləri:
“Mən onları azacıq şüur tələb edən elementar bir çətinliklə üzləşdirdim. Onların həmişə gedib-gəldiyi yolun üstünə iri bir ağac qoyduq və ağacın gövdəsini primatların barmaqları girə bilməyəcəyi dərinlikdə oyaraq içinə bal tökdüm. Öyrənmək istəyirdim ki, əlləri çatmayan oyuğun içindəki balı götürmək üçün, onlar hər hansı vasitədən istifadə edəcəklərmi?
Nəhayət, bir dəstə gəlib çıxdı. Onlar üstdəki balı yedikdən sonra oyuqdakı balı da əldə etməyə çalışdılar. Barmaqları oyuğa girmədiyi üçün xeyli fikirləşəsi oldular. Birdən gözlənilməz bir olay! Yaşlı meymunlardan biri nazik bir budaq qıraraq yarpaqlarını təmizlədi və çubuğu oyuğun içinə soxdu. Bu metodla balı oyuqdan çıxarıb dada bildi. Onlar bu metodla oyuqdakı balın hamısını çıxarıb sora bildilər. Əcdadımızın bu kəşfindən heyrətə gəlmişdim. Demək, şərait tələb edən kimi onun şüuru işə düşür. Mən primatın düzəltdiyi o budağı ilkin əmək aləti adlandırıram.”
İkinci təcrübə üçün alim nisbətən mürəkkəb əməliyyat qurur. Tomasellonun qeyd dəftərindən:
“İkinci əməliyyatı bir az mürəkkəbləşdirmək qərarına gəldim. Bu dəfə bal tökdüyüm oyuğun ağzını taxta tıxacla kip qapadım. Səhərə yaxın “qonaqlar” gəldi, bal bulaşmış tıxacın ətrafında xeyli hərləndilər, maneəni necə aradan götürmək barədə fikirləşirdilər. Çox maraqlıdı, yaşlı şimpanze çıxış yolu axtararkən, eynilə bizim kimi, alnını qaşıyırdı. Nəhayət, məsələnin həllini tapdılar. “Abola” adlandırdığım 40 yaşlı meymun yerdən iri bir daş götürüb, onunla tıxacı laxlatmağa başladı. Xeyli çalışdıqdan sonra tıxacı oyuqdan araladılar. Sonra nazik budaqla oyuqdan balı çıxarmağa başladılar. Bu dəfə oyuğa çubuq batırmaq əməliyyatını gənc meymunlar da təkrar edirdi. Bu, artıq yaşlı nəslin qazandığı təcrübə əsasında əmək vərdişinin yaranması idi.”
Bir neçə təcrübədən sonra, Tomasello rəhbərlik etdiyi qrupla birlikdə, Kibale meşəliyindən 180 km aralıda yerləşən Budonqo cəngəlliyinə üz tutur. Komandanın məqsədi əvvəlki təcrübələri yeni meymun qəbiləsi üzərində təkrarlamaq idi. Görəsən, nəticə necə olacaqdı?
Tomasellonun qeydlərindən:
“Budonqo meşəsində meymunların sıx hərəkətdə olduğu bir mövqe seçdik. Yenə eyni qayda ilə, yıxılmış ağac üzərində meymunların barmaqları girə bilməyən oyuqlar açdıq və balla doldurduq. Budonqolu şimpanzelər də balı əldə etmək üçün düşünüb metod tapdılar, lakin əvvəlki həmcinslərindən fərqli olaraq, onlar balı çubuqla deyil, yarpaqla götürürdü. Sonrakı müşahidələrimiz zamanı gördük ki, onlar suyu da yarpaq vasitəsilə içirlər. Yarpağı bakal formasında büküb su ilə doldururlar.
Primatların şüurlu olmasının daha bir parlaq nümunəsinin şahidi olduq. Belə ki, burada ana şimpanze qozu daşla qırıb yeyir. Balasına isə qozu yarıqırıq halda ötürür. Qozu qabıqlı yeyə bilməyən təcrübəsiz balaca meymun da məcburən əlinə daş alıb qoz qırmağa çalışır. Anladım ki, yaşlılar əmək təcrübəsini kiçiklərə ötürməyə çalışırlar.”

Tomasello iki ayrı-ayrı meymun qəbiləsində apardığı araşdırmalar zamanı belə nəticəyə gəlir ki, qida əldə etmək üçün düşünülüb tapılan vasitə, yamsılama yaxud digərindən götürülmə hərəkət deyil. Kibale meşəsindəki meymunlar balı nazik çubuq vasitəsilə götürürdüsə, Budonqo şimpanzeləri eyni metodu başqa vasitə ilə (iti yarpaqla) həyata keçirirdi. Hər iki hadisədə şüur elementi iştirak edir və deməli, çıxış yolu düşünüb tapma hər iki qəbilənin üzvlərində mövcuddur.
Bundan başqa Tomasello, hər bir meymun qəbiləsinin öz dili olduğu qənaətindədi.
Tomasello öz qrupu ilə birgə, hər ilin dörd ayını meymunlarla meşədə yaşamalı və təcrübələr aparmalı olur. Qalan vaxtlar isə Budonqo meşəliyindən 6000 km aralıda yerləşən Leypsiq şəhərindəki Evolyusiya və Antropologiya İnstitutunun Primatologiya bölməsində eksperimental təcrübələrini davam etdirir. Buradakı tədqiqatlar artıq qəbilə üzərində deyil, ayrı-ayrı meymunlar üzərində fərdi olaraq aparılır.
İnstitutda apardığı təcrübələrdən sonra alimin gəldiyi qənaət belədi: “Hər bir meym, eynilə insan kimi, cəmiyyət fərdidi, onların sosiallaşmadan yaşaya bilməsi mümkünsüzdü.”
Tomasellonun qeydlərindən:
“Qidanı primata göstərdim. Sonra onu qulplu parça üzlük geyindirilmiş ağır daşların altına qoydum. Meymun qulpundan tutaraq iri daşı kənara çəkib qidanı götürdü. İkinci dəfə qidanın üzərinə qoyduğum daşı ağırlaşdırdım.  Meymun nə qədər çalışsa da daşı təkbaşına qaldıra bilmədi. Olay yerinə yaxınlaşdım və meymuna kömək etmək istədim. İlk əvvəl o buna razılıq vermədi, yəni mənimlə cəmiyyət qurmaq istəmədi. Mən bir az kənara çəkilib gözləməli oldum. Daşı tərpədə bilməyən meymun yardıma ehtiyac olduğunu anladı və əlimdən yapışıb məni daşa tərəf apardı. Biz birlikdə daşı qaldırdıq.

Üçüncü eksperimentin nəticəsi isə daha heyrətamiz oldu. Bu dəfə mən qidanı ağır daşın altında gizlətdim və kənarda gizləndim. Meymun daşı təkbaşına qaldıra bilməyəcəyini anlayıb köməkçi axtarmağa başladı. Mən yox idim, ona isə kömək lazım idi. O, qəsdən açıq qoyduğumuz qəfəslərin birinə yaxınlaşıb digər meymunu köməyə çağırdı. Çağırışı baş tutdu və iki meymun birlikdə daşı kənara çəkərək qidanı götürdülər. İnstitutumuzun apardığı bütün eksperimentlər bu nəticəyə gətirib çıxarır ki, meymun insanla 99 faiz eyni genlərə sahib olmaqla yanaşı, həm də insanın yeganə sosial varlıq olduğu müddəasını alt-üst edir. Tədqiqatlara, gəldiyim nəticələrə görə deyə bilərəm ki, primatlar heyvan deyil, onlar insanla eyni kökdən başlanğıc almış şüurlu növdür.”
 

Tomasello primatların hərəkət və davranışlarında instinktiv aktlardan daha çox, sosiallaşmanın təzahürlərini qeyd edərək, yazır:
“Primatların içərisində əqli baxımdan digərlərinə nisbətən inkişaf etmiş, yaş və şüur baxımından daha irəli getmiş fərdlər var. Onlar qəbiləyə yeni kəşflər qazandırır. Məsələn, primitiv əmək alətləri, düşməndən qorunma üsulları və s. Belə fərdlərin çox olduğu qəbilə digərlərindən daha güclüdü.
İnsan cəmiyyəti də belədir. Hamı opera yazmır və ya televizor kəşf etmir. Bizim əcdadlarımız olan primatlar təxminən 7 milyon il bundan qabaq onlardan ayrılıb. Bu parçalanma təbii, coğrafi, genetik amillərdən asılı olaraq indiyə qədər davam edir. İnsanların əcdadı olan primatlar, şimpanzelər arasında daim ayrılma, parçalanma gedir və ayrı-ayrı qəbilələr biri-birilərinin dilini başa düşmürlər.
Əminliklə deyirəm: Onlar insandı!”
 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles