Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Tağı Əhmedov: “Yazmışdılar ki, ölmüşem, qezetde nekroloqumu vermişdiler…”

Tağı Əhmədov: “Yazmışdılar ki, ölmüşəm, qəzetdə nekroloqumu vermişdilər...”

03/02/2016

14:04


03.02.2016 / 14:01 xeber –

Bakı Metropoliteninin sabiq rəhbəri Tağı Əhmədovla “Həyat dərsi”

 

…Metroya gəlişim öz seçimim olmayıb, təsadüf olub. Əsgərliyə gedənə qədər kənd təsərrüfatı işçisi olmuşam. Xalam oğlu “Metrotikinti”də işləyirdi. Əsgərlikdən qayıdandan sonra mən də ora işə düzəldim. “Metrotikinti”dən sonra isə, gündüz oxuduğuma görə, metropolitenə gecə növbəsinə keçdim və demək olar ki, düz 44 il sərasər, ancaq və ancaq metropolitendə çalışdım.

 

…Artıq il yarımdır ictimai işlərlə məşğulam, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədriyəm. Memarlıq və İnşaat universitetində əvvəllər saathesabı dərs deyirdim. İndi həmin ali təhsil ocağının ştatlı müəllimiyəm.

 

…İki institut, bir texnikum məzunuyam. 1981-ci ildə ikiillik ingilis dili kursunu da bitirmişəm. Namizədlik dissertasiyası  müdafiə etmək üçün 1997-ci ildə aspiranturaya girmişdim. 1998-ci ildə metropolitenə rəis təyin olunanda, gərək, ölkə  prezidenti icazə verəydi ki, sən müdafiə edə biləsən. Mən isə, aydın məsələdir ki, Ulu Öndərə heç cür deyə bilməzdim ki,  dissertasiyam hazırdır. Ona görə də  Ümumittifaq Dəmiryolu İnstitutuna daxil oldum ki, namizədlik dissertasiyamı Moskvada müdafiə edim, müvafiq sənədləri də götürüm gəlim bura. Sonra elə bir vəziyyət yarandı ki, hörmətli prezidentimiz İlham Əliyevlə görüşəndə şəxsi  xahişimi də ona bildirdim. Dedim ki,  uzun müddətdir  namizədlik dissertasiyam müdafiəyə hazırdır, lakin Sizin xeyir-duanız lazımdır. Ölkə prezidenti “Bilirəm” dedi. “Çoxdan işləyirsən, mövzun nəyə aiddir?” Dedim: “ Metroya aid”.  “Onda icazə verirəm, get müdafiə elə”.

 

…Metroda gecə işləmək mənə ancaq gündüz oxumağa imkan  verdi. Başqa heç nə… Gecə işinin də mahiyyəti odur ki, gecə saat 12-dən səhər saat 6 -ya qədər işləyirsən. Səhər saat 6-da gəlib, gündüz 12-yə qədər yatırsan, sonra dərsə də gedə bilərsən, dərsə hazırlaşa da bilərsən və cəmiyyətdə hansı bir sərfəli iş varsa, onu görə də bilərsən…

 

…Gecə işi bir növ bioloji halı dəyişməkdir. Yəni gecəni gündüzə qatmaq hər adamın işi deyil. Özüm gecə işlədiyim üçün bu gün də gecə işləyənlərin hamısına yazığım gəlir, bu, düz deyil. Gecə onun üçündür ki, yuxu yatasan. Amma inandırıram Sizi ki, metroda çalışdığım 44 ilin düz  18 ilini ancaq gecə işləmişəm, o biri 26 ilində də, vəzifəmlə əlaqədar,  yenə gecələr yuxudan durub işə nəzarət eləmişəm…

 

…18 il gecə növbəsində işlədiyim dövrdə mən iki institut qurtarmışdım. Amma heç cür risk edib deyə bilmirdim ki, mənə vəzifə verin. Fikirləşirdim, yəqin, vəzifə məsələsi belədir ki, hamı səni görür və vaxtı gələndə özləri deyəcəklər.

 

Fikrət İbrahimoğlu var idi, Kəngərli, Allah ona qəni-qəni rəhmət eləsin, o metropolitenə rəis gəlmişdi. Deməli, ona  demişdilər ki, Tağı iki institut qurtarıb. O da çağırdı məni, dedi, niyə işləmək istəmirsən? Dedim, mənə iş təklif edən olmayıb. İşi verdilər, gördülər ki, öhdəsindən gəlirəm. Əvvəl baş usta oldum, sonra stansiya rəisi.

 

…Mən bir az,  həm də, üsyankar olmuşam. Ən yaxın dostum və məndən qabaq metropolitenin rəisi olmuş Cəfər Yusifov məni “Şaumyan” metro stansiyasının rəisi təyin edəndə dedim ki, “Şaumyan” adlı stansiyaya getmirəm və orada işləmək istəmirəm. Başqa yerə verirsən, gedirəm, vermirsənsə, yox.  Gec-tez həqiqət yerini tapdı və mənim təşəbbüsümlə “Şaumyan” stansiyasının adının  dəyişdirilməsini Bakı şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Rauf Gülməmmədovdan xahiş etdik. Bu ardıcıllıqla “Avrora” stansiyasının adını “Qara Qarayev”, “Şaumyan” stansiyasının adını “Xətai”, “26 Bakı Komissarı” stansiyasının  adını “Sahil” qoyduq. Və beləliklə, 5 stansiyanın adı yeniləndi.

 

…Sonradan xidmət rəisi oldum. Həmin vaxt 30 illik iş təcrübəm vardı, eyni zamanda Yeni Azərbaycan Partiyasının Bakı metropoliteni üzrə sədri idim. 1998-ci il  iyulun 27-də məni Prezident Aparatına çağırdılar. Ulu Öndər mənə çoxlu tövsiyələr verdi, 45 dəqiqəlik söhbət mənim üçün, inanın ki, bir həyat dərsi oldu. Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə mən metropolitenə rəis təyin edildim.

 

…O vaxt dünyada metropolitenlərin heç birində metroda mobil telefondan istifadə etməyə icazə vermirdilər. Adını da qoymuşdular ki, gələn dalğalar insanlara, guya, pis təsir edir. Biz təcrübələr apardıq və məndən sonra Moskva metropoliteni, sonra London metropoliteni bu təcrübəni yaydı. Birinci olaraq, mobil telefondan Bakı metropolitenində istifadə edilib. 1999-cu ildə birinci dəfə metropolitendə videonəzarət kameralarını  mən qoydurdum. Zarafat deyil, indi metroda 4000-ə yaxın kamera var. Əgər metropolitendə iynə atsan, iynəni də tapmaq olar.

 

…Mənim işinin peşəkarı olan jurnalistlərlə heç bir problemim  olmayıb. Çünki özüm bu sahəyə yaxşı bələdəm. 13 yaşında texnikumda oxuduğum vaxt “Şərq qapısı”na hər gün məqalə yazırdım. Məqaləni kefdən yazmırdım, qonorar almaq üçün yazırdım. O vaxt, çox sağ olsunlar, yaxşı qonorar verirdilər və bəzən elə olurdu ki, “Şərq qapısı”nda məqaləm çıxan kimi, durub gedirdim redaksiyaya, deyirdim ki, mənim pulumu verin. Bir gün mühasib dedi ki, ay oğul, hələ pul hesablanmayıb. Dedim, mənə dəxili yoxdur, hesablanıb-hesablanmayıb, mən özüm hesablamışam, pulumu verin, pulum yoxdur. Hüseyn İbrahimova Allah rəhmət eləsin, Hüseyn müəllim bir gün bunu gördü, soruşdu ki, bu uşaq nə istəyir? Dedilər ki, Hüseyn müəllim, pul hələ hesablanmayıb, o da qonorarını istəyir. Dedi, bu uşaq gələndə, mütləq, oldu-olmadı, pulunu verin. Yəni mən jurnalistliyə çoxdan bələdəm, amma təəssüflər olsun ki, bu gün aramızda olan jurnalistlərin xeyli hissəsi  tam püxtələşmiş jurnalistlər deyil.

 

…Məsələn, mən metroda işləyəndə, yəqin ki, yadınızdadır, tramvay xətləri sökülmüşdü. Biri  sual verdi ki,  Tağı müəllim, düzdür ki, deyirlər rels çatışmır, tramvay xəttini söküb metroya rels qoyurlar? Soruşdum ki, qızım, hansı ixtisası qurtarmısan? Dedi, filologiyanı. Dedim, bundan əvvəl Sovetin dövründə hər bir sahənin özünün jurnalisti olurdu, o da həmin sahəni  bilirdi. Axı sən bilmirsən ki, R-24 hara, R-50 hara?… Ümumiyyətlə, heç cür mümkün deyil ki, tramvay relsini aparıb metroya qoyasan. Və yaxud, qəzetlərin birində xəbər çıxdı ki, metropolitenin rəisi Tağı Əhmədov öldü, həm də birinci səhifədə. İkinci səhifədə isə nekroloq verilib. Gəldim, o “Slujebnıy roman” filmində olduğu kimi, gördüm, hamı baxıb təəccüb edir… Sevinənlər də oldu, bəlkə də… Bəlkə də çoxları zəng vurub xəbəri dəqiqləşdirməyə cəsarət eləmədi. Götürdüm zəng elədim, “Mühakimə” qəzetinin redaktoru Rəşada. Ancaq bu, Şəmsi Vəfadarın qəzeti idi. O vaxt  3 qəzet buraxırdı. Kimi də nə cür istəyirdi, şantaj eləyirdi. Eşitsin, buradan deyirəm , bir dəfə də üzünə demişəm. Götürdüm zəng elədim: “Salam, Rəşad, xeyir ola, belə bir şey yazmısınız?” Qayıtdı ki, Tağı müəllim, Sizsiniz? Dedim, başa düşmədim, sənin o biri dünya ilə rabitən var? Səsim gəlirsə, deməli mənəm də. Qayıdıb nə desə yaxşıdır: “Mənə dedilər ki, ölmüsünüz”. Dedim, adamın vicdanı olar. Onsuz da, qəzetiniz oxunan qəzet deyil, amma bəlkə, mənim yaxın bir qohumumun, məni istəyən bir adamın əlinə keçərdi?… Bax, ona görə də belə jurnalistlər tənqid yox, təhqir olunmağa layiq jurnalistlərdir. Amma indi Tağı bunları deyəndə, jurnalistlərin hamısı yığılırdılar ki, yox, biz buna qarşı cihad elan edək. Bu, düz deyil.

 

…Məmurluq mənə hansı dərsləri verdi…Birinci növbədə, arzum  budur ki, heç kim skamya arxasından gəlib məmur olmasın. Ondan məmur olmaz. İkinci, məmur olmağımda ən böyük dərsi mənə məndən qabaq işləyən metropoliten rəisləri verdi. Mən, fəhlə olaraq, onların qəbuluna gedəndə fikirləşirdim ki, hansı sözü mənə desələr, mənə xoş olar. Məmur olaraq, indi prezidentimizin dediyi bircə  tövsiyəni şüar eləmək lazımdır ki, sən xalq üçün işləməlisən. Xalq sənin üçün işləməməlidir. Metropolitendə işlədiyim dövrdə ancaq və ancaq işçilərin hər birinin qayğısına qalmışam, onların hər biri üçün işləmişəm. Hər birinin xeyrində də, şərində də, yaxşı işində də, ağır vəziyyətində də yanlarında olmuşam və bunu özümə borc bilmişəm. Bir də, yeganə məmur idim ki, mənim rəsmi qəbul günüm yox idi. Depoda olurdum, küçədə olurdum, stansiyada olurdum, harada olurdumsa, metropoliten işçisi orada sualını verirdi, orada da söhbətimiz olurdu. Dostcasına, mehribancasına. Yəni bu gün də o mehribançılıq bizimlə onların arasında var. Odur ki, məmurlar öz işçiləri üçün can yandırmalı, onlar üçün işləməlidirlər, onda onlar yüksələcəklər.

 

…Hüseyn Cavid haqqında kim yeni bir söz desə, mən onun yazılarının çapına kömək etməyə hazıram və bunu özümə borc bilirəm. Hüseyn Cavidin yoldaşı Müşkünaz xanım atamın bibisi idi, bizim kənddən olub, hamımız ona bibi deyirdik. O, 1976-cı ildə rəhmətə getdi, qəbri nurla dolsun. Və Müşkünaz xanım da Naxçıvandakı məqbərədə dəfn olundu. Müşkünaz xanım Bakıda rəhmətə getmişdi və Bakıda da dəfn oluna bilərdi. Ulu öndər Heydər Əliyev sərəncam verdi ki, Müşkünaz xanımın nəşini birbaşa aparıb Naxçıvanda dəfn etsinlər.

 

…Niyə Cavidin məqbərəsi Naxçıvanda ucaldıldı? Burada bir incəlik var. Hüseyn Cavidə, guya, Fəxri Xiyabanda yer yox idi?  Var idi.  Amma bu, Heydər Əliyevin uzaqgörənliyi idi ki, Cavidin məqbərəsini Naxçıvanda inşa etdirdi. Çünki Cavid bütün Turan idi, Cavid bütün Şərq idi, Naxçıvan da Şərqin qapısıdır. Ümummilli  liderimiz belə bir qərar qəbul elədi ki, hər Naxçıvandan keçən, mütləq Cavidləri ziyarət etsin.

 

…Mənim şerlərim çoxdur. Amma kitabım yoxdur, olmayacaq da. Cavidşünas bir nəvəm var. Cavidi o məndən gözəl bilir. İndi universitetdə 2-ci kursda oxuyur. Amma 5-ci sinifdə oxuyandan, hər il oktyabrın 24-ü, Cavidin anadan olan günü, Yasamaldakı Cavid bağında keçirilən tədbirdə iştirak edir. Uzun illərdir, o bağın düzəldilməsində də, işıqların çəkilməsində də böyük təşəbbüsüm olub. Nəvəm həmişə orada şeir deyib. Əlyazmalarım hamısı durur. Yazılarım, şerlərim çoxdur, həddindən artıq çox. Bəlkə 2 kitab da olar, 3 kitab da. Amma ən böyük arzum odur ki, bunların hamısını bir yerə yığıb nəvəm çap elətdirsin. Bu gün ona imkanım da var. Əvvəl metropoliten rəisi idim deyə, düşünürdüm, deyəcəklər ki, Tağı həm də şairlik edir. Amma şairliyə o vaxtdan başlamamışam. 1965-ci ildən bu qələm əlimdədir və yazıram. İlk şerim 1966-cı ildə “Qabaqcıl” qəzetində çıxıb. Paytaxtda isə 1971-ci ildə “Bakı” qəzetində çap olunub. Ondan sonra heç yerə çapa verməmişəm, vermək də istəmirəm. Amma Bakı metrosunun 30, 35, 40, 45 illiklərinə kitablar çıxarılanda orada, mənim şeirlərim də çap edilib.

 

…Xoşbəxtliyin çox şərtləri var. Birinci növbədə, əgər binanı tikəndə bünövrəni düz götürdünsə, o, axıracan düz gedəcək. Əgər haradasa bir əyinti elədinsə, mütləq, əyiləcək və o bina yerlə-yeksan olacaq. Ona görə, ailədə də, ilkin olaraq, bünövrəni düz götürmək lazımdır. Ailəmizdə bir az uyuşma, həm də onunla bağlıdır ki, həyat yoldaşım Salatın xanım da filoloqdur. Mən filoloq deyiləm, mühəndisəm, amma filologiyaya bəlkə, ondan qabaq başlamışam. Salatın xanım filologiyanı çox gözəl bilir, filologiya üzrə fəlsəfə doktorudur. Tezliklə doktorluq dissertasiyasını da müdafiə edəcək. Mövzusu “Heydər Əliyev və Azərbaycan dili”dir.

 

… Hansı kişi “mənəm-mənəm” deyib döşünə döysə ki, tərbiyə ilə mən məşğul olmuşam, səhv deyir. Tərbiyə ilə, birinci növbədə, ana məşğul olur və atanın nəzarəti də olmalıdır. Mən, məsələn, kənardan nəzarət eləmişəm, bir dəfə də olsun, heç bir vaxt uşağa qarşı çıxmamışam ki, bunu eləmə. Mən fikirləşmişəm ki, “bunu eləmə” deyəndə, yəqin, fikirləşəcək ki, bu nədir ki, mən eləməyim. Qoy özü dərk eləsin.

 

…Mən niyə ingilis dili kursuna getmişəm?.. Ona görə ki, uşaq Azərbaycan dilindən, riyaziyyatdan, hansı fəndən desən, mənimlə mübahisə edə bilməz, amma birdən ingilis dilində gələr bir sözü deyəndə mən bilmərəm. Elə fikirləşər ki, ata bilmirsə, deməli, bunu bilməmək də olar. Ona görə ingilis dilini öyrənmişəm. Və böyük töhfəm də o olub ki, oğlum indi ingilis dilini çox gözəl bilir, Xarici İşlər Nazirliyində işləyir. Bir sözlə, ancaq xanımlara minnətdar olmaq lazımdır ailənin tərbiyəsində…

…Şer deməyimi istəyirsiniz? Deyərəm:

Heçdən əsəbiləşmək həyata qəsddir,

Acı dil, qəlb qırmaq, məncə, əbəsdir,

Yüz il qəm-kədərlə yaşamaqdansa,

Əlli il gülüşlə yaşamaq bəsdir.

 

Dəliyə dedilər ey xərabi-sər,

Bizə ən dəhşətli bir dəli göstər,

O, insan göstərdi, əqli-zəkası,

Zehni-düşüncəsi min alim qədər.

Yaş yüzə çatanda zəka işləmir.

Yaranır beyində təlaş, səs-səmir,

İnsanın qaməti əyilir sanki…

 

…Mən, metropolitençi olaraq qalıram.  Balığı sudan çıxaranda nəfəsi kəsilən kimi, mən metropolitendən bir anlıq aralananda da elə bilirəm ki, nəfəsim gedib-gəlmir. Axı 44 il bir yerdə işləmisənsə, aydın məsələdir ki, ora sənin üçün doğma evdən də doğmadır, ailə kimi bir şeydir. Metropolitendə işləyənlərin hamısına arzum budur ki, metropoliteni qorusunlar, xalqımız üçün qorusunlar, camaatımızın sərbəst gediş-gəlişi üçün qorusunlar. Bu gün Bakını, bir an belə olsun, metropolitensiz təsəvvür eləmək olmaz. 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website