Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Mövlane cocuqları”, Şems Tebrizinin sirli gedişi, dünyanı “yaradan” semazenler – KONYADAN REPORTAJ

“Mövlanə cocuqları”, Şəms Təbrizinin sirli gedişi, dünyanı “yaradan” səmazənlər - KONYADAN REPORTAJ

02/02/2016

12:44


02.02.2016 / 12:43 xeber –

Konya. Məlahət Nəsibova – APA. Konya sakinləri onlara “Mövlanə cocuqları”  deyəndə çox xoşlayırlar. Əslində bütün Türkiyə, hətta dünya konyalıları Mövlanənin övladları, Konyanı isə Mövlanənin vətəni hesab edirlər. İlin bütün aylarında burada hər şey – yeməklər, şirniyyatlar, tədbirlər Mövlanə Cəlaləddin Ruminin adı ilə bağlı olur.  Burda yaşayan hansısa formada məvləvilik cərəyanını bir hissəsinə çevrilir. Lakin ilin bir həftəsi burada xüsusilə təmtəraqlı qeyd olunur. Həmin həftəyə Mövlanə, Şəbi-əruz həftəsi deyilir. Bu, dekabrın 7-dən 17-dək davam edir. Əslində Şəbi-əruz fars və ərəb dilindən tərcümədə “toy gecəsi” deməkdir. Mövlanə Cəlaləddin Rumi ölüm gecəsini Allaha qovuşma kimi dəyərləndirdiyi üçün həmin günü – dekabrın 17-ni “Şəbi-əruz gecəsi” adlandırılır. Həmin tədbirləri qeyd etmək üçün dünyanın dörd bir yanından müsəlmanlar, ilahi bağlılığı olan şəxslər Konyaya axışır – xüsusilə də Mövlanə təriqəti ilə daha yazından bağlılıqları olduğunu düşünən iranlılar. Kimisi ruhunu sakitləşdirmək, kimisi dini ziyarətini həyata keçirmək, bəziləri isə turist kimi və insanların həmin günkü ziyarətini maraqla izləmək üçün Konyaya gəlir. Həmin həftədə Konyada istənilən təriqətdən, cərəyandan olan, müxtəlif geyimli insanları görmək mümkündür. İnsanlar Mövlanə Muzeyində saatlarla içlərinə qapanmış şəkildə oturub, özlərinin dediyi kimi ruhlarını sakitləşdirirlər. Və ya bir qrup insan hansısa formada özünəməxsus ayin həyata keçirir. Həmin gün Konyada müxtəlif məkanlarda insanların sufi, dərviş musiqisi, heç kəsə tanış olmayan tərzdə mahnılar ifa edilir. Soruşduqda isə bununla ruhlarını paklaşdırdıqlarını, Tanrıya daha da yaxınlaşdıqlarını, mənən rahatlandıqlarını deyirlər. Ziyarətçilərin çoxunu  Konyaya Mövlanə sevgisi, məvləvilik təriqətinə bağlılıq çəkir. Ən əsas mərasim isə dekabrın 17-də saat 16.00-da Mövlanənin öldüyü deyilən vaxtda baş verir. Bütün ziyarətçilər muzeydə, muzeyə girə bilməyənlər isə bayırda quraşdırılmış böyük ekranın qarşısında dua oxuyaraq Mövlanəni anırlar .

 

Mövlanə Cəlaləddin Rumi kimdir?

 

Mövlanə Cəlaləddin Rumi 1207-ci ildə Əfqanıstanın Bəlx şəhərində çox varlı bir ailədə doğulub. Atası Bahəəddin Vələd çox bilgili şəxs olub və aləmlərin sultanı adlandırılıb.

Daha sonra siyasi proseslər səbəbi ilə ailəvi Anadolu torpaqlarına köç ediblər. İlk olaraq, Karaman bölgəsinə gediblər. O zaman Konya şəhəri Anadolu Səlcuqlu dövlətinin paytaxtı idi. Paytaxtlarda hər zaman dünyanın nüfuzlu alimləri toplaşardı. Məhz o zamankı sultan Ələddin Keyqubadın dəvəti ilə Bahəddin Vələd ailəsi ilə birlikdə Konya şəhərinə köçür. Bu gün Mövlanənin, atasının, övladlarının məzarı yerləşən Mövlanə Muzeyini və ətrafındakı Gül bağçasını məhz Səlcuq Sultanı onlara hədiyyə edib.

 

Mövlanənin ilk müəllimi atası olub. Onun yolu ilə gedən Mövlanə alimlikdə atasını belə keçib. Mövlanənin kəlamları Azərbaycan da daxil olmaqla bu gün dünyada çox məşhurdur. Bu kəlamlar kitab şəklində Mövlanənin ilk əsəri olan “Məsnəvi”də toplanıb. “Məsnəvi” bir sıra ölkələrdə dərslik kimi keçilir. Məsnəvini əslində Mövlanənin ən yaxın adamı olan Çələbi Üsaməddin qeydə alıb. O, həmişə Mövlanənin yanında olub, dilindən çıxan kəlamları yazıb. Digər kitabları isə oğlu Sultan Vələdin atasının hər dərsini dinləyib qeyd etməsi ilə ərsəyə gəlib.

 

Mövlanənin aynası – Şəms Təbrizi

Azərbaycanlılar üçün Mövlanə Cəlaləddin Rumi ən çox tanıdan səbəb Təbrizdən olan azərbaycanlı alim Şəmsdir. Şəms Təbrizi Mövlanə Cəlaləddin Ruminin yaxın dostu olub, ona yoldaşlıq edib. Aralarında 40 yaş qədər fərq olub. Bəziləri Şəmsin Mövlanənin müəllimi olduğunu yazır. Mövlanə isə Şəmsi özünün aynası adlandırıb. Konyada hər kəs Mövlanənin Mövlanə kimi yetişməsində Şəmsin böyük rolu olduğunu qəbul edir. Hər zaman Şəmslə Mövlanə arasında xüsusi ruhi bağlılıq vurğulanır.

 

Onların görüşü iki dənizin qovuşması kimi qiymətləndirilir.

 

Tarix onların görüşünün 1244-cü ildə Konyadakı Düyüsatanların karvansarasında baş tutduğunu yazır. Onların bu görüşünü müasirləri iki dənizin qovuşması kimi qiymətləndirir, bu görüşü "Mərc əl Bəhreyn" adlandırırlar. Bu ərazi Konyada bu gün də qorunur və Konyanın məşhur Ələddin təpəsi deyilən ərazisindədir. Şəmsin yüksək insani keyfiyyətləri, sufi ideyalarına dərindən sədaqəti Rumini özünə cəlb edir. Rumi onu özünün mürşidi elan edərək, elmi fəaliyyətini dayandırır, mədrəsədəki işini buraxır. Onlar vaxtlarını Şəmsin digər müridləri ilə birlikdə sufi məclislərində keçirirlər.

 

Ruminin doğmaları onun bu halından təşvişə düşür və onları ayırmaq istəyirlər. Şəms 1246-cı ildə Rumidən xəbərsiz Konyanı tərk etməli olur və bəzi mənbələr onun Dəməşqə getdiyini yazır. Lakin Şəmsin bu gedişi vəziyyəti düzəltmir. Rumi ayrılığı çox ağır keçirir. O, cəmiyyətdən üz çevirib, özünə qapanır. Hicran dərdi onun şeirlərinə xüsusi bir qüvvə bəxş edir. O vaxtdan Şəms Təbrizi ilə Mövlanə bir daha görüşmür.

 

Şəms Təbrizinin isə hara getməsi tam olaraq məlum deyil. Bununla bağlı müxtəlif versiyalar olsa da, İranla Türkiyə arasında mübahisəli məsələdir. İran onun qəbrinin Xoy şəhərində olduğunu iddia edir. Konya şəhərində də qədim bir parkda məscidə Şəms Təbrizinin adı verilib. Orada azərbaycanlı alimin məzarını simvolizə edən sandıqça da qoyulub. İnsanlar məscidə Şəms Təbrizini anmağa, ibadət etməyə, hətta qışda isinməyə gəlirlər.

 

Mövlanə muzeyi

 

Mövlanə Cəlaləddin Ruminin və sonrakı nəslinin qəbri isə bugünkü Mövlanə muzeyindədir. Atasının vəfatından və orada dəfn edilməsindən bəri Mövlanə muzeyinə hər gün çox sayda insan axışır. Mövlanənin oğlu Sultan Vələddən sonra bu bina dərvişlərin dərs aldığı, məvləviliklə məşğul olduğu mədrəsə olub. Türkiyədə Cümhuriyyət qurulduqdan sonra 1926-cı ildən burada təhsil dayandırılıb və muzeyə çevrilib.

 

Mövlanə muzeyi Konya şəhərinin turistlər tərəfindən ən çox ziyarət edilən binasıdır. Muzeyə giriş əvvəllər ödənişli olub. Hətta Türkiyənin ən çox gəlir gətirən ikinci muzeyi hesab edilib. Konyadan olan Türkiyənin indiki baş naziri Əhməd Davudoğlunun təşəbbüsü ilə bir müddət əvvəl muzeyə giriş ödənişsiz edilib.

 

Mədrəsənin bütün əşyaları bu günə kimi qorunub saxlanılır. Əşyaların tez xarab olmaması üçün içəridə işıqlı aparatlarla çəkilişə icazə verilmir. 

Muzeydə Mövlanə Cəlaləddin Ruminin, atası Bahəddin Vələdin, oğlu Sultan Vələdin və digər yaxınlarının məzarları yerləşir.

Muzeyin yuxarı bölməsində yalnız qadınlar əyləşib. Aşağıda kişilər və musiqiçilər toplaşıblar, və Səma mərasimləri təşkil olunub. Səma mərasiminin təşkil edildiyi zalda çilçıraq asılıb. Səma mərasimi həyata keçirən səmazənlər mərasim zamanı çaşmamaq üçün həmin çilçıraqda özləri üçün baxış nöqtəsi müəyyənləşdiriblər. 

Dərvişlər səbirli olmağı öyrənmək və nəfislərinə yiyələnmək üçün xüsusi tapşırıqları yerinə yetiriblər.

Dərvişlər dərgaha (indiki muzey) xidmət edən insanlar olub. Hər kəs dərviş ola bilməzmiş. Onların ilk vəzifələri mətbəxdən başlayıb.

Səbirli olmağı öyrənmək və nəfislərinə yiyələnmək üçün xüsusi tapşırıqları yerinə yetiriblər. Dərvişlər qapıdan Mövlanənin qəbri üzərindəki papaqla paralel yerdə təzim edərək içəri giriblər. Sol ayaqları ilə sağ ayağın barmağının üstünü örtüblər. Muzeydə olan bələdçilər bunun xüsusi tarixçəsinin olduğunu deyirlər. Mövlanənin aşbazı olub və dərgahda yalnız ona maaş ödənilirmiş. Bir gün qonaq gəlir. Dərgahda bütün ərzaqlar olub, amma odun olmayıb. Mövlanə aşbaza deyib ki, odun yoxdursa, ayaqları var. O da saf şəkildə ocağın altına ayağını tutub və ayağından od çıxıb. Bu hadisə aşbazı qürrələndirib və o, dərvişlərə “illərdir, burdasınız, sizdən bir şey çıxmadı, mən yemək bişirə-bişirə yetişdim” deyib. Bundan dərhal sonra aşbazın ayağının ucu yanmağa başlayıb və o içəri girəndə məcburən ayaq barmağını digər ayağı ilə örtüb. O vaxtdan Mövlanənin qəbrinin üzərindəki papaqla üzbəüz içəri girən hər kəs ehtiram olaraq həmin şəkildə baş əyir.

 

Muzeydə daşdan yonulmuş səbir zəncirləri var. O zamanlar daş üzərində işləmələr məşhur olub. Gözəl binaların tikintisi zamanı bu ustaların əməyindən çox istifadə edilib. Dərgahda da boş zamanlarında dərvişlər belə bir zəncirlərin üzərində işləyiblər. Bəzən bir zəncirin hazırlanmasına 20 ilə yaxın vaxt sərf ediblər. Varlı əmirlər, rəsmi qurumlardakı şəxslər belə bir zənciri gördükdə ona çox böyük məbləğdə pul ödəyirmiş. Bununla həm ustanın əməyi qiymətləndirilib, həm də iş yerlərinin önünə qoyaraq insanları səbrə çağırırlarmış.

O dövrdə Qurani-Kərimi yazmaq üçün 2 il lazım olub. Çünki normalda bir yazar səhv etməsin deyə  gündə yalnız 1 hərf yazarmış. Muzeydə həmçinin 16 yaşlı bir qızın 10 ilə qələmə aldığı ən kiçik quran da nümayiş olunur. Mövlanənin geyimləri, o dövrkü məişət əşyaları, Mövlanənin ən məşhur kitabı olan Məsnəvi də muzeydə sərgilənir.

Muzeyin üzərində yaşıl bir qübbə var. Mövlanənin atası öldükdə ona təklif ediblər ki, qübbə tik

ilsin, lakin o, buna icazə verməyib. Bildirib ki, göylərdən daha qüdrətli bir qübbə tikilməyəcəyinə görə zəhmət çəkmək l

azım deyil: “Bizim məzarımız yerlərdə deyil, göylərdədir”.

Lakin 1273-cü ildə M

övlanə vəfat etdikdə oğlu atasının tələbələrini incitməyib və bu qübbə tikilib.

 

Səma rəqsləri

 

Mövlanə dedikdə təbii ki, ilk ağıla gələn səma rəqsləri olur. Səma rəqsləri Şəbi-Əruz günlərinin də ən əlamətdar mərasimidir. Bu mərasim Konyada mütəmadi təşkil olunur. Lakin Konya sakinləri və turistlər Şəbi-Əruz həftəsində bu rəqsləri izləməyi xüsusilə sevirlər.

Bu rəqs kainatda, günəş sistemində cisimlərin, insan bədənində qanın dövrünü simvolizə edir.

 

Rəqs Mövlanə Cəlaləddin Rumi yolunu tutanların, içindəki İlahini axtaranların mənəvi yolu hesab olunur. Bir qrup ağ paltarlı kişi sürətlə fırlanaraq mərasim təşkil edir. Lakin onların hər bir hərəkətinin xüsusi anlamı var. Və bu anlamlar rəqslər təkmilləşdikcə formalaşıb, genişlənib. Kainatda, günəş sistemində cisimlər, insan bədənində qan daxil olmaqla hər şey dövr edir. Bu rəqsdə dövr etmə məhz bunu simvolizə edir. Termin olaraq, səma sözü musiqi dinləyərkən vəcdə gəlib hərəkət etmək, dönmək deməkdir. Mövlanə dövründə nizamlı şəkildə icra edilməyən bu ayin oğlu Sultan Vələddən başlayaraq xüsusi qaydaya salınıb. Mövlanənin səma rəqsi etməsi ilə bağlı fikirlər də mübahisəlidir.

 

Səma hərəkətlərinin Mövlanədən də əvvəl İslam toplumunda bilindiyi deyilir. Bəzi mənbələrə görə, Mövlanə hər hərəkəti səma olaraq görüb. O, “Divani-Kəbir” əsərində arının bal hazırlaması kimi hər şeyin əslində səma hərəkəti etdiyin bildirib. Bəzi rəvayətlərə görə, ona səma hərəkətlərini anası öyrədib. Lakin bunu Şəms-Təbrizi ilə bağlayanlar da var. Səma ibadətinə onun Şəmslə görüşdən sonra başladığı deyilir.

 

Şəms ona “tələb və arzu etdiyin hər şeyi səmada taparsan” deyib. Bununla da Mövlanə Səmaya başlayıb və ömrünün axırına kimi bu işlə məşğul olub. Səma rəqsləri ilk dəfə indiki Mövlanə muzeyində səmaxana adlanan yerlərdə təşkil edilib. Rəqs zamanı səmaxananın girişində Mövlanənin prototipi olan şeyx dayanır. Şeyxin dayandığı xətt İstiva postu adlanır, bunun mənası həqiqətə gedən yol deməkdir və bu postda yalnız şeyx dayana bilər. Mutrıb deyilən musiqi qrupu, səmazənlər və şeyx yerini aldıqdan sonra mərasimə başlanılır. Neylə musiqi səslənir. Səma mərasimi iştirakçıları bu musiqini kainata ruh verilməsi kimi qiymətləndirirlər. Ardınca “Devr-i Veled”  deyilən mərasim başlayır. Şeyx və səmazənlər musiqinin ritminə uyğun olaraq səmaxanada 3 dəfə dövrə vururlar. Birinci dövr Allahın günəş, ay ulduzlar və bütün cansız varlıqları yaratmasını, ikinci dövr bitki aləminin, üçüncü dövr isə heyvanat aləminin yaranmasını təmsil edir. Hər posta çatdıqda bir-birinin ardında dayanan səmazənlər bir-birinə hörmət xatirinə təzim edirlər. “Devr-i Veled’ bitdikdən sonra postda yerini alan şeyx məzar daşı mənasını verən üst qara geyimlərini çıxaran səmazənlərlə bir-bir üz-üzə gəlir və görüşdüyü hər səmazən səma rəqsinə başlayır. Bu insanın doğulduğunu simvolizə edir. Kəfən mənasını verən ağ geyimdə olan səmazən meydana girən zaman əlləri ilə çiynini qucaqlamış vəziyyətdə olur. Bu haqqın (Allah, Tanrı) birliyinə işarədir. Səmaya başladıqdan sonra sağ əl yuxarı, sol əl isə aşağı şəkildə açılır. “Bu haqdan alıb haqqa veririk, özümüz bir şey etmirik” anlamını daşıyır. Səmazən planetlərin həm öz oxu, həm də günəş ətrafında dönməsi kimi həm özləri yerlərində, həm də səmaxanada dönürlər. Səmazənlər eyni mərasimi 4 dəfə təkrarladıqdan sonra şeyx səmaya girir. İki əli ilə əynindəki qara üst geyiminin iki ucunu tutur və hər kəsə ürəyinin açıq olduğu mesajını verir. Sonda səslənən ney səsi ilə şeyx postu tərk edir və səma rəqsi mərasimi bitir.

 

“Tələb və arzu etdiyin hər şeyi səmada taparsan”.

 

Təbii olaraq, Mövlanə dövründə bu hərəkətlərin Allah üçün edildiyi deyilsə də, indi insanlar bunu həm də Mövlanə Cəlaləddin Rumiyə sadiqlik baxımından edirlər. Səmazənlər dönərkən Allah barədə düşünür, adını çəkir və dualar oxuyurlar. Səmazənlər dönərkən başlarının fırlanmaması üçün bu işlə mütəmadi məşğul olur və bədənlərini öyrəşdirirlər. Səma rəqsinə il başlayan zaman yuvarlaq bir taxtanın üstünə mismar vurulur. Sol ayaqda baş barmaqla ikinci barmaq mismara keçirilir və ilk vaxtlar 18 dəfə dövrə vururlar. Günbəgün bunun sayı artırılır. Səma ac qarnına edilməlidir.

 

O dövrlər Mövlanənin və dərvişlərin papağı keçədən hazırlanarmış. Bu papağın xüsusi anlamı var. Şeyxlərin papağında əlavə yaşıl rəngdə sarğı da olur. Hazırda bu papaqdan səma mərasimlərindəki şe

yx istifadə edir. Konyada bu papaqların hazırlanması və keçə sənəti ilə keçəçi Cəlaləddin Bərbəroğlu məşğul olur. O, həmçinin gələn turistlərə papağın hazırlanması qaydasını və anlamını izah edir. Papağın 2 hissədən ibarət olmasının səbəbi ziddiyyətlər aləmini simvolizə etməsidir. Keçələr o 

zamanlar keçi qəzilindən hazırlanarmış, indi isə qoyun yunundan istifadə olunur. Mövlanə tərəfdarları və Mövlanə daxil olmaqla o dövrün adamları bu papaqları ehtiram xatirinə başa qoymazdan öncə öpərlər. Öldükdən sonra isə papaqlar sahiblərinin məzarı üstünə qoyulur.

 

Məvləvilikdə rübab musiqi aləti ney qədər önəmli yer tutur. Hətta rübabın cənnətdə duyulan səslərdən biri olduğu deyilir. Mövlanə və oğlu Sultan Vələd də rübab çalıblar. Konyada Şəms Aksu adlı şəxs bu alətin düzəldilməsi ilə məşğuldur. Musiqi aləti hind qozu ağacından hazırlanır. İndiki kaman alətlərinin əvvəlki formasının məhz rübab olduğu bildirilir.

Mövlanə nəslinin nümayəndələri hələ də Konyada yaşayır.

 

Mövlanə dövründən 800 ildən çox keçib. Buna baxmayaraq, onun nəslinin nümayəndələri hələ də Konyada yaşayır, ailə olaraq, Beynəlxalq Mövlanə Vəqfini yaradıb. Hazırda Çələbi soyadını daşıyırlar. Vəqfin başqanı Faruk Ənvər Çələbidir. Lakin vəqfin əsas işlərini onun bacısı Esin Çələbi icra edir. Konya sakinləri onu “Çələbim” deyə çağırırlar və Esin xanımı çox sevinirlər. Hətta Esin xanımın üz cizgilərinin tamamilə Mövlanənin üz cizgiləri ilə eyni olduğunu deyirlər.

 

Esin Çələbi vəqfin 1996-cı ildə 5 ailə üzvü və digər mövlanəsevərlər tərəfindən yarandığını bildirib. O, beynəlxalq vəqfin bütün dünyada fəaliyyətlər həyata keçirdiyini və Mövlanəni tanıtdığını deyir. Dediyinə görə, Mövlanənin nəsli 1925-ci ilə kimi məvləvilik təriqətinin yayılması ilə məşğul olub. Abdulhalim Çələbi Konyada “makam çələbisi” (təriqətə rəhbərlik edən şəxs) olub. O, Mustafa Kamal Atatürkün icazəsi ilə oğlu Bakır Çələbini Hələb şəhərindəki məvləvixanaya “makam çələbisi” təyin edib. Esin Çələbi və qardaşı Faruk Çələbi məhz orada doğulub və məvləvixanada böyüyən son Mövlanə nəslini təmsil edirlər.

Bizimlə söhbətində Esin xanım Mövlanənin həyatından, insanların ona sevgisindən, vəqfin fəaliyyətindən danışdı. O, Mövlanənin əslində islam dini ilə heç bir bağlılığının olmaması barədə səslənən iddialara cavab verib: “Mövlanə deyir: “Mən Quranın bəndəsiyəm, seçilmiş həzrəti Məhəmmədin yolunun tozuyam. Kim bundan başqa bir şey dediyimi bildirərsə, ondan da, o sözdən  də şikayətçiyəm”. O, bütün eşqlərin ilahi eşqə körpü olduğunu deyib. Dediyi hər kəlama qaynaq olaraq isə “Qurani-Kərimi göstərib”.

 

Konyada hər şeyin adı Mövlanə ilə bağlıdır. Bu bölgənin ən məşhur yeməyi ətli əkməkdir. Lakin ətli əkməyi belə pendirlə hazırlayanda onun adını Mövlanə əkməyi qoyublar. Konyanın ən məşhur şəkərinin adı da Mövlanə şəkəridir. Qiyməti çox ucuzdur və satıcılar tərəfindən turistlərə almaları üçün ilk bu şəkər təklif olunur.

 

Konya bu il İslam Dünyası Turizm paytaxtı elan olunub. Bu şəhərin göstəriləcək, təqdim ediləcək çoxlu xüsusiyyəti var. Bu hadisə Mövlanənin İslam dünyasına daha geniş  tanıtmaq, Konya şəhərinin turistik imkanlarını nümayiş etdirmək baxımından çox böyük fürsətdir.

 

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles